BABALARIMIZ OĞUZLAR (TÜRKMƏNLƏR)

Əvvəli ötən sayda

 

BABAMIN BABASININ... ULU BABALARI

 

Bu gün Şərqi Avropadan Çinə qədər geniş bir sahəyə yayılmış oğuzların tarix səhnəsinə çıxmalarından etibarən türk dövlətçiliyinin, mədəniyyətinin təşəkkülündə, inkişafında, türk xalqlarının formalaşmasında müstəsna rol oynadıqları inkaredilməz həqiqətdir. Faruk Sümər, Hüseyn Salman, Əhməd Bican Ərcilasun, Əhməd Taşağıl kimi nüfuzlu türkoloqlar Orxon-Yenisey abidələrinə istinadla oğuzların babası kimi türgişləri qəbul edirlər. Aşağıda bu xüsusdan ətraflı bəhs açacağıq. Amma aydın məsələdir ki, türgişlər VII əsrdə Tanrı dağı (Tyan-Şan) bölgəsində birdən-birə zühur etməmişdilər, necə deyərlər, yerdən çıxmamışdılar. Son tədqiqatlar onların qədim dövrlərdən bir çox türk boy birliklərinin tərkibində təmsil olunduqlarını söyləməyə əsas verir. Aşağıdakı məlumatlardan da göründüyü kimi, oğuzlar köklərini ümumtürk tarixinin dibsiz dərinliklərindən götürən ənqocamanetnik qruplardandır.

Bəşər tarixinə istiqamət vermiş, onun yönünü gedişatını dəyişmiş azsaylı xalqlardan olan türklərin ana yurdu (pro-vətənləri) Altay Sayan dağları ərazisi sayılır. Dünya sivilizasiyasının başlanğıcını əkinçilik heyvandarlığa keçid dövründən hesablayan alimlər, türklərin əcdadlarının (prototürklər ya ön türklərin) e.ə. VI minillikdə məhz bu bölgələrdə ovçu-toplayıcılıqdan qoyunçuluğa atçılığa keçdiklərini qeyd edirlər.

Nüfuzlu türkoloqlar Orxon-Yenisey abidələrinə istinadla oğuzların babası kimi türgişləri qəbul edirlər.

Dünyanın arxeoloji qazıntılar nəticəsində tapılmış ən qədim artefaktları ön türklərə aid olduğu şübhə doğurmayan Anav mədəniyyətinə (e.ə. 9000-3000) şamli edilir. Kopetdağın (müasir Türkmənistan) ətəklərindəki Anav bölgəsində aparılmış qazıntılarda ortaya çıxarılmış həmin artefaktlar, xüsusilə iki böyük kurqan prototürklərə məxsus mədəni irsin zənginliyindən soraq verir. E.ə. 2500-1700-cü illər arasında Afanasyevo (Şumer sivilizasiyasının əsasını təşkil edən türk mənşəli bu mədəniyyət e.ə. VII minillikdə Aral sahillərində meydana gəlmiş, tədricən Orta Şərqə, o cümlədən, Anadolu Qafqaza yayılmışdır) e.ə. 1700-1200-cü illər arasında Andronovo (arxeoloji qazıntılar nəticəsində Xakasiyada üzə çıxarılmışdır) mədəniyyətləri ilə təmsil olunan protürklərin atlı-köçəri həyat tərzi keçirdikləri, təqribən e.ə. 1700-cü illərdə böyük kütlələr şəklində Altay Tanrı dağları arasındakı bölgəyə yayıldıqları məlumdur. Onların ilk siyasi birliyi (proto-dövləti) İskit (saka/sak/skif) qəbilə-tayfa ittifaqı hesab edilir. Dünya tarixşünaslığında arxeoloji, antropoloji mədəni tədqiqatlar əsasında müasirləri ilə müqayisədə kifayət qədər geniş öyrənilən iskitlər türklərin ulu babaları (“turani qövm”) kimi qəbul olunur.

İSKİTLƏR (SKİFLƏR, SAKLAR/SAKALAR) e.ə. VIII əsrdə Tuna sahillərinə, sonra isə Anadoluya köç etmiş, soydaşları olan kimmerlər üzərində hakimiyyət qurmuş bu hakimiyyəti uzun müddət əldə saxlamış, 200 il ərzində Şərqi Avropa Şimali Qara dəniz ərazilərində urartulu assurlularla yanaşı yaşamışlar. İskitlərin köç yollarını, xüsusilə Qafqaz-Anadolu xətti boyunca səpələnmiş kurqanlarını hərtərəfli araşdırmış Jeannie Davis Kimball onların izi ilə Şimali Qazaxıstana qədər gedib çıxmış, Anadolu-Şimali Qara dəniz Şimali Qazaxıstan bölgələrində tapdığı kurqanların eyniliyini təsbit etmiş, belə bir qənaətə gəlmişdir ki, iskitlər kimmerlər Daxili Asiyadan Qara dəniz Anadoluyadək uzun bir yol qət etmişlər. Onun arxeoloji nəticələri genetik təhlillərlə təsdiqlənmiş, beləliklə, iskitlərin 3 min il bundan qabaqkı türk tarixinin təmsilçiləri olması isbat edilmişdir.

E.ə. IX əsrdə Təkləməkan çölünün şərqində rastlaşdığımız atçı-qoyunçu iskitlər canlarını şiddətli isti quraqlıqdan qurtarmaq üçün digər soydaşları hunlarla birlikdə qərb cənub istiqamətlərində hərəkət edərək iqlimi daha mülayim olan Balxaş Aral gölləri ətraflarına, oradan da massagetlərin basqınları nəticəsində Xəzər bölgəsinə gəlirlər. (Qeyd edək ki, Darxan Kıdırəli Qaybulla Babayarovun dərs vəsaitində massagetlər e.ə. 1-ci minilliyin ortalarındaAltay dağlarından Qara dənizin şimal sahillərinə qədər uzanan ərazilərdə mövcud olmuş sak tayfalarından birihesab edilir onların Aral Xəzər dənizləri arasında, Şimali Qafqaz Azərbaycanda yaşadıqları deyilir.) Kimmerlərlə iskitlərin savaşı burada da davam edir təqribən e.ə. VIII əsrdə kimmerlər məğlub olaraq Şimali Qara dəniz bölgəsindən Anadolu Qafqaza çəkilmək məcburiyyətində qalırlar. Onları təqib edən iskitlər isə hakim olduqları əraziləri genişləndirmək üçün dağınıq şəkildə Fərqanə vadisinə qədər yayılırlar. Şimali Qara dəniz bölgəsindən axın-axın Anadolu Qafqaza doğru irəliləyən iskitlər Urartu, Assur, Manna, Midiya kimi dövlətlərlə toqquşmaqdan da çəkinmirdilər. E.ə. 610-cu ildə onlar cənub-şərqi Anadoluda ən güclü orduya malik idilər. Assur mənbələrindən məlum olduğu kimi e.ə. 679-cu ildə iskitlər artıq bir dövlət qurmuş onun ətrafında birləşmişdilər. Belə ki, mənbələrdə onlarişkigulu”, kralları isəişpakaiadlandırılır.

Lakin e.ə. IV əsrdə atlı-köçəri sarmatlarla girdikləri ağır münaqişə, habelə oturaq həyat tərzinə keçmələri ilə əlaqədar iskitlərin müqavimət qüvvəsi getdikcə zəifləyir. Nəhayət, Anadolunu tərk etməyə məcbur olub, Cənubi Qara dəniz bölgəsinə köçür e.ə. 3-cü əsrə qədər orada yaşayırlar. N.Nəsiblinin bildirdiyinə  görə, e.ə. 250-ci ilədək davam edən sarmat işğalları nəticəsində hakimiyyətləri Krım yarımadasına qədər daralan iskitlər sonradan Skandinaviyadan Qara dənizə enən qotlar tərəfindən məğlub edilərək, bölgə xalqları tərəfindən assimilyasiyaya uğrayırlar.

Onu da qeyd etməliyik ki, son dövrdə Türkiyə Azərbaycan tarixşünaslığında iskitlərə maraq güclənməkdədir. Onların Qafqaz üzərindən Anadoluya daxil olmaları burada məskunlaşmaları İlhami Durmuşunİskitlər/Sakalar Əkrəm MəmişinAtlı qövmlər mədəniyyəti: iskitlərin tarixikimi ciddi elmi monoqrafiyalarının əsas mövzularındandır. Bu əsərlərdə iskitlərdən bir oğuz birliyi kimi bəhs olunması diqqəti xüsusi cəlb edir. “Xəzər barsillərin başçılıq etdiyi tayfa birliyikimi təqdim olunan iskitlərin Qafqaz Anadolunun türkləşməsində rolu, miladdan əvvəlki uzun bir zaman kəsimində Midiya hakimiyyətində təmsil olunmaları Azərbaycan alimlərinin əsərlərində (Yusif Cəfərov, Həsən Həsənov b.) tutarlı faktlarla təsbit edilmişdir.

HUNLAR. Bizim eranın əvvəllərində prototürklərin Anadolu Azərbaycan istiqamətində axın köçləri, hunlar hun konqlomeratı”na (Sara Aşurbəyli) aid tayfalarla əlaqələndirilir. Erkən orta əsrlərə aid qaynaqlarda hunlardan bir neçə imperiyanın qurucuları kimi söz açılır. Çin mənbələrinə əsasən, eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinə qədər Mərkəzi Asiya, Cənubi Sibir, Monqolustan, Şimali Çin, Şərqi Türküstan ərazilərində Asiya hunları imperiyası (“Suyun-nu”)  mövcud olub bu dövlət, qurucusu Tumanın (Teoman) oğlu Metenin (onun adının “Mode”, “Mo-tunvariantları da məlumdur) hakimiyyəti dövründə yüksəlişinin zirvə nöqtəsinə çataraq Şərqi Türküstan şəhərlərini qədim İpək yolunun şimal şaxəsini nəzarətə götürüb. Asiya hunları digər bir prototürk dövləti olan Kanqlı/Kanxa/ Kanq/Kanyuy (e.ə. II əsr-bizim eranın III əsri) qoşunları ilə birlikdə Çinə qarşı qanlı müharibələr aparmış bu mübarizə nəticəsində gücdən düşərək, dağılmışdır.

•“Xəzər barsillərin başçılıq etdiyi tayfa birliyikimi təqdim olunan iskitlər Qafqaz Anadolunun türkləşməsində mühüm rol oynamış, miladdan əvvəlki uzun bir zaman kəsimində Midiya hakimiyyətində təmsil olunmuşdur.

Hunların bir hissəsi qərbə üz tutmuş, eramızın IV-V əsrlərində Şimali Qafqaz, Şimali Qara dəniz bölgəsi Şərqi Avropanı əhatə edən Avropa hunları imperiyasını yaratmışdır. Roma imperiyasının şimal əyalətlərini daim təhdid altında saxlayan hunlar Fransa İspaniyaya qədər irəliləyərək, “xalqların böyük köçü”nə səbəb olmuş, Avropanın etnik simasının dəyişməsində mühüm rol oynamışlar. Atillanın hakimiyyəti illərində (434-453) Avropa hunları dövləti böyük bir imperiyaya çevrilmişdir. Bundan başqa hunlar Mərkəzi Asiyanın cənub-qərbini (Baktriya), habelə Xorasan Şimali Hindistanı əhatə edən Xionitlər dövlətinin (Asiya hunları imperiyasının davamı hesab edilir) yaradıcıları sayılır. Bizim eranın IV-VI əsrlərində xionitlərin süqutu ilə həmin ərazilərdə hunlar dövləti (Eftalitlər) yaranıb.

Eramızın ilk əsrlərində hunların Qafqazda cərəyan edən siyasi etnik proseslərdə fəallığı yazılı mənbələrin məlumatları ilə təsdiq olunur. II əsrdə yaşamış yunan tarixçiləri Klavdi Ptolomey Dionisi Parieget hunların Qafqazda yerləşmələrinə dair önəmli məlumatlar vermişlər. Parieget Xəzərin qərb sahilində məskunlaşmış boylardan danışarkən iskit, hun, kaspi albanların da adını çəkir. Y.Cəfərov mənbələr əsasında hunların IV əsrin ilk rübündə indiki Azərbaycan ərazilərində irəliləyərək Mil düzünə qədər axınlar etdiklərini göstərir. Gürcü salnamələrində hun torpaqlarının Dərbənd keçidindən (bəzi qaynaqlara görə Başbarmaq dağı ətəklərindən) başlayıb cənuba doğru uzandığı qeyd edilir. Onların 371-ci ildə Dunay sahillərinə köç etmələrinə baxmayaraq, uzun müddət basqınlar yolu ilə Qafqazın ictimai-siyasi həyatına təsir göstərdikləri məlumdur. S.Aşurbəylinin yazdığına görə, III əsrin birinci yarısında sonralar, IV əsrin axırlarında (395-ci il) onların Dərbənd (Çor) keçidindən keçərək Albaniyaya yürüş etməsi Aqafangel bir sıra digər müəlliflərin qeydlərində təsdiqini tapır. Alimin fikrincə, hunlar hətta V-VI əsrlərdə Albaniyaya- Dərbəndə, Şirvana, Muğana b. vilayətlərə basqınlar etmiş böyük qənimət ələ keçirərək geri dönmüşlər. Onların Anadolu istiqamətində irəlilədiklərini qeyd edən müəlliflər az deyil. Üçlər Bulduk yazır: “Sırdıryadan ilk oğuz (uz) yürüşləri Qərbi (Avropa) hunlar dövründə baş verib. Roma imperiyasının parçalanmasından sonra Qafqaz dağlarını aşaraq, Bizansın hakimiyyətində qalan Anadoluya gələn Kursık Basık adlı hun sərkərdələri 398-ci ildə Ərzurum, Malatya, Çukurova xəttini keçib Qüdsə qədər axınlar etmiş, eyni yolla da geri qayıtmışlar. Hunlardan sonra 515-516-cı illərdə sabar (sabir, sibir) türkləri hökmdarları Balakın başçılığı ilə Şərqi Anadoludan Ankaraya qədər basqınlar etmiş, bol qənimət götürmüşlər.

 

                      Ardı var

 

N. Mustafa

İki sahil.- 2023- cü il.- 7 noyabr.- ¹ 205.- S. 6.