9 noyabr
- Dövlət Bayrağı
Günüdür
Zəfər müjdəli, aylı-ulduzlu qürurumuz..!
Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ilin 17 noyabr tarixli sessiyasında Azərbaycanın müstəqilliyinin
əbədiliyini təmin
edən mühüm əhəmiyyətli, taleyüklü
məsələlər müzakirə
olundu. Xalq deputatı, ağsaqqal Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyanın
gündəliyinə uyğun
Azərbaycanın milli
dövlətçiliyinin dirçəlişi,
azərbaycançılıq ideyasının formalaşması
ilə bağlı mühüm qərarlar qəbul olundu. «Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında
böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul
olundu. Naxçıvan
Muxtar Respublikasının
ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı, milli bayrağı qəbul olundu» söyləməklə
daim arzuladığı
Azərbaycanın müstəqilliyinin
əbədi qarantı
olduğunu sonrakı illərdə göstərdiyi
xidmətləri ilə
təsdiqləyən Ulu
Öndər Heydər
Əliyev Naxçıvan
MR Ali Məclisinin Sədri kimi suverenliyimizin qorunması naminə önəmli islahatlara imza atdı. Milli istiqlal ideologiyamızın
təməl prinsiplərindən
olan «Türkçülük,
müasirlik, islamçılıq»
rəmzlərini üzərində
təsvir olunan rənglərində yaşadan,
milli kimliyimizin təsdiqi olan bayrağımız varlığımızın
əbədi qarantı
kimi daim yüksəkliklərdə dalğalanır.
Üçrəngli bayrağımız
xalqımızın azadlıq
məfkurəsinə, milli-mənəvi
dəyərlərə və
ümumbəşəri ideallara
sadiqliyimizi nümayiş
etdirir.
1991-ci il fevral
ayının 5-də Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi «Azərbaycan Respublikasının Dövlət
Bayrağı haqqında»”
Qanunun tətbiqi ilə keçmiş
SSRİ-nin oraq- çəkicli bayrağını
əvəz edən milli bayrağımız and yerimiz oldu.
1991-ci il oktyabrın
18-də qəbul olunan
«Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktı» ilə respublikamızda Xalq Cümhuriyyətinin dövlət
rəmzləri, o cümlədən
Dövlət Bayrağı
bərpa edildi.
1993-cü il oktyabrın 3-də ümumxalq
səsverməsi ilə
Prezident seçilən,
andiçmə mərasimində
« Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını
yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının,
ərazi bütövlüyünü,
tam suverenliyini təmin etmək, ölkəmizi müharibə
şəraitindən çıxarmaq,
respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq,
onların yaxşı
yaşaması üçün
lazımi şərait
yaratmaq- bu vəzifələr mənim
prezident fəaliyyətimdə
əsas istiqamətlər
olacaqdır və mən bunların həyata keçirilməsinə
çalışacağam. Hər bir dövlətin
yaşam tarixi onun mövcudluğu ilə ölçülür,
varlığın təsdiqləyən
rəmzlər kimi bayraqlar da həmin
tarixdən «vətəndaşlıq
vəsiqəsi» qazanır,
müqəddəsləşir, bir millətin qürur, iftixar mənbəyinə çevrilir»
söyləyən Ulu
Öndər Heydər
Əliyevin vurğuladığı
kimi, müstəqil dövlət kimi varlığımızı təsdiqləyən,
qürur mənbəyimiz
olan üçrəngli
bayrağımız fərəhli
anlarımızın şahidi
kimi daim yüksəkliklərdə dalğalanacaq.
Ulu Öndər Heydər Əliyevin «Biz öz himnimizi,
bayrağımızı özümüz
qədər sevməliyik.
Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə
olan sədaqət, sevgi və məhəbbətin
rəmzidir», «Kim Azərbaycanı sevirsə,
kim Azərbaycanın müstəqil dövlət
olmasını istəyirsə,
kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə,
kim Azərbaycanın ərazi bütövlüyünü
istəyirsə, o, bu bayraq altında birləşməlidir» sözləri
xalqımıza, gənclərimizə
qətiyyətlilik tövsiyəsidir.
Bu tövsiyənin
şərtləri də
müqəddəsdir: Gərək
hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı
olsun, hər bir ailə bayrağımıza
hörmət etsin. Bu bayraq hər
bir vətəndaşın
həyatının ayrılmaz
hissəsi olsun. Bütün dünya azərbaycanlıların doğma
məkanı olan Azərbaycanın hər qarış torpağında,
təmsil olunduğumuz
beynəlxalq təşkilatların
qarşısında, idman
yarışlarında, olimpiadalarda
yüksək pillədə
dalğalanan üçrəngli
bayrağımız varlığımızın
rəmzi kimi qürur doğurur.
Prezident İlham
Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı
Sərəncama əsasən,
hər il noyabrın 9-da Dövlət
Bayrağı Günü
respublikamızda əziz
bayram kimi qeyd edilir.
Ulu Öndərin
layiqli davamçısı
olduğunu «Bayrağımız
eşidilən səsimiz,
duyulan nəfəsimizdir.
Bizim bayrağımız
qürur mənbəyimizdir.
Azərbaycan Respublikası
müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın Dövlət
Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları
üçün müqəddəs
dövlətçilik rəmzlərindən
birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
olan bu bayraq
bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və
ümumbəşəri ideallara
sadiqliyimizi nümayiş
etdirir» sözləri ilə bildirən Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə, yüksəkliklərdə
dalğalandırdığı bayraqlarımız anda sədaqət rəmzidir. Azərbaycan xalqını
bayrağımız altında
birləşdirən dövlət
başçımız, Ali
Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin «Azərbaycan bayrağı
sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin
rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan
vətəndaşı, xüsusən
gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə,
xalqa ,
dövlətə olan
məhəbbətə bərabər
olsun» sözlərini
44 gün davam edən İkinci Qarabağ müharibəsində
qazandığımız Zəfərlə
doğrultdu. Vətən
müharibəsində Qələbə
müjdəli müraciətlərini
xalqımıza bayrağımızın
şahidliyi ilə çatdıran Prezident İlham Əliyev şəhidlərimizin qəhrəmanlıqlarını
da yüksək qiymətləndirir.
Ümummilli Lider
Heydər Əliyev və dövlət başçımız İlham
Əliyev Prezident seçildikdən sonra keçirilən andiçmə
mərasimlərində «Qurani-Kərim»lə birgə
bayrağımızı öpüb,
xalqa , milli- mənəvi dəyərlərə
sadiq qalacaqlarına söz vermələri və vədlərinə layiqincə əməl etmələri onu göstərir ki, üçrəngli bayrağımız
da müqəddəs kitabımız qədər
əzizdir. Vətən
müharibəsində bayrağımızı
canı, qanı ilə qoruyan igidlərimiz ölümsüzlük
dastanı yazaraq düşmənə göz
dağı verdilər.
Prezident İlham Əliyevin vurğuladığı
kimi, suverenliyimizin simvolu olan bu
bayraq xalqımızın
azadlıq məfkurəsinə,
milli – mənəvi dəyərlərə və
ümumbəşəri ideallara
sadiqliyidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində milliyyətindən,
dini etiqadından asılı olmayaraq bütün Azərbaycan xalqı müqəddəs
bayrağımız altında
birləşdi.
2016-cı ilin Aprel döyüşlərində
işğaldan azad olunmuş ərazilərimizdə
dalğalanan bayrağımızın
Zəfər paradında,
Şuşada, işğaldan
azad edilmiş bütün torpaqlarımızdı
dalğalanacağını söz verən Ali Baş Komandan
İlham Əliyev bu vədinə də əməl etdi, insanların torpaq həsrətinə dalğalandırdığı bayrağımızla son qoydu.
Bu gün
Milli Ordumuzun işğaldan azad etdiyi rayonlarda bayrağımızın qürurla
dalğalanması «Dünən
var idik, bu gün yaşayırıq,
sabah da olacağıq» ideyasının
təsdiqidir. Siyasi pasportumuz, mənəviyyatımız,
milli təfəkkür
və məfkurəmiz,
kimliyimiz, əbədiyyət,
müqəddəslik simvolu,
qürur mənbəyimiz
olan bayrağımız
44 gün davam edən Vətən müharibəsində düşmənə
ən ağır zərbə, göz dağı oldu. Azərbaycanın Dövlət
Bayrağının Şuşada,
Xankəndidə, Qələbəmizin
rəmzi kimi küçə və prospektlərdə, vətəndaşların
əllərində dalğalanması
sevincimizin bayrağımızın
dili ili ilə ifadəsidir.
Şuşa Zəfərindən,
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra
yüz minlərlə
insan əllərində
Azərbaycan Bayrağı
paytaxtın küçə
və prospektlərinə
axışaraq sevinclərini
paylaşdılar. Həsrətlə
gözlədikləri qürurlu
anları bayraqlarımızı
ucadan-ucaya qaldırmaqla
bölüşdülər, yaşadılar.
Özünütəsdiq
simvolu olan bayrağımızın İkinci
Qarabağ müharibəsində
Azərbaycan xalqına
siyasi, mənəvi dəstək göstərən
Türkiyənin dövlət
bayrağı ilə qoşa dalğalanması bütünlükdə türk
dünyası birliyinin
yenilməzlik rəmzi
idi.
Qəhrəmanlıq salnaməmizə əbədi
həkk olunan 2020-ci ilin 8 noyabr, Şuşa sevincini tariximizə bayrağımızı
dalğalandırmaqla yazan
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev xalqa Böyük Qayıdışın
müjdəsini verdi. Mübarək bayrağımızı
əzəli və əbədi torpaqlarımızda
- Xankəndidə, Xocalıda,
Xocavənddə, Ağdərədə,
Əsgəranda ucaltmaqla
xalqımızın arzularını
çin etdi,respublikamızın
şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan
xalqı və onun qurduğu dövlət güclüdür,
yenilməzdir, torpaqlarının
sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır
vəziyyətlə üzləşsə
də, mətin, qəhrəman xalqımız
heç vaxi düşməndən qorxmur,
öz hədəfinə
doğru inamla irəliləyir və məqsədinə hasil olur. Azərbaycanın bu ilin sentyabr
ayında apardığı
antiterror tədbirləri
nəticəsində özünü
buraxan erməni separatizminin sonunun çatdığını Xankəndi
şəhərindəki çıxışında
səsləndirən Prezident
İlham Əliyev bəyan etdi ki, bu gün
burada olmağımızın
əsas səbəbkarı
Azərbaycan xalqıdır.
«Əziz həmvətənlər,
bu meydanda bu gün durmaq
böyük xoşbəxtlikdir,
böyük fərəhdir,
qürur mənbəyidir.
Mən qürur hissi ilə Azərbaycan Bayrağını
bu gün qaldırmışam və
doğma xalqıma bir daha demək
istəyirəm ki, biz bu Qələbəyə
layiqik. Azərbaycan xalqı bu Qələbəni
öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada
qaldırdığım Bayraq
burada əbədi dalğalanacaq və biz burada əbədi
yaşayacağıq. Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!»
Xuraman İsmayılqızı,
«İki sahil»
İki sahil.- 2023- cü il.- 8 noyabr.- ¹ 206.- S. 7.