Babalarımız oğuzlar

  (Türkmənlər)

 

   Əvvəli ötən sayda

 

•Hun-sabirlərin sayları olduqca çox idi və onlar müstəqil qollara ayrılmışdılar.

Jujanlardan qaçan sabirlərin bir qisminin Azərbaycana, xüsusən şimal-şərq ərazilərinə köç etməsi onların burada yaşayan qandaşlarının yanına gəlməsi kimi izah olunur. Eyni zamanda S.Aşurbəyli VII əsrə aid anonim bir mənbəyə istinadla Xəzər dənizinin şimal-qərbində Atil (İtil/Volqa) çayınadək sabir tayfalarının yaşadığını bildirir. O, Mitilenli Zəkəriyyənin 555-ci ilə aid salnaməsindəDərbəndin arxasında, Dağıstanda Şimali Qafqazdayaşayan 13 etnosdan bəhs etdiyini, çadırlarda yaşayan, mal-qara, balıq vəhşi heyvan əti ilə dolanan bu tayfaların arasında bulqarlar, xəzərlər, saragurlar, onoğurlarla yanaşı sabirlərin xatırlandığını qeyd edir. S.Aşurbəylinin fikrincə, sabirlər hun ordası tərkibində Azərbaycana V-VI əsrlərdə gəlmiş, VII-IX əsrlərdə isə Qəbələyə Muğana yayılmışlar. O, İbn Xordadbehin (IX əsr) belə bir məlumatını nəzərə çarpdırır ki, “Bab əl-Əbvabdan (Dərbənddən) o yana Suvar səltənətidir”. Deyilənlərdən sabirlərin Xəzər ətraflarında, xüsusilə Qafqaz, o cümlədən Azərbaycanda bizim eranın ilk əsrlərindən məskən saldıqları, özü digər türkdilli tayfalarla yan-yana yaşadıqları, buradan qonşu bölgələrə yayıldıqları aydın olur ki, bu da türk xalqları üçün xarakterik xüsisiyyətdir. Digər tərəfdən Orta Asiyada, Karaçuk dağının ətəklərində (Fərab şəhəri yaxınlığında) Azərbaycan ərazisində sabirlərin adı ilə bağlılığı şübhə doğurmayanŞabranşəhərlərinin (Mahmud Kaşğari lüğətində bu adŞabiranşəklində keçir) olması maraq doğurur.    

XƏZƏRLƏR. Mənbələrdə bir qayda olaraq adları sabirlərlə qoşa çəkilən konfederasiyalardan biri xəzərlərdir. Dünya tarixşünaslığında xəzərlər mövzusuna maraq həmişə böyük olub. Bir neçə yüzillik ərzində Cənubi Qafqazdan Xəzər Qara dəniz boyunca İtil (Volqa) Dunay çaylarına qədər nəhəng bir coğrafiyanı hakimiyyəti altında saxlamış xəzərlər haqqında indiyədək yüzlərlə tədqiqat əsəri nəşr edilib. Müasir elmi fikrin yekdil rəyi bundan ibarətdir ki, xəzərlərin tarix səhnəsinə çıxışı bizim eradan çox-çox əvvəl, Heredot zamanında (təqribən b.e.ə. 484-425) baş vermişdir. Onların Azərbaycana gəlişi eyni dövrə təsadüf edir. Azərbaycan tarixşünaslığında xəzərlərin  iskit tayfalarına aid edilməsi, savirlərin, bulqarların, barsillərin isə Xəzər Xaqanlığında təmsil olunması tendensiyası get-gedə güclənməkdədir. Əslində, eyni hadisələrin gah sabirlərə, gah da xəzərlərə aid edilməsi halları tarixşünaslıqda əvvəllər olub. Misal üçün, S.AşurbəyliŞirvanşahlar tarixiəsərində İbn Misqəveyhə istinadən I Xosrov Ənuşirəvanın 50 min əsir türkü Azərbaycan ərazisində yerləşdirməsindən iki dəfə bəhs edir; əvvəlcə həmin əsirlərin savirlər, bir qədər aşağıda isə xəzərlər olduğunu bildirir (yuxarıda bu hadisəyə toxunulub). bu, məxəzlərdəki qarışıqlıqla yanaşı savir xəzərlərin etnik yaxınlıq siyasi müttəfiqliyinə, əksər hallarda onların eyni proseslərdə birgə iştirakına dəlalət edir.

Jujanlardan qaçan sabirlərin bir qisminin Azərbaycana, xüsusən şimal-şərq ərazilərinə köç etməsi onların burada yaşayan qandaşlarının yanına gəlməsi kimi izah olunur.

Xəzərlər Azərbaycan mövzusuna İran alimi Səid Nəfisi toxunur. V əsrin əvvəllərində türklərin müxtəlif tayfalar şəklində Xəzərin üç tərəfində yaşadıqlarını yazan tədqiqatçı, bu tayfalar arasında xəzərlərlə yanaşı səlcuq, türkmən (şimal-şərqdə məskunlaşanlar), salur, bayandur, əfşar bayat kimi oğuz boylarının (şimal-qərbdə məskunlaşanlar) da adını çəkir, həmin dövrdə indiki İran ərazisi Cənubi Qafqaza (Azərbaycana) iki istiqamətdən türk axınlarının baş verdiyini göstərir (Mehman Süleymanov). Ortaq türk tarixindən bəhs edən xülasələrdə isə xəzərlərin VII əsrdə əsasən, Aşağı Volqaboyunda Xəzərin şimal-qərb sahillərində imperiya qurduğu Xəzər Xaqanlığının ümumtürk tarixinin növbəti yüksəliş mərhələsini təcəssüm etdirdiyi vurğulanır. Böyük Türk Xaqanlığının şərq ərazilərində meydana gələn onun davamı sayılan bu dövlətin sonradan Göytürklərin qurucuları olacaq Aşina sülaləsi tərəfindən idarə edildiyi süquta uğradığı X əsrədək Şimali Qara dəniz boylarından Aral dənizinə, Azərbaycandan Ural dağlarına qədər genişləndiyi deyilir. Xaqanlığının başlıca inzibati mərkəzləri kimi Xanbalık ( ya Səməndər) İtil şəhərləri göstərilir.

İslam (ərəb) ordularının VIII əsrdə Qafqaza Azərbaycana hücumu ərəfəsində burada xəzərlərin hökmran olduqlarını nəzərə çatdıran S.Aşurbəyli bu iki güclü rəqib arasında uzun sürən mübarizəni ətraflı təsvir edir. Onun yazdığına görə, “Şimali Qafqazda Volqanın mənsəbində güclü səltənət yaratmışxəzərlər hələ 662-ci ildə Dərbənddən Albaniyaya yürüş etmiş, lakin alban hökmdarı Cavanşir tərəfindən geri oturdulmuşdular. 664-cü ildə isə onlaryeni, daha güclü hücuma keçərək, Kürü adlayıb Araz sahillərinə çatdılar, çoxlu əsir tutdular Muğan düzündən külli miqdarda mal-qara qovub apardılar. 684-cü ilin hücumu da Albaniya üçün dağıdıcı oldu. Həmin vaxtdan etibarən ölkə kütləvi surətdə Albaniyada məskunlaşan yerli əhali ilə qaynayıb-qarışan xəzərlərin hakimiyyəti altına düşdü. VIII əsrin əvvəllərində ərəblər Dərbənd istiqamətində şimal yürüşünə başlarkən buradatərkibində müxtəlif türk tayfaları- sabirlər, türkütlər, bulqarlar b. olan çoxsaylı Xəzər ordusu ilə üz-üzə gəldilər”.

Xəlifə I Validin (705-715) dövründə Arran, Azərbaycan Şirvana bir neçə dəfə hücum edən ərəblər müqavimət göstərən qala şəhərləri alıb, özlərinə tabe etdirərək, Əl-Bab (Dərbənd) üzərinə yeridilər şəhəri tutdular. Xəzərlər geri çəkildilər. Lakin ərəb qoşunlarının komandanı, xəlifənin qardaşı oğlu Məsləmə gedəndən sonra geri dönüb yenidən Dərbəndi ələ keçirdilər.

Xəlifə Yəzid ibn Əbdülməlikin hakimiyyət illərində (720-724) xəzərlərə qarşı mübarizə yenidən alovlandı. 722-723-cü illərdə Azərbaycan valisi təyin olunan əl-Cərrah ibn Abdullah əl-Həkəmi 25 minlik ordu ilə Kürü keçərək xəzər xaqanının oğlu Barsbəyin qoşununu məğlubiyyətə uğratdı. Çoxlu əsir alan əl-Cərrah onları Qəbələdə yerləşdirdi, sonra isə şimalda yerləşən Bələncəri zəbt etdi. 724-cü ilin əvvəlində ölən xəlifə Yəzidin yerinə qardaşı Hişam ibn Əbdülməlik (724-743) keçdi onun vali kimi yenidən Azərbaycana göndərdiyi Məsləmə ibn Əbdülməlik 20 ildən artıq bir müddətdə Əməvilərin Qafqazda xəzərlərlə mübarizəsinə başçılıq etdi. O, 727-728-ci illərdə Azərbaycan torpaqlarından keçərək iki dəfə xəzərlərlə döyüşə girdi onlara qalib gəldi. 729-cu ildə Şəki-Bərdə-Beyləqan-Varsan-Bacərvan yolu ilə hərəkət edən Əməvi qoşunu Ərdəbili hədəf götürmüşdü. Lakin Xəzər xaqanının oğlu Barsbəy 300 minlik ordusu ilə Ərdəbilə köməyə gəldi Şəhrizad kəndi yaxınlığında ərəbləri məğlub edərək, şəhəri aldı.

735/736-cı ildə yeni vali Mərvan ibn Məhəmməd xəzərlərin ölkəsinə soxuldu. İslamı qəbul etdiyinə görə xaqanı taxtından kənarlaşdırmasa da 40 min xəzəri əsir aldı Samur Şəbəran çayları arasındakı düzənlikdə yerləşdirdi. Mərvan bir müddət sonra Şimali Cənubi Dağıstanın bəzi vilayətlərini ələ keçirdi onların hakimlərini özünə tabe etdirdi.

Ərəb-xəzər qarşıdurması Abbasi xəlifələri dövründə davam etdi. Doğrudur, Xəlifə Əl-Mənsurun (754-775) Azərbaycan, Arran Şirvan valisi təyin etdiyi Yəzid ibn Üseyd əs-Süləmi xaqanın qızı Xatunla evlənərək, xəzərlərlə qohum olduqdan sonra münasibətlər müəyyən qədər yoluna düşmüşdü, lakin ara-sıra toqquşmalar baş verirdi.

•VIII əsrin əvvəllərində ərəblər Dərbənd istiqamətində şimal yürüşünə başlarkən burada tərkibində müxtəlif türk tayfaları- sabirlər, türkütlər, bulqarlar b. olan çoxsaylı Xəzər ordusu ilə üz-üzə gəldilər.

Xəzərlərin ərəblərə qarşı son böyük hücumu isə 799-cu ilə təsadüf edir. Bu ərəfədə xəlifə Harun ər-Rəşidin (784-809) canişin təyin etdiyi Səid ibn-Səlm ibn-Qüteybə əl-Bəhilinin zülmündən narazı olan Dərbənd feodalları onun naibinə hücum çəkmiş, canişin isə buna görə Dərbənd əmiri ən-Nəcm ibn-Haşimi qətlə yetirmişdi. Həyyun ibn-Nəcm atasının qisasını alaraq Səidin Dərbənddəki naibini öldürdü canişinə qarşı üsyan qaldırdı. Mənbələrdə deyildiyinə görə, “o, xəzərlərin xaqanı ilə danışığa girdi, xaqan ona yardım göstərdi, böyük ordunun başında müsəlmanlara hücum edərək, onları qırdı çoxlu əsir aldı”. Xəzərlər Şirvan Arranın içərilərinə doğru irəliləyərək, Kürün sahilinə çatdılar 100 mindən çox əsirlə geri döndülər.

Göründüyü kimi, xəzərlər böyük hərbi qüdrətə malik olmuş, ərəb ordularına qarşı təxminən yüz il döyüşmüş, İslam xəlifəsi ilə qohumluq şərəfinə layiq görülmüşlər. D.Kıdırəli Q.Babayarovun qeyd etdikləri kimi, bu cəsur türk tayfasının (tayfa birliyinin) Azərbaycan, qumıq, qaraçay, balkar Krım türklərinin etnik-mədəni təşəkkülündə əhəmiyyətli yer tutduğuna şübhə yoxdur.

 

                                                                          Ardı var

 

N. Mustafa

 

İki sahil.- 2023- cü il.- 15 noyabr.- ¹ 208.- S. 6.