Babamız oğuzlar

 

Əvvəli ötən sayda

 

GÖYTÜRK İMPERİYASI VƏ OĞUZLAR

 

Amma, etiraf etməliyik ki, sözügedən dövrdə bütün türk arealının ən qüdrətli dövləti Göytürk imperiyası idi. Təqribən 200 illik siyasi varlığı müddətində (Birinci Göytürk Xaqanlığı: 552-630; İkinci Göytürk Xaqanlığı: 682-745) şərqdə Çinin cənub sərhədlərindən qərbdə Xəzər dənizi Qara dəniz sahillərinə qədər uzanaraq Bizansın qonşuluğuna çatan, əhalisi bir çox türk qeyri-türk etnik ünsürü birləşdirən bu dövlətin yaranması VI əsrdə Orxon Talas vadilərində (indiki Monqolustan) Aşina adlı bir türk boyunun (qədim əfsanəyə görə, əlləri ayaqları kəsilərək bozqıra atılmışson türk”lə onu ölməkdən xilas edəngöy börü”dən - müqəddəs qurddan törəyən Asena/Açına/ Aşina soyu türklərin mifik-totemik babaları sayılır) jujanlar üzərində qələbə çalması ilə əlaqələndirilir. Belə ki, hələ eramızın 155-ci ilinə doğru hunlar buradakı hakim mövqelərini sienpilərə (monqoldilli syanbilərə), onlar isə juan-juanlara (jujanlara) tərk etmişdilər. L.QumilyovunQədim türklərəsərində qeyd olunduğuna görə, Aşina ailəsi Xesi hakimi, hun knyazı Muğanın təbəələrindən olub, hunların syanbilərin çinlilərdən aldıqları Şensi əyalətinin qərb hissəsində yaşayırdı. 439-cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey imperiyasına birləşdirəndə knyaz Aşina “500 ailəilə (alimin fikrincə, bu rəqəm üslubi qəlibdir əslindəazsaylımənasını verir) jujanların yanına qaçdı Altay dağlarının cənubunda yerləşərək, onlar üçün dəmir emal etməyə başladı. L.Qumilyov Aşina ailəsini çoxsaylı syanbi hun knyazlıqları ilə yola getməyən qoçaq adamlardan ibarət bir orda hesab edir (baxmayaraq ki, tam bir Aşina Xaqanlığından söz açan araşdırıcılar da yox deyil). Onun fikrincə, çinlilər Aşina bəylərinin  təbəələrini tu-kyu adlandırırdılar: “Bu söz Pelyo tərəfindəntürküt”, yəni, “türklərkimi uğurlu açılmışdır”.

Tarixşünaslıqda qəbul olunmuş qənaətə əsasən, 552-ci ildə Aşina bəyi Bumın jujanları məğlubiyyətə uğradaraq İl-xan titulunu qəbul edir ki, Göytürk Xaqanlığının qurulması da həmin ildən hesablanır (L.Qumilyov isə Birinci Xaqanlığın 546-658-ci illər arasında mövcud olduğunu göstərir). Dövlətin qüdrəti artdıqca onun ərazilərinin Uzaq Şərqdən Şimali Qara dəniz boylarına, Cənubi Sibirdən Xorasana Şimali Hindistana qədər böyüdüyü bildirilir. Göytürk Xaqanlığının əsas inzibati mərkəzləri kimi paytaxt Ötükənlə (müasir Monqolustan) yanaşı, Suyab Taraz (Yeddisu bölgəsi), Cabqukənd Xatunkənd (Daşkənd) kimi şəhərlər göstərilir. Mənbələrdə məhz bu dövlətin mövcudluğu dövründə Mərkəzi Asiya ətraf bölgələrin- Volqa çayından Xorasana Çinə qədər geniş ərazilərinTürküstanadlandırılmağa başladığı deyilir. Orxon-Yenisey abidələrində digər tarixi məxəzlərdə Göytürk Xaqanlığının Bumın, Muğan, İstəmi, Kutluq İlteriş, Kapaqan Bilgə xaqan kimi hökmdarlarının, habelə vəzir (“ayquçı”) Tonyukuk, şahzadə sərkərdə Gültəkin (“Kül-tigin”) kimi tanınmış dövlət xadimlərinin adları əbədiləşdirilib.

Qədim türk dövlət təşkilatı qaydasına görə, Göytürk dövləti iki cinahdan- şərq qərb xaqanlıqlarından təşkil olunmuşdu. “Altay sistemiadlandırılan əsasının Oğuz Xaqan tərəfindən qoyulduğu bildirilən analoji hakimiyyət quruluşunun əsrlərlə davam edərək ilk türk-İslam dövləti olan Qaraxanilərdə (840-1212) gözlənildiyi məlumdur.

Şərqi Göytürk Xaqanlığı Cənubi Sibiri, Monqolustanı, Uzaq Şərqi Şimali Çini əhatə edir Bumın xaqanın övladları tərəfindən idarə olunurdu. Qardaşı İstəmi Yabğu onun övladları isə ölkənin qərbində (Altay dağları bölgəsindən Şimali Qara dənizə, Yaik (Ural) İtil (Volqa) sahillərindən Şimali Hindistana qədər ərazilərdə) hökmranlıq edirdi. Qərbi Göytürk Xaqanlığı nisbi müstəqilliyə malik olsa da, Böyük Xaqana- Bumın sülaləsinə tabe idi. Bəzi rəsmi sənədlərdə Qərbi Göytürk Xaqanlığının “On-okadı ilə keçməsi bu ölkənin mərkəzi əyaləti olan Jetisu bölgəsində on-okların (10 türk tayfasından ibarət birlik) hökm sürməsi ilə bağlıdır. İ.Qəfəsoğlunun yazdığına görə, “Ötüken yörəsində yurd tutan oğuzlar varlıqlarını əsasən, İstəminin onun oğlu Talunun hakimiyyəti dövründə İli vadisi, İssık-göl, Yeddisu Talas çevrəsində mövcud olmuş Qərbi Göytürk dövlətində göstərmişlər. Yalnız əldəki tarixi bilgilərə görə, bu dönəmdə onlaroğuzadı ilə deyil, “on oklardeyə tanınırlar”. Zeynəb Qorxmaz isə bizanslıların Qərbi Göytürk oğuzlarını (“on oklar”ı) “uzadlandırdıqlarını bildirir. Əslində, macar alimi Qyula Nemetin məlum qənaətinə əsasən, “oğuzsözü əvvəlcəqəbilələranlamında işlənib (“ok” - qəbilə + cəm şəkilçisi: -uz). Məntiqlə, “üçok”, “bozokkimi ifadələrdə məhz həmin məna daşlaşıb. Ad bildirməyənoğuzismi etnoloji semantikasını sonradan qazanıb: “doqquz-oğuz”, “onoğur s.

Oğuzsözünün bəzi mənbələrdəoğur”, “ğuz yauzşəklində işlənməsi isə linqvistik qanunauyğunluqlarla izah edilir. Yuxarıda oğuzlarla hunların bağlılığından söz açarkən Bizans tarixçisi diplomatı Priskin uğor, sarağur onoğurları Qafqazda məskunlaşmış hun boylarından hesab etdiyini xatırlatmış, Ü.Bulduka istinadlaoğuzsözününoğurvariantında eramızdan əvvəlki dövrdə Çin mənbələrində işləndiyini qeyd etmişdik. A.Attarın fikrincə, “erkən orta əsrlərdə (IV-V əsrlər) Orta Qazaxıstandan Xəzərin Qara dənizin şimalı boyunca Şərqi Avropaya qədər uzanan türk-ogur (oğur) qövmlərinin oğuzlar olduğuna şübhə yoxdur. Bu anlamda Çin qeydlərindəting-ling”, “kao-çetölesadı ilə keçən çoxsaylı türk qövmlərinin hər biri oğuz kimliyinin parçalarıdır”. 

Qyula Nemetin məlum qənaətinə əsasən, “oğuzsözü əvvəlcəqəbilələranlamında işlənib (“ok” - qəbilə + cəm şəkilçisi: -uz). “Üçok”, “bozokkimi ifadələrdə məhz həmin məna daşlaşıb. Ad bildirməyənoğuzismi etnoloji semantikasını isə sonradan qazanıb: “doqquz-oğuz”, “onoğur s.

Oğuzadına rəsmi şəkildə ilk dəfə Birinci Göytürklər dönəminə aid Orxon-Yenisey abidələrində təsadüf olunur: Yeniseyə tökülən Barlık çayı sahilindəki birinci kitabədəAltı Oğuz bodunu”, “Kül-Tiginkitabəsində isəDokuz oğuzetnonimləri işlənir. Birinci kitabədən bəhs edən Ü.Bulduk yazır: “VII əsrə aid Yenisey kitabələrindən birində Alp Turanın 13 yaşında ikənaltı oğuz budunundanayrıldığı deyilir. Buradan düşünmək olar ki, VI əsrdə oğuzlar 6 boy şəklində Barlık irmağı sahillərində yaşamışlar. Ancaq onların yalnız 6 boydan ibarət olduqları, yoxsa bu ifadənin ancaq Barlık irmağı sahillərində yaşayanlara aid olması məsələsi hələ aydınlaşdırılmayıb”. Yeri düşmüşkən, onu da qeyd edək ki, abidələrdə oğuzlarınüç oğuz”, “altı oğuz”, “doqquz oğuzşəklində xatırlanmasını əsasən tayfa sisteminin özəllikləri sosial-demoqrafik amillərlə bağlayan araşdırmaçılar da az deyil. Tufan Gündüzün fikrincə, oğuz boylarının əhalisi artib-azaldıqca ortaya yeni boylar çıxır, bəzi boylar isə başqalarının içində əriyirdi. Siyasi nüfuzu gücü yüksələnlər boy birliyində öz adları ilə təmsil olunur (yəni ayrıca boy sayılır), zəifləyənlər isə bu haqqını itirirdi. Odur ki, belə hallar siyasi, iqtisadi, hərbi s. faktorlar nəzərə alınmaqla oğuzların ümümi vəziyyətinin göstəricisi kimi qiymətləndirilməlidir.     

Türkiyə tarixşünaslığında İ.Qəfəsoğlu Ü.Bulduk da daxil olmaqla əksər alimlər Göytürk dövlətinin zəifləyib Çinin nəzarəti altına düşdüyü 630-cu ildən etibarən Tola-Selenqa çayları hövzəsində yaşayan  boyların birləşərək, Doqquz Oğuz Xaqanlığını qurması fikrini qəbul edirllər. Ə.Taşağılın nöqteyi-nəzərincə, 626-cı ildən etibarən Birinci Göytürk Xaqanlığında mərkəzi hakimiyyət zəifləməyə başlamış bu da dövlətə bağlı 9 oğuz boyunun (Çin qaynaqlarındachiou-hsing”=“doqquz qəbilə”) baş qaldırmasına səbəb olmuşdur. Doqquz Oğuz Xaqanlığının qurulmasında ətrafda yaşayan, lakin siyasi şəraitin diqtəsi ilə Göytürk dövlətinə qatılmayan qohum tayfaların iştirakı da istisna edilmir. Hər bir halda Ötükeni hakimiyyətləri altına alan asi oğuzlar uzun müddət Göytürk dövləti ilə mübarizə aparmış, Xaqanlar onları itaət altına almaq üçün müxtəlif üsullara əl atmışlar. Misal üçün, 634-cü ildə İşbara ölkəni 10 yerə bölərək, “onlu təşkilatlanma sistemitətbiq etmişdir (çox güman ki, göytürklərinon-okadlandırılması da bundan sonra baş verir). Lakin oğuzların mərkəzi hakamiyyətlə ixtilafı bununla da bitməmiş, məsələ İnəklər döyüşünə (682-ci il) qədər böyümüş yalnız bu döyüşdən sonra İlteriş Xaqana (Kutluğ Xaqan) məğlub olan oğuzlar İkinci Göytürk dövlətinin tərkibinə daxil edilmişlər. Yenisey hövzəsində oğuz bəylərinin məzar daşlarının olması onların burada da önəmli yer tutduqlarına dəlalət edir.

•“Oğuzadına rəsmi şəkildə ilk dəfə Birinci Göytürklər dönəminə aid Orxon-Yenisey abidələrində təsadüf olunur: Yeniseyə tökülən Barlık çayı sahilindəki birinci kitabədəAltı Oğuz bodunu”, “Kül-Tiginkitabəsində isəDokuz oğuzetnonimləri işlənir.

 

                                                                             

 

                                                                                                  Ardı var

 

N. Mustafa

 

İki sahil.- 2023- cü il.- 16 noyabr.- ¹ 209.- S. 6.