BABALARIMIZ OĞUZLAR

           (Türkmənlər)

 

        Əvvəli ötən sayda

Diqqət yetirilməsi lazım gələn başqa bir məqam L.Qumilyovun Birinci Xaqanlığıtürküt dövlətihesab etməsidir. Maraqlıdır ki, Şirvanşahlar tarixinə həsr etdiyi fundamental monoqrafiyasında S. Aşurbəyli türküt dövlətindən söz açmışdır. Əsərin “VI əsrdə türkdilli tayfaların Albaniyaya gəlmələrinin xüsusilə intensiv şəkil almasıbəhsində deyilir: “Məlumdur ki, türklər (türkütlər) şərqdə Çinə, qərbdə isə Qafqaza Bizansa qədər uzanıb gedən imperiya yaratmışdılar. VI əsrin ikinci yarısında onlar Qafqaza lap yaxınlaşmışdılar. Artıq bu vaxta qədər Qafqazdan keçən yol onlara bəlli idi. Belə ki, Bizanslı Menandrın (VI əsr) verdiyi xəbərə görə, türküt xaqanı Dizavul (İstəmi) İranla, sonra isə Bizansla ipək ticarəti yaratmaq məqsədi ilə 568-ci ildə Altaydan səfirlik göndərmişdi. Həmin səfirlik Qafqaz dağlarını aşaraq Bizansa gəlib çıxmışdı”. Söhbətin Qərbi Göytürk Xaqanlığının hökmdarı İstəmi tərəfindən göndərilmiş elçilərdən getdiyi aydındır. Deyilənlərdən sonra, “türküt dövlətion-okterminlərini Birinci Göytürk Xaqanlığında etnik-siyasi dominantlıq daşıyan oğuz tayfa birliklərinin göstəricisi hesab edən tədqiqatçılara haqq verməmək, açığı, mümkün deyil. Türk tarixşünaslığında qəbul edilmiş ümumi qənaətə əsasən, “oğuzların qərb qolu olan oğurlar boy birliyi şəklində yaşayır budunadlanan bu federasiyalar çox zaman onlara daxil olan boyların sayı ilə tanınırdı: “onogur” (10 oğur), “bittigur” (5 oğur), “altziogur” (6 oğur), “sattagur” (7 oğur), “kutrigur” (9 oğur), “utigur” (30 oğur) s.” (Əli Əhmədbəyoğlu).

Burada L.N.Qumilyovun başqa bir fikrini yaddan çıxarmaq olmaz ki, sözügedən dövrdə türk etnosları təkcə türkütlərdən ibarət olmamışdır: “Türk dili mühiti həmin dövrdə (VI əsrdə-N.M.) artıq Altaydan qərbə doğru uzaqlara- quzların, kanqlıların, yaxud peçeneqlərin, qədim bulqarların hunların yaşadıqları ərazilərə yayılmışdı”.

Salnamələrdə söylənildiyinə görə, İkinci Göytürk Xaqanlığının tərkibində 9 ya 10 boy (“doqquz oğuz”, “on oğuz”) şəklində təşkilatlanan oğuzların, Kutluq Xaqanla daha geniş bir ittifaq quraraq güclü ordu yaratmış, çinlilər kitanlara qarşı vahid mövqe nümayiş etdirmiş 682-ci ildə Korov gölü çevrəsində (tarixin ən böyük savaşlarından biri sayılır) Tonyukukun komandanlığı altında çinlilər üzərində mütləq qələbə çalmışlar. Bununla belə, oğuzların İkinci Göytürk Xaqanlığı dövründə, xüsusən dövlətin qurucusu İlteriş xaqan onun qardaşı Kapaqan xan dönəmlərində müstəqillik əldə etmək, yaxud muxtariyyətlərini genişləndirmək məqsədi ilə mərkəzi dövlətə qarşı üsyankar davrandıqları da tarixdən məlumdur. Dövlətin zəifləməsinə 699-744-cü illər arasında süqut etməsinə rəvac verən amillər kimi ilk növbədə daxili çəkişmələr (oğuzların gücündən qorxuya düşən Çinin türk boyları arasına nifaq salma cəhdləri qeyd olunmalıdır), üsyanlar xarici təzyiqlər nəzərdən keçirilir.

Müasir tarixşünaslıq Qərbi Göytürk Xaqanlığının siyasi-mənəvi irsinə 699-cu ildə Jetisu həndəvərində qurulmuş Türkeş/Türgiş Xaqanlığının sahib çıxdığı qənaətindədir. Bu dövlətinon-ok”lardan sayılan eyniadlı tayfanın liderliyi ilə yarandığı (İ.Qəfəsoğlu b.), 766-cı ilədək mövcud olduğu (paytaxtı Suyab şəhəri) bildirilir. Artıq qeyd olunduğu kimi, bir çox tanınmış alimlər oğuzların ataları kimi türgişləri götürür, “tarixi ardıcıllıq nöqteyi-nəzərindən turgişlərin davamı olaraq oğuzları görməyi daha doğruhesab edirlər. Ə.Taşağıl yazır: “Hər qədər oğuzların Seyhun (Sırdərya) boylarına 775-785-ci illərdə (Xəlifə əl-Mehdi zamanında) gəldikləri təxmin edilsə , tarixi proseslər onların türgişlərin varisi olduğunu düşünməyə əsas verir”. Ə.B.Ərcilasunun fikrincə: “İstəmi Kağanın idarə etdiyi Qərbi Göytürklər türgişlərin ataları olduğu üçün onları da oğuzların babaları qəbul edə bilərik”. Başlanğıc dövründə (Göytürklər zamanı-N.M.) oğuzların beşinu-şe-pi”, beşi isətu-luolmaq üzrə 10 qəbilədən ibarət olduğunu yazan alim onların etnik təşəkkülünün Seyhun boylarına köçəndən sonra tamamlandığını nəticədə Mahmud Kaşğari lüğətində qəbilələrin sayının 24-ə çatdığını təxmin edir.          

Zənnimizcə, Göytürk Xaqanlığının etnik tərkib mirasından danışarkən Rəşad Gəncin bir mühüm mülahizəsini xatırlatmamaq olmaz. Bilgə xaqanın oğuzlar haqqında dediklərinə özünəməxsus şəkildə yozum verən alim qətiyyətli şərhləri ilə diqqət çəkir: “ deyir Bilgə xaqan? Deyir ki, “oğuz budunu kəndi budunum idi”. Göytürklərin oğuz dövləti olduğuna dair bundan daha böyük dəlil-sübut gətirmək mümkündürmü? Deyir: “Türk-oğuz bəyləri, budunum, eşidin”. Bəylərə cəm şəklində, buduna təkdə xitab edir. Bir budun var çünki”.

Şərqi Göytürk Xaqanlığına gəlincə, bu dövlətin 744-cü ildə basmil, karluk uyğur boylarının üsyanı nəticəsində ortadan qalxdığı onun yerində Kutluq Bilgə Kül xaqanın başçılığı ilə Uyğur Xaqanlığının (745-840) yaradıldığı bildirilir (paytaxtı Ordubalık şəhəri).  F.Sümərin fikrincə, üsyançıların əsas qüvvələrindən olan oğuzlar Göytürkləri sarsıtmalarına baxmayaraq, özləri gücdən düşdükləri üçün hakimiyyətə uyğurlar gəlmiş, onlar isə  dövlətin ikinci mühüm sosial gücünü təşkil etmişlər. Ü.Bulduk ərəb mənbələrində çox vaxt Uyğur Xaqanlığının dadoqquz oğuz”, “doqquz ğuzadlandırıldığını vurğulayır bunudövlətdə təməl ünsürünoğuzlar olmasının dəlili hesab edir. Ərəb mənbələrini əsas götürən Ə.Taşağıl da uyğurların öz dövlətlərinidoqquz oğuzlar üzərində qurduğunuyazır. Tədqiqatlarda oğuzların Uyğur dövlətinin digər qurucu boyları ilə yola getmədikləri, ara-sıra müstəqillik mübarizəsinə qalxıb üsyan etdikləri tez-tez vurğulanır: “Oğuzlar eynən Göytürklərlə olduğu kimi, Uyğur dövlətinin qurucuları ilə mücadilə etmişlər bu mücadilə nəticəsində Orxon bölgəsindən köç etmək zorunda qalmışlar” (Ü.Bulduk). Unutmaq olmaz ki, İkinci Göytürk dövlətinin yıxılması ilə qərbə Çinə köçən oğuz qruplarının bir hissəsi çox keçmədən Ötükenə qayıdaraq Uyğur Türgiş  Xaqanlıqlarında birləşmişdilər bunun da oğuzların gücünə güc qatdığı aydındır. Lakin görünür, qədər güclənsələr belə, hakimiyyəti ələ keçirə bilməmişlər.

Təxminən 760-766-cı illərdə çinlilərin təzyiqi altında qərbə sıxışdırılan karluklar oğuzların Talas, Yeddisu, Çu, İssık-göl ətraflarında İli vadisində məskunlaşdıqları yaylaları zəbt etdilər. Bu iki türk birliyi arasında toqquşmalar karlukların Türgiş, ondan da qabaq Qərbi Göytürk ölkəsi torpaqlarına hakim olmaları, oğuzların isə bu əraziləri tərk etmələri ilə nəticələndi (karluklarla kiməklər arasında müharibənin qızışması da prosesləri sürətləndirən xüsus kimi nəzərə alınmalıdır). Bununla türgişlər tarix səhnəsindən çəkilmiş, “766-cı ildən sonratürgişadı ( əlavə edək ki, tarixi-mədəni irsi-N.M.) öz yerinioğuzadına buraxmışdır. Qərbi Oğuzların tarixi beləcə başlamışdır”. (Ə.Taşağıl)

Təqribən eyni illərdə Uyğur dövləti süqut etdi (766-cı ildə hakimiyyət karluklara, 840-cı ildə isə qırğızlara keçdi). N.Nəsibli bu hadisələrdən sonra oğuzların o vaxta qədər görünməmiş kütlələr halında miqrasiya etdiklərini yazır bunuəsl böyük köçadlandırır: “Asiyanın hər tərəfinə, amma daha kütləvi şəkildə qərbə köçdülər burada əvvəlki qandaşları ilə birləşdilər”. Karluklar qarşısında geri çəkilən oğuzların əsasən Seyhun (Sırdırya) çayının aşağı yataqlarında, bir qədər şimaldakı çöllüklərdə Aral gölü hövzəsində daha böyük kütlələr şəklində təmərküzləşdikləri məlumdur. Bununla belə, keçmiş oğuz yurdunda yaranmış Karluk Yabğuluğunda Qırğız Xaqanlığında müəyyən miqdarda oğuzların qaldığı da, sözsüz ki, nəzərdən qaçmamalıdır (həmişə hər yerdə bütün çətinliklərə rəğmən öyrəşdiyi coğrafiyanı tərk etmək istəməyənlər olur bu, bir qanunauyğunluqdur).

Göytürk imperiyasında oğuzların dominantlığı dilçilik materialları ilə təsdiqini tapır. Hələ keçən əsrin 70-ci illərində görkəmli sovet türkoloqu Ədhəm Tenişev yazırdı: "Yalnız genetik prinsipləri əldə rəhbər tutaraq sözügedən dili (Orxon-Yenisey kitabələrinin dilini-N.M.) "qədim oğuz dili", "müasir Cənubi türk dillərinin əcdadı" ya başqa bir dil hesab etmək mümkün olmazdı. O bu, digəri, hər hansı üçüncüsü deyil. Run abidələrinin dili qarışıq (oğuz-uyğur) təbiətə malik qədim türk koyne yazısı, türk dilləri tarixində ilk ədəbi variantdır". 50 il bundan əvvəl söylənmiş bu fikrinkifayət qədər cəsarətliolduğunu bildirən (“Türkləri yeni yaranmış xalqlar sayıb onların qədim mədəniyyətini tamamilə inkar edən sovet ideologiyasının hökm sürdüyü bir dövrdə qədim türk dilinin "ilk ədəbi varinatı"ndan bəhs etmək hər türkoloqun işi deyildi”) N.Cəfərov qeyd edir ki, “Bu cəsarətin tarixi əhəmiyyətini qiymətləndirməklə yanaşı, tükcənin daha əvvəlki dövrlərdə ədəbi dil törətmək ehtimalına göz yummaq da doğru olmazdı”. Belə ki, “qədim türk ədəbi dilinin 3 əsas mətnini - Bilgə Tonyukuk (720), Kül-tiqin (732) Bilgə xaqan (734) şərəfinə qoyulmuş daş kitabələri”, eləcə Ongin, Moyun-Çur, Kuli-Çur mətnlərini ətraflı təhlil edən Azərbaycan alimi bir qədər fərqli nəticə çıxarır: “Orxon kitabələrində öz əksini tapmış son dərəcə güclü milli təəssübkeşlik hissi göstərir ki, türkcənin türk cəmiyyətində böyük ədəbi nüfuz qazanmasının etnik mütəşəkkilliklə şərtlənən möhkəm siyasi-ideoloji əsasları olmuşdur. Qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır. Hərçənd Ədhəm Tenişev bu fikirdədir ki, IX əsrdən formalaşan uyğur ədəbi dili qədim türk ədəbi dilinin - "run koynesinin varisidir", ancaq bu mülahizə, fikrimizcə, müəyyən dəqiqləşmə istəyir”.

 

                                                                      Ardı var

 

N. Mustafa

 

İki sahil.- 2023- cü il.- 17 noyabr.-¹ 210.-  S. 6.