Azərbaycanda siyasi sabitliyin
bərqərar olması
Heydər Əliyev fenomeni ilə birbaşa bağlıdır
Azərbaycanın 18 oktyabr 1991-ci ildə özünün ikinci dəfə dövlət müstəqilliyini elan etməsi tarixi hadisə idi. Təbii ki, müstəqilliyin elanı
təkcə Ali Sovetin deputatlarının Müstəqillik Aktının
lehinə səs verməsinin nəticəsi
deyildi, bu proses həm də hadisələrin tarixi inkişafını tələb edirdi. Hadisələr isə ötən əsrin 80-ci illərinin sonlarından imperiya rəhbərlərinin
fəlsəfi dialektiakının
qanunlarını yaxşı
bilməməsi ilə
start götürmüşdü.
Azərbaycan xalqı
70 il əvvələ
məxsus genetik yaddaşının tətikləri
ilə qoşulduğu
müstəqillik mübarizəsindən
qələbə ilə
ayrılacağına hər
şeydən çox
əmin idi. İmperiya rəhbərləri
isə hələ də cəza metodundan istifadə etməklə hakimiyyətini
qoruyub saxlayacağını
düşünür, nəinki
düşünür, hətta
əliyalın xalqa qarşı qanlı terror aktları icra edirdi. Heç
də təsadüfi deyil ki, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın
müstəqillik əzminin
kuliminasiya nöqtəsi
hesab olunur. Həmin hadisələrin yaddaqalan epizodlarından biri isə uzun
illər Sovet İttifaqının rəhbərliyində
çalışmış Heydər Əliyevin ən böyük milli təəssübkeş
kimi ortada, daha doğrusu xalqının yanında olması idi. Hadisələrdən dərhal
sonra Ulu Öndərin İttifaqın
mərkəzində əli
əliyalın xalqımızın
qanına bulaşan cəlladlara layiqli dərs verməsi həm orada, həm də Bakıda oturan imperialist nökərlərində
tərs şillə effekti yaratdı. Azərbaycan xalqı Heydər Əliyevin simasında müstəqillik
mübarizəmizin lideri
ilə bir daha tanış oldu, Onun cəsarətini,
prinsipiallığını özünə nümunə
götürdü.
“Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onun
saxlanılması, daimi,
əbədi olması
bundan da çətindir” deyən Ulu Öndər Heydər Əliyevin müdrik sözləri Azərbaycanın müstəqiliyyinin
ilk illərini ifadə edən ən optimal aforizmdir, desək, yanılmarıq. Burada biz müstəqiliyin tətbiqi formalarını
nəzərdən keçirsək
görərik ki, ilk iki ildə
pozitiv müstəqillikdən
söhbət gedə bilməzdi. Dövlət müstəqilliyimiz sadəcə
kağız üzərində
mövcud idi. Ovaxtkı Azərbaycan rəhbərləri müstəqil
siyasət həyata keçirmir, yaxud heç bunu istəmir, əksinə ayrı-ayrı xarici qüvvələrin maraqlarına
uyğun davranış
nümayiş etdirir, kənar diktə və təsirlər altında fəaliyyət göstərirdilər. Öz
şəxsi mənafelərini
dövlətin və millətin maraqlarından üstün tutan şəxslər Azərbaycanı
elə bir hala gətirmişdilər
ki, yenicə əldə etdiyimiz kövrək müstəqilliyin
itirilməsi an məsələsinə çevrilmişdi.
Bir tərəfdən
Ermənistanın Azərbaycana
qarşı təcavüzü
genişlənir, torpaqlarımız
ard-arda işğal altına düşürdü,
digər tərəfdən
isə etnik qarşıdurma pik həddə çatmışdı.
Siyasi xaos özünü iqtisadi anarxiya formasında büruzə verirdi. Küçədən hakimiyyətə
gəlmiş bir qrup şəxs verdiyi bəyanatlarla Azərbaycanın beynəlxalq
aləmdə təklənməsinə
səbəb olmuş,
qonşu dövlətlərlə
münasibətlər tarixin
ən pis dövrünə gəlib
çıxmışdı. Siyasi və iqtisadi sabitsizlik, hərc-mərclik, işğalın
genişlənməsi, vətəndaş
müharibəsi təhlükəsi
həmin dövrü xarakterizə edən ən uyğun anlayışlar səviyyəsinə
yüksəlmişdi.
Paralel dövrdə
Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında
sabitlik adasına bənzəyirdi. Naxçıvan,
ümumiyyətlə, dövlət
müstəqilliyimizin praktiki
bərpası və siyasi ənənələrin
formalaşdığı coğrafi-siyasi
məkan kimi də xarakterizə olunurdu. Xalqımızın
Ümummilli Lideri
1990-cı iyulunda Bakıya,
oradan isə Naxçıvana gəlməklə
yeni bir tarixi mərhələnin təməli qoyuldu. Onu da təəssüflə
qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda hakimiyyətdə
olanlar məhz Heydər Əliyevin xalq arasında nüfuzundən və bunun səbəb ola biləcəyi nəticələrdən qorxaraq,
Onun Bakıda qalmasına mane ola bilmişdilər. Lakin, onlar unutmuşdular
ki, tarixi şəxsiyyətlər üçün
məkan və zaman fərqi yoxdur. Ən böyük idealı müstəqillik olan Heydər Əliyev qısa müddət ərzində Naxçıvanı
müstəqlliyin bərpası
prosesinin öncülünə
çevirməyi bacardı.
1990-cı ilin noyabrında,
hələ Azərbaycanın
müstəqilliyini bərpa
etməsinə doqquz ay, Sovet İttifaqının
süqutuna isə bir ildən artıq vaxt qaldığı halda, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözlərinin çıxarılması,
Azərbaycanın üçrəngli
dövlət bayrağının
Naxçıvanın Ali
Sovetində dalğalandırılması,
Kommunist Partiyasının
fəaliyyətinin dayandırılması
uzaqgörən siyasətçinin
müstəqillik mübarizəsinin
yeni formada tərənnümü və
təzahürü idi.
Ulu Öndər bütün çətinliklərə
- blokada və müharibə şəraitinə,
enerji və qida qıtlığına
baxmayaraq, torpaqlarımızın
müdafiəsini, Naxçıvanın
bütövlüyünü, qonşu respublikalarla qarşılıqlı əlaqələri
qurmağı bacarmışdı.
Onun qurub-yaratdığı
ən ali dəyər isə siyasi ənənə idi. Böyük siyasətçinin memarı
olduğu Yeni Azərbaycan Partiyası müstəqil respublikamızın
adından da göründüyü kimi,
yeni dövrünün
carçısı oldu.
1992-ci ilin ortalarından
Azərbaycanda hakimiyyətə
gəlmiş AXC-Müsavat
cütlüyü hər
keçən gün vəziyyəti bir az da ağırlaşdırırdı.
Cəbhədəki hərbi
uğursuzluqlar isə
cəmiyyəti ciddi sarsıtmışdı. Çıxış
yolunu Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışında görən
milyonlarla azərbaycanlı
müdrikcəsinə o dövrün
üzdəniraq “rəhbərlər”inə də
yeganə xilas yolunu göstərirdi. Ən çox onların uçuruma saldıqları vəziyyətdən
çıxmağa, “canını
qurtamağa” ehtiyacı
vardı. Heydər Əliyevin Bakıya dəvət olunması xalqın həm də Naxçıvan nümunəsinin Azərbaycanın
digər bölgələrinə
idxalı arzusuna xidmət edirdi. Heç vaxt xalqının çağırışlarına
biganə qalmayan Ulu Öndər bu dəfə ən böyük tarixi missiya – müstəqilliyi qorumaq, möhkəmləndirmək və
əbədiləşdirmək amalı ilə Bakıya qayıtdı. O,
qayıtmaya bilməzdi.
Bu dəfə müstəqillik iki il olmamalı idi. Məhz müstəqilliyin əbədi
olması üçün
XX əsr Heydər Əliyev fenomenini yetişdirmişdi.
Ulu Öndər
Heydər Əliyevin Bakıya qayışdışından
sonra Onun, eləcə də respublikanın gündəliyində
duran birinci məsələ qiyamın
qarşısını almaq,
daxili iğtişaşlara
son qoymaq idi. Heydər Əliyevin həmin hadisələrin qaynar nöqtəsinə - Gəncəyə
cəsarətli səfəri
xalqın cücərən
ümidlərinə yeni
nəfəs verdi. Məhz Ulu Öndərin
qətiyyəti, praqmatik
və uzaqgörən
siyasəti qardaş qırğınının qarşısını
aldı. O, xalq üçün xilaskarlıq
missiyasında birinci addımı uğurla atmışdı. Heç
də təsadüfi deyil ki, Heydər
Əliyevin Azərbaycan
Ali Sovetinin sədri seçildiyi 15 iyun günü sonralar tarixə Milli Qurtuluş Günü kimi həkk olacaqdı. Həmin gün Ali Sovetdə çıxışı zamanı
səsləndirdiyi “Mən
buraya vəzifə üçün gəlməmişəm.
Mən bu böyüklüyü ancaq
ona görə çiynimə götürmüşəm
ki, xalqın həyatının ən çətin dövründə
ona xidmət göstərim” fikirləri
Ulu Öndərin sələflərindən fərqli
olaraq xalqa sonsuz sevgisinə, məqsədlərinin səmimiliyinə
işarə edirdi. Bu böyük şəxsiyyət millət
qarşısında verdiyi
hər bir sözün üstündə
durmağı və yeritdiyi məqsədyönlü
siyasətlə Azərbaycanın
müstəqilliyini dönməz
etməyi layiqincə bacardı. Məhz Onun yorulmaz səyləri
nəticəsində Ermənistanın
Azərbayacana qarşı
təcavüzzünün qarşısı
alındı, Bişkek
protokolu ilə cəbhədə atəşkəsə
nail olundu. Uzaqgörən lider çox yaxşı başa düşürdü
ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə işğalı istənilən
qədər davam etdirə bilər, ona mane olmağın
yolu əks-hücum deyil, işğalı dayandırmaqdır. İşğalı
dayandırmaq sabitliyin
bərpa olunması, iqtisadi imkanların artırılması, ordu quruculuğu və s. bir-birilə əlaqəli
nəticələrin hasil
olmasına gətirib çıxaracaqdı.
Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınsa da, müstəqilliyinin ilk illərində yarıtmaz
siyasətçilərin “səyləri”
nəticəsində heç
bir iqtisadi fürsət yaranmamışdı.
Nəzərə alsaq
ki, keçmiş İttifaqın iqtisadiyyatı
ixtisaslaşma prinsipinə
əsaslanırdı, deməli,
xarici investorların cəlbi və onların təcrübəsinin
tətbiqi zəruri idi. Ulu Öndər
Heydər Əliyevin ilk dəfə Prezident seçilməyindən
heç bir il keçmədi ki, Azərbaycan neftinin hasilatı və ixracını nəzərdə tutan “Əsrin müqaviləsi” imzalandı. Adı qədər özü də sözün həqiqi mənasında əzəmətli olan müqavilə 400 səhifədən
ibarət idi. Bu, Azərbaycan iqtisadiyyatına ilk irihəcmli investisiyanın
yatırılması, əsasən
xarici sərmayə hesabına neftimizin dünya bazarına çıxarılması istiqamətində
birinci belə addım idi. Məhz Heydər Əliyevin nüfuzu, diplomatik məharəti xaosun məngənəsindən
xilas olmağa çalışan Azərbayacana
böyük etimad yaratmışdı. Dünya
dövlətləri Heydər
Əliyev şəxsiyyəti
fonunda Azərbaycanın
işıqlı gələcəyindən
əmin idilər. Bu, hələ başlanğıc idi, Ulu Öndər qarşısına qoyduğu
məqsədləri bir-bir
yerinə yetirirdi. Əsası “Əsrin müqaviləsi” ilə qoyulan iqtisadi inkişaf bir müddət sonra tərəqqi edəcək,
yeni imkanlar yardacaqdı. Neft və qazdan gələn gəlirlər
iqtisadiyyatın və
ölkənin digər
sahələrinə, əhalinin
sosial rifahının yaxşılaşdırılması sərf olunacaqdı. Təbii idi ki, bu bir
çoxlarının, xüsusilə
ermənipərəst qüvvələrin
marağında deyildi,
hətta arzuolunmaz kabusuna çevrilmişdi.
Dövləti cinayətdə
təqsirləndirilənlərin təcridxanadan qaçırılması,
siyasi qətllər,
1994-cü ilin oktyabrında
və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər Heydər Əliyevin siyasi iradəsinə təsir göstərmək, Azərbaycanı
yenidən çıxılmaz
və çətin vəziyyətə geri qaytarmaq istəyən qüvvələrin məkrli
planlarını reallaşdırmaq
cəhdlərindən sadəcə
bir neçəsi idi. Ulu Öndər
xalqa arxalanaraq bütün qüvvələrin
planlarını pozmağa,
müstəqil siyasətini
davam etdirməyə nail oldu.
Azərbaycan gündəliyinə siyasi
və iqtisadi sabitlik, milli həmrəylik, vahid ideologiya hakim oldu. Heydər Əliyevin bütün dövlərə hesablanmış
azərbaycançılıq ideologiyası etnik ayrıseçkiliyin qarşısını
aldı, hər kəsi eyni amal uğrunda birləşdirdi. Hüquqi
dövlət quruculuğu,
vətəndaş cəmiyyəti
institunun formalaşması,
demokratik dəyərlərin
möhkəmləndirilməsi istiqamətində böyük
işlər görüldü.
Azərbaycan beynəlxalq
birliyin bərabərhüquqlu
tərəfinə çevrildi.
Möhtərəm Prezidentimiz
İlham Əliyev həmin dövrlə bağlı danışarkən
belə qeyd edir: “1993-cü il, əslində, real müstəqillimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və düşünülmüş
siyasəti nəticəsində
Azrbaycan o ağır vəziyyətdən çıxa
bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr
tərk-silah edildi, separatçı qüvvələrə
böyük zərbə
vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.”
Ulu Öndər
Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasi kurs XXI əsr Azərbaycanını
regional, hətta qlobal miqyasa yüksəltdi. Ötən
dövr əsasən müstəqliyimizin, həmrəyliyimizin
möhkəmlənməsi, siyasi və iqtisadi tərəqqi, güclü ordunun formalaşması ilə səciyyələnir. Heç
əsəb yerə deyil ki, Prezident
İlham Əliyev hər zaman dövlət müstəqilliyini
dəyərli sərvət,
onun qorunmasını isə ən vacib vəzifə kimi qarşıya qoyub. “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini,
seçimini ömrümün
sonuna qədər müdafiə edəcəyəm”
deyən Prezident Azərbaycanı tam və real müstəqillik
yollarında adıımlayan
nadir ölkələrdən
birinə çevirib. Azərbaycan həm də ona görə nadir dövlətlərdəndir
ki, ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib. Lakin bütövlüyə
qovuşmaq uğrunda qət etdiyimiz yol heç də asan olmayıb.
Məhz cənab İlham Əliyevin apardığı ardıcıl
və məqsədyönlü
siyasət nəticəsində
Azərbaycanın yeni
investisiya və digər maaliyə mənbələri hesabına
iqtisadi imkanları dəfələrlə artırılıb.
Azərbaycanın beynəlxalq
tərəfdaşlarla qurduğu
ikitərəfli və
çoxtərəfli qarşılıqlı
əməkdaşlıqlar onu
dünyanın lider dövlətlərindən birinə
çevirib. Əgər
müstəqilliyin ilk
illərində təbii
enerji mənbələrinin
hasilatı və ixracı iqtisadiyyatı dirçəltmək üçün
zəruri idisə, hazırda bu resurslar həm də Azərbaycanın xarici siyasətində önəmli rol oynayır. İndi inkişaf etmiş Avropa dövlətləri də daxil olmaqla,
onlarla ölkə Azərbaycan nefti və qazından asılı vəziyyətdədir.
Əlbəttə ki, belə olan halda müstəqil siyasətin nəticələrini
görmək və proqnozlaşdırmaq sadə
məntiq tələb
edir.
Azərbaycanın geosiyasi və geoiqtisadi potensilı ordu quruculuğu prosesinə ümdə təsir göstərir. Şəxsi heyətin peşəkar hazırlığı,
müdafiə sənayesinin
inkişafı, yeni silahların alınması
təbii ki, maliyyə imkanları və dövltələrarası
əməkdaşlığın səviyyəsi ilə düz mütənasibdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı
Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqların
icrasına və məqsədlərin reallaşdırılmasına
hazır olduğunu son üç ildə bir neçə
dəfə sübut edib. Bunlardan ilki ötən günlərdə 3 illiyini
qeyd etdiyimiz tarixi Zəfərlə başa çatan Vətən müharibəsi
idi. Ermənistanın
artan təxribatlarına
cavab olaraq başlanılan Vətən
müharibəsi düşmən
tərəfindən 30 ilə
yaxın işğal altında saxlanılan tarixi torplaqlarımızın
cəmi 44 gün ərzində azad olunması ilə nəticələndi. Ərazi
bütövlüyümüz bərpa olunmaqla yanaşı, erməni mifi də yerlə
bir edildi. Ermənistan Azərbaycanın
gücü qarşısında
kapitulyasiyaya uğradı.
Vətən müharibəsi
Azərbaycanı həm
də XXI əsrin müharibəsini aparmaq iqtidarı ilə dünyaya təqdim və sübut etdi. Azərbaycan artıq dünya üçün yeni nümunələr yaradırdı.
Belə nümunələrdən
biri də separatizmin tamamilə məhvini, beynəlxalq hüququn və ədalətin bərpasını
özündə ehtiva
edən lokal antiterror tədbirlərinin
nəticəsində formalaşdı.
Azərbaycan tam şəkildə ərazi
bütövlüyünə və suverenliyinə nail oldu. Ulu
Öndər Heydər
Əliyevin arzuları
və vəsiyyəti
reallaşdı. İndi
inkişafının yeni
mərhələsinə qədəm
qoyan Azərbaycan sabitlik və tərəqqi adası kimi dünyanın aparıcı ölkələri
ilə bir sırada addımlayır.
Ülvi Fərzəliyev,
YAP Neftçala
rayon təşkilatının
sədri
İki sahil – 2023- cü il.- 17 noyabr.- № 209.- S. 5.