Milli dirçəlişdən,
milli tərəqqiyə
...
17 noyabr
- Milli Dirçəliş
Günüdür!
Bu yolun bələdçisi
Ulu Öndər Heydər Əliyev, davamçısı isə
birlik və həmrəyliyimizin etibarlı
qarantı Prezident İlham Əliyevdir
Atalardan qalma hikmətli sözlərdən biri də «Boş zaman yoxdur, boşa
keçən vaxt var» müdrik kəlamıdır. Taleyinə
yazılan ömür
payının anlarını,
günlərini təkcə
özü üçün
deyil, bütünlükdə
xalq üçün
«xərcləyənlər» milyonların yaddaşında,
xatirələrində əbədi
yaşayanlardır. Siyasi
fəaliyyətinin bütün
dövrlərində yaranan
kiçik fürsətlərdən
belə xalqı, Vətəni üçün
istifadə edən, əməlləri ilə tarix yazan Ulu
Öndər Heydər
Əliyevin ən böyük arzusu Azərbaycanı müstəqil,
qüdrətli dövlət
kimi dünyada tanıtmaq, vətəndaşlarımızda
milli təfəkkürü
formalaşdırmaq, dünya
azərbaycanlılarının həmrəyliyini möhkəmləndirmək
kimi bəşəri ideyalar olub.
Milli dövlətçiliyi
və azərbaycançılıq
ideyalarını hər
şeydən üstün
tutan Ulu Öndər Heydər Əliyev parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanı, onun bugünkü gerçəkliklərini
yaratmış və gələcəyə aparan
yolları uzaqgörən
konsepsiyasi ilə müəyyənləşdirmişdir. 1969-cu ildən respublikaya rəhbərliyə başlayan
müdrik siyasətçi
Heydər Əliyev sovet ideologiyasının «qırmızı xətti»ni
heç kimin keçməyə cəsarət
etmədiyi dövrdə
belə milli ideologiyanın təkmilləşdirilməsi
istiqamətində önəmli
addımlar atmışdır.
Fransanın «Kuryer İnternasional» jurnalının baş redaktoru Aleksandr Adler Ulu Öndər
Heydər Əliyevə
həsr etdiyi məqaləsində yazırdı:
«Nə sülh, nə də firavanlıq gətirən
tufanların tüğyan
etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha
çox gərəkdir.
Tanrı bu şəxsiyyəti təkcə
öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə
mürəkkəb tarixi
bir məqamda göndərmişdir. O, bir
sıra ciddi böhranlar keçirmiş
və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə
gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş
bütün cəhdlərə
baxmayaraq, daha yüksəklərə qalxmışdır.»
Tarixdə, xalqımızın
taleyində əməlləri
ilə əbədi yaşam haqqı qazanmış bu müdrik şəxsiyyətin
idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi
istiqamətini xalqın
milli özünüifadəsinin
bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur, ləyaqət hissinin güclənməsi
və milli şüurun yüksəlişinə
təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
kimi ülvi duyğular təşkil etmişdir. Təməlini
qoyduğu azərbaycançılıq
ideologiyasını təkmilləşdirməklə
dünya birliyində də respublikamızın
mövqeyini möhkəmləndirmiş,
müxtəlif ölkələrdə
məskunlaşan soydaşlarımızın
birlik və həmrəyliyi üçün
etibarlı zəmin yaratmışdır. Ölkəmizin
dövlətçilik ənənələrinin
milli-mənəvi dəyərlər
əsasında inkişafı,
xalq-iqtidar birliyinin gücləndirilməsi, əbədi,
dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq
nüfuzunun artması
tarixi şəxsiyyət
Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir Azərbaycanın
əbədi müstəqillik
tarixində xalqımızın
milli dirçəliş
hərəkatının rolu
danılmazdır. Ötən
əsrin sonlarında baş qaldıran erməni separatçılarının
Topxana meşəsində
törətdikləri vəhşiliklər,
daşnak tör-töküntülərinin
Ağdamda iki azərbaycanlını qətlə
yetirmələri xalqımız
tərəfindən qəzəblə
qarşılandı. İnsanların
əsrlərdən bəri
qoruyub saxladıqları
milli ləyaqətinə
toxundu, qəzəb hisslərini alovlandırdı.
XX əsrin əvvəllərində
istiqlalın ləzzətini
dadan xalq bu dəfə müstəqillik arzularını
reallaşdırmaq üçün
tarixi bir fürsətin yarandığını
hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabr ayında
yüz minlərlə
insanın toplaşdığı
Bakının Azadlıq
meydanında səslənən
tələblərin mahiyyəti
dövrün tələbinə
uyğun dəyişdi,
müstəqil dövlət
qurmaq ideyası milli düşüncəyə,
ictimai fikrə hakim oldu. Həmin
günlərdə baş
verənlər göstərdi
ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir və bu yolda qurbanlar
verməyə hazırdır.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, respublikamızda yaşayan
ermənilərin açıq
separatçılıq iddialarını
irəli sürmələri
Qərbi Azərbaycanda
və artıq tarixin zibilliyinə atılmış «Dağlıq
Qarabağ respublikası»nda
yaşayan yüz minlərlə azərbaycanlının
öz yurd-yuvasından
qovulması ilə nəticələndi. Nəticədə
«Meydan hərəkatı»nın
əsası qoyuldu.
O illərdə Kremldə, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində çalışan
təcrübəli dövlət
adamı Heydər Əliyev Moskvanın və Azərbaycanın ələbaxan yerli hakimiyyət orqanlarının
qərəzli siyasətinin
yaradacağı təhlükəni
uzaqgörən siyasəti
ilə hiss edirdi. 1988-ci ilin noyabr-dekabr aylarında Bakının mərkəzi
meydanında fasiləsiz
davam edən kütləvi aksiyalarda insanlar ermənilərin özbaşınalığının qarşısının alınmasını
SSRİ rəhbərlərindən və yerli hakimiyyət
orqanlarından tələb
edirdilər. Sovetlərin
dağılması prosesini
araşdıran tədqiqatçılar
artıq etiraf edirlər ki, o dövrdə «oraq-çəkic»
bayraqlı, «qırmızı
ulduz» nişanlı ordusu ilə kabus kimi başqa
dövlətləri qorxudan
SSRİ-nin süqutu bu cür aksiyalardan
başlanıb. Keçmiş
müttəfiq respublikalarda
keçirilən ümumxalq
mitinqləri sovet qoşunları tərəfindən
dağıdılsa da,
Azərbaycanda alovlanan
milli azadlıq hərəkatının qarşısını
bu «qüdrətli dövlət»də ala bilmədi. O dövrdə sovetlərə
başçılıq edən,
ermənilərə hər
sahədə dəstək
göstərən Sov.
İKP. MK-nın Baş
katibi Mixail Qorbaçovun xəyanəti,
siyasi qısqanclığı
ilə üzləşən
Ulu Öndər Heydər Əliyev daşnakların planları
əsasında Kremldən
uzaqlaşdırıldı. Ermənistanın etnik təmizləmə siyasəti,
separatizmi üçün
geniş meydan, imkanlar yaradıldı.
Göstərilən təhdidlər, təzyiqlər
səhhətində problemlər
yaranan Ulu Öndəri narahat edirdi. Ölkəmizin suverenliyinə siyasi təcavüz ola 20 Yanvar hadisəsi zamanı Azərbaycanın
Moskvadakı nümayəndəliyinə
gedərək xalqımıza
birlik, həmrəylik,
səbr diləyən,
əsl azərbaycanlı
olduğunu dövlətçilik
fəaliyyətinin bütün
dövrlərində fədakarlığı
ilə bildirən, bütün varlığı
ilə Vətəninə
bağlı müdrik
şəxsiyyət Heydər
Əliyev o zaman xalqımızın milli oyanışının vacibliyini
daha aydın hiss etdi.
1990-cı il iyul ayının 20-də Azərbaycana rəhbərliyi
dövründə qurub-yaratdığı
Vətəninə dönməyə
məcbur qalan Ulu Öndər Bakıda da «arzuolunmaz qonaq» kimi qarşılandı. Ölkədə onsuz da mürəkkəb olan siyasi vəziyyətin
daha da gərginləşməməsi
üçün doğulub,
boya- başa çatdığı Naxçıvana
getməyə qərar
verən Heydər Əliyev Ümummili Lider adını doğma yurdunda siyasi fəaliyyətini davam etdirməklə qazandı.
Həmyerliləri tərəfindən səmimiyyətlə
qarşılanan Ulu Öndər Heydər Əliyev Naxçıvan
MSSR Ali Sovetinin sessiyalarında sıravi deputat kimi iştirak
etsə də zəngin dövlətçilik
təcrübəsini də
əsirgəmədi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasına agsaqqal kimi sədrlik
edən Ulu Öndərin təşəbbüsü
ilə qəbul edilən tarixi qərarlar Azərbaycanın
müstəqilliyinin əbədiliyinin
qarantı oldu. İmperiyanın hələ
tarix səhnəsindən
silinmədiyi bir dövrdə Naxçıvanın
adından «sovet» və «sosialist» sözlərinin çıxarılması
böyük məsuliyyət,
iradə, cəsarət
tələb etsə də, Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişini
təmin edən bu addımı atdı.
Həmin tarixi
sessiyada dövlət rəmzləri ilə bağlı məsələ
müzakirəyə çıxarıldı.
Xalq deputatlarının
yekdil rəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) bayrağının, himninin,
gerbinin bərpası ilə bağlı qərar qəbul olundu. Üçrəngli
bayrağın respublika
miqyasında bərpa olunması barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Beləliklə, milli dirçəlişdən milli
tərəqqiyə doğru
uzanan tarixi yolun başlanğıcı
qoyuldu. «Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması
lazımdır» söyləyən
Ulu Öndər daimi tövsiyəsi olan «Azadlıq və istiqlaliyyət hər bir xalqın
milli sərvətidir»
sözlərini hakimiyyətə
qayıdışı ilə
gerçəkləşdirdi. Xalqın istiqlal mücadiləsinin 17 noyabrdan
başlanması, həmin
tarixin Milli Dirçəliş Günü
kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyinin nəticəsi,
milli ideologiyamızın
əsas istiqamətləri
kimi yolumuza bələdçilik etdi.
Yeri gəlmişkən,
müstəqilliyimizin əbədiliyi
və dövlətçilik
ənənələrinin qorunub
yaşanması üçün
Ulu Öndər Heydər Əliyevin xidmətlərini 17 noyabr
2007-ci ildə Bakıda
Dövlət Bayrağı
Meydanının yaradılması
ilə bağlı Sərəncamı imzalamaqla
dəyərləndirən Prezident
İlham Əliyev həmin tarixi hadisəni də əbədiləşdirdi. Sərəncamın
17 noyabra təsadüf
etməsi yuxarıda bəhs olunan sessiyada qəbul edilən tarixi hadisənin təşəbbüskarı,
Azərbaycanın müstəqilliyinin
əbədiliyi naminə
tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev irsinə hörmət və etiramın ifadəsi idi.
Həmin sessiyada
çıxış edən
Ulu Öndər Heydər Əliyev siyasi əhəmiyyətli
«Sərhəd hərəkatı»nın məhz
Naxçıvandan başlanmasını
qürur hissi ilə qeyd edərək
bildirmişdir ki, bütün Azərbaycanda
bu hərəkatın
güclənməsi milli
dirçəlişimizin ilk
addımları kimi soydaşlarımızın birləşməsinə
təkan verəcəkdir.
«O vaxt Naxçıvanda
vəziyyət böyük
çətinliklər hesabına
sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi
də Naxçıvana
ögey münasibət
bəsləyirdi, heç
bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək
üçün çox
çirkin əməllər
edirdi. Ancaq naxçıvanlılar həmişə
olduğu kimi, müdrikliyini göstərərək
Ulu Öndərin ətrafında bir yumruq kimi sıx
birləşdilər və
həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi
hökumətinə də
öz etiraz səslərini qaldıraraq
bildirdilər ki, Naxçıvanda o məkrli
ssenari keçməyəcəkdir»
sözləri ilə milli oyanışın qarşısının alınmasının
mümkünsüzlüyünü diqqətə çatdıran
Prezident İlham Əliyev milli oyanış konsepsiyasını
davam etdirməklə bu yolda xalqa
ən layqli bələdçi oldu. Ulu Öndərin təşəbbüsü ilə
ölkəmizdən kənarlarda
yaşayan soydaşlarımızı
bir amal ətrafında birləşdirən
diaspor hərəkatı
genişləndi. Dünya
azərbaycanlılarının qurultayları keçirilidi.
İkinci Qarabağ
müharibəsində qazandığımız
Qələbə, Şuşada,
Xankəndidə, Ağdamda,
Laçında, Kəlbəcərdə…
ən yüksək zirvələrdə dalğalanan
Dövlət Bayraqlarımız,
Xankəndidə keçirilən
Zəfər paradı
milli dirçəlişimizin,
birlik və həmrəyliyimizin nəticəsidir.
«Çünki ölkədə
mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı
bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş
Komandan kimi hər zaman Azərbaycanın maraqlarının
keşiyində duracağam,
ölkəmizin hərtərəfli
inkişafı, hərbi
gücünün artırılması,
vətəndaşların daha
yaxşı yaşaması
üçün əlimdən
gələni əsirgəməyəcəyəm»
söyləyən dövlət
başçımız İlham
Əliyevin vurğuladığı
kimi, bu Qələbə həm də vaxtilə milli istiqlal hərəkatında xalqımızın
səsləndirdiyi arzu
və istəklərin
reallaşmasıdır. Prezident
İlham Əliyev bu Qələbə ilə hayların bütün iddialarının
qarşısını birdəfəlik
aldı, erməni faşizmini kökündən
məhv etdi. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı
ilə ordumuz lokal xarakterli anttiterror tədbirləri ilə Ermənistana elə bir zərbə
vurdu ki, bu ölkə bir daha işğal
siyasəti yürüdə
bilməyəcək və
Azərbaycana qarşı
ərazi iddiasında olmayacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2023- cü il.- 17 noyabr.- ¹ 210.- S. 4.