Yurd sevgisi, yüksək hədəflər
qədim
Naxçıvana yeni həyat
gətirir
Sübh tezdən Heydər
Əliyev Beynəlxalq
Aeroportundan səmaya qalxan təyyarə Naxçıvan şəhərindəki
hava limanına enəndə sərnişinləri
şıdırğı payız
yağışı qarşıladı.
Çox keçməmiş
seyrəlməkdə olan
buludların arasından
boylanan günəş
səliqə-sahmanı, təmizliyi
ilə göz oxşayan qədim şəhərə əlavə
bir gözəllik gətirdi. Sübh günəşinin yaratdığı
xoş mənzərə
burada həyata keçirilmiş abadlıq-quruculuq
işləri ilə həmahənglik təşkil
edir. İlk andaca qurub-yaratmağa sonsuz həvəsi olan insanların yaşadıqları
bir məkana gəlməyinə əmin
olursan.
Quruculuq
işləri, inkişaf
və tərəqqi təkcə Naxçıvan
şəhərini deyil,
muxtar respublikanın bütün guşələrini
əhatə edir. Bu qədim diyarın sakinləri ilə həmsöhbət olduqca
hiss edirsən ki, ümummilli
lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində
blokada şəraitinə
mətanətlə sinə
gərmiş, düşmənin
bəd niyyətlərini
gözündə qoymuş
Naxçıvan Muxtar
Respublikası indi
yeni yüksəliş və
üstün tərəqqi
dövrünü yaşayır.
Son zamanlar ölkəmizdə
reallaşdırılan yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi,
əlverişli biznes mühitinin yaradılması,
investisiya cəlbediciliyinin
daha da artırılması,
vergi və gömrük sistemində köklü dəyişikliklər,
şəffaflığın artırılması kimi mühüm amillər Naxçıvanın da dayanıqlı
sosial-iqtisadi inkişafı
üçün əlverişli
imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin məlumatına
görə, biznes subyektlərinin maliyyə resurslarına çıxışının
asanlaşdırılması məqsədilə Azərbaycan
Respublikası Sahibkarlığın
İnkişafı Fondu tərəfindən
bölgədə fəaliyyət
göstərən bütün
banklara 15 milyon manat vəsait ayrılıb. Cari ilin 9 ayı ərzində həmin vəsait hesabına Naxçıvanda
fəaliyyət göstərən
sahibkarlara 1 milyon 375
min manat güzəştli
şərtlərlə kredit
verilib ki, bunun da 450
min manatı sənayenin,
250 min manatı kənd
təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.
Sahibkarların biznes fəaliyyətini
stimullaşdıran, onların
vergi və gömrük güzəştləri
əldə etməsi üçün əlverişli
şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində
ötən 7 ildən
artıq müddətdə
18 sahibkarlıq subyektinin
24 layihəsi təşviq
olunub, indiyədək
dəyəri 77 milyon manatdan artıq olan texnika, texnoloji
avadanlıq və qurğular güzəştli
şərtlərlə muxtar
respublikaya idxal edilmiş və müasir istehsal sahələri qurulub.
Məlum
olduğu kimi, ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən
biri də yüksək keyfiyyətli,
beynəlxalq standartlara
cavab verən yerli istehsal məhsullarının dünya
bazarlarına çıxarılması,
ixrac potensialının
gücləndirilməsidir. Son illər Naxçıvan Muxtar Respublikasında istehsal olunan vafli, peçenyelər,
mineral sular, üzüm,
siqaret, travertin, mərmər, mebel, gipsolet karton lövhə, sement, məsaməli beton bloklar Türkiyə, Rusiya, Gürcüstan,
İran, İraq, Ukrayna, BƏƏ, Əfqanıstan, Yəmən
və digər ölkələrə ixrac
olunması məqsədilə
“İstehlak Mallarının
Ekspertizası Mərkəzi”
MMC tərəfindən 1500-dən çox mənşə sertifikatı verilib.
Son 20 il ərzində muxtar respublikada dövlət əmlakının idarə
edilməsi və özəlləşdirmə proqramlarının
reallaşdırılması prosesi müasir təcrübələr əsasında
optimallaşdırılıb. Nazirliyin məlumatında bildirilir ki, 2003-cü ildən
sonrakı dövrdə
özəlləşdirmə prosesi çərçivəsində
dövlət mülkiyyətində
olan 1432, o cümlədən
323 kiçik müəssisə,
obyekt, 1085 nəqliyyat
vasitəsi və 1 milyon kvadratmetrdən artıq 24 torpaq sahəsi özəl mülkiyyətə keçib.
Bu dövrdə dövlət
müəssisələrinin bazasında yaradılmış
53 səhmdar cəmiyyətindən
43-ü özəlləşdirilib. Ötən müddətdə
dövlət mülkiyyətinin
özəlləşdirilməsi nəticəsində 21 milyon
668 min manatdan artıq
vəsait dövlət
büdcəsinə, müəssisə
və təşkilatların
hesabına köçürülüb.
Dövlət əmlakının
özəlləşdirilməsi isə ÜDM-də özəl sektorun payının artmasına səbəb olub.
Göründüyü kimi, muxtar respublikada sağlam biznes mühitinin yaradılması
istiqamətində həyata
keçirilən tədbirlər
sosial-iqtisadi inkişafı
yeni məcraya yönəldib.
Hazırda bölgənin
iqtisadi potensialından
daha səmərəli
istifadə edilməsi
məqsədilə yeni sənaye
müəssisələrinin sayının artırılması
və onların infrastruktur imkanlarının
genişləndirilməsinə xüsusi diqqət göstərilir. Bunun nəticəsidir
ki, sənayenin əsas
hissəsini təşkil
edən emal sənayesində çörəkbişirmə,
şəkər, mineral su,
spirtli içkilər,
siqaret, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün
kərpic, üzlük
daş, sement, gips, gips lövhələr,
əhəng, məsaməli
beton, karbon qazı, metaləritmə və digər istehsal sahələri yaradılıb. Həmin müəssisələr xarici
ölkələrdən gətirilmiş
yüksək keyfiyyətli
avadanlıqlarla təmin
olunub. Sevindirici haldır ki, yeni müəssisələrdə
daxili bazarla yanaşı, ixracyönümlü
məhsullar da istehsal
olunur. İndi muxtar respublikanın böyük
sənaye müəssisələrinin
istehsalı olan məhsullar özünə
bazar tapmaqda ciddi çətinliklərlə üzləşmir.
Hazırda Naxçıvan Muxtar
Respublikasında mövcud
iri müəssisələrin
istehsal etdikləri məhsulların həm daxili bazarda satışının dəstəklənməsi,
həm də xarici bazarlara çıxışının artırılması istiqamətində
də lazımi dəstək tədbirləri
həyata keçirilir.
Bununla yanaşı, muxtar respublikanın zəngin təbii ehtiyatları və xammal bazası əsasında sənaye sahələrinin yaradılması
imkanları genişləndirilir.
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 13 sentyabr
tarixli fərmanı ilə 4,8 hektar ərazidə yaradılmış
Şərur Sənaye
Məhəlləsi, hələlik,
muxtar respublikada yeganə olsa da, artıq bölgənin iqtisadi həyatında fəal rol oynamağa
başlayıb. Mülkiyyətinə
görə dövlət
tərəfindən qurulan
və idarə olunan Şərur Sənaye Məhəlləsi
bölgədə hərtərəfli
xidmət, stimullaşdırma
tədbirlərinin həyata
keçirilməsi ilə
rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun
məhsul istehsalına,
istehsalın perspektiv fəaliyyətinə, istehsal
vasitələrindən səmərəli
istifadəyə və
beləliklə, sənayenin
kompleks inkişafını
tənzimləməyə imkan
yaradır.
Ötən müddətdə Şərur
Sənaye Məhəlləsinin
ərazisində 24 istehsal
sexi, 1 konfrans zalı, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Artıq burada ayaqqabı, tikiş malları, unlu qənnadı məmulatları,
qapılar, mebel, kağız kisə və karton tara istehsalı sahələri üzrə
7 sahibkarlıq subyekti
fəaliyyət göstərir.
Bitki yağı, qəlyan
tütünü istehsalı
sahələrinin yaradılması
istiqamətində işlər
isə davam etdirilir.
Şərur Sənaye Məhəlləsi
ilə tanışlığımız
zamanı sahibkarlar dövlətimizin yeni iqtisadi
siyasətinin nəticəsi
olan sənaye məhəllələrinin yaradılmasından
razılıqlarını dilə gətirdilər. Bildirdilər ki, dövlətin
hərtərəfli dəstəyi
nəticəsində yaradılmış
bu tip müəssisələrdə
rəqabətədavamlı, yüksək keyfiyyətli
məhsul istehsalı üçün lazımi
şərait yaradılıb.
Bu da həmin müəssisələrə
inamı xeyli artırıb. İnam olan yerdə isə çoxsaylı sifarişlərlə yanaşı,
iş də var, yaxşı dolanışıq
da. Yeri gəlmişkən,
bu yaxınlarda Şərur şəhərində
istifadəyə verilmiş
“Yaşıl bazar” ticarət
mərkəzini sənaye
məhəlləsində fəaliyyət
göstərən sahibkarlar
üçün, necə
deyərlər, göydəndüşmə
fürsət hesab etmək olar. Son günlər ticarət mərkəzindən sənaye
məhəlləsinin ayrı-ayrı
istehsal müəssisələrinə
çoxsaylı sifarişlər
daxil olub. Bu da sahibkarların məmnunluğuna
səbəb olmaqla yanaşı, onları istehsal prosesini daha da genişləndirməyə
ruhlandırır.
Sənaye
məhəlləsindəki “Tortilla” şirniyyat müəssisəsində
isə 30-dan artıq çeşiddə məhsul
istehsal olunur. Burada çalışan şirniyyat ustalarının
əməyi ilə ərsəyə gələn
məhsullar Şərurla
yanaşı, Naxçıvan
şəhərində, həmçinin
muxtar respublikanın digər rayonlarında da məşhurdur. Bundan əlavə, müəssisədə
hazırlanmış toy, nişan
və ad günləri tortları
da dadı və münasib qiyməti ilə sifarişçini
tam razı salır.
Naxçıvan Muxtar Respublikasında
enerji təhlükəsizliyi
məsələləri dövlət
tərəfindən həyata
keçirilən prioritetlər
sırasındadır. Ötən
əsrin sonlarında muxtar respublikanın blokadaya salınması energetika sektorunun inkişafını ləngitsə
də, indi bu sahə yeni yüksəliş dövrünü
yaşayır. Əvvəllər
elektirk enerjisini kənardan alan Naxçıvan Muxtar Respublikası artıq enerji ixracatçısı
kimi mövqeyini getdikcə artırır.
Əlverişli coğrafi mövqedə
yerləşən bu bölgə ekoloji cəhətdən təmiz,
bərpaolunan enerji mənbələri ilə
də zəngindir. Həmin potensialın hərkətə gətirilməsi
üçün imkanlar
da olduqca genişdir. Mütəxəssislərin hesablamalarına
görə, burada günəşli saatların
orta illik miqdarının 2600-2800 saat,
hər kvadratmetrə düşən günəş
enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bütün bunların nəticəsidir ki, muxtar respublika artıq regionun “yaşıl enerji” diyarına çevrilməkdədir. Təkcə
onu demək kifayətdir ki, son bir neçə ildə Naxçıvanda bərpaolunan
enerji mənbələri
hesabına elektrik enerjisi istehsalı sahəsində əhəmiyyətli
artım qeydə alınıb.
Muxtar respublikanın ərazisində
ilk Günəş Elektrik
Stansiyası 2015-ci ildə
Babək rayonunun Xalxal kəndi yaxınlığında tikilib
istismara verilib. 20 meqavat gücündə olan “Naxçıvan” Günəş Elektrik Stansiyasının gücü
2017-ci ildə daha 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb.
Stansiyada il ərzində
33 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə
tutulur. 2015-2022-ci illər
ərzində isə burada 233 milyon 719 min kilovat-saat elektrik enerjisi istehsal edilib.
2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi yaxınlığında
2 meqavat, bir il sonra isə 3 meqavat gücündə “Kəngərli” Günəş
Elektrik Stansiyası işə salınıb. Bölgənin “yaşıl
enerji” potensialından
səmərəli istifadənin
artırılması məqsədilə
2021-2023-cü illərdə Şərur rayonunun Zeyvə kəndinin yaxınlığında 11 meqavat
gücündə yeni “Şərur”
Günəş Elektrik
Stansiyası, 2021-ci ildə
1,1 meqavat gücündə
“Culfa” Külək-Günəş
Hibrid Elektrik Stansiyası”, 2022-ci ildə
isə 0,3 meqavat gücündə “Culfa” Külək Elektrik Stansiyası istismara verilib. İndi bu qurğular Naxçıvanın
etibarlı və dayanıqlı enerji təminatında mühüm
rol oynayır.
Bununla belə, ölkə Prezidenti İlham Əliyev
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ilə yanaşı, Naxçıvanın da “yaşıl
enerji” zonasına çevrilməsini qarşıya
mühüm vəzifə
kimi qoyub. 2023-cü ilin iyun ayında
Bakı Enerji Həftəsi çərçivəsində
Naxçıvanda xüsusi
sessiyanın keçirilməsi
də bölgənin bərpaolunan enerji potensialından səmərəli
istifadə edilməsi
məqsədi daşıyırdı.
Həmin tədbirdə
energetika naziri Pərviz Şahbazovun Naxçıvanda 1500 meqavat
gücündə “yaşıl
enerji” layihələrinin
reallaşdırılmasının hədəfləndiyini diqqətə
çatdırması da yaxın
illərdə bu sahədə ciddi işlərin görüləcəyindən
xəbər verir.
Xatırladaq ki, sessiyanın gedişində
Azərbaycanın Energetika
Nazirliyi “Total Energies” şirkəti
ilə “250 meqavat gücündə quruda külək, Naxçıvan
Muxtar Respublikasında
250 meqavat gücündə
günəş elektrik
stansiyaları, habelə
enerji saxlanc sistemləri layihələrinin
qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti
üzrə əməkdaşlığa
dair Anlaşma Memorandumu”, həmçinin
“Nobel Energy Management MMC” ilə “Naxçıvan Muxtar Respublikasında 400 meqavat gücündə günəş
elektrik stansiyasının
tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına
ixracı üzrə əməkdaşlığa dair
Anlaşma Memorandumu” imzalanıb. Sessiyada, həmçinin Naxçıvan
və Şərqi Zəngəzurun günəş
enerjisi potensialından
ətraflı bəhs
edilərək bu regionların Azərbaycanda
günəş enerjisi
layihələrinin inkişafına
böyük töhfə
verəcəyi vurğulanıb.
Artıq
ənənəyə çevrilmiş
Azərbaycan–Türkiyə
Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün
geniş imkanlar yaradır. Qeyd edək ki, əsasən,
“yaşıl enerji konsepsiyası” çərçivəsində
formalaşdırılan bu
platforma enerji sahəsində əməkdaşlığın
müttəfiqlik səviyyəsinə
yüksəldilməsini hədəfləyir.
Sentyabrın 28-də keçirilmiş
budəfəki forumda regionun bərpaolunan enerji potensialı bir daha nəzərdən
keçirilib, qarşılıqlı
əməkdaşlıq imkanlarının
genişləndirilməsi müzakirə
edilib. Bütün bunlar, həm də Naxçıvanın
“yaşıl enerji” dəhlizinə çevrilməsi
üçün geniş
imkanlar yaradır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan
enerji mənbələrindən
istehsal edilən “yaşıl enerji”nin
Zəngəzur dəhlizi
vasitəsilə Naxçıvana,
oradan isə Türkiyə və Avropaya ötürülməsi
qarşıdakı iqtisadi
hədəflərdən biri
kimi müəyyənləşdirilib.
Digər tərəfdən,
muxtar respublikanın bərpaolunan enerji mənbələri ilə
zəngin olması bilavasitə Naxçıvanın
özünün potensial
enerji dəhlizi kimi rolunu artırır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanda
həm günəş,
həm külək, eyni zamanda, su
elektrik stansiyalarının
inşası üçün
böyük potensial var və gələcəkdə
buradan Türkiyəyə
ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracına imkan yaranacaq.
Füsunkar və
əsrarəngiz təbii
gözəllikləri ilə
zövq oxşayan Naxçıvan Muxtar Respublikası turistlərin
ən çox sevdiyi məkanlardandır.
Əlverişli coğrafi
mövqeyi, müxtəlif
iqlim qurşaqlarının
mövcudluğu, zəngin
mədəni irsi, təbii müalicə mərkəzləri, mineral
suları, özünəməxsus
mətbəxi, yüksək
qonaqpərvərlik ənənələri
və müasir inkişaf səviyyəsi
muxtar respublikada turizmin inkişafını
şərtləndirən başlıca
amillərdir. 200-dən çox
mineral bulağı, nadir fauna və
florası olan muxtar respublikanın zəngin təbiəti və onun qorunması
sahəsində həyata
keçirilən tədbirlər
turizmin bir çox növünün
inkişafına şərait
yaradıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay dövlət təbiət
yasaqlıqları hesabına
xüsusi mühafizə
olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Bundan əlavə,
Biçənək, Kükü,
Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs kimi əksər yaşayış
məntəqələrində kənd turizminin inkişafı üçün
geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə
vaxtını səmərəli
keçirmək istəyən
turistlər həm də onlarla çeşiddə təmiz
ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Muxtar respublikada Ağbulaq Xizək Mərkəzinin fəaliyyət göstərməsi
ənənəvi turizm
növlərinin inkişaf
etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin
formalaşması üçün
də geniş imkanlar yaradır.
Bu gün
muxtar respublikada fəaliyyət göstərən
5 ulduz kateqoriyasına
malik “Təbriz” və “Duzdağ” otelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi,
Ağbulaq İstirahət
Mərkəzi və digər turizm obyektlərində yüksək
keyfiyyətli xidmətlər
təklif olunur. Göründüyü kimi,
son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə
mərkəzlərinin yenidən
qurulması, həyata
keçirilən abadlıq-quruculuq
işləri turizmin inkişafına təkan verib ki, bu
da muxtar respublikaya turist axınını xeyli sürətləndirib.
Hazırda qədim
Naxçıvan diyarının
gələcək inkişafının
yeni konturları cızılır, qarşıda
duran vəzifələr
müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü
il tarixli Sərəncamı ilə
təsdiq olunmmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı”ı növbəti
5 il üçün əsl fəaliyyət proqramı kimi qəbul edilir. Belə ki, yeni
proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə
açıq olması
sürətlə dəyişən
dünyanın innovativ
tələblərinə inteqrasiyasını
da hamı üçün əlçatan
edir.
Müasir çağırışlara
uyğunluğu nəzərə
alınaraq hazırlanmış
bu mühüm dövlət sənədi
muxtar respublikaya daha yaxşı günlər vəd edir. Bir sözlə,
Azərbaycan dövlətinin
hərtərəfli diqqət
və qayğısı
insanlarda Naxçıvanın
sabahına inamını
bir qədər də möhkəmləndirir,
onları qurub-yaratmağa
ruhlandırır. İndi
muxtar respublikada böyükdən kiçiyə
hamı dövlət
başçısının qarşıya qoyduğu vəzifələrin icrasına,
doğma diyarının
inkişafına öz
töhfəsini verməyə
çalışır. Bu
da Naxçıvan şəhərinin, eləcə
də muxtar respublikanın digər yaşayış məskənlərinin
daha parlaq, bundan da gözəl
gələcəyinə ümidləri
artırır.
Mirbağır
YAQUBZADƏ,
Səbuhi
HƏSƏNOV
XQ
Bakı-Naxçıvan-Bakı
(Yazı “Xalq
qəzeti”, “İki sahil” və “Şərq qapısı”
qəzetlərinin birgə layihəsi əsasında hazırlanıb.)
İki
sahil.- 2023.- 21 noyabr, ¹212.-S.8.