Qarabağ 1500 illik tarixi olan
türk torpağıdır
VI əsrdən etibarən Qarabağda Xəzərlər,
Səlcuqlar, Eldənizlər,
Elxanilər, Qaraqoyunlular,
Teymurilər, Ağqoyunlular,
Səfəvilər, Əfşarlar,
Qacarlar və Azərbaycan türkləri
hakimiyyətdə olub.
XIX əsrdə ruslar erməniləri bölgəyə
yerləşdirənə qədər
Qarabağda, demək olar ki, bir nəfər
də erməni olmayıb - bölgə tamamilə türk yurdu idi.
Tarixçi Bartxolda görə,
“Qarabağ” adı türkcə “qara” (sıx, bol-bərəkətli)
və farsca “bağ” (sıx bağ, bağlıq yer) sözlərinin birləşməsindən əmələ
gəlib. “Qara” həm də böyük fikrini bildirir – Qarayazı, Qaradaş, qara çoxa... Yəni, böyük bağları
olan yer, ərazi, məkan.
VI əsrdə Xəzərlərin
bölgəyə gəlişi
ilə Qarabağ türk tarixində öz yerini tutmağa başladı.
XI əsrdə Böyük
Səlcuqların tərkibinə
daxil oldu. Qacar, Qaramanlı, Otuziki, İyirmidörd, Baharlı tayfaları daxil olmaqla, bölgədə türkmənlər
də məskunlaşdı.
Bölgə tamamilə
türk yurduna çevrildi. Qarabağ haqqında Mustafa Aydın,
Hüsaməddin Məmmədov,
Gülşen Seyhan Alışık, Zabil Bayramlı və Bilal Bayramlının araşdırmaları
vardır.
Sultan Alparslan Gürcüstan səfərindən qayıdarkən
Qarabağdan qışlaq
kimi istifadə edirdi. Böyük Səlcuqlardan sonra bölgədə İraq Səlcuqları,
Eldənizlər, Elxanilər,
Qaraqoyunlular, Teymurilər,
Ağqoyunlular və Səfəvilər hakimiyyətdə
olmuşdur.
1578-ci ildə Osmanlı-Səfəvi
müharibələri zamanı
Qarabağ Osmanlı ərazisi oldu (şəkil 1).Qarabağ
Osmanlı tabeliyində
olarkən Gəncə
vilayətinin tərkibində
idi və “Vilayət-i Gəncə Qarabağ” adlandırılırdı.
Səfəvilər 1603-cü ildə bölgəni yenidən ələ keçirdi və XVIII əsrə qədər tabeliyində saxladı.
1722-1724-cü illərdə rusların cənuba doğru irəliləməsi
nəticəsində Osmanlılar
hərəkətə keçərək
Azərbaycanı ələ
keçirdi. 1724-cü ildə
bağlanmış müqavilə
ilə Qarabağ Osmanlı ərazisində
qaldı. Lakin 1736-cı ildə
bağlanan müqavilə
ilə yenidən İrana verildi.
QARABAĞ
XANLIĞI YARANDI
Qarabağı Osmanlılardan geri
alan Nadir şah ona itaət etməyən Cavanşir tayfasının başçısı
Pənahəlini Xorasana
sürgün etmişdi.
Nadir şahın ölümündən
(1747) sonra Pənahəli
xan Qarabağa qayıdaraq, Qarabağ xanlığının əsasını
qoymuşdur. Pənahəli
xan Türküstandan gələn Cavanşir tayfasının Bəhmənli
qoluna mənsub Sarıcalı tayfasından
idi.
Pənahəli xan 1748-1750-ci illərdə
Bayat, Şahbulaq, Əsgəran və Şuşa (Pənahabad) qalalarını tikdirmişdir.
1755-ci ildə Şuşaya
hücum edən Avşar Fətəli xana məğlub olan Pənahəli xan ona tabe
oldu. Daha sonra Kərim xan Zəndlə birlikdə hərəkət
edərək Fətəli
xanı məğlub etdi. Lakin qüdrətli bir xanlıq qoyub getmək istəməyən Kərim
xan Pənahəli xanı oğlu İbrahimlə birlikdə
Şiraza apardı.
1759-cu ildə Şirazda
atasının ölümündən
sonra Qarabağa qayıdan İbrahim qardaşı
ilə apardığı
mübarizədə uğur
qazandı və
1763-cü ildə Qarabağ
xanlığının başçısı
oldu.
Ruslar
XVIII əsrin son rübündə
Qafqazı işğal
etməyə başladılar.
1783-cü ildə Gürcüstanı
ələ keçirdilər.
I Aleksandrın dövründə
ruslar 1802-ci ildə Bakı və Qarabağın onlara tabe olmasını istəsələr də,
buna nail ola bilmədilər. Bunun əvəzinə 1804-cü ildə
Gəncəni işğal
etdilər. 1805-ci ilin mayında Kürəkçayda
imzalanan müqavilə
ilə İbrahim xan ruslara tabe oldu.
1806-cı
ilin fevralında
general Sisyanovun Bakıda
öldürülməsindən sonra İbrahim xan rusları Qarabağdan qovmağı planlaşdırsa
da, ruslar bundan xəbər tutaraq
1806-cı il iyunun 10-da onu
ailəsi ilə birlikdə öldürdülər.
İran–Rusiya müharibələrindən
(1804-1813) sonra bağlanan
Gülüstan müqaviləsi
ilə Qarabağ rusların tabeliyinə keçdi və 1822-ci ildə xanlıq ləğv edildi. Qarabağ xanlığının
mövcudluğu bölgənin
çiçəklənməsinə öz təsirini göstərmişdi. Xanlıq
torpaqlarını qalalar,
məscidlər, imarətlər
bəzəyirdi (şəkil
3). Xanlıqlar dövrünə
qədər Qarabağın
etnik quruluşunu araşdıran Qeybullayevə
görə, Qarabağın
yalnız bir neçə kəndində
ermənilər yaşamış,
Nadir şahın dövründə
isə kənardan gətirilən ermənilər
albanlara rəhbərlik
etmişdir.
ERMƏNİLƏRİ
RUSLAR YERLƏŞDİRDİ
Rusların məlumatına görə,
1810-cu ildə bölgədə
25 min nəfər yaşayırdı.
Rusların 1823-cü ildə
verdikləri rəqəm
90 min idi və bunun üçdə bir hissəsinin ermənilər olması göstərilirdi. Ruslar
1806-1812-ci illər Osmanlı–Rusiya və 1804-1813-cü illər Rusiya–İran müharibələri zamanı
bölgəyə çox
sayda erməni yerləşdirmişdi. 1828-ci ildə
İranla Rusiya arasında bağlanmış
Türkmənçay müqaviləsinə
əsasən, Azərbaycan
iki yerə bölündü: ölkənin
şimalı Rusiyada, cənubu İranda qaldı. Müqavilənin
15-ci maddəsi İranda
yaşayan ermənilərin
Rusiya tərəfindən
Qarabağ ərazisinə
yerləşdirilməsinə icazə verirdi. 1828-1830-cu illərdə Azərbaycana
40 min İran və 84 min Osmanlı
ermənisi yerləşdirildi.
Bu rəqəm XIX əsrin
sonunda bir milyona çatacaqdı.
Birinci Dünya müharibəsinin
sonlarına doğru Qarabağ üçün
çətin dövrlər
başladı. 1917-ci il bolşevik
inqilabından sonra ermənilər Qarabağ üzərində haqq tələb etməyə başladılar. Ruslardan qalan silah-sursatları ələ keçirən
ermənilərə qarşı
müdafiəsiz qalan Azərbaycan türkləri
Osmanlıdan kömək
istədi. Bundan sonra Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu quruldu. Nuri Paşanın komandanlığı
ilə Qafqaz İslam Ordusu erməni quldur dəstələrini
darmadağın edərək,
Bakıya doğru irəlilədi. 21 iyul
1918-ci ildə Şamaxı
ələ keçirildi.
Şərq Orduları Qrupu
komandiri Xəlil Paşa və əməliyyata rəhbərlik
edən Nuri Paşa sentyabrın 16-da Bakıya
daxil oldular. 1918-ci il oktyabrın 6-da Dərbənd
azad edildi. Cəmil Cahid bəyin komandanlığı
ilə 9-cu və
106-cı Qafqaz alayları
Qarabağa göndərildi.
Nuri Paşanın komandanlığı
altında Qafqaz
İslam Ordusu 1918-ci il oktyabrın
8-də Şuşaya qədər
üstünlük əldə
etdi. Qarabağın
tam süqutu yaxınlaşdığı
bir vaxtda – 1918-ci il oktyabrın 30-da Mondros sülh müqaviləsi imzalandı. Atəşkəsin
11-ci və 15-ci maddələrinə
əsasən, türk
qoşunları Qafqazdan
tamamilə çəkiləcək
və Osmanlı hökuməti Bakının
işğalına etiraz
etməyəcəkdi. İngilislər
tərəfindən ələ
keçirilən Qarabağ
1919-cu ildə Azərbaycanın
tərkibinə daxil edildi. Lakin 1920-ci ildə ruslar tərəfindən işğal edildi.
Antiterror əməliyyatı ilə Qarabağdakı erməni terrorçuları
təslim oldular.
AZƏRBAYCANIN
BÖYÜK QƏLƏBƏSİ
Erməni
sovet siyasətçisi
Anastas Mikoyan Leninə
20 may 1920-ci il tarixli məruzəsində
ermənilərin Qarabağla
heç bir əlaqəsinin olmadığını
və buranın Azərbaycandan ayrılmamalı
olduğunu bildirirdi.
1923-cü il iyulun 24-də Dağlıq
Qarabağ Muxtar Vilayət elan edildi. Azərbaycanın idarəçiliyində
yaradılan bölgəyə
Cavanşir, Şuşa,
Cəbrayıl, Zəngəzur
və Qubadlının
bir hissəsi daxil idi.
1987-ci ilin son aylarında Qarabağda yaşayan azərbaycanlılar ermənilər
tərəfindən köç
etməyə məcbur
edildi. Ermənilər
1988-ci il fevralın 21-də Qarabağın Ermənistana
məxsus olduğunu bəyan etdilər və fevralın 24-dən
başlayaraq bu bölgədəki türklərə
təzyiq göstərdilər.
Həmin ilin iyununda Ermənistan SSR Azərbaycan Ali Sovetinə
Dağlıq Qarabağla
bağlı müraciət
etdi, lakin bu təklif rədd olundu. Bu təklifi Moskva da qəbul
etmədi. Ermənilər
1989-cu ildə Qarabağa
gedən yolları kəsərək, yolları
minaladılar, nəzarəti
ələ keçirməyə
başladılar. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiq etdi. Lakin Sovet İttifaqı dağıldıqdan
sonra ermənilər rusların dəstəyi ilə müxtəlif illərdə, o cümlədən
Xocalıda qətliam törətdilər. 1992-ci ildə
Şuşanı işğal
etdilər. Qarabağ və onun ətrafında
yaşayan azərbaycanlıların
əksəriyyəti qaçqın
düşdü, minlərlə
azərbaycanli ermənilər
tərəfindən vəhşicəsinə
qətlə yetirildi.
2020-ci il sentyabrın 27-dən noyabrın
10-dək Türkiyənin də
dəstəklədiyi 44 günlük
Vətən müharibəsində
Azərbaycan Ordusu böyük şücaət
və qəhrəmanlıq
göstərərək, Qarabağın
və digər Azərbaycan torpaqlarının
mühüm hissəsini
işğaldan azad etdilər .
2023-cü
il sentyabrın 19-da başlayan
lokal xarakterli antiterror
tədbirlərində Azərbaycan
Qarabağdakı terrorçuları
24 saatdan da az müddətdə məğlub
etdi. Qarabağ Azərbaycanın idi, Azərbaycanın oldu!
Erhan Afyoncu,
Türkiyə Silahlı Qüvvələrinin
Milli Müdafiə
Universitetinin rektoru, professor
İki sahil.- 2023.- 5 oktyabr.- S.7.