Ümummilli Lider bütün
dünyada
Azərbaycanın rəmzi kimi qəbul edilir
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımıza böyük sevinc bəxş etdi. Ümummilli Liderin 100 illik yubileyinin Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda qeyd etmək qürurvericidir. Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı daim zirvələrdə görmək istədi. Torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması dahi şəxsiyyətin ən böyük arzularından biri idi.
Ümummilli Liderin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirləri gələcəyə, ərazi bütövlüyümüzün təmin olunmasına böyük çağırış idi. Bu gün böyük qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun Özü qədər inandığı, siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə yazdı. Xalqımız son üç ildə tarixi günləri, bayramları tamamilə fərqli ovqatda, yeni hədəflərlə, arzu və istəklərlə qeyd edir.
“Heydər Əliyev İli” tarixi Zəfərimizə gedən yolun təhlilinə geniş imkanlar yaradır. Hər bir uğur, Zəfər böyük qətiyyətin, səylərin, ən əsası düzgün müəyyənləşdirilən siyasətin, yaradılan möhkəm təməlin nəticəsidir. Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək, kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə daha dolğun şəkildə çatdırmaq üçün müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmaq kifayətdir. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Zaman keçilən yolun düzgün təhlili və perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin mənbədir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin çağırışları arasında xüsusi yer tutan “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikirləri Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları fonunda öz təsdiqini tapdı. Çünki müstəqilliyimizin ilk 2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin ölkəyə rəhbərliyi ucbatından böyük təhlükələrlə üz-üzə qaldı. Xalq daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, bir sözlə, iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu.
Bu reallıq inkaredilməzdir ki, əgər Heydər Əliyev o vaxt xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin bərpasının ilk ili oldu. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.
1993-cü il 15 iyun tarixi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsi kimi qeyd olunur. Bu tarix, eyni zamanda, Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqlardan, tənəzzüldən xilas olaraq inkişafa doğru inamla addımladığı yolun başlanğıcı oldu. Hər bir ölkənin inkişafında siyasi sabitliyi vacib amil kimi önə çəkən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi. Bütün resursları səfərbər edərək 1994-cü il mayın 12-də işğalçı dövləti atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi. Bu mühüm addım Azərbaycanın bütün sahələrdə uğurlu inkişafına geniş yol açdı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verərək bugünkü və gələcək inkişafın əsasını qoydu. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəımlənməsində stimul oldu. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ölkəmiz qısa müddətdə investisiyalar məkanına çevrildi. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması siyasi müstəqilliyini şərtləndirdi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında “Əsrin müqaviləsi”nin rolu inkaredilməzdir. Neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu da Ümummilli Liderin Azərbaycanın bu günü üçün atdığı mühüm addımlar sırasındadır. Fondun vəsaitləri hesabına müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkənin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. Ümummilli Lider neftin xalqın sərvəti olduğunu bildirərək ondan indiki və gələcək nəsillər üçün istifadə edilməsinə çağırışlar etdi.
Azərbaycana hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının nə qədər geniş olduğunu görərik. Ölkəmizdə demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, bu gün ölkəmizin demokratiya təcrübəsi dünyaya nümunədir. Azərbaycan demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyərək 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və fikir azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün milyonların partiyası kimi nüfuz qazanan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiya yarandığı gündən tutduğu yola sadiqliyi ilə xalqın inamını və etimadını qazandı. 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Həmin müraciətdə partiyanın yaradılmasını zəruri edən səbəblər, həmin dövrün reallıqları öz əksini tapmışdır. Ümummilli Lider həmin müraciətə cavabı ilə bir daha xalqın yanında olduğunu, arzu və istəklərinin həyata keçirilməsi üçün dəstəyini əsirgəmədiyini təsdiqlədi. YAP yaradılmasından qısa zaman, 7 ay sonra iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu.
Dövlət başçısı, YAP Sədri
İlham Əliyev partiyanın
tarixi Zəfərimizin
reallıqları fonunda
keçirilən VII qurultayında
böyük inam və qürur hissi ilə qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır.
Onun siyasi təcrübəsi, biliyi,
xalq qarşısında
göstərdiyi xidmətlər,
Naxçıvanda çalışdığı
dövrdə göstərdiyi
əsl vətənpərvərlik
və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını
onun ətrafında birləşdirdi. Bu məqam da xüsusi
qeyd edilmişdir ki, Onun 1970-1980-ci illərin əvvəllərində
gördüyü işlər
önəmli rol oynadı: “Çünki mən bunu dəfələrlə
demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayanda Azərbaycan
Respublikası Sovet İttifaqının müttəfiq
respublikaları arasında
bütün göstəricilərə
görə axırıncı
yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində
1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika
donor respublika idisə,
onlardan biri də Azərbaycan idi. O vaxt onun
gördüyü işlər
həm sənaye, həm kənd təsərrüfatı, həm
yüngül sənaye
sahələrini böyük
dərəcədə inkişaf
etdirdi, canlandırdı
və insanlar o dövrü xatırlayırlar.
Bir də ki, Heydər
Əliyevin qətiyyəti,
cəsarəti, müdrikliyi,
xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı
amansız mübarizəsi
haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.”
Dahi şəxsiyyət
Heydər Əliyevin fəaliyyətinin Naxçıvan
mərhələsində gördüyü
işlər, həmçinin
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıdışından sonra
həyata keçirdiyi
düşünülmüş və məqsədyönlü
siyasət həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının inkişaf
yolunda inamla irəliləməsində öz
sözünü dedi.
Ümummilli Liderin “YAP
dünənin, bu günün və gələcəyin partiyasıdır”
tezisi özünü
doğrultdu. Bu fikirlərin
davamı olaraq dövlət başçısı
İlham Əliyev partiyanın
VII qurultayında belə
bir fikri əminliklə qeyd etdi ki, YAP ənənələri
olan partiyadır. Bundan sonra da ölkəmizdə gedən
bütün proseslərin
mərkəzində olacaq.
2021-ci ilin sonlarında
“Biz birlikdə güclüyük!”devisi əsasında
təsdiqlənən yeni Proqramda
partiyanın hədəfləri
öz əksini tapıb. Hazırkı dövrün əsas çağırışı olan soydaşlarımızın
tam tərkibdə Böyük
Qayıdışının təmin edilməsi YAP-ın yeni Proqramında əsas hədəflər
sırasındadır. Yeni formalaşan
tərkib, yeni qərarların
qəbulu və yeni Proqram YAP-ın qarşısına qoyduğu
hədəflərə yüksək
səviyyədə nail olmasına
böyük stimuldur.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
yenidən hakimiyyətə qayıdışı Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində yeri və rolunun möhkəmləndirilməsinə də geniş yol açdı. Ölkəmizin ətrafında
yaradılan informasiya blokadası yarıldı.
Ümummilli Lider hər bir xarici
ölkəyə səfəri
zamanı diqqəti Azərbaycan həqiqətlərinə,
Qarabağ münaqişəsinin
əsl mahiyyətinə
yönəltdi.
Qarşıya bu
hədəf qoyuldu ki, diplomatiyamız
özünümüdafiə xarakteri daşımamalı,
hücum diplomatiyası
olmalıdır.
Qarabağ münaqişəsinin
həlli dövlətimizin
xarici siyasətinin əsas məsələsi
kimi öndə dayandı. Həmçinin
sülh danışıqlarını
cəsarətlə aparmaq
üçün müstəqilliyimizin,
suverenliyimizin qarantı
olan ordu quruculuğuna diqqət artırıldı. Bu məqamı
da xüsusi qeyd etməliyik ki, hələ
hakimiyyətinin birinci
dövründə Azərbaycanı
gələcəkdə müstəqil
dövlət kimi görmək istəyən
Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atmışdı ki, bunlardan
da biri Cəmşid Naxçıvanski adına
hərbi liseyin yaradılması idi. Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti
həmin liseyin yetirmələridir. Ulu Öndərin
rəhbərliyi ilə
yaradılan möhkəm
təməl Azərbaycan
Odusunun dünyanın
ən güclü orduları sırasında
qərarlaşmasında özünün
aydın ifadəsini tapır. 1993-2003-cü illər
tariximizə sabitlik, inkişaf, Azərbaycanın
müstəqil ölkə
kimi yaşamasını
təmin edən bir dövr kimi
yazılıb. Son 20 ilə
yaxın zamanda möhtərəm
Prezidentimiz İlham Əliyev
fəaliyyətini o illərdə
müəyyən edilmiş
strategiya çərçivəsində
davam etdirərək Azərbaycanı
inkişaf etdirir, tariximizə zəngin uğur səhifələrinin yazılmasını
təmin edir.
Yazının əvvəlində də
qeyd etdiyimiz kimi, Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı mühüm,
bugünümüz və
gələcəyimiz üçün
vacib xidmətlərindən
biri 2003-cü ildə
xalqa tarixi müraciəti oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevin
Onun axıra çatdıra bilmədiyi
işləri, planları
axıra çatdıracağına
əminliyini ifadə etdi. Şah əsəri olan müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün
yaratdığı möhkəm
təməl üzərində
davamlı inkişafını
təmin etmək üçün inamın
növbəti ünvanını
göstərdi. Cənab
İlham Əliyev ilk gündən
Azərbaycanın daha
güclü, qüdrətli
dövlətə çevrilməsi
üçün Heydər
Əliyev siyasətinin
davam etdirilməsinin vacibliyini bildirdi və 2003-cü ildə keçirilən andiçmə
mərasimində belə
bir müraciəti etdi: “Mən bu gün bu
yüksək kürsüdən
əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət
edərək deyirəm:
Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı
gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf
etdirəcəyik. Sizin
yolunuzla yeni qələbələrə
doğru gedəcəyik!”
Cənab
İlham Əliyev hər
bir vədini reallığa çevirir.
Azərbaycanı yüksək
zirvələri fəth
etdirən dövlət
başçısı İlham Əliyevin Prezidentliyi dövrünün 17 ili torpaqlarımızın işğaldan
azad edilməsinə,
son üç ili bu ərazilərin bərpasına və yenidən qurulmasına həsr edilib. İqtisadiyyatın düzgün
əsaslar üzərində
qurulması, ayrı-ayrı
sahələri əhatə
edən Dövlət proqramlarının təsdiqi
və uğurlu icrası paytaxt Bakı ilə yanaşı, bölgələrimizin
inkişafına geniş
imkanlar yaratdı.
Ölkəmizdə idarəçilik sisteminin
təkmilləşdirilməsi, 2016-cı ildə keçirilən ümumxalq səsverməsi
zamanı vitse-prezidentlik
institutunun yaradılması
və 2017-ci ildə Prezident İlham Əliyevin
Sərəncamı ilə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə
kompleks tədbirlərin
davamlılığının təmin edilməsində öz sözünü deyir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, dövlətin
qüdrətinin artırılması
əsas prioritetlər
sırasındadır. Onu
da qeyd edək ki, Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan
Heydər Əliyev Fondunun ölkəmizdə
bütün sahələrin
inkişafına xidmət
edən təşəbbüsləri,
addımları Azərbaycan
xalqı və beynəlxalq ictimaiyyət tərəfindən təqdir
edilir. Dövlət başçısı İlham Əliyev 21 fevral 2017-ci il tarixdə keçirilən Təhlükəsizlik
Şurasının iclasında Azərbaycanın
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanı
təqdim edərkən
bildirmişdir ki, çoxşaxəli
fəaliyyət və
eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı
qəbul etməyimdə
əsas rol oynamışdır. Eyni zamanda, Mehriban Əliyeva
çox peşəkar,
bilikli, təcrübəli,
prinsipial, çox xeyirxah bir insandır.
Təsadüfi deyil
ki, Azərbaycan xalqı
ona böyük rəğbət və sevgi ilə yanaşır: “Sadaladığım
bütün bu amilləri nəzərə
alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın
həyatında yeni dövr
başlayır. Əminəm
ki, o, bundan sonra da ölkəmizin inkişafına
öz dəyərli töhfəsini verəcək.”
Xalqımız Azərbaycanın möhtəşəm
uğurlarının davamlılığına
əmindir. Dövlət
başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın birgə
səyləri nəticəsində
son üç ildə
azad Qarabağımız
və Şərqi Zəngəzurumuz dirçəlir.
Bu, bütün dünya
azərbaycanlılarını qürurlandırır. Azərbaycan
Ordusunun ölkə Prezidenti, Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə torpaqlarımızı
işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin
dövlətçilik tariximizin
ən qürurlu səhifəsidir. Ata vəsiyyətini
yerinə yetirdiyi üçün özünü
xoşbəxt hiss edən
qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların
sevgisi şəksizdir.
Silahlı Qüvvələrin
Müzəffər Ali Baş
Komandanı, Prezident
İlham Əliyev Şuşa
şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan
azad edildiyi gün xalqımıza müraciətində bildirmişdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı
azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz
aydın olsun dünya azərbaycanlıları!
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz
Şuşa, biz səni
dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bütün çıxışlarında, öz döğma yurd-yuvasından didərgin
düşmüş soydaşlarımızla
görüşlərində Qarabağ
münaqişəsinin həllini
tapacağını, məcburi
köçkünlər üçün
yaradılan şəraitin
müvəqqəti olduğunu,
onların tezliklə öz torpaqlarına qayıdacaqlarını böyük
əminliklə söyləyən
Müzəffər Ali Baş
Komandan o günün gələcəyinə inanırdı.
Çünki hədəf
ərazi bütövlüyümüzün
bərpası, işğala
son qoymaq, Qarabağın
Azərbaycanın ayrılmaz
tərkib hissəsi olduğunu təsdiqləmək,
azad edilmiş torpaqlarımızda yeni həyatın
başlanması
idi. Möhtərəm
Prezidentimiz İlham Əliyevin 2019-cu ildə
Rusiya Federasiyasının
Soçi şəhərində
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında Ermənistanın yürütdüyü
faşist ideologiyasını,
Azərbaycana qarşı
etnik təmizləmə,
dövlət terrorizmi
və işğalçılıq
siyasətini ifşa edərək işğalçı ölkənin
baş naziri Nikol Paşinyana beynəlxalq hüquqdan və tarixdən sözün əsl mənasında dərs keçərək “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Bu bəyanatdan bir il sonra, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərimiz bir daha Ermənistana
və ona havadarlıq edən dövlətlərə sübut
etdi ki, həqiqəti
inkar etmək qeyri-mümkündür. Ədalət
gec-tez zəfər çalır.
İşğaldan azad edilmiş ərazilərimizin dirçəlməsi Azərbaycanın
iqtisadi və siyasi gücünün təqdimatıdır. Bu torpaqlar
bizimdir və burada əbədi olacağıq. Azərbaycan
bundan sonra da Heydər Əliyev yolu ilə inamla
addımlayacaq, daha möhtəşəm uğurları
ilə dünyanın
diqqətində olacaq.
Abil
Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının
sədri
İki
sahil.- 2023.- 10 oktyabr, ¹184.- S.4.