2003-cü ildə verilən vəd:

Gərək mən ümidləri doğruldam...

 

Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra verdiyi bu vədi çoxəsrlik tariximizin Zəfər səhifəsini yazmaqla doğrultdu

 

Bu gün Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda əzəli sahibinə qayıtmış torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, regionda dayanıqlı sülhün təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə təkli etdiyi sülh müqaviləsindən, əksər dünya dövlətlərinin beynəlxalq təşkilatların bu məsələyə dəstəyindən sair kimi mühüm məqamlardan bəhs edirik. Yaxın günlərdə müstəqilliyinin bərpasının 32-ci ilini tamamlayacaq Azərbaycanın uğurları ilə qürur duymağa tam haqqı var. Çünki Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Uğurlarımızın zirvəsində dayanan şanlı Zəfərimizə qovuşmağımızda dahi şəxsiyyət Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi əhəmiyyət kəsb edir. Bu tarixi müraciət Azərbaycanın 1993-2003-cü illərdə qazandığı uğurların davamının başlanğıc nöqtəsi oldu. Həmin müraciətdə deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm

2003-cü il 15 oktyabar tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etirilməlidir. Cənab İlham Əliyev, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevə belə bir müraciəti ünvanlamışdı ki, Sizin şah əsəriniz olan müasir müstəqil Azərbaycana daim qələbələr qazandıracağıq.

Ötən 20 il hər bir vədin konkret əməli işdə təsdiqinin təqdimatıdır. Azərbaycan hər günü tarixinə qələbələr, uğurlar səhifəsi kimi yazdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi sair kimi həllivacib məsələlər idi. Son 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Çünki hansı sahəyə baxsaq Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini, təcrübəsi nümunə göstərildiyini görərik. Cənab İlham Əliyevin jurnalistlərə ilk müsahibəsini yada salmaq bir zərurət kimi qarşımızda dayanır. Çünki dövlət başçısı həmin müsahibəsində üəzrinə düşən çətin, eyni zamanda, şərəfli missiyanı yerinə yetirmək üçün xalqa arxalandığını bir daha diqqətə çatdırdı. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz hansı hissləri keçirirsinizsualına Prezident İlham Əliyevin cavabı belə olmuşdu: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur

Cənab İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi inkişafı hər bir ölkənin tərəqqisində vacib amil kimi önə çəkərək iqtisadiyyatın şaxələndirilməsini vacib amil kimi önə çəkdi. Bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Son 20 ildə Prezident İlham Əliyevin təkmil uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişiksöyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

Dövlət başçısı İlham Əliyev bildirdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyi gündəmə gətirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə Regional inkişaf proqramı təsdiqləndi. İlk proqramın əhatə etdiyi 2004-2009-cu illər üçün nəzərdə tutulan bütün hədəflərin uğurlu icrası növbəti üç sənədin qəbulunu zərurətə çevirdi. Bu il sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. Bu mühüm məqamı da qeyd edək ki, tarixi Zəfərimizin reallıqları hər bir sahədə yeniliklərə yol açmaqla yanaşı, qəbul olunan olunması nəzərdə tutulan Dövlət proqramlarında da müəyyən dəyişikliklərin edilməsini stimullaşdırdı. Artıq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib uğurlu icrasına başlanılıb.

Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin təmin edilməsi dayanır. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadəsi, enerji diplomatiyasını uğurla həyata keçirməsi bu sahədə biri-birindən mühüm addımların atılmasını təmin edir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Buna əmin olmaq üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Bircə faktı qeyd etmək kifayətdir ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. 2020-ci ilin dekabrında isə layihə tam tərkibdə istifadəyə verildi. Bu günün əsas çağırışı isə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm ölkəmizin, həm yeni layihələrdə iştirak edəcək ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə olacaq.

İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma prinsipləri mövcuddur onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.

Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin “A Haberteleviziya kanalına müsahibəsindəYəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi , Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə söyləmək istəyirsinizsualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.”

Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifə idi. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Əvvəldə qeyd etdiyimiz kimi, iqtisadi dayanıqlıq bütün sahələrdə təkmil islahatlara geniş yol açdı. Ordu quruculucu sahəsində atılan addımların nəticəsi idi ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qəraplaşıb. Onu da qeyd etmək istərdik ki, dünya Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdur. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev üzərinə düşən bu missiyanı da şərəflə yerinə yetirdi. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın bu illər ərzində necə gücləndiyini, qüdrətləndiyini nümayiş etdirdi. Ordumuz bütün döyüş tapşırıqlarını qəiyyətlə yerinə yetirməyə hazır olduğunu 2020-ci il 27 sentyabar tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan zaman Müzəffər Ali Baş Komandanın «Hücuməmrini yüksək səviyyədə cavablandırmaları ilə təsdiqlədi. 44 günün hər günü xalqımız dövlət başçısı İlham Əliyevdən qələbə müjdələrini eşitdi. Dövlət başçısının xalqa hər müraciətində hansısa kəndin, şəhərin, qəsəbənin strateji yüksəkliyin işğaldan azad edilməsi xəbəri çatdırıldı.

Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramıicra edilir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur. Bu ünvanların sıralanması davamlılığı ilə diqqətdədir.

44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarından bəhs edərkən bu mühüm məqam böyük qürur hissi ilə qeyd edilir ki, ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. Noyabrın 8-də, 28 illik həsrətdən sonra Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu.

Müharibədə asan qələbə olmur. Bu Qələbəni 3 minə yaxın şəhidimizin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncamı Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasındandır.Bu Zəfərin Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın nisgilinə son qoyuldu. Azərbaycan tarixinin yeni şərəfli səhifəsi yazıldı. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın Şərqi Zəngəzurun xilaskarı kimi daxil oldu. Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara­tmışdı. Tarixi Zəfərimiz bu mifləri dağıtdı.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi­rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, əgər Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı. 2021-ci ildə «Xarıbülbül» musiqi festivalının bağlanış mərasimində Ümummilli Lider Heydər Əliyevin vaxtıilə işğal altında olan ərazilərimiz haqqında söylədiyiArzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərikfikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyiXoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərinin əks olunduğu videoçarxın nümayişi özündə bütün məqamları ehtiva etməklə yanaşı, Ulu Öndərin 2003-cü ildə xalqa tarixi müracətində göstəridyi inamın real həyatda təsdiqinin təqdimatı oldu.

Yazını dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində ona ünvanlanan «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin dərəcədə sakit, təmkinli eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfinəl-qol atmasıfonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabı ilə ümumiləşdirmək istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, bu suala dərhal cavab vermək mənim üçün çətindir: «Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı qadınlarımızı öldürəndə biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər bir , əlbəttə, özümün haqlı olmağıma inamımdırCənab İlham Əliyev fəaliyyəti ilə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib. Dövlət başçısı çıxışlarında bu çağırışı da edir ki, vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik

Bu gün qürurla qeyd edirik ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin apelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyümüzü, sentyabrın 20-də isə lokal xarakterli 24 saatlıq antiterror tədbirlərini uğurla başa çatdırmaqla suverenliyimizi tam bərpa etdik. Azərbaycanın hər bir uğuru ədalətə beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Heydər Əliyev yolu daim Azərbaycanı qələbələrə aparacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə Qərbi Azərbaycana qayıdış müjdəsini xalqımıza çatdıracaq. O gün uzaqda deyil.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 12 oktyabr, ¹186.- S.3.