Heydər Əliyevin siyasi kursu milli-mənəvi

dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır

 

Hər bir xalqın taleyində mühüm rol oynayan milli-mənəvi dəyərləri yaradan da, qoruyan da, yeni nəsillərə ötürən xalqdır, daha dəqiq desək insandır. Buna görə ən böyük sərvət insanın özüdür. Xalqın, millətin, dövlətin malik olduğu maddi-mənəvi varlıqları qorumağı bacaran insanlar ən böyük sərvətdir, dəyərdir. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyev fenomeni Azərbaycan xalqının son bir əsrdə formalaşdırdığı ən qiymətli dəyərdir. Çünki təbii ictimai, fiziki formasiyalar yolu ilə yaranmış milli sərvətlərin qorunub saxlanması yeni nəsillərə ötürülməsinin özü çox vacib amildir. Heydər Əliyevin siyasi kursu milli-mənəvi dəyərlərimizin qorunmasının ən böyük təminatçısıdır.

Hər bir xalqın tarixi yetkinləşmə təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm milli-mənəvi irsi, məfkurəsi düşüncə sistemi təşkil edir. Zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına qiymətli töfhələr vermiş, mədəniyyət aləmində özünəməxsus mövqe nümayiş etdirmişdir. Bu gün Azərbaycan dövləti xalqı bir çox sferalarda ümumdünya miqyasında qəbul olunacaq dəyərlər formalaşdıra bilir. Müasir dövlətçiliyimizin təməlini möhkəm özüllərlə qoymağı bacaran Ümummilli Lider Heydər Əliyev böyük tarixi mərhələlərdən, sınaqlardan üzüağ çıxmağımıza səbəb olmuşdur. Onun xilaskarlıq missiyası da milli dəyərlərin mühafizəsinə yönəlmiş tarixi addım idi.

Heydər Əliyevin fəaliyyətini bir neçə dövrə ayırıb, fərqli rakurslardan, pəncərələrdən baxmaq hər dövrdə gördüyü işlərə işıq tutmaq vacibdir. Onun haqqında məqalələr, monoqrafiyalar, elmi işlər, əlbəttə, yazılıb. Lakin hesab etmirəm ki, bu meqa səviyyəli vətənpərvərliyin öyrənilməsi prosesi tam başa çatmışdır. Əlbəttə, bütün hakimiyyətdə olduğu dövrlərdə hətta hakimiyyətdə təmsil olunmadıqda belə Heydər Əliyev Azərbaycan xalqını düşünüb, onun işıqlı gələcəyi haqqında fikir fırtınası yarada bilmişdir.

Heydər Əliyevin fəaliyyətini tarixi xronologiya ilə dəyərləndirsək, o, ilk dövr - 1969-1982-ci illər ərzində Azərbaycan SSR-in rəhbəri kimi ölkəmizi ən geridə qalmış respublikalar sırasından özünü təmin edə bilən, mərkəzdən datasiya almadan yaşayan respublikaya çevirdi. 1969-cu ildə indiki Bakı Dövlət Üniversitetində Azərbaycan dilində çıxış edəndə nəinki universitetin alimləri, bütün Sovetlər Birliyi təəccüblənmişdi. Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etmək o dövrün qəbul edilmiş qaydalarına görə ən yumşaq ifadə ilə desək, siyasi karyeranın sonu demək idi. Ulu Öndər isə bir daha öz xalqına yön, istiqamət verirdi. Əslində Heydər Əliyev Sovetlər Birliyinin qılıncının ən kəskin dönəmində öz xalqına, ziyalılara, alimlərə deyirdi ki, “öz ana dilinizdə danışın, onu inkişaf etdirin. Elmi əsaslarını formalaşdırın.” Məhz bu milli mövqe Azərbaycan dilinin yetkin dil kimi formalaşmasına səbəb olmuşdur. Onun bu cəsarətli addımı daha sonra dilimizin elmi təməlini daha da gücləndirdi. Elmi əsərlər yazıldı. Azərbaycan dilinin müstəqil bir dil olması sübuta yetirildi. Çünki Heydər Əliyev yaxşı bilirdi ki, xalqın milli özünüdərki, təfəkkürü oyanışı onun dili ilə birbaşa əlaqəlidir. Dilini itirən xalq bütün mənliyini itirməyə məhkumdur.

Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti dövründə elmə, təhsilə qayğı özünü açıq-aydın göstərmişdir. Respublikanın rəhbəri kimi Heydər Əliyev bu illərdə milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərmiş, ölkənin mədəniyyət incəsənət xadimləri, ziyalılar keçmiş İttifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilmiş, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Bunun ən bariz göstəricisi odur ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər olsun, dissident ziyalı qeydə alınmamışdır.

1978-ci ildə Azərbaycan dili ilə bağlı daha bir tarixi qərar qəbul olundu. Bütün Sovetlər Birliyində yaşayan xalqlar öz milli kimliklərini dilə gətirməyə çəkinərkən Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan dili Konstitusiyaya Dövlət dili kimi daxil edildi. Bu, o dövr üçün sözün bütün mənalarında inanılmaz addım idi. İmperiya siyasəti ilə idarə olunan Sovetlər Birliyində milli dəyərlərin ön plana çıxması qəbul olunmurdu. Amma Heydər Əliyev dahi şəxsiyyəti idi.

Heydər Əliyevin birinci hakimiyyəti illərində strateji əhəmiyyətə malik digər hadisə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması idi. O zaman üçün bu, əlahiddə bir hadisə idi. Zabit yetişdirmək, sovet ordusu üçün olsa belə, o dövr üçün tarixi hadisə idi. Belə ki, müstəqillik dövründə o məktəbin müdavimlərinin bir çoxu müstəqil Azərbaycan Ordusunun ilk zabitləri oldular. Sovetlər Birliyinin ən güclü olduğu zamanlarda belə strateji addımlar atmaq ancaq Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətlərə aid bir keyfiyyət idi.

Müdrik xalqımız Heydər Əliyevin sovet Azərbaycanı SSRİ rəhbərliyində olduğu dövrlərdə böyük uğurlar qazanmışdı. Ona görə belə bir şəxsiyyətin 1987-ci ildə sovet rəhbərliyindən ədalətsizcəsinə kənarlaşdırılması təqib olunması Azərbaycan xalqının Sovetlər Birliyinə inamını sarsıtdı. Əslində, xalqın müstəqillik düşüncəsinə ilk təkan məhz bu hadisə oldu. Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından sonra Qarabağda erməni separatizmi baş qaldırdı, ardınca soydaşlarımız Ermənistandan kütləvi deportasiya edildi, Sumqayıtda ermənilər təxribat törətdilər.  Heydər Əliyev əgər Sovetlər Birliyinin son dövrlərində Bakıda - hakimiyyətdə təmsil olunsaydı 30 illik işğal olardı, uzunmüddətli ağır keçid dövrü yaşanardı.

Moskvada çox yaxşı bilirdilər, qədər ki, Heydər Əliyev siyasi Büroda ciddi fiqurlardan biri olacaqdır, bir o qədər Azərbaycana qarşı heç bir mənfur addım atıla bilinməyəcəkdi. Elə bu səbəblərə görə 1987-ci ildə Ümummilli Lider heç bir əsas olmadan təqaüdə göndərildi bununla da Azərbaycan torpaqlarına qarşı təcavüzlər başlandı. İllərlə bir yerdə sülh içində qonşuluq etmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan ermənilər riyakarcasına ölkəmizdə yaşamağın mümkünsüzlüyünü ifadə etdilər. Topxana meşəsinə qarşı təcavüz Bakıda ciddi etirazlara səbəb olur, mitinqlər keçirilir, Naxçıvanda insanlar Sovet-İran sərhədini dağıdırdılar. 70 illik sovet hakimiyyətinə qarşı ən ciddi güclü etiraz aksiyaları məhz Bakıda baş verməkdə idi.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanda sonralar başlayacaq azadlıq hərəkatının da hamisi olmuşdur. Heydər Əliyev ölkəmizdə növbəti dəfə repressiya dalğasının qarşısını alan, xalqının dəyərli övladlarını qəddar sovet repressiya maşınının məngənəsindən xilas edən şəxsiyyətdir. Əks halda 1969-cu ildən başlayan milli özünüdərk prosesi, Azərbaycan dilində yazılan əsərlər, Azərbaycan tarixi ilə bağlı elmi araşdırmalar sonradan başlayacaq milli azadlıq hərəkatının bazası, ana fikri ola bilərdimi?

Əgər vaxtilə Ulu Öndər tərəfindən İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Anar, Hüseyn Abbaszadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Hüseyn İbrahimov, Xalq şairləri Məmməd Araz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Qabil, Xəlil Rza Ulutürk başqaları sovet repressiya maşınının məngənəsindən qorunmasaydı azadlıq hərəkatı da olmayacaqdı.

Hadisələrin kulminasiyası 20 Yanvar faciəsi oldu. O hadisələrdən sonra Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükə altında qoyaraq xalqının yanında oldu. Xalqın böyük oğlu, Ulu Öndər Heydər Əliyevə qarşı 80-ci illərin sonunda başlayan və davam edən əsassız iddialar, nüfuzdansalma əməliyyatları Bakıda sadə xalq kütlələrini hiddətləndirirdi. Əbdürrəhman Vəzirovun hakimiyyəti və xalqı tərk edib qaçdığı bir zamanda qanlı imperiyanın mərkəzində ağır repressiya maşınına qarşı cəsarətlə öz etiraz səsini qaldıran əsil vətənpərvər Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən öz cəsarətini və vətənpərvərliyini nümayiş etdirən Heydər Əliyevin xalqı qarşısında bir çox tarixi xidmətləri olmuşdur. Lakin bu cəsarətli çıxışı bütün xalqı ayağa qaldıran azadlıq məşəli ətrafında birləşdirən müraciəti kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı.

Daha sonra Naxçıvan dövrü başlandı. Çox məhdud dar imkanlarla Azərbaycanın müstəqilliyi Bakıda deyil, Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunurdu. Müstəqil Azərbaycan Respublikası qurulduqdan dərhal sonra Bakıda hadisəyə hüquqi siyasi qiymət verilməsə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Naxçıvan dövründə bir çox vacib qərarlar da verilmişdi. Naxçıvan Muxtar Respublikasının, onun ali hakimiyyət orqanının adları dəyişdirilmiş, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdu. Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması yolunda da misilsiz xidmətləri olmuşdur. 1991-ci il yanvarın 11-də Onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi Moskva Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə müraciət edərək onları muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində pozulması faktına münasibət bildirməyə çağırdı.

Həmin dövrdə Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda demokratik institutların əsası qoyulmuş, azad seçkilərə, çoxpartiyalı sistemə keçid mərhələsinə dəyərli töfhə verilmişdir. Heydər Əliyev zamanın nəbzini tutaraq bugünün müasir dünya çağırışlarını hələ illər öncə doğru təhlil edərək Yeni Azərbaycan Partiyasını yaratdı. Doğma partiyamız Ulu Öndəri hakimiyyətə aparacaq xalqını xilas edəcək siyasi proseslərə ev sahibliyi edərək Heydərsevərləri bir ideya ətrafında toplaya bildi. Cəmi 6 ay müxalifət partiyası olan YAP hakimiyyətə doğru iti addımlarla irəliləyirdi, çünki xalqın tələbi ilə yaradılmışdı. YAP hakim partiya olmalı idi. Belə oldu. 30 ildir ki, hər seçkidə xalqın etimadını səsini qazanan doğma partiyamız cəmiyyətin müxtəlif kəsimlərini öz ətrafında birləşdirə bilmişdir.

Əgər Heydər Əliyevin fəaliyyətini tarixi nöqteyi-nəzərdən təhlil ediriksə, növbəti mərhələ 1993-2003-cü illərdir ki, bu dövr xilaskarlıq inkişafın ilk addımlarının mərhələsi hesab oluna bilər. Bu, elə bir dövr idi ki, Azərbaycan xalqı ölüm-qalım savaşı verirdi. Ya var olacaqdı, ya da məhv! Müdrik xalqımız doğru qərar verərək Ulu Öndərin ətrafında birləşməklə özünün xilasını təmin etdi.  Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev dövlətçiliyimizin məhvinin qarşısının qətiyyətlə alınmasına nail oldu. Dahi rəhbər Azərbaycanı gözləyən fəlakətlərdən, vətəndaş müharibələrindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən nəhayət, bir ölkə kimi parçalanmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bütün ölkə ərazisində müsbət sonluqla bitən mübarizənin nəticəsi kimi qəbul olundu. Ayrı-ayrı qrupların mübarizə meydanına çevrilməsinə, məşəqqətlərə, çətinliklərə, dağıntılara məruz qalmasına baxmayaraq, Azərbaycan dövlətçiliyi Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsinin nəticəsində qorunub saxlanıldı. Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milli mədəniyyətimizin inkişafı məsələlərini diqqətdə saxlayırdı.

Uzun illərin dövlətçilik təcrübəsi, xalqla hakimiyyət arasında düzgün münasibətlər formalaşdırılmasında atılacaq lazımi addımları dəqiq dəyərləndirməsi Heydər Əliyevin Azərbaycanın mövcud vəziyyətdə irəli aparılmasındakı fəaliyyətində misilsiz rol oynamışdır. O, ümumbəşəri dəyərlərə əsaslanan, lakin milli mentalitet, yüzillərlə formalaşmış milli əxlaq, mənəvi dəyərlər əsasında yeni dövlət idarəçiliyinin yaradılması zərurətini ön plana çəkməklə azad, müstəqil dövlətimizin inkişafına nail olmuşdur.

Ümummilli Lider Heydər Əliyev öz xalqına, dövlətinə bir çox əvəzolunmaz töfhələr bəxş etmişdir. Onun müstəqilliyinin, birliyinin xilası kimi... Lakin Ulu Öndərin ən böyük töfhəsi məhz özündən sonra çox sevdiyi xalqını şah əsəri olan Azərbaycanı əmanət etdiyi bir siyasi varis idi. Siyasi varislik anlayışı hər hansı bir idarəetmə metodunun olduğu kimi surətini çıxarmaq, təkrarlamaq, heç dəyişdirmədən tətbiq etmək demək deyildir. Xüsusilə siyasi varislik mövcud olan işlərin yaradıcı şəkildə davam etdirilməsi, qəbul edilmiş estafetin daha uca zirvələrə qaldırılması kimi başa düşülməlidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna əmanətinə ləyaqətlə sahib çıxmışdır. Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinin daşıyıcısı kimi meydana çıxmış dövlət xadimifenomendir. 2023-cü il eyni zamanda Heydər Əliyevin fiziki yoxluğunun 20-ci ilidir. Bu, həm ən layiqli davamçı, siyasi varis cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin, öz xalqına ləyaqətlə xidmətinin 20-ci ilidir. Ötən illər, əldə etdiyimiz uğurlar tarixi Qarabağ Zəfəri müdrik Azərbaycan xalqının Ulu Öndərin vəsiyyətinə əməl etməklə necə düzgün qərar verdiyini sübut edir.

Sonda onu vurğulamaq istərdim ki, cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü ilinHeydər Əliyev İlielan olunması Azərbaycan xalqının Ulu Öndərə olan sonsuz sevgisinin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər Azərbaycanın müstəqilliyinin bərpası tarixinin bir daha düzgün qiymətləndirilməsi üçün böyük tarixi imkandır. Siyasi tarix elmi nöqteyi-nəzərindən Heydər Əliyevin, o cümlədən Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır. Bu dövr düzgün öyrənilməli doğru təhlil olunmalıdır.

 

Vüqar Seyidov,

YAP Suraxanı rayon təşkilatının sədri

 

İki sahil.- 2023.- 12 oktyabr, ¹186.- S.4.