XXI əsrin  möhtəşəm 20 ili

 

Oktyabrın 12-də Xətai Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin  hakimiyyətə gəlməsinin  20 illiyi münasibətilə “XXI əsrin  möhtəşəm 20 ilimövzusunda tədbir keçirilib.

 Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, ötən 20 il özündə möhtəşəm uğurları ehtiva edir. 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Ötən 20 ilin hər bir uğuru dövlət başçısı İlham Əliyevin hər bir vədinin konkret əməli işdə təsdiqinin təqdimatıdır. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Ona olan ümidləri, etimadı doğrultdu. Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını Onun gələcəyinə böyük inam bəslədiyini bildirmişdi. Belə bir əminliyi ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.

 Vüqar Rəhimzadə uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idiişğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz müzəffər xalq kimi tanıtdı.

 Çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov bildirib ki, müstəqilliyimizin ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın dostlarının sayını artırdı. Cənab İlham Əliyev hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək neft strategiyasının məntiqi davamı kimi dəyərləndirilən  qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində  davamlı tədbirlər həyata keçirdi. Bakı Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları icra edildi. Regional inkişaf proqramının dördüncüsünün icrası bu il başa çatır. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. Bu baxımdan Dövlət proqramlarının da təkmilləşdirilməsinə böyük zərurət yarandı. Cənab İlham Əliyevin Sərəncamı iləAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərtəsdiqləndi.

 Etibar Əhmədov hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, bütün bunlar ölkəmizin iqtisadi maliyyə imkanlarının təqdimatıdır. Bu imkanlara düzgün qurulan siyasətin son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olmuşuq. Uğurlarımızın davamlılığı üçün geniş imkanlar yaranır. Dövlət başçısı daim bu çağırışı edir ki, biz irəliyə baxmalıyıq.

  Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki,  20 ilin uğurlarını belə ümumiləşdirmək olar: Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində bütün sahələr dinamik inkişaf edib. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.

 Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər səhifəsindən danışıb. Bildirib ki, bu illər ərzində ordumuz daha da gücləndi, qələbə əzmi yüksəldi. 44 günlük İkinci Qarabağ müharibəsindən öncə tarixi Zəfərimizə qədər dünya rəşadətli ordumuzun hansı imkanlara malik olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdu. Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bu gün qürurla tarixi Zəfərimizin reallıqlarından bəhs edirik.

 Tədbirdəki çıxışlarda ümumi fikir bu oldu ki, Heydər Əliyev yolu Azərbaycanı daim zirvələrə aparacaq.

 

İki sahil.- 2023.- 13 oktyabr, ¹187.- S.5.