Dini dəyərlərimizə qarşı erməni

vəhşiliyi saxtakarlığı

 

Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə məsuliyyət Ermənistanın bu vandalizmi ört-basdır edən, həqiqəti olduğu kimi deməyən, dünya ictimaiyyətini aldatmağa çalışan riyakar beynəlxalq təşkilatların, ilk növbədə Avropa Parlamentinin üzərinə düşür

 

Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistan həmin ərazilərin bütün milli-mədəni dəyərlərinin planlı sistemli şəkildə məhv edilməsini həyata keçirib. İşğalçı dövlət Azərbaycanın memarlıq sənəti nümunələrini, inanc ibadət yerlərini, musiqi əsərlərini, tətbiqi sənət nümunələrini, folklorunu, toponimlərini, eləcə tarixi əsərlərimizi yazılı nümunələrinimizi birdəfəlik ya tədricən yox edilməsini mənimsənilməsini hədəf götürüb.

Azərbaycan Tarix Mədəniyyət Abidələrini Müdafiə Təşkilatıİctimai Birliyinin Azərbaycanın dini, tarixi mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması təhqir olunması faktlarına dair hazırladığı hesabatında bildirilir ki, 30 ilə yaxın erməni işğalı altında olmuş Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin Ermənistan hökumətinin dövlət siyasətinin əsas xətti olub. Belə ki, ermənilər işğal altında saxladıqları Qarabağ ətraf rayonların ərazilərində Azərbaycan xalqına məxsus İslam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbiristanlıqlar s.) dağıdıb, tamamilə məhv edib, vandalizmə uğradıblar. Qarabağda onun ətraf ərazilərində mövcud olan VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid məscid memarlığını məhv edərək, bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna insanlığa sığmayan hadisədir.

Araşdırmalarına görə, Qarabağ ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi 140 inanc yeri ziyərətgah olub. Belə ki, Şuşada 17 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri ziyarətgah, Füzulidə 17 məscid, 20 inanc yeri ziyarətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri ziyarətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri ziyarətgah, Qubadlıda 8 məscid 20 inanc yeri ziyarətgah, Laçında 9 məscid 21 inanc yeri ziyarətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri ziyarətgah fəaliyyət göstərib. 1992-ci ildən Ermənistan Respublikasının işğalı altındakı 210 məscid digər inanc yeri ziyarətgahlardan yalnız 4 məscid bir neçə türbə dağıdılsa da, hələlik formalarını saxlayıb. Qalan 200-ə yaxın abidənin isə ermənilər tərəfindən tamamilə dağıdılaraq tarixə qovuşdurulduğunun şahidi oluruq. Ermənilər işğal dövründə məscidlərin ibadət zalından yardımçı otaqlarından mal-qara donuz saxlamaq üçün - yəni tövlə kimi istifadə ediblər. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Bu, ermənilər tərəfindən nəinki azərbaycanlılara, bütün dünya müsəlmanlarına qarşı böyük təhqirdir.

Bu günlərdə Qarabağda azərbaycanlılara məxsus daha bir məscidin ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi müəyyən edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndindəki məscidin tövlə kimi istifadə olunduğu aşkarlanıb. Açıqlamada məscidin 1992-ci ildə ermənilər tərəfindən yandırıldığı, minarəsinin dağıdıldığı, qalan hissəsinin isə işğal zamanı tövlə kimi istifadə edildiyi vurğulanıb. Ümumiyyətlə, erməni vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə özünü göstərib. İşğal dövründə Kəlbəcər rayonunda yerləşən Xudavəng Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatın kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər diplomatlar üçün bu şərait yaradılıb dəfələrlə səfərlər təşkil olunub. Səfər edən əcnəbilər Qarabağın müxtəlif rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, Qarabağda ekosid törədildiyini, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Əcnəbi qonaqlar, jurnalistlər, eyni zamanda, qəsbkarın bu torpaqları başdan-başa minalayaraqbarıt çəlləyinəçevirməsini görüblər. Yüzlərlə əcnəbi jurnalist, bloqçular işğaldan azad olunmuş ərazilərimizdə dağıdılan mədəni-dini abidələrdən reportajlar hazırlayıb dünyaya təqdim ediblər. Bu faktları dünyanın aparıcı təşkilatları, xüsusilə vaxtaşırı ölkəmizə qarşı əsassız iddialar səsləndirən Avropa Parlamentinin üzvləri görüb izləyiblər. Lakin hər zamankı kimi susurlarMəgər görmürlərmi ki, vaxtilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib? Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Digər məsuliyyət isə əlbəttə, bu vandalizmi ört-basdır edən, həqiqəti olduğu kimi deməyən, dünya ictimaiyyətini aldatmağa çalışan riyakar beynəlxalq təşkilatların, ilk növbədə, Avropa Parlamentinin üzərinə düşür. Görünür, Avropa Parlamentinin rəhbərliyi Ermənistanın xalqımıza məxsus abidələri dağıtmasınınSilahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə zidd olduğunu hələ dərk etmir. Guya Avopa Parlamenti bütün bunlardan xəbərsizdir. Bunları görməmək eşitməməyin bir adı var: siyasi korluq riyakarlıq. Avropa Parlamenti daxil bütün beynəlxalq qurumlara, ölkələrə Azərbaycan dövlətinin xalqının tolerant multikultural dəyərlərə daim sadiqlik nümayiş etdirdiyi, respublikamızda dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət sivilizasiyalara məxsus hər bir abidənin həssaslıqla qorunduğu, həmin abidələrin zəngin tariximizin bir hissəsi kimi gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərildiyi yaxşı məlumdur. Ermənilərin bu vəhşi əməllərinə baxmayaraq, Azərbaycan heç zaman din davası gerçəkləşdirməyib. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 13 oktyabr, ¹187.- S.6.