Zəfər qətiyyət zirvəsi

 

Dövlət başçısı İlham Əliyev 20 illik Prezidentlik dövrünün hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı

 

Mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam

 

 2023-cü il ölkəmizin xalqımızın həyatında mühüm hadisələrlə zəngindir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilHeydər Əliyev İlielan edildi. “Heydər Əliyev İliçərçivəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Özü qədər inandığı gələcəyinə böyük inam bəslədiyi cənab  İlham Əliyevin  Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi xalqımız üçün olduqca qürurvericidir. Xalqımız bu xoşbəxtliyini hər zaman  fəxr hissi ilə bəyan edir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi Prezidenti var.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev zəngin idarəçilik təcrübəsinə əsaslanaraq Azərbaycanın müstəqilliyini daimi etdi, bugünümüz gələcəyimiz üçün möhkəm təməl yaratdı.  Bu fakt inkaredilməzdir ki, liderlik fenomeni dövlətin formalaşmasında inkişafında həlledici rola malikdir. Siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək bu məqsədlə işləyib hazırladığı inkişaf strategiyasını həyata keçirməkdir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə imkan verir.

    Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev ölkəmizə həmişə yeni-yeni zəfərlər qazandıracaq inkişafın nəzəri konsepsiyasını, mütərəqqi inkişafın Azərbaycan modelini təqdim etdi. Yaradılan möhkəm təməl növbəti mərhələdə xalqın inam ünvanının düzgün seçilməsini bir zərurətə çevirdi. Dahi şəxsiyyət Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində Azərbaycanın yaradılan təməl üzərində  uğurlarının davamlılığını təmin etmək üçün həmin ünvanı belə təqdim etdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm.”

     15 oktyabr 2003-cü il  prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində keçirilən  andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevin qarşısında   bu vədi  vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Cənab İlham Əliyev, eyni zamanda, belə bir əminliyi ifadə etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək. Siyasi plüralizm, söz azadlığı təmin olunacaq. Ölkəmiz müasir dövlətə çevriləcək. Ancaq  bütün bunları həyata keçirmək Azərbaycanı qüdrətli dövlətə çevirmək  üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Cənab İlham Əliyevin Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. 20 il zaman baxımından elə böyük olmasa da uğurlarımızın miqyasının genişliyi bu dövrü  zənginləşdirərək sanki əsrə bərabər yol keçildiyi təəssüratını yaradır.  Dövlətimizin başçısı tarixi Zəfərimizin  reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin dövrü belə xarakterizə etmişdir ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi, mənə etimad göstərdi.  Çünki  demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, ötən illər ərzində doğrudan da tarixi uğurlara imza atdıq: “Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.”

Hər dövrün öz çağırışı, tələbi var. Bu çağırışlar təkmil islahatları, yeniliyə açıq olmağı  bir zərurət kimi qarşıya qoyur. Məhz bu kontekstdən yanaşaraq dövlət başçısı İlham Əliyev jurnalistlərə ilk müsahibəsindəSizcə, Sizi asan işlər gözləyir, yoxsa çətinsualına cavabında bildirmişdi ki, həm asan, həm çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl formalaşdırıb. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər, vəzifələr qarşımızda dayanır. Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

 

Dayanıqlı inkişafın təmin olunması

dövlət siyasətinin əsas prioritetidir

 

Bütün dövrlər üçün aktual olan əsas çağırışlardan biri məhz budur:  Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına böyük töhfələr verdi. Bütün bu addımlar kompleks şəkildə Dövlət proqramlarına uyğun olaraq atılır. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan cənab İlham Əliyevin sərəncamları  əsasında Regional inkişaf proqramları təsdiqləndi. Üç Dövlət proqramı uğurla icra edilib, dördüncü sənədin icrası bu il sona çatır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti təqdir edilir, respublikamız  ən islahatçı ölkə kimi nüfuz qazanır.   Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan təbi ki, enerji diplomatiyamızın uğurlarıdır. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır.  Neft-qaz sahəsində uğurlarını davam etdirən ölkəmiz 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsinə nail oldu. Azərbaycan, Türkiyə Gürcüstan dövlətlərinin iradəsi əsasında gerçəkləşən bu layihələr digər dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfələr verdi. Sonrakı dövrdə bu sıralama daha da genişləndi. Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi.  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir. 2017-ci ildə  Xəzərin Azərbaycan sektorundaAzəri”, “ÇıraqGünəşliyataqlarının birgə işlənməsi neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Hazırda enerji sektorunda uğurlarımız davamlılığı ilə diqqətdədir. Azərbaycanla Avropa ölkələrinin bu sahədə əməkdaşlığının coğrafiyası daha da genişlənir.

 

Siyasi sistemin təkmilləşdiriməsi

bütün sahələrdə uğurlarımzın açarıdır

 

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, insan hüquq azadlıqlarının təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə demokratik cəmiyyətin davamlı inkişafından xəbər verir.

 Dövlətin siyasətində insan amilinə verilən yüksək dəyər Konstitusiyamıza əlavə dəyişikliklərin edilməsi məqsədilə son 20 ildə iki dəfə ümumxalq səsverməsinin keçirilməsində özünün aydın ifadəsini tapır. Bundan əlavə, ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlara əlavə dəyişikliklərin edilməsi, yaxud yeni qanunlarla əvəzlənməsi digər addımlar da Azərbaycanda demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, ölkəmizin hərtərəfli inkişafına xidmət etdiyini təsdiqləyir.  “Media haqqında”, “Siyasi partiyalar haqqındayeni qanunların qəbulu da bunun təsdiqidir.

  Ölkəmizdə sağlam siyasi dialoq mühitinin formalaşdırılması, partiyalar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması da demokratik inkişafın əyani təzahürlərindəndir.  Prezident Administrasiyasının Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Prezidentin Sərəncamı ilə Ədalət Vəliyevin 2019-cu ildə həmin şöbənin müdiri təyin edilməsi sonrakı dövrdə bu sahədə mühüm addımların atılmasına stimul oldu. Sözügedən şöbə tərəfindən mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər təşkil olunur, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bir sözləSiyasi partiyalar haqqındayeni Qanunun qəbulu siyasi partiyaların fəaliyyətində yeni uğurlu mərhələnin başlanğıcıdır.

Bu gün artıq cəmiyyətimizin avanqard qüvvəsinə çevrilmiş, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası son 20 ildə YAP-ın Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ümummilli LiderinYeni Azərbaycan Partiyası dünənin, bu günün gələcəyin partiyasıdırmüdrik dəyərləndirməsinin davamı olaraq Prezident İlham Əliyevin “YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaqçağırışı partiyanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Son 20 il  partiyanın həyatında da mühüm hadisələrlə yadda qalıb. 2008, 2013 2018-ci illər prezident seçkilərində xalqın Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verərək Azərbaycanın davamlı inkişafını dəstəkləməsi Heydər Əliyev siyasətinə inamın, partiyanın nüfuzunun təqdimatı oldu. Xalq Heydər Əliyev yolunun uğurlarını Azərbaycanın hər bir sahədəki nailiyyətlərində görür yüksək dəyərləndirir. Ümummilli Lider Heydər Əliyev məhz bütün bu uğurlara əsaslanaraq bildirmişdir ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Partiyanın tarixi Zəfərimizin qarşıya qoyduğu vəzifələrin fonunda  keçirilən VII qurultayı qət edilən yolun təqdimatı oldu. Yeni tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, həmçinin YAP-ın Sədri, dövlət başçısı İlham Əliyevin qurultaydakı çıxışında verdiyi tapşırığa uyğun olaraq 2021-ci ilin sonunda yeni Proqramın təsdiqlənməsi növbəti uğurlara yol açdı. 1992-ci ildəYeni müstəqil Azərbaycan uğrunda!” devizi əsasında qəbul edilən Proqramın 2021-ci ildəBiz birlikdə güclüyük!” şüarını özündə ehtiva edən sənədlə əvəzlənməsi ölkəmizin həyatında baş verən yeniliklərin yeni sənədin qəbul edilməsinə çağırış etdiyini təsdiqlədi. Yeni Proqramda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışlarına  dəstək olmaqdır.

YAP-ın VII qurultayının mühüm əhəmiyyət daşıyan məqamlarından biri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin  Birinci  müavini seçilməsidir. Dövlət başçısı İlham Əliyev ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində bu gün Yeni Azərbaycan Partiyası da inkişafın yeni mərhələsini yaşayır.

Eyni zamanda, YAP Sədri, Prezident İlham Əliyevin Sərəncamı ilə  partiyanın Sədr müaviniMərkəzi Aparatın rəhbəri təyin edilən Tahir Budaqovun rəhbərliyi ilə yeni formalaşdırılmış Mərkəzi Aparat müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfəsini verməkdədir.

 

Vətəndaş məmnunluğunun artırılması prioritetdir

 

 İqtisadiyyatın inkişafı insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin yaradıldığını, bundan sonra bu təməl üzərində  yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırmışdı. Təbii ki, bu, ölkə Prezidentinin yenilikçi, təkmil islahatlara böyük dəstək olmasından irəli gəlirdi. Reallıq budur ki, cənab İlham Əliyev Azərbaycanın inkişaf strategiyasını zamanın çağırışlarına  uyğunlaşdırıb.

İqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, ortaya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından  başlayaraq bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu çağırışlar atılan addımlarda özünün aydın ifadəsini tapdı.

 Sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atılan  addımlar da  ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf operativ, vətəndaş rahatlığı nəzakətlilik prinsipi sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq bərabərlik prinsipinin qorunmasıdır. Prezident İlham Əliyevin titanik fəaliyyətinin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafının, təhlükəsizliyinin xalqın firavan həyatının təmin edilməsi amili dayanır. 2019-2025-ci illərdə Bakıda ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin coğrafiyası genişləndirilir işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərində bu yeniliklərin həmin ərazilərdə tətbiq ediləcəyi hazırlanan Baş planlarda yer alır. Bu gün görülən işlərin fonunda dünya Azərbaycanı sosial dövlət kimi tanıyır təqdir edir.

 

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb

 

 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Tarixi Zəfərimizə qədər dünya rəşadətli ordumuzun hansı imkanlara malik olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdu. Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.  Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun nəyə qadir olduğunun şahidinə çevrildi.

 

Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrildi         

 

Belə bir məşhur deyim var ki, xarici siyasət daxili siyasətin davamıdır. Bu amilə əsaslansaq qətiyyətlə deyə bilərik ki, ölkə daxilində sabitliyin, iqtisadi demokratik inkişafın təmin olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin rolunun möhkəmlənməsində həlledici rol oynayır. Dövlətimizin ədalətə beynəlxalq hüquqa söykənən müstəqil siyasəti nəticəsində qazanılan uğurlar göz qabağındadır. Azərbaycanın sözünün imzası qədər dəyərli olduğu günümüzün reallıqlarında öz təsdiqini tapır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan Vətən müharibəsinə qədərki bütün çıxışlarında Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan artiq həll edilmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini açıqlayır, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edirdi. Cənab İlham Əliyev, həmçinin Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını ola da bilməzliyini ən yüksək tribunalardan səsləndirirdi. Dövlət başçısı İlham Əliyevin 2019-cu ilin 3 oktyabr tarixində  Rusiya Federasiyasının Soçi şəhərindəValdayBeynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışındaHəmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən Valdayforumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır nida işarəsibəyanatı Azərbaycan dövlətinin xarici siyasət uğurlarının zirvəsi oldu. Bu baxımdan ki, həmin tədbirdən, o bəyanatın səsləndirilməsindən bir il sonra Azərbaycan bu ali məqsədini reallıqda sübut etdi. “Qarabağ Azərbaycandır nida işarəsi” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.  

 

Müstəqillik tariximizin ən parlaq səhifəsi

 

Dövlət başçısı  İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təqdimatıdır. 

Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı. Dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın  irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə , Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum  Bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan öz ərazi bütövlüyünü tarixi ədaləti  bərpa etdi.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri Rusiya Prezidenti münaqişə zonasında atəşin bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bununla da 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.  Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri rayonun 90 kəndi, Füzuli şəhəri rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri daha 5 adsız yüksəklik azad olundu.  Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayonnoyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində  işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyümüzü,  sentyabrın 19-da isə Ermənistan  silahlı qüvvələrinin törətdiyi terror hadisəsi nəticəsində Azərbaycan tərəfinin başladığı bir günlük  lokal antiterror tədbirləri nəticəsində bütün ərazilrimizdə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən hərbi postlardan çıxması tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələri birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.

 

 Tarixi Zəfərimizin qəhrəmanları unudulmur heç vaxt  unudulmayacaq

 

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden medallarla təltif olunublar. Şəhid ailələrinə qazilərimizə dövlətin diqqət qayğısı həyata keçirilən siyasətin əsasında dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən hərbçilərimizin qəhrəmanlığını, torpaq, Vətən sevgisini xüsusi qeyd edir. Bu kateqoriyadan olan insanlara diqqət hər birimizin vətəndaşlıq borcudur. Məhz onların qəhrəmanlığı sayəsində bu gün qürurla ərazi bütövlüyümüzün təmin olunmasından, tarixi ədalətin bərpasından bəhs edirik. Qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr tarixinin Anım Günü kimi təsis olunması tarixi Zəfərimizin qəhrəmanlarının həyat yolunun indiki gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Qarabağın tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi təsis olunması tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımdır. 

 

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz sürətlə dirçəlir

 

Azərbaycan dünya hərb tarixində ilkə imza atdı. Tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqəti cəlb edir. Hər səfər Böyük Qayıdışın tezliklə tam şəkildə başa çatacağına əminliyi artırır.  Üç ildə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bu işlərin təqdimatı soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtmalarıdır. Zəngilanın Ağalı, Tərtərin Talış kəndləri, Laçın şəhəri, Füzuli rayonu mərhələlər üzrə sakinlərinə qovuşur. Bu torpaqlarda yeni həyat başlayır.  Xalqımız tam əmindir ki, Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız tam şəkildə doğma yurd-yuvalarına qayıdacaqlar.

  Bəli, 20 illik yolun təhlili  qətiyyətli müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Biz lazım olan vaxtda lazım olan addımları atırıq atacağıq. Mən hələlik bundan artıq heç demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdurfikirlərinin təsdiqidir. Ölkə Prezidenti, eyni zamanda bildirir ki, nəyi vaxt, necə etmək lazımdır, bunu biz bilirik. Nəyi ediriksə, dəqiqliklə edirik.

Bu gün qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin arzusu reallığa çevrilib. Müstəqilliyimizin xilaskarı olan Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Təbii ki, 20 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Qısa təhlil əsasında təqdim etdiyimiz uğurların xronologiyası  gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində əldə olunan uğurların fonunda müəyyənləşdirilən hədəflərin qısa zamanda reallığa çevriləcəyi şübhəsizdir. Əsas hədəf tarixi sahibinə qayıdan torpaqlarımızda bərpa-quruculuq işlərinin sona çatdırılmasıdır. Heydər Əliyev Fondunun bu işdə dəstəyi böyükdür. Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən bu müjdəni gözləyir- Biz Qərbi Azərbaycana da qayıtdıq!

 

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası (YAP) Xətai

rayon təşkilatının sədri, siyasi elmlər doktoru

 

İki sahil.- 2023.- 14 oktyabr, ¹188.- S.4-5.