Tarixi 20 il
2003-2023: Şuşa qalamızın zirvəsi Xankəndi məğrurluğu
ilə tamamlandı
Qarabağ uğurlarımızın məntiqi
nəticəsi Xankəndidə
dalğalanan üçrəngli
bayrağımızdır
Böyük sərkərdə Napaleon
demişdir ki, siyasət
taledir. Bu gün həmin ifadəni bu cür ifadə
etmək olar: Əliyevlərin bəxtinə
yazılan tale kimi. Tarixdə bir həqiqət sübuta yetirilib ki, dövlətin varlığını, xalqın
düşüncə tərzini
şəxsi keyfiyyətlərində
yaşatmaq liderlik fəlsəfəsinin qanunauyğunluğudur
və siyasi hadisələrin düzgün
məcraya yönəldilməsi
müdriklik bacarığından
asılıdır. Tarixi
əsrlərə söykənən
Azərbaycanın dünyada
ən qüdrətli dövlət kimi tanınmasının əsasını
da bu fəlsəfə
təşkil edir.
Oxşar
fikirləri «Dahi adam necə yaranır» sualını cavablandıran dünya şöhrətli yazıçı
Şekspir demişdir:
«Bəziləri dahi doğulurlar, bəziləri
dahiliyə çatırlar,
bəzilərinə dahilik
verilir.»
Liderliyin inkarolunmaz qanunları çox olsa da, sonuncu, 21-ci varislik qanununun şərtlərindən olan
«şəxsi keyfiyyətlər=
müdriklik+ cəsarət»
yalnız xalqı tərəfindən sevilən,
özündən sonra
irs qoyub, sevilən liderlərə nəsib olur.
Liderliyə xas xarakterləri
şəxsi keyfiyyətlərində,
siyasi fəaliyyətində
formalaşdıran, canından
artıq sevdiyi Azərbaycanı dünyada
tanıdan, 2003-cü ilin
15 oktyabr prezident seçkiləri ərəfəsində
Azərbaycan xalqına
ünvanladığ müraciətində
müstəqilliyimizi tarixi
nailiyyətimiz adlandıran
və suverenliyimizin əbədiliyi naminə fədakarlıq göstərən
Ulu Öndər Heydər
Əliyev o dövrdə
respublikada Baş nazir
vəzifəsində çalışan
cənab İlham Əliyevə
ümidlərinin təçəssümü
kimi baxdığını
«...Üzümü Sizə
- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini
İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm
də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri,
planları, işləri
sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm
» sözləri ilə
bildirdi. 15 oktyabr
2003-cü ildə ümumxalq
etimadı qazanan cənab İlham Əliyev
Prezident kimi, Ümummili Liderin, Azərbaycan xalıqının
etimadını doğrultdu.
Dövlət başçısı
kimi, xalqın həmrəyliyini güvən
yeri hesab edərək bu birliyə arxalandı. «Boş zaman yoxdur, boşa keçən vaxt vardır!» hikməti ilə yola çıxaraq
«nəyi, nə zaman, necə etmək» formulunu varislik sədaqəti, ağlının,
zəkasının qüdrəti
ilə müəyyənləşdirdi,
təkmilləşdirdi, dünyaya
nümunə göstərdi.
Yaponların «Düyünün
içindəki qara daşlardan deyil, ağ daşlardan qorx» kəlamına uyğun səriştəlilik
göstərərək Azərbaycanın
müstəqilliyini daxili
və xarici düşmənlərdən qorudu.
Atalardan
qalma misal var: «Yol bilən karvana qatılmaz.» Bu hikmətə inanan, yol göstərəni
dünya şöhrətli
Ulu Öndər Heydər
Əliyev kimi dahi olan Prezident
İlham Əliyev ayaq
basdığı yeri
torpaq deyib keçmədi. Respublikamızı
qarış- qarış
gəzdi, onu tanıdı, sevdi, insanlarla təmas qurdu, problemləri ilə maraqlandı. Bölgələrə müasirləşmiş
şəhər gözü
ilə baxdı. Baxmaqla görməyi eyni anlamda düşünmədi.
Ağlına , zəkasına inanaraq həqiqəti hər yerdə deyil, lazım gəldiyi yerdə söyləməklə həmkarları
arasında seçildi.
İlk dəfə Prezident
kimi and içən cənab İlham Əliyev
« Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar gətiribdir» söyləməklə
vurğuladı ki, mən
Azərbaycanın xoşbəxt
gələcəyinə inanıram:
«Əminəm ki, ölkəmiz
bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.» Bu əminlik təkcə oğulun ataya sədaqəti deyil, bütün Azərbaycan xalqına vədi idi. Yəni, məqsəd, məram, niyyət eyni idi: Davamlı
inkişaf, tərəqqi,
milli birlik!
İki mərhələdə Azərbaycana
rəhbərlik edən,
respublikanın inkişaf
istiqamətlərini düşünülmüş
parametrlər üzrə
müəyyənləşdirən, bütün dünya azərbaycanlılarının Ümummilli
Lideri olan Heydər Əliyev əvvəl söylədiyi
«Əmin ola bilərsiniz
ki, bir Prezident kimi mən bu
vəzifəni özümün
əsas vəzifəm
hesab edirəm və bunu yerinə
yetirmək üçün
bütün Azərbaycan
xalqının qüvvələrini
səfərbər edib,
bütün imkanlardan
istifadə edib, bütün səylərimi
səfərbər edib
Azərbaycan xalqının
istəyinə nail olacağam»
sözlərinin alternativi
bu siyasətə sadiq qalacağını bəyan edən cənab İlham Əliyevin
« Mən məsuliyyətə
də , çətinliklərə
də hazıram. Əminəm ki, Azərbaycan
xalqının dəstəyi
ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə
yerinə yetirəcəyəm.
Demişəm, Azərbaycan
xalqı görəcək
ki, mən Azərbaycan
üçün xalqımız
üçün yaxşı
Prezident olacağam» vədi oldu.
Arxada qalan 20 ildə ölkəmizdə qazanılan
uğurlar, tərəqqi,
dinamik inkişaf naminə görülən
işlər həqiqi
mənada varisliyə sadiqlik kimi aktuallığını
qoruyur. Müstəqilliyin
əsas şərtlərindən
olan, mövcud potensialdan düşünülmüş
istifadə etməklə,
iqtisadi islahatların tətbiqi ilə bazar iqtisadiyyatına keçməyi,
dünya iqtisadi sisteminə inteqrasiyanı
ən düzgün yol adlandıran Ulu Öndərin bu sahədəki proqnozlarının
daha mütəşəkkil
qaydada reallaşmasını
təmin edən cənab İlham Əliyevin
imzaladığı sərəncamlarla
ölkədə sahibkarlığın
inkişafı üçün
geniş imkanlar yarandı. Prezident kimi ilk günlərdən
« Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti
mərhələsi məhz
özəl sektorun daha fəal iştirakından asılı
olmalıdır və
bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri
yerinə yetirməyə
hazırıq» söyləyən
cənab İlham Əliyev
bu sahədə də Ulu Öndərin tövsiyələrini yerinə
yetirdi.
Cənab
İlham Əliyevin siyasi
fəaliyyətinin uğur
salnaməsi olan 20 ilə xronoloji nəzər salmaqla bu müddətdə ölkədə qazanılan
biri-birindən əhəmiyyətli
nailiyyətələrin coğrafiyasının
genişliyini, sosial-iqtisadi
sahədə əldə
olunan uğurları görmək olar.
Respublikaya rəhbərliyə başladıqdan
sonra ölkənin sosial- iqtisadi inkişafını, hərbi
qüdrətinin gücləndirilməsini
strateji hədəflər
kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin başlıca məqsədi Azərbaycanın
ərazi bütövlüyünün
və suverenliyinin bərpası idi. Respublikamızın zəngin
və qüdrətli ölkəyə, regionda aparıcı dövlətə,
dünyada çəkisi
və nüfuzu olan söz sahibinə
çevrilməsi üçün
Azərbaycanın müstəqil
siyasətini zamanın
tələbinə uyğun
müəyyənləşdirdiyi yol xəritəsinin istiqamətləri kimi hədəflər də bəlli idi: Güclü iqtisadi potensial formalaşdırmaq,
müasir cəmiyyət
quruculuğunu daha da təkmilləşdirmək, qüdrətli
Silahlı Qüvvələr
yaratmaq, beynəlxalq aləmdə bərabərhüquqlu,
qarşılıqlı etimada
və əməkdaşlığa
əsaslanan əlaqələri
inkişaf etdirmək.
Liderlik üçün
tələb olunun - cəmiyyətdə fəallığa
nail olmaq, onu konkret məqsəd uğrunda səfərbər
etməyi bacarmaq, məsuliyyət, uzaqgörənlik
xüsusiyyətləri ilə
seçilən Prezident
İlham Əliyev dövlətimizin
və xalqımızın
gələcəyi ilə
bağlı məsuliyyəti
öz üzərinə
götürən, vaxtında
və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran böyük şəxsiyyət və siyasi xadim olduğunu
zəngin irsə malik
siyasi iradəsi ilə doğrultdu. Uzaqgörən məharəti,
yüksək mənəvi
keyfiyyətləri, kommunikasiya
bacarığı ilə
həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmaqla respublikamıza xarici maraqları, investisiya axınını gücləndirdi.
Həmkarlarının dövlət
başçımız haqqında
«O öz xalqını
olduğu yerdən istədiyi yerə yüksəltməyi bacaran
qüdrətli tarixi simadır», «O, artıq mövcud olan yolla getmir, yeni yollar salaraq tarix yaradır və bu tarixdə
silinməz izlər qoyur» sözlərinin məntiqi nəticəsi budur: «Azərbaycan xalqı xoşbəxtdir
ki, parlaq liderliyi ilə tarixi qələbələrə imza
ataraq güclü, suveren və müstəqil Azərbaycanı
qoruyan Prezident
İlham Əliyev kimi
lideri var.» Güclü
iqtisadiyyat – güclü
dövlət formulunun
reallaşması cənab
İlham Əliyevin qələbə
və uğur formuludur, simvoludur. Bu mənada tam məsuliyyətlə
söyləmək olar
ki, dövlət başçımız
İlham Əliyevin hakimiyyəti
dövründə Azərbaycan
beynəlxalq aləmlə
bərabərhüquqlu, qarşılıqlı
etimada və əməkdaşlığa əsaslanan
əlaqələrin inkişaf
etdirilməsi istiqamətində
böyük nailiyyətlər
əldə edir. Dünya birliyinə, iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın qarşısına yeni üfüqlər
açılır. Beynəlxalq
reytinqlər və hesabatlarda Azərbaycanın
adı ilk sıralarda
çəkilir.
Bütün sahələr üzrə
nümunə göstərilən
ölkəmizin iqtisadi
inkişaf göstəricilərinə
nəzər salaq.
2003-2022-ci illərdə Azərbaycanda
ÜDM 7.3 milyard dollardan
78.7 milyard dollara yüksəlib. Dövlət
büdcəsinin xərcləri
1.2 milyard manatdan 36.6 milyard manata çatıb, strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb, orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib, yoxsulluq səviyyəsi 44.7%-dən
5.5%-ə enib. Azərbaycanın
neft-qaz ixrac edən ölkə kimi tanınması, ən mühüm tranzit mərkəzinə çevrilməsi aparılan
düzgün siyasətin
məntiqi nəticəsidir.
Dövlət Neft Fondunun valyuta ehtiyatlarının dəfələrlə
artırılması sosialyönümlü
layihələrin icrası
ilə ölkə vətəndaşlarının fəal həyat tərzi daha da yüksəlir.
Dövlət başçımızın beynəlxalq səviyyədə
artan nüfuzu, ölkə diplomatiyasının
dəstəklənməsi sayəsində
2011-ci ilin oktyabrında
Azərbaycan 155 ölkənin
səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına
(TŞ) qeyri-daimi üzv
seçilib. 2019-cu ildən
Qoşulmama Hərəkatının
(QH) üzv ölkələrinin
yekdil qərarı ilə bu təsisata
uğurla rəhbərlik
edən Azərbaycanın
sədrliyi dövründə
QH-nin beynəlxalq aləmdə nüfuzu artmışdır. Səmərəli
fəaliyyət ölkəmizin
Hərəkata sədrliyinin
daha 1 il uzadılmasına
səbəb olub. Azərbaycanın təşəbbüsü
ilə QH tərəfindən
həm BMT İnsan Hüquqları Şurasında,
həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə bütün
ölkələr üçün
peyvəndlərə bərabər,
məqbul qiymətə,
vaxtında və
universal əlçatanlığın təmin edilməsi”nə
dair qətnamələrin
qəbulu Azərbaycanın
tolerantlıq və multikultural dəyərlərə
sadiqliyidir.
«Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir.
Çünki biz müharibə
şəraitində yaşayırıq.
Müharibə hələ
bitməyib. Müharibənin
birinci mərhələsi
başa çatıb.
Bizim əsas vəzifəmiz ölkəmizin
ərazi bütövlüyünü
bərpa etməkdir» sözlərini əməli
fəaliyyəti ilə
gerçəkləşdirən, Silahlı Qüvvələrimizi
ən masir, beşinci nəsil silah- sursatlarla təminatına diqqəti
artıran Prezident,”
Ali Baş Komandan
İlham Əliyevin səyləri
ilə Azərbaycanın
Silahlı Qüvvələri
dünyanın ən güclü orduları sırasına daxil olub, hərbçilərimizin
döyüş qabiliyyəti,
hərbçilərimizin peşəkarlığı
NATO standartları səviyyəsinə
çatdırılıb. Cənubi
Qafqazda ilk olaraq Azərbaycanda Müdafiə
Sənayesi Nazirliyi nəzdində 20-dən çox
hərbi zavod yaradılıb, 1200 adda hərbi
təyinatlı müxtəlif
məhsulların istehsalına
başlanılıb.
44 günlük Vətən müharibəsində qazanılmış
tarixi Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin
düşünülmüş siyasətinin, qətiyyətinin
və prinsipiallığının
nəticəsidir. 30 ilə
yaxın Ermənistanın
işğalı altında
qalan torpaqlarımızın
azad edilməsi, Vətən müharibəsində
qazanılan Zəfər,
2023-cü ilin sentyabr ayında Qarabağda Azərbaycanın apardığı
lokal xarakterli antiterror
tədbirləri ilə
erməni separatizminə
son qoyulması Silahlı
Qüvvələrmizin şücaəti,
Ali Baş Komandan
İlham Əliyevin sərkərdəlik
məharətinin ifadəsi,
eyn zamanda, ata vəsiyyətinə sadiqlikdir.
İşğaldan azad edilmiş ərazilərə Böyük
Qayıdış konsepsiyasına
uyğun bərpa-quruculuq
işlərinin davam etməsi, keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına
qayıdışı” Prezident
İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş, 2022-2026-cı illəri
əhatə edən «Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı»na uyğun aparılır. Proqramda nəzərdə tutulmuş
100 yaşayış məntəqəsinin
konseptual layihəyə
uyğun həlli istiqamətində quruculuq
işləri davam etdirilir. 2021-2023-cü illərdə
dövlət başçısı
tərəfindən 105 layihənin
təməli qoyulub.
2022-ci il iyulun 19-dan başlayaraq
azad olunmuş ərazilərə ümumilikdə
679 ailə olmaqla, 2715
nəfər keçmiş
məcburi köçkünün
qayıdışı baş
tutub. İlin sonuna qədər ümumən 1400-ə yaxın
ailə olmaqla, 5000-dən
artıq soydaşımızın
doğma yurdlarına qayıdışı reallaşacaq.
Cəmi 9 aya Füzuli, Zəngilan Beynəlxalq Hava limanları inşa edilib. Laçın rayonunda hava limanının tikintisi davam edir. Qısa
müddətdə 22 yol
layihəsindən 6-nın tikintisi
artıq başa çatıb, Bərdə-Ağdam,
Horadiz-Ağbənd dəmir
yolu xətləri üzrə tikinti işləri davam etdirilir. 12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə
verilib. 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Prezident
İlham Əliyevin oktyabrın
15-də Xankəndi şəhərinin
mərkəzi meydanında,
həmçinin, Xocalıda,
Əskəranda, Ağdərədə
Azərbaycan Respublikasının
Dövlət Bayrağını
ucaltması sadalanan uğurların məntiqi nəticəsidir. 30 il gözlənilən
tarixi gün münasibətilə Azərbaycan
xalqını, xarici ölkələrdə yaşayan
bütün soydaşlarımızı
təbrik edən Prezident İlham Əliyev
Ali Baş Komandan kimi Ulu Öndərə Qələbə raportu verdi. «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda
qarşıma bir nömrəli vəzifə
qoymuşdum ki, Azərbaycan
Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün
torpaqlarda, bütün
şəhər və
kəndlərdə qaldırılsın.
Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə
deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü
yaxınlaşdırmalıdır» söyləyən cənab
İlham Əliyev dövlət
başçısı kimi
vədini yerinə yetirdi. Bu Zəfər bir daha göstərdi
ki, bütün dünya
miqyasında güclü
siyasi, iqtisadi müstəqilliyini qoruyan Azərbaycanla hesablaşırlar.
Bu uğur Vətən
müharibəsi dövründə
cəmi 44 gün ərzində düşməni
kapitulyasiya aktına imza atmağa məcbur edən, eyni zamanda, keçən
ay 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri
zamanı erməni separatizminə son qoymuş,
qüdrətli Silahlı
Qüvvələrimizin rəşadəti,
şəhidlərimizin qəhrəmanlığı
canı, qanı bahasına qazanılmışdır.
«Biz Ordumuzla, Silahlı
Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur
mənbəyimizdir. Təkcə
Azərbaycan vətəndaşları
yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı
Azərbaycan əsgəri
və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir» söyləyən Ali Baş
Komandan İlham Əliyev
daim söylədiyi «Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə
deyirdim ki, biz heç
vaxt bu vəziyyətlə
barışmayacağıq, heç vaxt imkan verməyəcəyik
ki, bizim torpağımızda
ikinci erməni dövləti yaradılsın»
sözlərini qətiyyəti
ilə həqiqətə
çevirdi. « O gündən
üç il keçməmiş
biz bu gün buradayıq, Xankəndidəyik,
Xankəndinin mərkəzindəyik,
Azərbaycan Gerbi, Azərbaycan Bayrağı
altında. Bu, böyük
xoşbəxtlikdir və
tarixi hadisədir.
İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər
də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq,
bu tarixi biz yaratmışıq. Azərbaycan
xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə
əbədi bizimlə
olacaq. Bu Qələbə
bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər
bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər» söyləyən
Prezident İlham Əliyevin
«Heydər Əliyev İli»ndə Xankəndidə
Azərbaycan Bayrağını
qaldırması böyük
rəmzi məna daşıyır. «Onu da bildirməliyəm ki, Azərbaycan
torpağında heç
bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl -
1923-cü ildə yaradılmışdır.
Bu, 100 ilin tarixidir» söyləyən dövlət
başçımızın sözləri Hərbi Qənimətlər Parkında
xəcalət çəkən
sınıq-salxaq hərbi
avadanlıqların, saxta
«prezidentlərin», «paralament
sədr»lərinin, boş
ərazilərdə narkotik
yetişdirən « generalların»,
bütünlükdə separatçı
rejimin tam məhfi, iflası deməkdir. Bütün dünya gördü ki, Qarabağ Azərbaycandır!
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 17 oktyabr, ¹189.- S.5.