Türk dövlətçiliyi tarixinin

şərəfli qürurverici səhifəsi

 

Türkiyə Cümhuriyyəti - 100

 

Türkiyə Cümhuriyyəti yaranmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşır. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə deyil, bütün türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan etdi. Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə dövlət oldu. Lakin Türkiyə Respublikasının qurulması türk milləti bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlmişdi.

Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etdi ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlatdı. 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovuldu 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemi müasirləşdirilmiş yeni respublika siyasi sisteminə keçid edildi. Türkiyə Böyük Millət Məclisi tərəfindən həmin il noyabrın 1-də 623 illik Osmanlı sultanlığı ləğv edildi. Lozanna müqaviləsi Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etdi 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla Respublika elan edildi. Türkiyə Respublikasının qurucusu ilk Prezidenti olan Mustafa Kamal ölkənin yeni dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar apardı. 1934-cü ildə çıxan soyad qanunu ilə o “Atatürksoyadını aldı. Atatürk məhv olmaq təhlükəsinə rəğmən bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərin tamamilə yox olmasına dur deyə bilən bir şəxsiyyət idi. O çalışırdı ki, zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmalıdırlar: "Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir". Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır. Əksinə, ustadı Ziya Gökalp kimi türklüyü Turan amalı kimi daha geniş anlamda götürmüşdür.

XX əsrin əvvəllərində böyük fikir adamlarımızın min bir müşkülatla qoruduqları istiqlal ideyası əsrin sonunda gerçəkləşdi Atatürk Cümhuriyyətinin bayrağı ilə birgə daha 5 ay-ulduzlu türk bayrağı dünya siyasi xəritəsində yer tutdu. Bu dönəmin aparıcı gücü yenə Türkiyə Azərbaycan oldu. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" deyə dəyərləndirdiyi dövlətlərarası münasibət artıq həm Türkiyədə, həm Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilmişdir. Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa calışmışlar. "Sürix protokolları" - Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxarmaq məqsədini ortaya qoyan protokol Azərbaycan - Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gedişlər etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi.

Bu bir həqiqətdir ki, Türkiyə son 20 ildə bütün sahələrdə böyük inkişaf yolu keçib. Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin istehlak bazarı xarici istehsaldan asılı idi. Bu isə xarici dövlətlərin Türkiyə bazarını nəzarətdə saxlamasına onun siyasi mühitinə təsir göstərməsinə imkan verirdi. Türkiyənin ixracatı təxminən 36 milyard dollar idisə, bu gün həmin rəqəm 254 milyard dollara yüksəlib. Son illərdə hərbi sənayesi sürətlə inkişaf edən yeni nəsil silahlar, PUA-lar istehsal edən qardaş ölkənin silah ixracı 2 milyard dollardan artıqdır. Türkiyənin müdafiə sənayesi şirkətləri bu ilin may ayında 554,4 milyon dollarlıq məhsul ixrac edib. 2023-cü ilin ilk beş ayında müdafiə sənayesinin ümumi ixracı 2 milyard dolları keçib. Əlavə edək ki, Türkiyə 2022-ci ildə rekord məbləğdə - 4 milyard dollardan çox silah satıb. Hökumət bu il ixracat həcmini 6 milyard dollara çatdırmağı hədəfləyir. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, növbəti beş il ərzində Türkiyə Respublikasının şanını şərəfini qorumaq, etibarını artırmaq adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaq: "Türkiyə indi yeni bir yola qədəm qoydu. Allahın izni ilə türk əsri başladı, ölkəmizin yeni yüksəliş dövrünün qapıları açıldı" .

Göründüyü kimi, qardaş Türkiyədə mühüm siyasi, iqtisadi addımlar atılır - bunun nəticəsində əsaslı inkişafa nail olunub. Ölkənin xarici borcları demək olar ki, ən minimal səviyyəyə enib. Artıq Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri bəllidir: Qardaş ölkə regional proseslərdə aktiv rol alır, Qlobal proseslərdə mühüm iştirakçı qismində çıxış edir, İstər Yaxın Şərq problemi, istər Azərbaycan Ermənistan arasında sülhə nail olunması məsələsi, istərsə Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir. Ən mühüm faktorlardan biri isə bütövlükdə Türk dünyasının vahid masa vahid maraq ətrafında birləşməsinə nail olunmasıdır. Artıq bütün dünya bu faktı dəqiqləşdirdi - Azərbaycanın Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən, Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasında inteqrasiya daha da güclənəcək. Prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq qardaşlıq isə təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb. İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin təməlində Azərbaycan - Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmir.

Onu da qeyd edək ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən bir sıra irimiqyaslı tədbirlər nəzərdə tutulub. Tədbirlər çərçivəsində respublikanın 100 il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən rəqəmsal sərgilər 3D şoular təşkil olunacaq. Oktyabrın 29-da İstanbul boğazında pilotsuz uçuş aparatları ilə vizual şou atəşfəşanlıq keçiriləcək. Müxtəlif tarixi yerlərdə xüsusi işıq şouları təşkil olunacaq, Türkiyənin Dövlət Himni səsləndiriləcək. İstanbulun Üsküdar meydanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rəqəmsal Təcrübə Sərgisi baş tutacaq. Burada Prezident Ərdoğanın rəhbərliyi altında son iyirmi ildəxəyallardan reallığa çevrilmişlayihələr təqdim ediləcək. Sərgidə ən son rəqəmsal texnologiyalardan istifadə edilməklə 360 guşə nümayiş olunacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 25 oktyabr, ¹195.- S.5.