Heydər Əliyev və dövlətçilik
ideologiyası
“Biz azərbaycanlılarıq.
Hamımızın vətəni
Azərbaycandır. Bu
torpaq bizi xalq kimi, millət
kimi, şəxsiyyət
kimi böyütmüşdür.
Ona görə də hər birimizin varlığında
azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu,
azərbaycançılıq ideologiyası bizi bir-birimizə daha sıx bağlayan birliyə sövq edən amildir. Müstəqil Azərbaycan
Respublikasının ideologiyası
azərbaycançılıq ideologiyasıdır”.
Heydər
Əliyev
Dünya
Azərbaycanlılarının I Qurultayındakı çıxışından
Hər bir
müstəqil dövlətin
özünəməxsus milli
ideologiyası – dövlətçilik
ideologiyası mövcuddur.
Milli ideologiya hər bir dövlətin
daxili və xarici siyasətinin əsasını təşkil
edir. Milli ideologiya siyasi ideologiyadan fərqli olaraq ayrı-ayrı qruplara, siniflərə, partiyalara deyil, bütöv millətə,
cəmiyyətə, müstəqil
dövlətə, milli
dövlətçiliyə xidmət edir. Başqa sözlə, milli ideologiya millətin əsrlər boyu davam edən
tarixinin, mədəniyyətinin,
mənəvi həyatının,
milli əxlaq mentalitetinin, milli düşüncə tərzinin,
dini və mifik görüşlərinin
sintezi şəklində
yaranıb, formalaşır,
ümummilli maraqlara və vahid dövlətçilik
təfəkkürünə əsaslanır.
XIX əsrin sonu
– XX əsrin əvvəllərində
Azərbaycan milli ideologiyası formalaşdı
və tarixdə ilk dəfə 1918-ci ildə milli dövlətin – Azərbaycan
Demokratik Cümhuriyyətinin
yaranması ilə nəticələndi. Rusiyanın
təcavüzü nəticəsində
Xalq Cümhuriyyəti
süqut etsə də o, “Azərbaycan” adını əbədiləşdirdi.
Azərbaycançılıq – milli ideologiyasının gələcək inkişafının
möhkəm təməlini
qoydu.
Azərbaycan xalqı SSRİ dövründə
başqa saxta ideologiya – kommunist ideologiyasının təsiri
altında yaşasa da xalqımız milli azadlıq, milli istiqlal ideallarını heç zaman tərk etmədi. Nəhayət,
1991- ci il oktyabrın 18-də Azərbaycan
Respublikası dövlət
müstəqilliyini yenidən
bərpa etdi, müstəqil Azərbaycan
Respublkası dövrü
başladı. Etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə
təmsil olunanlar, mövcud tarixi şəraiti nəzərə
almaqla milli ideoloji konsepsiya yarada bilmədilər.
Azərbaycan dövlətçiliyi sahəsində
zəngin təcrübəyə,
dərin dövlətçilik
təfəkkürünə malik olan, özünün
intellektual potensialında
Şərq və Qərb dəyərlərini
uğurla birləşdirən
Ümummilli Liderimiz Heydər Əliyevin
1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə xilaskar missiyalı qayıdışı
digər sahələrdə
olduğu kimi, milli dövlətçilik
ideologiyamızın da
nəzəri əsaslarının,
aydın konsepsiyasının
hazırlanması yolunda
əsaslı dönüşə
imkan yaratdı.
Müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının
yeni məzmunlu müasir konsepsiyasının
əsas müddəaları
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu Heydər Əliyevin müxtəlif nitq və çıxışlarında
irəli sürülmüş,
dövlətçiliyimizin tarixi ənənələri,
beynəlxalq təcrübə
əsasında milli ideologiyamızın təməl
prinsipləri əsaslandırılmış,
onun tərkib hissələri, aparıcı
komponentləri müəyyənləşdirilmişdir.
Ulu Öndər xüsusilə 1998-ci il noyabrın 23-də Sədri
olduğu Yeni Azərbaycan Partiyasının
yaradılmasının 6 illiyinə
həsr olunmuş yığıncaqdakı məruzəsində
müstəqil Azərbaycanın
milli ideologiyasının
bitkin konsepsiyasını,
onun aydın proqramını və strateqiyasını verdi, bu işdə YAP-ın xidmətlərini, rolunu göstərdi, qarşıda duran vəzifələri açıqladı.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi elan etmək hər bir xalq
üçün, ölkə
üçün tarixi
hadisədir, böyük
xoşbəxtçilikdir. Amma
müstəqilliyi yaşatmaq,
onu dönməz etmək bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.”
Azərbaycanın müstəqil dövlət
kimi ideologiyası-azərbaycançılıq
ideologiyası Yeni Azərbaycan Partiyasının
Proqramında öz əksini tapıbdır. Ölkəmizdə həm
xarici, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə və həm də sosial-iqtisadi sahədə görülən işlər
milli ideologiyanın üzərində qurulur.
Milli ideologiyamızın
əsas təməl prinsipləri məhz bunlardan ibarətdir:
Birinci dövlətçilik.
Dövlətçilik Azərbaycanın
müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır. Hər bir vətəndaş
vətənpərvərlik hissləri ilə yaşamalıdır, hər
bir vətəndaş
dövlətə və
xalqa sədaqətli olmalıdır. Azərbaycançılığın
milli ideologiyamızın
prioritet, aparıcı
amili olması, Azərbaycançılığın müstəqil Azərbaycanın
milli ideologiyası olması prinsipi həyatda reallaşmalıdır.
Milli ideologiyamızın
ikinci hissəsi bizim milli- mənəvi
dəyərlərimizdir. Bizim
milli-mənəvi dəyərlərimiz
əsrlər boyu xalqımızın həyatında,
yaşayışında formalaşıbdır.
Milli-mənəvi dəyərləri
olmayan millət, həqiqi xalq ola bilməz. Milli-mənəvi dəyərlərimiz,
bizim adət-ənənələrimizdir,
ana dilimizdir, mənəvi - əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik,
iftixar hissi keçiririk.
Milli ideologiyamızın
mühüm tərkib
hissələrindən biri
ümumbəşəri dəyərlərdir.
Ümumbəşəri dəyərlərlə
milli-mənəvi dəyərlərin
vəhdəti, sintezi bizim milli ideologiyamızın
bu günü və gələcəyidir.
Azərbaycan dövlətinin milli ideologiyasının özəyini,
əsasını təşkil
edən Azərbaycançılıqdır.
Dövlətçilik, milli-mənəvi
dəyərlər, ümumbəşəri
dəyərlər-bunlar hamısı
azərbaycançılıq anlayışının tərkib
hissələridir. Milli
ideologiyamızın bütün
təməl prinsipləri
bizim milli kimliyimiz olan müqəddəs üçrəngli
Dövlət Bayrağımızın
hər bir simvolu ilə uzlaşaraq bir vəhdət təşkil
edir. Azərbaycançılıq
məfkurəsi xalqımızın
milli həmrəyliyini
və birliyini təşkil edir, ölkəmizdə yaşayan
müxtəlif millətlərin
və dinlərin nümayəndələrini öz
ətrafında birləşdirir,
xarici ölkələrdə
yaşayan azərbaycanlıların
həmrəyliyində və
təşkilatlanmasında xüsusi
yer tutur, milli-mədəni irsimizi və mənəvi-əxlaqi
dəyərlərimizi qoruyaraq
zənginləşdirir. Bu
gün ölkəmizdə
ümummilli ideologiyamız
olan azərbaycançılıq
məfkurəsi bir ideologiya kimi siyasi münasibətlərin
fövqündə dayanaraq
milli təhsil sistemimizin məzmununda aparıcı amil kimi nəzərə alınır.
Bu gün
tam əminliklə deyə bilərik ki, əsası və təməli keçən əsrin əvvəllərində - 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan
böyük azərbaycançılıq
ideyası öz tarixi, qanunauyğun varisini çağdaş,
suveren, demokratik, güclü və qüdrətli müstəqil Azərbaycanın
və onun Ümummilli Lideri Heydər Əliyevin timsalında tapmışdır.
Azərbaycanın Ümummilli Lideri, müstəqil dövlətimizin
memarı və qurucusu Ulu Öndər
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılmasını,
onun dönməzliyinin
təmin edilməsini özünün müqəddəs,
prioritet, ümdə vəzifəsi saymışdır
və bu vəzifələr hal-hazırda
onun siyasi varisi, cənab Prezident, Yeni Azərbaycan Partiyasının
Sədri, Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən
də davam etdirilməkdədir.
Müasir dövrdə
Azərbaycan xalqının
və dövlətinin
tarixi nailiyyətlər
əldə etməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimi,
Ümummilli ideologiyası,
siyasi kursu ilə və bu yolu uğurla
davam etdirən cənab Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. 44 günlük
Vətən Müharibəsində
şanlı qələbənin
əldə edilməsi,
antiterror tədbirlərinin
uğurla nəticələnməsi,
ölkəmizin suverenliyinin
tam təmin olunması bunun növbəti sübutlarıdır.
Qələbəni şərtləndirən
amillər içərisində
cənab Prezident İlham Əliyevin yüksək intellekti və diplomatik məharəti, milli maraqların qorunmasında
qətiyyəti və
prinsipiallığı, onun
rəhbərliyi ilə
Azərbaycanın sosial-iqtisadi,
siyasi, mədəni, hərbi sahələrdə
uğurları və xarici siyasətdə nailiyyətləri mühüm
rol oynamışdır.
Xalq-dövlət birliyinin möhkəmlənməsi
istiqamətində ölkə
Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasətin də məntiqi nəticəsi özünü Vətən
müharibəsi zamanı
və bu gün də özünü parlaq şəkildə göstərir.
Müharibə dövründə
ölkə vətəndaşları
milli-etnik və dini mənsubiyyətindən,
siyasi baxışlarından
asılı olmayaraq Müzəffər Ali Baş Komanda İlham Əliyevin ətrafında sıx birləşdi ki bu da milli
həmrəyliyin və
vətəndaş birliyinin
təcəssümü idi.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşməni darmadağın
etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası
xalqımızın milli
qürur hissini özünə qaytardı
və Azərbaycanın
gücünü bütün
dünyaya bir daha göstərdi.
Vətən
müharibəsində qazandığımız
möhtəşəm Qələbə
bölgədə yeni
geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Cənab
Prezident İlham Əliyevin”Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında”
Fərmanı bu kontekstdə mühüm tarixi-siyasi hadisə oldu. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!”
şüarı özünün
siyasi-hüquqi təsdiqini
tapdı. Şərqi
Zəngəzur iqtisadi
rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı
ənənəvi sosial-iqtisadi
və mədəni bağlılığın bərpası
istiqamətində mühüm
addım atıldı.
Artıq işğaldan
azad olunmuş ərazilərə Böyük
Qayıdış prosesi
başlamışdır. Keçmiş
məcburi köçkünlərin
doğma torpaqlarına
qayıdışı üçün
işğaldan azad olunmuş ərazilərdə
geniş abadlıq və quruculuq işləri aparılır,
“ağıllı şəhər”
və “ağıllı
kənd” konsepsiyası
həyata keçirilir,
şəhərlər, kəndlər
və qəsəbələr
yenidən qurulur. Bu ərazilərdə dayanıqlı məskunlaşmanın
təmin edilməsi üçün regionun sürətli iqtisadi inkişafı təmin olunur, istehsal müəssisələri, iş
yerləri yaradılır,
stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Əhalinin rifahına
xidmət edən sosial-iqtisadi inkişaf, müstəqil dövlətin
hüquqi-siyasi əsaslarının
möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin
və multikultural dəyərlərin inkişafı,
ordu quruculuğu sahəsində nailiyyətlər,
milli-mənəvi dəyərlərin
qorunub saxlanılması,
milli maraqlara əsaslanan xarici siyasət, nəqliyyat-enerji
təhlükəsizliyinin təmin
olunması Azərbaycanın
qüdrətli dövlət
kimi gələcək
inkişaf prioritetləridir.
Demokratik dəyərlərə
sədaqət ölkəmizin
modernləşmə yolu
ilə inkişafını
təmin edən mühüm dəyərlərdən
biridir. Azərbaycanda aparılan genişmiqyaslı
islahatlar dövlət
idarəçiliyinin və
siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında,
əhalinin sosial müdafiəsinin gücləndirilməsində,
xalqımızın milli
mədəni irsinin və dəyərlərinin
qorunmasında böyük
əhəmiyyət daşıyır
və bu islahatlar ölkəmizin gələcək inkişafında
yeni uğurların bünövrəsini qoyur.
Dünya sürətlə
dəyişir, inkişaf
edir, yenilənir, qloballaşma prosesi yeni çağırışları
meydana gətirir. Dəyişən dünyamızda
azərbaycançılıq məfkurəsi ətrafında
sıx birləşən
xalqımız, Cənab
Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə Yeni Azərbaycan Partiyasının
“Biz birlikdə güclüyük!” devizi altında bundan sonra da daha
möhtəşəm uğurlara
və daha böyük qələbələrə
doğru inamla irəliləyəcəkdir.
İsmayıl İbrahimov,
Yeni Azərbaycan
Partiyası
Hacıqabul rayon təşkilatının
sədri
İki
sahil.- 2023.- 25 oktyabr, ¹195.-S.4.