Türkiyə inkişafa məhkumdur!

 

Türkiyə Cümhuriyyəti -100

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri Mustafa Kamal Atatürkün «Türkiyə inkişafa məhkumdurkəlamının müasir dövr üçün çağırışıdır

 

«Hökumətin iki məqsədi vardır. Biri millətin qorunması, ikincisi, millətin rifahının təmin edilməsi. Bu iki şeyi təmin edən hökumət yaxşı, edə bilməyənlər pisdir» söyləyən türk dünyasının tanınmış öndəri Mustafa Kamal Atatürk xalqını «Türkiyə inkişafa məhkumduramalı uğrunda mübarizəyə səslədi, milyonları birləşdirdi, insanlara müqəddəratına hakim olmaq hüququnu qazandırdı. Yadellilərə əsl komandan olduğunu şücaəti ilə təsdiqlədi. Türk Qurtuluş Savaşı öyünüləcək salnamə kimi xalqın yaddaşına əbədi yazıldı.

1 noyabr 1922-ci ildə xilafət səltənət biri-birindən ayrıldı. Osmanlı imperatorluğu ilə idarəçilik əlaqələri kəsildi, 13 oktyabr 1923-cü ildə Türkiyədə respublika idarəçilik üsulu elan edildi. Mustafa Kamal Atatürk yekdilliklə Türkiyənin ilk Prezidenti seçildi. 1923-cü il oktyabrın 29-da formalaşan ilk Cümhuriyyət «Yurdda sülh, cahanda sülhçağırışı üzərində yüksəldi, qüdrətləndi. Türkiyənin gələcəyini daha qüdrətli görmək üçün komandan, vətəndaş, bir türk kimi ən çətin məqamlarda belə xalqı arxasınca aparmaq bacarığına malik olduğunu cəsarəti ilə təsdiqləyən, «Əfəndilər ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün ən gerçək təriqət sivilizasiya təriqətidir» söyləyən öndər Müstafa Kamal Atatürk haqqında çox qiymətli sözlər deyilsə , dəyərləndirmə sistemində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları öndə dayanmaqla reallığı daha çox əks etdirir: «Mustafa Kamal Atatürkün böyüklüyü bir ondan ibarətdir ki, İslam dininin təsiri altında yaşamış İslam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurmuşdurbu da Mustafa Kamal Atatürkün o Cümhuriyyəti qurarkən ən böyük nailiyyətlərindən biridir

Türk dünyasının öndəri Atatürkə rəğbətini «Avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlarındır, onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər, şübhəsiz ki, burada da öz təsirini göstəribdir» sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Türkiyənin istiqlalına qovuşması üçün yadellilərə qarşı döyüşlərdə əsl komandan olduğunu şücaəti ilə təsdiqləyən M. K. Atatürk bir ideya naminə vuruşdu: «Millətin istiqlalını-millətin özünün əzm qərarı xilas edəcək

Millətinə güvənərək «Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət qüvvəsinin bizi isidəcəyinə, bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm» söyləməklə xəyallarında yaratdığı qüdrətli Türkiyənin banisi kimi vətəndaşlıq liderlik borcunu da yerinə yetirən Atatürkün xalqına, xüsusilə gənclərə tövsiyəsi bu idi ki, ağıl, məntiq, zəka ilə hərəkət etmək bizim parlaq özünəməxsusluğumuzdur. İslam aləminin gücünü bütünlükdə türk dünyasının birlik həmrəyliyinin başlıca amili hesab edən ulu Atatürk Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza yardımını «Azərbaycan gülərsə biz gülərik, Azərbaycan üzülərsə biz üzülərik» sözləri ilə ifadə etmişdir. Erməni- bolşevik birləşmələrinin soydaşlarımıza qarşı törətdikləri soyqırımların qarşısını almaq üçün Nuru paşanın komandanlığı altında Bakıya gələn Qafqaz İslam Ordusu daşnaklara lazımi dərs verdi. Qardaş ölkənin əsgərləri canları bahasına qan qardaşları azərbaycanlıları qorudular. 15 sentyabr 1918-ci ilə təsadüf edən həmin tarixin xalqımız tərəfindən Zəfər Günü kimi qeyd olunması türk birliyinin, qardaşlığının nümunəsi, əbədiyyət rəmzidir. Dünyanın siyasi tarixində müdrik şəxsiyyət, təcrübəli siyasətçi kimi əməlləri ilə yaşayan liderlərin- Mustafa Kamal Atatürkün Heydər Əliyevin çoxəsrlik tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, türk dünyasının birliyi uğrunda göstərdikləri fədakarlıqların nəticəsidir ki, bu gün Türk Dövlətləri Təşkilatı bu varisliyə sadiq qalaraq inkişaf edir.

Çətinliklərə, təhdidlərə, xarici müdaxilələrə baxmayaraq türk xalqı qəhrəmanlıqları ilə Atatürkdən miras qalmış ölkəni qüdrətli bir dövlətə çevirdi. Bu siyasəti davam etdirən, varislik borcunu əməli işi ilə yerinə yetirən Prezident Rəcəb Tayyib Ərdoğan bu amala sadiq qalaraq adı dünyanın ən qüdrətli ölkələri ilə eyni sırada çəkilən qüdrətli Türkiyəni daha böyük inkişaf yolu ilə irəliyə aparır. Hazırda siyasi, iqtisadi qüdrəti, hərbi potensialı, demokratiyaya sadiqliyi ilə tanınan dünya siyasətində önəmli rol oynayan qardaş dövlətin beynəlxalq aləmdəki mövqeyi, nüfuzu gündən-günə möhkəmlənir. Azərbaycanın təşəbbüsü ilə dünyanın enerji nəqliyyat xəritəsini dəyişən qlobal layihələrinin reallaşmasında böyük təcrübəyə, təşəbbüskarlığa malik Türkiyə-Azərbaycan həmrəyliyi nümunə göstərilir. Nüfuzlu beynəlxalq tədbirlərdə iki qardaş ölkə nümayəndələrinin eyni mövqe nümayiş etdirmələri dünya siyasətinin indiki qarışıq mürəkkəb zamanında türkdilli xalqların sıx birlik, həmrəylini zəriri edir.

Qardaş ölkənin artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə hər səfərinin Azərbaycan xalqı tərəfindən bayram kimi qarşılanması, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Türkiyənin mənəvi, siyasi dəstəyi soykökü bir olan hər iki xalqın əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin sarsılmazlığını göstərir. Vətən müharibəsindən sonra prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsi, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində türk şirkətlərinin daha yaxından iştirakı münasibətlərin geniş miqyasda davamına imkanlar yaradır.

«İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident İlham Əliyevin Türkiyə televiziya kanallarına müsahibələrinin geniş miqyasda yayımlanması Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu oldu. Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradını hər iki qardaş ölkə başçısının birgə izləmələri işğalçı Ermənistana onun havadarlarına gözdağı oldu.

«Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü bizim gücümüzdür» söyləyən Rəcəb Tayyib Ərdoğanın Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının açılış, Zəngəzur dəhlizinin bərpasını gerçəkləşdirəcək Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimlərində iştirakı Türkiyə-Azərbaycan əməkdaşlığının sarsılmazlıq nümunəsi idi.

 Bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, müdafiə qüdrəti ilə ön sıralarda dayanan, demokratik inkişaf yolu ilə addımlayaraq siyasi, iqtisadi qüdrəti ilə dünya dövlətləri arasında böyük nüfuz qazanan Türkiyə bütünlükdə türk dünyasının birlik həmrəyliyinə önəmli töhfələr verir.

Bu həmrəyliyə qısqanan xarici dairələrin 2016-cı ilin 15 iyulunda Türkiyədə dövləti hərbi yolla çevirmək cəhdinin qarşısı yenilməz türk xalqının birliyi ilə alındı. Həmin günlərdə daxili xarici düşmənlərə, FETÖ-çuları Atatürkün «Türk əsarət qəbul etməyən millətdirsözləri ilə tarixi dərs verən türk xalqı bir daha yenilməzliyini şəhid verməklə təsdiqlədi. Bildirdi ki, Çanaqqala savaşında bir neçə dövlətin hücumunu dəf edən Türkiyə tarix boyu heç kimə boyun əyməyib. Çünki azadlıq türkün həyatıdır.

Milli maraqları eyni, ortaq tarixə, mədəniyyətə, əsrlərdən bəri qorunaraq, bu günümüzə qədər gəlib çatan oxşar adət-ənənələrə malik iki qardaşın birliyi, qardaşlığı türk dünyasının öndərləri Mustafa Kamal Atatürklə Heydər Əliyevin ideyaları əsasında möhkəmlənir, tarixi sınaqlardan uğurla çıxır, qloabal layihələrin reallaşmasında aparıcı rol oynayır. Avropa təsisatlarında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirə olunan mühüm, aktual məsələlərin həllində hər iki ölkənin eyni mövqedən çıxış etməsi, Türkiyə-Azərbaycan dostluğuna nümunə olmaqla, bu həmrəyliyə ədalətsiz yanaşmalara qarşı mübarizədə sipər kimi bədniyyətlərin qarşısını alır.

Bu gün dünyanın enerji, nəqliyyat xəritələrini yeni istiqamətlər üzrə təzələyən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin davamçıları TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi- Qars dəmir lyolu tarixi dostluğu iqtisadi əlaqələrlə daha da gücləndirir. Təhdidlərə baxmayaraq terrora qarşı mübarizəsini davam etdirən Türkiyənin məqsədi bölgədə sabitliyin yaranması, insanların kütləvi qırğınlarının qarşısının alınması, bəzi ölkələrin maraqları naminə yurdlarından didərgin düşən suriyalıların evlərinə dönməsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Türkiyə haqqında söylədiyi «Bir millət, iki dövlət» kəlamının müdrikliyi Vətən müharibəsində olduğu kimi, qardaş ölkədə baş verən, əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələnin, meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasında da təsdiqləndi. Dövlət başçıları İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət türk dünyasının artan gücünün ifadəsidir.

Bu il Türkiyədə keçirilən prezident seçkilərində qardaş xalqın göstərdiyi həmrəylik dünya birliyinə demokratiyadan ustad dərsi oldu. 28 may 2023-cü il bütün türk dünyası üçün birlik, həmrəylik bayramı kimi tarixə yazıldı. Həmin gün Türkiyədə ikinci turu keçirilən prezident seçkilərini öz maraqlarına uyğun izləyən bəzi dövlətlər türk xalqından daha həyəcanlı idilər. Dünyanın düzənini səhmana salacaq siyasətin kimlər tərəfindən idarə ediləcəyi iddiasında olanların eyniləşən, bəzən ziddiyət təşkil edən ehtimalları seçki qutusundan çıxan nəticələrlə bəlli oldu. Türk xalqı bu dəfə tarixin sınağından alnı açıq çıxdı. Qazanan ədalət, xalqın sarsılmaz iradəsi, milyonların qətiyyəti oldu.

Vətənini mənfur niyyətlərdən qoruyan xalqın namizədi, milyonların etimad göstərdiyi Rəcəb Tayyib Ərdoğan bütün xain niyyətlərə qalib gəldi. Həmin gün ölkəyə başçılıq etdiyi illərdə xalqına sədaqətlə xidmət edən Rəcəb Tayyib Ərdoğanın uğurlarından, xalqın liderinə etimadından qorxanların, təşvişə düşənlərin niyyətləri Qara dənizin sularında qərq oldu. Bu ölkənin müdafiə qüdrətini artıran modern hücum təyyarələri­nin, hərbi gəmilərin ölkənin Silahlı Qüvvələrinə verilməsi, zəlzələ bölgəsində qısa müddətdə aparılan genişmiqyaslı tikinti işlərinin sürətli davamı təsadüfi dövlət başçılarının öhdəsindən gələ biləcəkləri vəzifə deyildi. Yüz illiyin kəsişməsində seçim qarşısında qalan xalq inanırdı ki, taleyini etibar edəcəyi, biri-birindən məsuliyyətli, siyasi, iradə qətiyyət tələb edən tarixi missiyanı Vətənini sevən Rəcəb Tayyib Ərdoğan kimi təcrübəli siyasətçi, dövlət xadimi davam etdirə bilər.

İstanbulda keçirilən «TEKNOFEST» festivalındakı çıxışında qardaş ölkənin hərbi qüdrətini «Kızılelma» havada, «Altay» «Togg» quruda, «Anadolu» dənizdə» kəlmələri ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən, «Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, «Bir yumruqkəlamı ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin ifadəsi, Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi.

Ölkədəki iqtisadi problemlərin aradan qaldırılması üçün daxili resurslardan, xalqın gücündən istifadə etməklə Türkiyəni daha da gücləndirəcək ən layiqli liderin Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsinə inanan xalq qarşıdakı illərdə seçimində yanılmadığının şahidi olacaq. Türkiyənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl is­tifadəyə verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması, ən iri hava limanlarının, səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu ölkənin xarici düşmənləri kimi, daxili xəyanətkarlarını da məyus edir. Onlar Türkiyəyə dəmir iradəli liderin yox, hər cür güzəştə açıq olan zəif birisinin başçılıq etməsini istəyərdilər. Dünyada taxıl qıtlığının yarandığı məqamlarda ədalətli davranışı ilə maraqları birləşdirən, RusiyaUkrayna müharibəsində vasitəçi olan, hər iki ölkə ilə danışıq aparan Türkiyə Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzu bölgədə qarşılıqlı anlaşma prinsipinə sadiqliyin yeganə yol olduğunu göstərdi.

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində bir daha təsdiqlənən bu səmimiyyəti bütün dünya ictimaiyyəti maraqla izlədi. Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə, daha güclü həmrəyliyə ehtiyac duyulduğu dünyamızda iki qardaş xalqın sarsılmazlığının ifadəsi olan bu səmimiyyətə şahidlik edən qonaqlar, dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri həqiqi səmimiyyətin nəyə qadir olduğunu hiss etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”» sözləri başda Azərbaycan olmaqla türk dünyasını birlik həmrəyliyə çağırış idi. Cənab Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını şərəfini qorumaq, etibarını artırmaq adını dünyada daha da ucaltmaq üçün bu birliyə arxalanır, qardaş dəstəyinə güvənir.

Bu güvənin ən bariz ifadəsi İstanbulda keçirilən «TEXNOFEST» festivalında Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq» minnətdarlıq sözləridir.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Bayrağını yandıran erməni fitnəkarlarına «Aldığım medalı azər­baycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızda­yıqsözləri ilə türkün yenilməzliyini bildirən qızıl medal sahibi Cansu Bek­taş bu hərəkəti ilə türkün ədalətini dünyaya bəyan etdi. Əsri uğurlarla yola salan Türkiyənin sabahı daha möhtəşəm, qurucu yaradıcı olacaq

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 28 oktyabr, ą198.- S.3.