Cümhuriyyət 100:Türkiyə dünya

siyasətində qlobal gücə çevrilib

 

Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçib, dövlət başçısının tapşırığı ilə xüsusilə infrastruktur sahəsində qlobal layihələr reallaşdırılıb bu proses davam etməkdədir

 

Bu il qardaş Türkiyə üçün əlamətdar tarix olan Cümhuriyyətin 100-cü ildönümü qeyd olunacaq. Müasir Türkiyənin əsası 100 il öncə - 1923-cü ildə qoyulub. Həmin il oktyabrın 29-u qardaş ölkədə respublika üsul-idarəsinə keçid baş tutub. Hələ Ərzurum qurultayında çıxışı zamanı Qazi Mustafa Kamal Paşa qələbədən sonra idarə formasının Cümhuriyyət olacağını bəyan etmişdi. 1922-ci ilin noyabrın 1-də dövlət idarə üsulunda sultanlığın ləğvi ilə Türkiyənin tarixində yeni mərhələ başlandı.

Milli mübarizənin zəfər çalmasında tarixi rol oynamış Türkiyə Böyük Millət Məclisinin (TBMM) birinci dövr üzvləri yeni seçki qərarı verərək (1 aprel 1923) buraxıldılar. Yeni seçkilərin keçirilməsindən sonra TBMM ikinci müddətə fəaliyyətə başladı. Yeni qurulan parlament Lozanna Sülh Müqaviləsini ratifikasiya etdi. Beləliklə, milli müstəqillik tam şəkildə reallaşdı. 1923-cü ildə yaşanan hökumət böhranı isə Mustafa Kamal Paşaya Cümhuriyyəti elan etmək üçün çoxdan gözlədiyi fürsəti verdi. 1923-cü il oktyabrın 28-i axşama qədər hökuməti qurmaq mümkün olmayandan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündə dostlarınaSabah Cümhuriyyəti elan edəcəyik!”, - dedi. Həmin gecə İsmət Paşa ilə birlikdə 1921-ci il Konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsi hazırladılar. Türkiyə Böyük Millət MəclisindəTürkiyə dövlətinin idarə forması cümhuriyyətdirmüddəasını ehtiva edən qanun layihəsi ilə bağlı çıxışlardan sonra Cümhuriyyətin elan edilməsi təsdiqləndi. Beləliklə, türk dünyası üçün, Türkiyə üçün yeni inkişaf erasının əsası qoyuldu.

Ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçib, dövlət başçısının tapşırığı ilə xüsusilə infrastruktur sahəsində qlobal layihələr reallaşdırılıb bu proses davam etməkdədir. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avrasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi 2023-cü il üçün mühüm perspektivlər formalaşdırır. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadığı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin 2023-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir. 2023-cü illə bağlı strateji planların əsasında həm Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır. Türkiyənin Xəzinədarlıq Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilir ki, inflyasiya hədəfi 2023-cü ildə 24,9 faiz, 2024-cü ildə isə 13,8 faiz səviyyəsində müəyyən edilib. Bu il 2023-cü il üçün iqtisadi artım hədəfi 5 faiz, 2024 2025-ci il üçün 5,5 faiz proqnozlaşdırılıb. MTP- görə, Türkiyədə işsizlik səviyyəsi 2023-cü il üçün 10,4 faiz, 2024-cü ildə 9,9 faizvə 2025-ci il üçün 9,6 faizə enəcək.

Eləcə Türkiyədə Milli Süni Zəka (SZ) Strategiyası (2021-2025) davam etdiriləcək. Bəlli olduğu kimi, Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye Texnologiya Nazirliyi Prezident Administrasiyasının aidiyyəti ofisi tərəfindən birgə hazırlanıb. Sənəddə Türkiyənin 2025-ci ildə SZ sahəsində nail olmağı planlaşdırdığı hədəflər yer alır. Son illərdə əldə olunan uğurlar, yeni texnologiyaya əsaslanan silahların hazırlanması isə bu hədəflərin uğurla həyata keçirildiyini deməyə əsas verir. Belə ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2018-2022-ci illəri əhatə edən hesabatına əsasən, son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən Türkiyə dünyanın 12-ci ən böyük silah ixracatçısına çevrilib. Türk silahlarının ən böyük alıcıları Qətər, Birləşmiş Ərəb Əmirlikləri Omandır. Əvvəlki hesabatla müqayisədə silah satışlarını 2 dəfə artıran Türkiyə ötən il 4 milyard dollarlıq silah satıb, bu il isə silah satışlarını daha da artırmağı planlaşdırır. Qardaş ölkənin müdafiə sənayesi şirkətləri dünyanın 30-a yaxın ölkəsinə ixrac edilən "Bayraktar TB2", "Anka", "Aksungur", "Akıncı" pilotsuz uçuş aparatlarını istehsal edir. Ölkənin xarici şirkətlərdən asılılığına son qoymaq üçün yerli müəssisələrdə milli döyüş təyyarələri, helikopterlər, hərbi gəmilər, zirehli texnika silah-sursat hazırlanır.

Azərbaycan Ordusu da Türkiyənin istehsal etdiyi silah, texnika sursatlardan istifadə edir. Belə ki, ordumuzun silah arsenalında olan "Bayraktar TB2", "Kargu" PUA-ları, "Kobra" zirehli maşınları, "Qasırğa", "Sakarya" raket sistemləri digər müasir texnika silahlar Türkiyədən tədarük edilib. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı silah texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynayıb. Müharibədən sonra Türkiyənin PUA satışlarında ciddi artım qeydə alınıb. Məlumata görə, bir çox Afrika Asiya ölkələri Türkiyədən "Bayraktar TB2" PUA-sını sifariş edib. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən "Bayraktar TB3" PUA-ları, "KızılElma" insansız qırıcıları, "Hürjet" təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara qədər artırmağı, yeni silah texnika istehsal etməyi planlaşdırır. 2023-cü ildə yerli şirkətlər tərəfindən hazırlanan MMU döyüş təyyarəsi, "Hürjet" reaktiv təlim təyyarəsi, "Gökbey" helikopteri, "hava-hava" tipli raketlər, "KızılElma" pilotsuz qırıcıları, "Tayfun" ballistik raketləri, "Altay" tankları, "Siper" hava hücumundan müdafiə sistemlərində ciddi inkişaf qeydə alınacaq. Hazırda Türkiyənin silah texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.

Bu il Türkiyənin 60 illik xəyalı da gerçək oldu - avtomobil sənayesində yeni dövrün başlanğıcı sayılan yerli marka olanToggelektromobilinin kütləvi istehsalına start verildi. Hər zaman qardaş Türkiyəyə dəstək olan, onun uğurlarına özününkü kimi sevinən Azərbaycan bu dəfə qardaş Türkiyənin sevincinə şərik oldu. “Toggelektromobilinin birincisi Prezident Rəcəb Tayyib Ərdoğana xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də Prezident İlham Əliyevə təqdim olundu.

Prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq qardaşlıq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb. İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin təməlində Azərbaycan - Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmir.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 6 sentyabr.- S.4.