Milli-mənəvi dəyərlərimiz:
Qürur və iftixar
mənbəyimiz
2023
Heydər Əliyev
ili
Hər bir millətin tarix boyunca inkişaf
etmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə
görə dəyişən
milli dəyər anlayışı çox
zaman ümumi rahatlıq və vətən naminə birlik nümayiş etdirməkdir. Çünki
bir milləti var edən və
daim ayaqda saxlayan milli-mənəvi dəyərləridir.
Milli dəyərlərimizin
qorunması və gələcək nəsillərə
çatdırılması bu gün daha
çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan
xalqının formalaşmasına
təsiri böyük
olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Azərbaycanda milli-mənəvi dəyərlərin
yaşadılması Ulu
Öndər Heydər
Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
həmişə xalqımızın
milli-mənəvi dəyərlərinin
qorunmasına, milli mədəniyyətimizin inkişafına,
xalqın adət – ənənələrinin zənginləşdirilməsinə
çalışmışdır. Eyni zamanda, Ulu
Öndər gənclərimizi,
xalqımızın milli-mənəvi
dəyərləri, milli
əxlaq prinsipləri
əsasında tərbiyə
etməyi tövsiyə
edirdi. Ulu Öndər gənclərimizin
milli-mənəvi dəyərlər
əsasında tərbiyələndirilməsinin
əhəmiyyətini xüsusi
vurğulayırdı: “… Biz
öz milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi,
əxlaqi dəyərlərimizi
bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq
və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş
bu mənəvi, əxlaqi dəyərlər
ruhunda tərbiyələndirməliyik”.
Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə
öz zəngin milli-mənəvi irsini və adət ənənəsini yad təzahürlərdən hifz
edərək onu qoruyub saxlamış və nəsildən – nəsilə ötürmüşdür.
Xalqımızın milli-mənəvi
dəyərləri, adət-ənənəsi
insanlarımızın dini
etiqadına əsaslanaraq
özündə çox
böyük milli əxlaqi və bəşəri duyğuları
təcəssüm etdirir.
Müqəddəs daxili
inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkəşli mərhələlərində
belə mənəviyyatın
təntənəsinə xidmət
edən İslam dininin zəngin dəyərlərindən dönməyərək
onlara həmişə
sadiq qalmışdır.
İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu
paklığa səsləyən
müqəddəs çağırışlarına,
mərasim və ayinlərinə tarixin bütün məqamlarında
əməl etməyə
çalışmışdır. Ulu Öndər bu barədə demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıb
və bunlar indi bizim xalqımızın
mənəviyyatını təşkil
edən amillərdir.”
Ümummilli Lider
müstəqil Azərbaycan
Respublikasının Prezidenti
olduğu 1993-2003-cü illərdə
xalqımızın milli-mənəvi
dəyərlərinin, onun
adət-ənənələrinin dirçəldilməsi, xüsusən
İslam mədəniyyəti
nümunələri olan
məscidlərin, tarixi
memarlıq abidələrinin,
ziyarətgahların bərpası
ilə bağlı tədbirlərin həyata
keçirilməsi dahi
şəxsiyyətin xalqa
mənən bağlılığını
və İslami dəyərlərə sədaqətini
göstərən parlaq
dəlillərdır. Azərbaycanda
dövlət müstəqilliyinin
bərpasından sonra
respublikamızda dini bayramların, o cümlədən
Qurban bayramının
qeyd olunmasını rəsmiləşdirən Ulu
Öndər demişdir:
“Müsəlmanların böyük
bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi
dəyərlərdən faydalanmaq
imkanları yaradır.
Islamın insanpərvərlik,
mehribanlıq və mərhəmət prinsiplərinə
həmişə sadiq
qalmış Azərbaycan
xalqı tarixin çətin dövrlərində
belə, Qurban bayramını özünün
ən əziz günlərindən biri kimi qeyd etmişdir.
Dövlət müstəqilliyimizin
bərpasından sonra
bu günün rəsmi şəkildə
bayram edilməsi xalqımızn öz milli və dini
ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb
struktura malik olan milli-mənəvi dəyərlər sistemində
onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil,
din və adət-ənənə.
Heydər Əliyev
1969-1982-ci illərdə respublikaya
rəhbərlik edərkən
sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin
qorunub saxlanması üçün böyük
fədakarlıq göstərirdi.
Ulu Öndər
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıtdıqdan sonra
gənc dövlətin
siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı,
Azərbaycan xalqının
milli-mənəvi irsini
ehtiva edən ideyanın – azərbaycançılığın
təşəkkül və
inkişafına müstəsna
diqqət yetimişdir.
“Hər bir
azərbaycanlı öz
milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-
Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət
– ənənələrini yaşatmalıyıq”deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya
kimi irəli sürür, mədəniyyətimizi,
mənəvi-dəyərləri təkcə milli varlığımızın yox,
həm də siyasi varlığımızın,
dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Ulu Öndərimiz
Heydər Əliyev türkdilli xalqlara öz milli tarixlərini,
doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət
və incəsənətini,
adət-ənənələrini sevməyi, qorumağı və onları zənginləşdirməyi tövsiyə
edirdi. Bu baxımdan ümummilli lider türkdilli ölkələrin
mədəni əlaqələrini
həyata keçirən
TÜRSOY Təşkilatının fəaliyyətinin genişlənməsinə
və Azərbaycanın
bu təşkilatın
işində fəallıq
göstərməsinə həmişə
xüsusi diqqət yetirmişdir.
Bütün həyatı boyu mənəvi-əxlaqi və
dini dəyərlərimizin,
adət-ənənələrimizin keşiyində dayanan Ümummilli Liderin bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Tam əminliklə
söyləmək olar
ki, Prezident İlham Əliyev Azərbaycanın milli mənəvi dəyərlərinin
qoruyucusudur. Azərbaycan
kimi spesifik coğrafi ərazidə, mədəniyyətlərin kəsişməsində
yerləşən bir
ölkə üçün
qloballaşma şəraitində
milli kimliyin, mənəvi dəyərlərin
qorunub saxlanılması
bir vəzifə kimi dövlət və cəmiyyət qarşısında durur.
Bu gün
ölkəmizdə milli-mənəvi
dəyərlərin qorunması,
təbliği, dünyaya
təqdimatı yönündə
sistemli tədbirlər
həyata keçirilir.
Milli bayramların, tarixi günlərin yüksək səviyyədə
qeyd olunması, mədəni irsimizin beynəlxalq təşkilatlarda
tanıdılması bu
qəbildəndir.
Haqqında geniş
söhbət açdığımız
bu mənəvi dəyərlər dövrün,
mövcud şəraitin
və ictimai quruluşun ruhuna, tələblərinə uyğun
cilalanır, yeni forma və məzmun
kəsb edir. Eyni zamanda, şəraitə
uyğun mənəvi
dəyərlər adət
və ənənələr
yaranır. Azərbaycan
müasirləşən, Avropa
və dünya birliyinə sürətlə
inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə
davam edən qloballaşma prosesləri bizim də ölkədən
yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə
və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir.
Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda
beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri,
səmimi dostluğu nəzərdə tutulur. Belə bir faktı
isə xüsusi vurğulamaq lazımdır
ki, milli-mənəvi irsimizin qorunması və inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna rolu vardır. Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr
arasında optimal nisbətin tapılmasıdır.
Qloballaşma prosesi elm, texnika, texnologiya
ilə ümumbəşəri
dəyərlərlə yanaşı,
milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə
də düşünülmüş
şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə
ilk növbədə nələri qorumaq lazım olduğunu ,məhz hansı
məsələlərdə məqsədyönlü surətdə
ənənələri saxlamaq,
hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş
konsepsiya tələb edir...
Nigar Orucova
İki sahil.- 2023.- 8 sentyabr.- S.4.