Soyqırımına məruz qalan irsimiz
Qərbi Azərbaycanda erməni
vandalizminin qurbanı olmuş mədəniyyət
abidələrindən əsər-əlamət
qalmayıb
İndi
Ermənistan adlandırılan
və Azərbaycan türklərinin qədim ata-baba yurdu olan Qərbi Azərbaycan ərazisində
minlərlə tarix, mədəniyyət, daşınan
və daşınmaz irs nümunəmiz olub. Hazırda onların heç birindən əsər-əlamət
qalmayıb.
Keçmiş İrəvan xanlığı,
indiki Ermənistan ərazisində İslam dini
VII əsrdən etibarən
yayıldığı üçün
həmin ərazidə
yüzlərlə məscid
və digər dini ibadət yerləri mövcud idi. İrəvan xanlığının, o cümlədən
də İrəvan şəhərinin ərazisində
olan məscidlərin hər biri öz
arxitekturasına görə
dəyərli memarlıq
nümunəsi kimi dünya mədəniyyətinin
inciləri olaraq tarixə düşüb.
Azərbaycan kərpic
memarlığının nadir nümunələrindən bir
neçəsi məhz
İrəvan şəhərində
yaradılıb. Azərbaycanın
ayrılmaz hissəsi olan Qərbi Azərbaycan hazırda “Ermənistan” adlanan torpağın aborigen əhalisi məhz Azərbaycan türkləri
olub.
1828-ci ildə Türkmənçay
müqaviləsindən sonra
bölgəyə İran və
Türkiyədən gələn
ermənilər bu əraziyə yerləşdirildilər.
Ermənilər isə
möhkəmlənəndən sonra bu əraziləri
erməni torpağı
elan edib, yaşayış
məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər. Bu gün İrəvanın qədim
tarixinə dair əldə olan məlumatlar olduqca azdır. Bunun səbəbi
sözügedən şəhərin
4 iyun 1679-cu il zəlzələsində
dağılmasıdır. İrəvanın
dövrümüzədək gəlib çatan memarlıq və təsviri incəsənət
nümunələri haqqında
məlumatların çoxu
zəlzələdən sonrakı
illərə aiddir. Kərpic və daşla xüsusi zövqlə inşa edilən məscidlər, karvansaralar öz orijinallığı və
üslub zənginliyi ilə daim görənlərin
könlünü oxşayıb.
Bu haqda əraziyə səfər edən səyyahlar, alimlər öz əsərlərində
də dəfələrlə
yazıblar. Lakin bu abidələr zamanla ermənilər tərfindən
dağıdılıb, formasiyası
dəyişdirilib və
yer üzündən silinib.
Ötən əsrin 80-ci illərinin
sonlarında erməni
millətçiləri tərəfindən
sonuncu azərbaycanlılar
da öz ata-baba yurdlarından didərgin salındıqdan sonra haylar
abidələrimizə divan tutublar. Alban-xristian dövrünün yadigarı
olan məbədləri
mənimsəyib, saxtalaşdıraraq
erməniləşdiriblər. İndiki Ermənistan ərazisində qədim türklərə aid olan Abaran, Gərnibasar, Göyçə, Qırxbulaq,
Loru, Şörəyel,
Talin, Vedibasar, Zəngəzur, Zəngibasar
mahallarının abidələri
erməni vandalizminə
məruz qalıb. Ermənilər saxtalaşdırdıqları
abidələrimizin üzərindən
isə milli identikliyimizi
silməyə, yox etməyə çalışıblar.
Rəsmi
məlumatlara görə,
XX əsrin əvvəllərində
İrəvan quberniyasının
ərazisində hər
biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında
ilk erməni dövləti
qurulduqdan sonra azərbaycanlılara məxsus
maddi-mədəni irsə
qarşı vandalcasına,
dağıdıcı münasibət
göstərilmiş, onları
dağıdaraq yer üzündən silməyə
başlamışlar. İrəvan
qalasındakı bütün
tarixi abidələr,
o cümlədən də
Xan Sarayı və möhtəşəm Sərdar
(Abbas Mirzə) məscidi
məhv edilib.
Hazırda Ermənistan ərazisində
azərbaycanlılara məxsus
yalnız iki tarixi memarlıq abidəsi saxlanır. Onlardan biri İrəvan
şəhərindəki Göy
məsciddir, o biri isə İrəvan yaxınlığındakı Əmir
Səəd məqbərəsidir.
Ermənistan hökuməti
Göy məscidi saxtalaşdıraraq “fars məscidi”, Əmir Səəd məqbərəsini
isə “türkmən
abidəsi” kimi qələmə verir. Hətta Türkmənistanın
sabiq Prezidenti Saparmurad Türkmənbaşı
bu ölkədə səfərdə olarkən
onu Əmir Səəd məqbərəsinə
də aparıblar. İşğalçı dövlət
tərəfindən azərbaycanlıların
qəbiristanlıqlarının qorunmaması qərara alınıb, erməni vandalları həmin məzarları ucdantutma dağıdırlar.
Tarixçilər vurğulayırlar ki, erməni vandalları azərbaycanlıların tarixi-etnik
torpaqlarındakı izlərini
silməklə yanaşı,
onlara məxsus toponimlərə qarşı
da soyqırımı həyata
keçiriblər. Monoetnik
erməni dövlətində
əvvəllər azərbaycanlıların
yaşadıqları 703 yaşayış
məntəqəsinin adını
dəyişdirərək erməniləşdiriblər.
Özlərini dünyaya
“qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər həqiqətdə azərbaycanlıların
mədəni irsinə
qarşı əsl barbarlıq və vandallıq nümunəsi
göstəriblər.
Bir sıra informasiya resurslarında verilən məlumata görə,
1950-1980-ci illərdə Zəngibasar
mahalının (indiki
Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı
Uluxanlı, Həbilkənd,
Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan
kəndinin yaxınlığında,
Qarasu çayının
kənarında yerləşirdi.
Bu məkana müsəlmanlarla
yanaşı, bəzən
xristianlar da ziyarətə
gəlirdilər. 1950-ci illərə
qədər burada ancaq bir qəbir
olmuş, adamlar onu pir kimi
ziyarət etmişlər.
Deyilənlərə görə,
gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda
itərmiş. 1950-ci illərdə
orada bina tikiblər. Binanın ətrafında yanmış
ağaclar vardı. Adamlar o ağacın kömüründən götürüb
istifadə edir, şəfa tapırdılar.
Get-gedə ətraf kəndlərdən, hətta
İrəvan şəhərindən
imkanı olan adamlar öz əzizlərini bu ocağın ətrafında
yaranmış qəbiristanlıqda
dəfn edirdilər. Təəssüf ki, Qərbi
Azərbaycan türklərinin
1988-ci il soyqırımından sonra bu müqəddəs
ocaq da ermənilər
tərəfindən dağıdılıb.
Aşağı Şorca İrəvan
quberniyasının Novo-Bəyazid
qəzasında, sonralar
Basarkeçər (Vardenis)
rayonunda yalnız azərbaycanlıların yaşadığı
kənd olub. 1918-ci ildə ermənilər Aşağı Şorcada
qırğınlar törətmişlər.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan mövcud olan bütün azərbaycanlı
kəndləri tarixi-etnik
torpaqlarından deportasiya
edilmişlər. Hazırda
digər azərbaycanlı
kəndləri kimi, Aşağı Şorca kəndinin qəbiristanlığı
da dağıdılmış və kənd xarabalığa çevrilmişdir.
Azərbaycan aşıq sənətinin
korifeyi Aşıq Ələsgərin də qəbirüstü abidəsi
ermənilər tərəfindən
vəhşicəsinə dağıdılıb.
1972-ci ildə aşığın
150 illik yubileyi dövlət səviyyəsində
qeyd edilmiş və onun məzarı
üzərində qəbirüstü
abidə ucaldılmışdı.
Ermənilər 1935-ci ildə
Aşıq Ələsgərin
doğulduğu Ağkilsə
kəndinin adını
dəyişdirərək Azat
qoymuşlar. 1988-1989-cu illərdə
Ağkilsə kəndinin
sakinləri Ermənistandan
deportasiya edildikdən
sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü
abidəsini də yerlə-yeksan etmişlər.
İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilliyin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən
tikilib. Məscid şəhərin Dəmirbulaq
massivindəki Hacı
Novruzəli məhəlləsində
(indiki dəmir yolu vağzalı rayonunda) yerləşdiyindən,
məhəllənin adı
ilə Hacı Novruzəli bəy məscidi adlanıb. Bu məhəllədə XX əsrin
əvvəllərinə qədər
bir nəfər də erməni yaşamayıb. Hacı Novruzəli bəy məscidini tikdirən Qara Seyidin nəvəsi
olub. Təkminarəli
bu məscid ötən əsrin 30-cu illərində erməni vandalları tərəfindən
dağıdılaraq məhv
edilib.
1724-cü
ildə Osmanlı qoşunları İrəvanı
ələ keçirdikdən
sonra türk sərkərdəsi Rəcəb
Paşa şəhərin
inkişafı üçün
bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə
1725-ci ildə İrəvan
qalasının içərisində
yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin
şərəfinə, yəni
Rəcəb Paşa məscidi adlandırılmışdı.
Bu məscid düzgün
paralepiped formasında
və sferik günbəzli idi, həmçinin, Şərq
üslubunda həndəsi
ornamentlərlə bəzədilmişdi.
İrəvan qalasının
1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından
bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu
çıxarıb, yerində
xaç və kilsə zəngi asaraq onu rus
pravoslav kilsəsinə
çevirmişdilər. Daha
sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş,
fasadına silindrik sütunlar əlavə olunmuş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı.
Rəcəb Paşa məscidi 1930-cu illərdə
İrəvan şəhərinin
baş planına qurban olub.
Tarixçilər yazırlar ki, ayrı-ayrı
dövrlərdə səyyahların
əsərlərində, tədqiqatçıların
araşdırmalarında İrəvan
qalasındakı Sərdar
Sarayının yaxınlığında
yerləşən “Sərdar
məscidi”, yaxud “Abbas
Mirzə məscidi”nin
adları çəkilir.
Təhlillər göstərir
ki, ayrı-ayrı adlar
altında təqdim edilməsinə baxmayaraq, əslində, söhbət
son dövr tədqiqat
əsərlərində və
rəsmi sənədlərdə
adı Sərdar məscidi kimi qeyd olunan dövrün
nadir memarlıq abidəsindən
gedir. “Yəni bir məscid müxtəlif dövrlərdə
müxtəlif cür
adlandırılıb. İrəvan
qalasının Çar
Rusiyası işğalı
dövrünə aid bəzi
sənədlərdə bu
məscidin adı
Abbas Mirzə məscidi
kimi hallandırılır.
Görünür, həmin
məscid XIX əsrin əvvəlində vəliəhd
Abbas Mirzənin şərəfinə
yenidən qurulduğu
üçün, məhz
onun adı ilə adlandırılıb.
Lakin İrəvanda azərbaycanlılara
məxsus digər maddi mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən
tədricən hissə-hissə
dağıdılıb. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam
məqsədilə istifadəsinə
son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq
abidələri, o cümlədən
Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalıb. XX əsrin əvvəllərində
Sərdar məscidində
Türkiyədən gələn
ermənilər məskunlaşdırılmışdı.
Sovet Ermənistanı
dövründə isə
Sərdar məscidi hissə-hissə sökülüb.
Son vaxtlaradək Sərdar
məscidinin 2-3 metr hündürlüyündə bir
divarının qalığı
qalmışdı. Ermənistan
hökuməti məscidin
qalığını “qorunan
tarixi abidələr” siyahısında 2007-ci ildə
Avropa Şurasına təqdim edib. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının
ortalarında yer üzündən silmişlər”
- deyə bu, müxtəlif nəşrlərdə
qeyd olunur.
İrəvanın Qala ilə Təpəbaşı massivləri
arasında yerləşən
Köhnə şəhər
adlanan hissəsindəki
məscidlərdən biri
Şəhər və
yaxud Zal xan məscidi adlanırdı. Məscidin
üzərində ərəb
əlifbası ilə
Azərbaycan dilində
məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılıb. Bu məscid 1679-cu il zəlzələsindən
sonra inşa edilib. Həmin dövrdə İrəvan
bəylərbəyliyinin hakimi
olan Zal xan şəhərdəki
tikililərin bərpası
üçün xeyli
əmək sərf etmişdi. Onun dövründə inşa
edilən məscidlərdən
birini əhali Zal xan məscidi
və yaxud Şəhər məscidi
adlandırıb. Xarici
görünüşünə görə Göy məscidə bənzəyən
Zal xan məscidinin
də dincəlmək
üçün həyəti,
sərin bağçası
olub. Tədqiqatçıların
verdikləri məlumata
görə, Zal xan, yaxud Şəhər
məscidi İrəvan
şəhərinin mərkəzində,
hazırda Respublika meydanı
adlanan ərazidə olub. 1928-ci ildə Şəhər məscidinin
böyük zalı sökülərək onun
yerində “Yerevan” oteli
inşa edilib.
Bütün bu sadaladığımız
və sadalaya bilmədiyimiz tarixi faktlar erməni toplumunun necə vəhşi tayfa olduğunu sübut edir.
Cavid Əkbərov
İki sahil.- 2023.- 13 sentyabr.- S.5.