Heydər Əliyev Azərbaycanın

yeni neft strategiyası

 

2023 Heydər Əliyev ili

 

Hər bir dövlətin müstəqilliyinin, təhlükəsizliyinin, inkişafının onun gələcək müqəddəratının təmin edilməsi üçün dövlət dövlətçiliyə dair güclü idarəetmə mexanizminə düzgün yol xəritəsinə malik olması zəruridir. Bu mexanizmi formalaşdırmaq dövlətçiliklə bağlı bütün istiqamətlərdə sarsılmaz təməl prinsipləri yaratmaq üçün isə hər şeydən öncə böyük liderlik keyfiyyətlərini, zəngin dövlətçilik təcrübəsini ən əsası da xalqına millətinə qırılmaz tellərlə bağlılığı  özündə daşıyan rəhbərə sahib olmaq lazımdır.

Ötən əsrin sonlarında böyük bir imperiyanın boyunduruğundan mürtəce idarəçiliyindən canını qurtrarıb yenicə müstəqilliyini bərpa edən xalqımızın bu məsələdə bəxti gətirdi. Heydər Əlirza oğlu Əliyev bu vacib məqamlarla bağlı doğma xalqının yeganə ümid yeri idi. Ancaq bu istəyini reallaşdırmaq xalqımıza yenicə müstəqilliyini bərpa etmiş dövlətimizə heç rahat ucuz başa gəlmədi. Düz iki il ərzində bu prosesə mane olmağa çalışan daxili xarici şər qüvvələr nəhayət ki, hətta sovet hərbi maşınına qarşı əzm iradə ortaya qoyan, ölümün qanın gözünə dik baxan bir xalqın elə onun içindən çıxıb xalqının bütün müsbət keyfiyyətlərini ideal səviyyədə özündə cəmləşdirməklə onun bir parçası olduğunu qoruyub saxlayan bir liderin dönməzliyi qarşısında məğlub olub geri çəkildilər.

Xalqının ona tam etimad etibar etdiyinə qarşılıq olaraq millətinə arxalanan ömrünün qalan son on ilini ona onun inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev dövlətin müstəqilliyinin qorunub saxlanılmasının onun bərpasından daha çətin ağır proses olduğunu çox gözəl bilirdi. Ona görə Sovetlər birliyinin süquta uğraması nəticəsində bütün keçmiş müttəfiq respublikalar kimi, müstəqilliyinə qovuşmuş Azərbaycanın çox kövrək zərif olan müstəqilliyini suverenliyini gücləndirmək uzunömürlü etmək üçün çox ağır bir prosesə başladı. Dövlətimizin dövlətçiliklə bağlı bütün istiqamətləri, o cümlədən ümumilikdə suverenliyimizin əsasını təşkil edən iqtisadi müstəqilliyin təməlinin yaradılması üçün mühüm addımlar atıldı. Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymaq həmin dönəmdə böyük maraqların toqquşduğu Cənubi Qafqazda süni şəkildə yaradılmış münaqişənin alovlandığı ölkə daxilində baş alıb gedən xaotik proseslərin fonunda bəlkə mümkünsüz görünürdü. Bunun üçün Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə tanınması məqsədilə ilk müstəqil Konstitusiyasının qəbul edilməsi kimi çox ağır böyük məsuliyyət tələb edən uğurlu gediş edilməli idi. Bu da o gərgin çaxnaşmalı zamanda yalnız Heydər Əliyev kimi dühanın uzaqgörən siyasətçinin ağlına gələ bilərdi. Bəli, Azərbaycanın dövlət müstəqilliyinin əsas təminatlarından olan iqtisadi müstəqilliyimizin ana sütunu kimi bütün region dünya üçünƏsrin müqaviləsiadını qazanacaq böyük neft kontraktlarının imzalanması reallaşdırıldı. Azərbaycandan dəfələrlə iri həcmdə enerji resurslarına sahib olan böyük dövlətlərin karbohidrogen resurslarını bu gün dünya bazarına çıxara bilmədiklərinə baxmayaraq, ağlı, zəkası qlobal siyasi iqtisadi manevr imkanları sayəsində Ümummilli Lider Heydər Əliyev təxminən 30 il əvvəl neftimizin neft məhsullarımızın istədyimiz qiymətə xarici bazarlarda satılmasını, bunun təhlükəsiziliyini qarantiyasını təmin edəcək bir uğura imza atdı.

Tarixdə hər bir müsbət mənfi prosesin əsasını təşkil edən hadisələrin olduğu kimi, Azərbaycanın müstəqilliyinin suverenliyinin gələcək qarantını təşkil edən milli iqtisadiyyatımızın əsasının qoyulması, ölkəmizə heç vaxt olmadığı miqyasda xarici sərmayələrin cəlb edilməsi təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin edəcək neft strategiyamızın əsası da məhz 1994-cü ilin sentyabrında imzalnmışƏsrin müqaviləsiilə qoyuldu. Müstəqil Azərbaycanın milli iqtisadiyyatının yol xəritəsinin başlanğıcı olanƏsrin müqaviləsigələcəkdə mənbəyini ölkəmizdən götürən Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan böyük enerji layihələrinin reallaşmasına gətirib çıxardı. Bundan başqa, həmin enerji layihələrinin keçdiyi ölkəmizin daxil olduğu hərəkət marşrutunun təhlükəsizliyinin təmin olunması bir sıra nəhəng nəqliyyat logistika xətlərini özündə birləşdirmiş oldu. Ulu Öndər Heydər Əliyev özünün dühası, siyasi uzaqgörənliyi iti diplomatiyası ilə yüzilliklər ərzində böyük maraqların toqquşduğu Cənubi Qafqaz regionunu həmin güclərin maraqlarının uzlaşdığı regiona çevrilməsinin əsasını da qoymuş oldu. Belə ki, bir addımı ilə o, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya Səudiyyə Ərəbistanı kimi dövlətləri onların nəhəng neft şirkətləri vasitəsilə Azərbaycana gətirərək, yenicə müstəqilliyinə qovuşmuş ölkəmizin gələcək müstəqilliyinin təhlükəsiliyinin qorunmasında maraqlı olmalarını təmin etdi.

Praqmatik daxili xarici siyasəti uğurlu diplomatiyası ilə müstəqil dövlət kimi güclü Azərbaycanın təməlini möhkəmləndirən Ümummilli Lider Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafını xalqımıza dövlətimizə məxsus olan zəngin karbohidrogen resurslarımızın ağıl məntiqlə bu yolda səfərbər olunmasında yeni neft strategiyasının uğurla davam etdirilməsində görürdü. Ötən əsrdə baş tutmasına görəƏsrin müqaviləsiadlandırılmasına baxmayaraq, yeni neft strategiyamızın əsasını qoyan həmin tarixi hadisə hazırki XXI əsrdə neft qaz siyasətimizin mayakı rolunu oynamaqdadır. Belə ki, “Azəri”, “ÇıraqGünəşliyataqlarındakı ilkin proqnozlara görə bir milyard tondan artıq neftin hasilatını ixracını nəzərdə tutan meqalayihələrin mərhələli şəkildə reallaşdırılması prosesinə başlanıldı.

Ulu Öndər Heydər Əliyevin həm nəzəri, həm praktiki baxımından əsasını qoyduğu həmin irimiqyaslı prosesin reallaşdırılmasını bütün istiqamətlərdə Ümummilli Liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirməkdədir. Bakı-Novorossiysk, Bakı-Supsa Bakı-Tbilisi-Ceyhan kimi Xəzərin neftini Avropa dünya bazarlarına çıxaran təxminən 4000 kmyaxın neft kəmərləri istifadəyə verilib. Bundan başqa həmin prosesin davamı kimiŞahdəniz”, “ÜmidAbşeronqaz yataqlarımızda olan zəngin qaz ehtiyatlarımızın istehsalı ixracını reallaşdıran Bakı-Tbilisi-Ərzurum, TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) TAP (Trans-Adriatik təbii qaz boru kəməri) ümumilikdə Azərbaycanın təbii qazını İtaliyanın cənubuna çatdıracaq 3500 km-lik Cənub Qaz Dəhlizi kimi qlobal layihə artıq rellaşdırılmışdır.

Yüzilliklərdir ki, dünyanın siyasi, mədəni beyin mərkəzi olmaqda davam edən Avropanın enerji xəritəsinin formalaşdırılmasında enerji təhlükəsizliyinin təminatında özünəməxsus rola sahib olan Azərbaycan artıq Dördüncü Sənaye İnqilabını yaşayanqoca qitə”nin yaşıl bərpa olunan alternativ enerji resursları ilə təmin edilməsi prosesinə başlayıb. Dünyada hazırda kəskinləşən kataklizmlərin, qarşıdurmaların faktiki olaraq yeni dünya düzənin formalaşdırıldığı bir həssas dönəmdə Azərbaycan dünyaya ən təhlükəsiz ən sabit Orta Dəhliz təqdim etməkdədir. Hazırda dünyanı, daha dəqiq desək, insanlıq tarixində əksər dəhşətli müharibələrin aralarında baş verdiyi bundan sonra baş verəcəyi istisna olmayan Asiya Avropanı birləşdirən Yuxarı Dəhlizin Aşağı Dəhlizin iflic vəziyyətə düşdüyü məqamda, Orta Dəhliz kimi strateji, optimal ən vacibi hələ ki, yeganə təhlükəsiz platformanı təklif etməyimizin əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanında bünövrəsini qoyduğu Azərbaycanın yeni neft strategiyasının məntiqi nəticəsidir.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirdeyən Ulu Öndər Heydər Əliyev zamanında dövlətimizin yeni uğurlu neft strategiyası ilə ilk öncə iqtisadi müstəqilliyimizin, daha sonra isə həm siyasi ümumi dövlət müstəqilliyimizin əsasını qoydu. Məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq birlikdə dünya dövlətləri arasında özünün layiqli yerini tutmaqdadır.

 

M. İlyasova,

SOCAR-ın Təlim, Tədris Sertifikatlaşdırma

İdarəsinin Metodiki kabinetinin böyük metodisti

 

İki sahil.- 2023.- 13 sentyabr.- S.3.