Vüqar Rəhimzadə: Qondarma qurumun tarixin zibilliyinə atılması
200 illik
erməni layihəsinin
darmadağın edilməsidir
Tarixi Azərbaycan
torpağı olan Qarabağa ermənilərin
çar Rusiyası tərəfindən köçürüldüyü
dövrdən etibarən
xalqımıza qarşı
başlamış düşmənçilik
siyasəti 200 ildən
çox davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları
dövrdən, xüsusilə
1918-ci ildə tarixi Azərbaycan torpaqları hesabına 9 min kv.km-lik ərazidə Ermənistan adlı dövlət yaradıldıqdan
sonra Azərbaycan toponimlərini dəyişməyə,
münbit ərazilərimizi
ələ keçirməyə
və əksəriyyət
təşkil etdikləri
yaşayış məntəqələrimizdə
azərbaycanlıları sıxışdırmağa
başladılar. Rusiya
inqilablarının yaratdığı
xaos şəraitindən
sui-istifadə edən
erməni qəsbkarları
1905-1907-ci və 1918-ci illərdə
yüz minlərlə
soydaşımızı vəhşicəsinə
qətlə yetirdilər.
1918-1920-ci illər isə
xalqımızın yaddaşında
erməni silahlı quldur dəstələrinin
xüsusi qəddarlığı
ilə qalmışdır.
Həmin illərdə
İrəvanda, Dərələyəzdə,
Zəngəzurda, Göyçədə,
Tiflisdə, Naxçıvanda,
Bakıda, Gəncədə,
Şamaxıda, Qubada,
Lənkəranda, Göyçayda,
Qarabağda, Muğanda
on minlərlə dinc azərbaycanlı əhali soyqırımına
məruz qalmış,
yaşadıqları yerlərdən
qovulmuş, onlara işgəncələr verilmiş,
yüzlərlə yaşayış
məntəqəsi dağıdılıb
yerlə-yeksan edilmişdir.
1948-1953-cü illərdə hazırda Ermənistan adlanan Qərbi Azərbaycandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə
yaxın azərbaycanlı
deportasiya olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir.
1987-ci ildən başlayaraq
daha 500 minə yaxın azərbaycanlı
öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan
monoetnik dövlətə
çevrilmişdir.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni
ideoloqlarının “dənizdən
dənizə böyük
Ermənistan” sərsəm
ideyasını reallaşdırmaq
cəhdi kəndlərin,
şəhərlərin dağılması,
on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin
düşməsi ilə
nəticələnmişdir. Bütün bunlar tarixdir. Tarix faktlara əsaslandığı
kimi, saxtakarlığı
da sevmir. Ermənilər zaman-zaman havadarlarının dəstəyinə
arxalanaraq özlərinə
saxta tarix yazsalar da aparılan
təbliğatın uzunömürlü
ola bilməyəcəyinə,
fakt qarşısında
aciz qalacaqlarına əmin idilər. Bu gün işğaldan
azad edilmiş ərazilərimiz onların
törətdikləri vəhşiliklərin,
faciələrin təqdimatı
olmaqla yanaşı, əsl həqiqətlərin
beynəlxalq ictimaiyyətə
çatdırılmasında yardımçı rolunu oynayır.
Bu fikirləri
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının
sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
KİV-ə açıqlamasında bildirib.
Qeyd edib
ki, ermənilərin
1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində torpaqlarımızın
20 faizi 30 ilə yaxın müddətdə
işğal altında
qaldı, bir milyondan çox soydaşımız qaçqın
və məcburi köçkün vəziyyətində
yaşadı. Həmin
o 30 ildə Azərbaycan
dünyadan beynəlxalq
hüququn norma və prinsiplərinə məhəl qoymadığı,
BMT qətnamələrini icra
etmədiyi üçün
Ermənistana qarşı
sanksiyalar tətbiq etməyi gözləsə
də bu prinsiplər maraqların arxasında əriyib məhv edildi. Ermənistan 30 ildə cəbhə xəttində
hərbi təxribatlar
törətməklə münaqişənin
sülh danışıqları
əsasında nizama salınmasında maraqlı
olmadığını açıq-aydın
şəkildə nümayiş
etdirdi. Baş nazir Nikol Paşinyanın
“Qarabağ Ermənistandır
və nöqtə” bəyanatı işğalçı
dövlətin torpaqlarımızdan
sülh və danışıqlar yolu ilə çıxmayacağını
bir daha təsdiqlədi. Erməni
silahlı birləşmələrinin
2020-ci il 27 sentyabr tarixində növbəti dəfə atəşkəs
rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini
müxtəlif istiqamətlərdən
raket atəşinə
tutması Azərbaycan
dövlətinin və
xalqının səbir
kasasını doldurdu.
Azərbaycan Ordusunun başladığı əks-hücum
əməliyyatı 44 gün
davam edərək tarixi Zəfərimizlə
başa çatdı.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT
qətnamələrini təkbaşına
icra edərək ərazi bütövlüyümüzü
və tarixi ədaləti bərpa etdi.
YAP Xətai rayon
təşkilatının sədri
postmünaqişə dövrünün
reallıqları fonunda
Azərbaycanın imza
atdığı bu möhtəşəm uğurlara
da diqqəti yönəldib. Bildirib ki, bu ilin
aprelin 23-də Laçın-Xankəndi
yolunda Azərbaycanın
sərhəd-keçid məntəqəsinin
yaradılması suveren
hüquqlarımızın qorunması, təhlükəsizliyimizin
təmin olunması istiqamətində atılan
tarixi addımlardan biridir. Bu addım
dövlətimizin təhlükəsizlik
məsələsində kimsəyə
güzəştə getmədiyini,
öz suveren hüquqlarının tam şəkildə bərpası
üçün sona qədər yenilməz iradə nümayiş etdirməyə qadir olduğunu göstərdi.
Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağın
ermənilər yaşayan
hissəsində separatçılara
qarşı başladığı
lokal antiterror tədbirləri də özündə mühüm
məqamları ehtiva edir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki
birləşmələrinin kəşfiyyat-diversiya qrupları
tərəfindən terror
məqsədilə əvvəlcədən
quraşdırılan minanın
partlaması nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı
və iki mülki şəxs həlak oldu. Elə həmin gün Daxili İşlər Nazirliyinin
əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya
qrupları tərəfindən
quraşdırılmış minaya düşməsi nəticəsində polis əməkdaşları həlak
oldu. Üçtərəfli
bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin
tərksilah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə
qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər
və hərbi qulluqçularımızın təhlükəsizliyinin
təmin olunması və Azərbaycan Respublikasının konstitusiya
quruluşunun bərpa
edilməsi məqsədilə
bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlanıldı.
23 saat 43 dəqiqə
ərzində davam edən bu tədbirlərin
nəticəsi olaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağ üzərində
suverenliyi tam təmin edildi. Bütün bunlar dövlət başçısı,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin möhkəm təmələ
əsaslanaraq atdığı
uğurlu addımların,
düşünülmüş və məqsədyönlü
siyasətinin nəticəsidir.
Vüqar Rəhimzadə
bu mühüm hadisəni də diqqətə çatdırıb
ki, sentyabrın 28-də
Azərbaycanın Qarabağ
bölgəsindəki qondarma
qurumun özünü
buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsidir.
Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan
siyasətinin nəticəsidir.
Otuz il Ermənistan
və ona dəstək verən dövlətlər qondarma
qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına
çalışsalar da
Azərbaycan bütün
bu cəhdləri güclü siyasi iradəsi, ədalətə
və beynəlxalq hüquqa söykənən
təbliğatı ilə
puç etdi. Qarabağ Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunu və bunun BMT qətnamələrində də
öz əksini tapdığı bəyan
edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi
bütövlüyü danışıqlar
mövzusu deyil və ola da
bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə
atıldı.
Vüqar
Rəhimzadə
İki
sahil.- 2023.- 29 sentyabr.- S.4.