Qərbi Azərbaycanın daş yaddaşına sui-qəsd

 

İlk addəyişmə haradan başladı?

 

Uzaq  əsrlərdən ta XIX əsrin ortalarına qədər indiki Ermənistan ərazisinin əhalisinin əksəriyyətini Qafqaz müsəlmanları- azərbaycanlılar və çox az miqdarda isə kürdlər təşkil edirdi. Tarixçi alimlər Cəfər Qiyasiİbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri XX əsrin ortalarına qədər bunu təsdiq edirdilər ki, onlar indiki Ermənistan ərazisinə əsasən İrandan, Türkiyədən köçürülmüş toplumdur və əvvəllər burada etnik xalq kimi yalnız azərbaycanlılar yaşayırdılar. Bunu özləri də bəzi vaxtlarda bilərəkdən və ya bilməyərəkdən təsdiq etmişlər. Lap təsdiq etməsələr belə mötəbər faktlar, səhih dəlillər və "daşdan keçən" sübutlar var.

Məsələn, 1978-ci ildə ermənilər keçmiş  Ağdərə rayonunun Marağa kəndində böyük bulaq kompleksi tikmiş, orada rəngbərəng daş qırıntıları ilə “1828-1978” və "150" rəqəmlərini yazmışdılar. Bu, onların Azərbaycana 150 il əvvəl İranın Marağa vilayətindən köçüb gəldiklərinə bir sübut idibunu əlamətdar tarixi gün kimi qeyd edirdilər. Ancaq  abidəni çox sonralar görən qatı daşnak ideoloqları sadəlövh ermənilərin səhv etdiklərini başa düşərək abidədəki həmin rəqəmləri təcili sökdürmüşdülər.

Ümumiyyətlə, təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər. Qərbi Azərbaycanda türk mənşəli toponimlərin ermənilər tərəfindən sistemli şəkildə dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar:  XIX əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər, 1918–1920, 1920–1930, 1930–1960, 1960–1980 və 1991-ci ildən sonrakı illər.

Xatırladaq ki, Qərbi Azərbaycanda ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya qoşunları tərəfindən işğalı və oraya rusların və molokanların  kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (indiki Stepanavan) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.

Tariximizin 1905-1907-ci, 1918–20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən müsibətləri, erməni işğalları, azərbaycanlıların soyqırımları ilə bütün dünyaya məlumdur. Bakıda, Qarabağda, Gəncədə, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, indiki Ermənistanda şaumyanların, androniklərin, hamazaspların, lalayanların başçılığı ilə on minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, məscidləri, binaları yandırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımını da davam etdirdilər.

Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. Çünki SSRİ rəhbərliyində Anastas Mikoyan başda olmaqla böyük erməni mafiyası sözün əsl mənasında at oynadırdı. Onlar hökumətə ciddi təsir göstərmək imkanına malik idilər. Ona görə də 1924–1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdi. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-in rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, azərbaycanlıların yer adları dini məna daşıdığına, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların elə türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin azərbaycanlılar olduğunu sübut edən ən əsas faktdır.

Ermənistanda toponimlərin çoxu ikiya daha artıq ərazidə təkrarlanırdılar. Toponimlərin dəyişdirilməsi prosesi II Dünya müharibəsindən sonra (1946–1950), daha da sürətləndi. Buna əsas səbəb Sovet hökumətinin icazəsi ilə 1946–1948-ci illərdə Yaxın Şərqdən, Şərqi AvropaAmerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90 000 erməni Qərbi Azərbaycana köçürülmüşdü. O zaman azərbaycanlılar bu köçürülmələrə qarşı çıxırdılar, lakin Sovet hakimiyyəti ermənilərin arxasında durur, onların mənafeyini güdürdü. Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırov bu barədə Sovet İttifaqının başçısı İosif Stalinə öz etirazını bildirəndə "ellər atası" səsini qaldıraraq demişdi: -"Deyildi, qurtardı! Bağırov, get, öz azərbaycanlılarını oradan yığışdır! Xaricdən köçüb gələn ermənilər yerləşməlidirlər. Ermənistanın isə torpağı yoxdur."

"Yerləşən ermənilər" isə məskunlaşdıqları yaşayış məntəqələrinin, kəndlərin və rayon mərkəzlərinin adlarını dəyişirdilər. Beləliklə, toponimlərin dəyişdirilməsinin ikinci əsas səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası idi. Necə deyərlər, bu şərait ermənilər üçün “Dərə xəlvət, tülkü bəy” olmuşdu. Sovet hökuməti isə onların “tülkülüyünü” təsdiq etmişdi. Moskvada at oynadan Anastas Mikoyanın və digər yüksək post tutmuş ermənilərin təsiri ilə SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli 745 nömrəli qərarında azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi. Bu qərara əsasən, 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı Ermənistandan köçürüldü. Deportasiya 1951-52-ci illərdə də davam etdirildi. Ümumilikdə köçürülənlərin sayı 150 mini keçmişdi. 1953-cü ilin martında SSRİ-nin tiran rəhbəri İosif Stalinin ölümündən sonra dəhşətli deportasiya dayandırıldı. Qadağalara baxmayaraq bəzi ailələr köçüb öz ata-baba yurdlarına qayıtdılar. Ona görə “dəhşətli” deyirik ki, ömür boyu sərin  dağ havasında yaşamış, soyuq bulaq suyu içmiş insanlar Aran rayonlarındakı görmədikləri yandırıcı istilərə dözmür, qızdırmadan, malyariyadanbaşqa yoluxucu xəstəliklərdən kütləvi surətdə ölürdülər. Onların belə acınacaqlı həyatı Sovet dövlətinin cəllad rəhbərlərini əsla narahat etmirdi.

Qayıdaq əsas mövzuya. 1920-ci ildən başlayan addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınmışdı. Lakin 1935-ci il yanvarın 3-dən bu yenidən başlamış və Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin həmin tarixli fərmanı ilə 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırımın qurbanı olmuşdur.

Şübhəsiz ki, dünyanın ən utanmaz və abırsız milləti olan ermənilər 1988-ci ildən başlayaraq Qərbi Azərbaycan ərazisindəki bütün türk toponimlərini də dəyişdiriblər. Onlar hətta Birinci Qarabağ müharibəsində işğal etdikləri rayonlarımıza və kəndlərimizə də əcaib adlar qoymuşdular. Əvvəlki cinayətlərindən “dişlərində şirə” qalan bədnam haylar hətta Kəlbəcərin, Ağdamın, Laçının, Cəbrayılın, Qubadlının, Füzulinin, Xocalının və digər yerlərimizin adlarını həyasızcasına özününküləşdirməyə cəhd göstərmişdilər. Ancaq Müzəffər Azərbaycan Ordusu həmin ad göstəricilərini erməni işğalçılarının belinə şələləyərək gəldikləri yerlərə qədər qovdu. Özülap iti qovan kimi!..

 

Vəli İlyasov

 

İki sahil.- 2023.- 10 yanvar.- S.7.