Ermənistanın toponimlərimizə
qarşı etnosid siyasəti
Qərbi Azərbaycan
Tarixi torpağımız olan Qərbi
Azərbaycanın faciələri demək olar ki, iki yüz il
bundan əvvəl ermənilərin havadarlarının köməyi
ilə bu bölgəyə köçürülməsi ilə
başlayıb. Hələ XVIII əsrin əvvəllərində,
I Pyotrun dövründə Rusiyanın Xəzər hövzəsində
bəzi əraziləri ələ keçirməsindən ermənilər
öz məqsədləri üçün istifadə etdilər. 1724-cü il noyabrın 10-da I Pyotrun
verdiyi fərmana əsasən, ermənilər işğal
olunmuş Azərbaycan torpaqlarında yerləşməyə
başlayırlar.
Rusiya
Asiyada maraqları kəsişən Böyük Britaniya və
Fransa ilə birləşərək Osmanlı
imperiyasının və türk dünyasının
şöləsini söndürmək üçün erməniləri
alətə çevirdi. Rus hökumətinin
razılığı və erməni kilsəsinin təşkilatçılığı
ilə Xəzər dənizinin Azərbaycan torpaqlarına on
minlərlə erməni köçürüldü.
1813-cü il 12 oktyabr tarixində Rusiya İmperiyası ilə
Qacarlar dövləti arasında indiki Goranboy rayonu ərazisindəki
Gülüstan kəndində müqavilə imzalandı. Azərbaycan
torpaqlarını iki yerə bölən müqavilənin mətnini
Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi
Qor Ousli hazırlamışdı, imzalayanlar isə Nikolay
Rtişev və Mirzə Əbülhəsən xan oldu. Bu həm
də Rusiya İmperiyası ilə Qacarlar dövləti
arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini
Rusiya ilə İran arasında bölən birinci müqavilədir.
Bu müqavilədən sonra tarixi Azərbaycan torpaqları iki
dövlət arasında bölüşdürüldü.
1826-cı
ildə iki dövlət arasında münasibətlər yenidən
kəskinləşdi. İkinci Rusiya-İran müharibəsi
başlandı. Lakin bu savaş uzun sürmədi. Bu dəfə
də qalib tərəf Rusiya oldu. 1828-ci il fevralın 10-da
İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi
ilə Təbriz yolunun üstündə yerləşən
Türkmənçay kəndində I Nikolay ilə Fətəli
şah arasında sülh müqaviləsi imzalandı. Bununla
da Azərbaycanın işğalı başa çatdı.
Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin
İrandan Cənubi Qafqaza hərəkətinə icazə
verildi. Müqavilənin bağlanması münasibətilə
dərhal rus toplarından 101 yaylım atəşi
açıldı. Ertəsi gün “xoş xəbər”i
Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk
qalasında da top atəşləri açıldı, rus
xalqı bu münasibətlə təbrik edildi.
1828-ci
ildə Şimali Azərbaycanın
tamamilə Rusiya imperiyasının tərkibinə daxil
edilməsindən sonra Arazdan cənubda yerləşən ərazilərdən
(Xoy, Salmas, Maku, Urmiya və s.)
ermənilərin sistemli şəkildə
Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə
köçürülməsinə başlanıldı. Eyni
zamanda, bu vilayətlərə ermənilər Osmanlı ərazisindən
də köçürülürdü. Rus imperatoru I
Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə
Azərbaycanın Naxçıvan və İrəvanxanlıqları
ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən
idarə olunan “İrəvan vilayəti” adlanan yeni inzibati qurum
yaradıldı. 1849-cu ildə bu mahal İrəvan
quberniyası adlandırıldı.
Yeri
gəlmişkən, Gülüstan müqaviləsindən fərqli
olaraq, Türkmənçay müqaviləsinin ağır
şərtləri daha tez reallaşdı. Yeni işğal
olunmuş İrəvan və Naxçıvan
xanlıqlarının torpaqları “erməni vilayətləri”
elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən
türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri
qarşısında möhkəm dayanmışdı.
Maraqlıdır ki, inzibati-ərazi vahidində- “Erməni vilayəti”nin
ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də
ermənilər yaşayırdı ki, onlardan da yalnız
14-nün adı erməni mənşəli idi.
Rus
müəllifi S.Qlinka 1828-ci ildə cənubdan 40 min nəfər erməninin Naxçıvan, İrəvan və
Qarabağa köçürüldüyünü bildirirdi.
1880-ci ildə tərtib olunmuş statistik məlumatlara əsasən
İrəvan quberniyasının İrəvan qəzasında
azərbaycanlıların sayı 46426 nəfərə, ermənilərin
sayı 29784 nəfərə bərabər idisə, Sürməli
qəzasında azərbaycanlıların və ermənilərin
sayı müvafiq olaraq 29800 və 18096, Şərur-Dərələyəz
qəzasında isə 38776 və 12532 nəfərə bərabər
idi. Göründüyü
kimi, rus hökumətinin on illərlə davam edən
köçürmə, erməniləri himayə siyasətinə
baxmayaraq, İrəvan da daxil olmaqla tarixi Azərbaycan
torpaqlarında azərbaycanlılar ermənilərə
münasibətdə XIX əsrin 80-ci illərinə qədər
üstünlük təşkil edirdilər.
Amerikalı
alim Castin Makkartin Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda
erməni koloniyalarının yaradılması haqqında
yazırdı: “1828 və 1920-ci illər arasında yerlərdə
əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək
siyasəti nəticəsində iki milyondan çox müsəlman
məcburi olaraq yaşadıqları ərazilərdən
sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan
isə qətlə yetirmişdir… Ruslar iki dəfə 1828 və
1854-cü illərdə hücum etmiş, lakin hər iki halda
geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən
onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş
və yurdlarından qovulmuş və məhv edilmiş
türklərin yerlərində yerləşdirmişdilər”.
Amerikalı
alimin göstərdiyi rəqəmlərə görə, 1828
və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni
köçürülmüşdür. Bununla da Şərqi
Qafqazın ruslar tərəfindən işğalı nəticəsində
Azərbaycan torpaqlarında – Araz çayının
şimalında erməni əhalisi sürətlə
artmağa başladı. Akademik A. İ. İonisian
yazırdı ki, İrəvan şəhərinin əhalisinin
yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar
burada mütləq üstünlük təşkil edir.
Barbar
ermənilər Qərbi Azərbaycana
köçürüldükdən sonra qısa müddətdə
azərbaycanlılara məxsus yaşayış məskənlərinin,
bütövlükdə toponimlərin, oronimlərin, yer
adlarını, dağların, çayların adlarını
dəyişdilər. İrəvanda bir Göy Məscid istisna
olmaqla Azərbaycanın bütün dini abidələri ermənilər
tərəfindən məhv edilib. Bəzi kəndlər tamamilə
silinib, əhalisi köçürülüb. Bəzi kənd
və qəsəbələrin adları ermənilər bu ərazilərə
köçürüldükdən sonra, bəziləri azərbaycanlıların
yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların
bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib.
Toponimlərlə yanaşı, minlərlə mikrotoponimin
(körpü, bulaq, küçə, meşə, dağ,
çay və s.) adı da dəyişdirilib. Mütəxəssislərin
bildirdiyinə görə, İrəvan şəhərinin
adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min
toponimin adı dəyişdirilib.
Qərbi
Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin
silinməsi Ermənistanın dövlət siyasəti olub. Qərbi
Azərbaycanda yer adlarının dəyişdirilməsi prosesi
bu gün də davam etdirilir. Amma erməni vandalları nə qədər
çalışsalar da yer-yurd adlarının dəyişdirilməsi
ilə bağlı cinayətkar əməllərini
ört-basdır edə bilmirlər. Bu barədə olan
çoxlu sayda mənbələr, tarixi sənədlər buna
imkan vermir. 1886-cı ildə E. Kondratenkonun redaktorluğu
altında tərtib olunmuş İrəvan quberniyasının
xəritəsində göstərilən toponimlərin Azərbaycan
dilində olması da bunun əyani təsdiqidr. Qiymətli
tarixi mənbə olan bu xəritəyə baxdıqda
oradakı toponimlərin Azərbaycanca göstərilməsi
faktı, Qərbi Azərbaycan-indiki Ermənistan ərazisinin qədim
və yerli sakinlərinin azərbaycanlılardan ibarət
olması bir daha öz təsdiqini tapmış olur.
Ölkəmizin
başçısı dəfələrlə bildirib ki, Ermənistan
ərazisində tarixi Azərbaycan adları, şəhərlərin,
kəndlərin adları dəyişdirilib: “Bu adlar neçənci
ildə dəyişdirilib? Ona görə biz deyəndə ki,
indiki Ermənistan tarixi Azərbaycan torpağında
yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı
bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən
indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində
köçürülüblər, Rusiya-İran müharibəsindən
sonra”.
Prezident
İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan
İcmasının üzvləri ilə görüşdə
tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi
fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına
məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə
bağlı son 200 illik tarix üzrə tədqiqatların
aparılması və Qərbi Azərbaycana qayıdış
konsepsiyasının hazırlanması ilə bağlı
göstərişlər verib. Bununla əlaqədar olaraq,
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə
Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış
üç şöbədən biri də Nəsimi adına
Dilçilik İnstitutunun Toponimika şöbəsidir.
Əminik ki, bu qurum da ölkə
başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq toponimlərinin tarixi
adlarının bərpası, onların düzgün
yazılışının təmin edilməsi istiqamətində
ciddi addımlar atacaq.
Bəli,
bütün dünya bilməlidir ki, Qərbi Azərbaycan
tarixi torpaqlarımızın ayrılmaz
parçasıdır. Əminliklə demək olar ki, Qərbi
Azərbaycana Böyük Qayıdış
xalqımızın yeni Zəfəri və tarixi ədalətin
bərpası olacaq.
Zahid Rza
İki sahil.- 2023.- 28
yanvar.- S.10.