Lələtəpədən başlanan Zəfər yolu
«Aprel döyüşləri
bizim qəhrəmanlıq
rəmzimizdir!» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin
əmrinə hər
zaman hazır olan, düşmənə layiq
olduğu cavabı verən hərbçilərimiz
Azərbaycan Bayrağını
Xankəndidə qaldırmaqla
erməni separatizminin kökünü əbədilik
kəsdilər
Hər bir xalqın
milli ideologiyası o zaman bəşəri
dəyərlərlə zənginləşir
ki, təfəkküründə, genetik xüsusiyyətlərində
insanlığa xas keyfiyyətlər, humanizm,
başqalarına hörmət
cüzi də olsa hiss edilsin. Bütün dünya xalqları da bilir ki, saxta tarixi olan
ermənilər millət,
xalq deyil, etnik qruplardır. Bu tayfanın ideologiyasının
əsasını terror, saxtakarlıq,
məkr, dini, irqi ayrı- seçkilik, məsumluq cildinə girmək,yalanlarını
reallıq kimi qələmə vermək,
cinayət, böhtan, ekstremizm, separatizm, faşizm, qəddarlıq,
qana hərislik təşkil edir.
Bir sözlə, insanlıqdan
kənar bütün mənfi xüsusiyyətləri
özününküləşdrib, «hay» adlı «imzaları» ilə möhürləyən
«böyük Ermənistan»
ideologiyası da iflasa
uğrayıb. Qonşu
dövlətlərə qarşı
ərazi iddiası irəli sürən daşnakları müdafiə
edən imperiya, müasir dövrümüzdəki
böyük güclər
Azərbaycan və Türkiyə torpaqları
hesabına özlərinə
dövlət yaradan erməniləri dəstəkləməklə
strateji bölgə olan Cənubi Qafqaz uğrunda mübarizədə bu satqın millətdən vasitə kim istifadə etmişlər və bu gün
«erməni kartı» ilə oynamaq gündəmdədir.
Bu kartdan istifadə etməklə Qarabağ problemini bilərəkdən
yaradan, hələ də ikili standartlar
mövqeyində duran həmin güclər erməni terroruna, separatizminə, işğalçılıq
siyasətinə nəinki
göz yumur, eyni zamanda, təcavüzkara
maliyyə yardımları
göstərir, qatil «liderləri» ölkələrində
əzizləyir, mükafatlandırırlar.
Bu «ənənə» tarix
boyu davam etdirilib.
1813-cü
ildən başlayaraq Azərbaycanın tarixi torpaqları zorla qoparılaraq hissə –hissə ermənilərə
verilmiş, heç bir əsası olmayan «erməni məsələsi» , «dağlıq Ermənistan»
«aran Ermənistanı»,
«Türkiyə Ermənistanı»,
«erməni soyqırımı»
kimi saxtakarlıqlar beynəlxalq ictimaiyyətə
reallıq kimi təqdim edilmişdir. 30 ilə yaxın müddətdə Azərbaycan
torpaqlarını işğal
altında saxalayan, «güclü» orduya malik olduqlarını iddia edən, illərdən bəri status-kvonun kölgəsinə sığınaraq
ATƏT-in tarixə atılmış
Minsk qrupunun ikili siyasətindən bəhrələnən
ermənilər bu gün də havadarlarının əlində
oyuncağa çevriliblər.
Ötən əsrin sonlarında
hayların Azərbaycana
hərbi təcavüzü
nəticəsində Yuxarı
Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan
və havadarlarının
yardımı ilə işğal edildi. Son 20 ildə möhkəmlənən
iqtisadi inkişafı
sayəsində güclənən
ordusu ilə düşmənə layiqli
cavabı verən Azərbaycan rəsmi İrəvan üzərində
üstünlüyünü bütün dünya ictimaiyyətinə, o cümlədən
təcavüzkarı dəstəkləyənlərə
sübut etdi. Ermənistana ilk ciddi qulaqburması 2016- ci ilin aprelin ilk günlərində
verildi. Təmas xəttində gərginlik
törədən ermənilər
qapılarında diləndikləri
havadarlarının dəstəyi
ilə Madagiz (Suqovuşan), Ağdərə
və digər yaşayış məntəqələrindəki
hərbi qüvvələri
hərəkətə gətirərək
döyüş bölgəsinə
yerləşdirmək məqsədilə
təxribatlar törətdilər.
Bu məkrli niyyətin
qarşısını alan
Silahlı Qüvvələrimiz
3 istiqamətdə, planlı
şəkildə döyüş
əməliyyatına başlayaraq
düşmənə ağır
zərbələr vurdu.
Düşmən təxribatının qarşısını alaraq
işğalçıya dərs
verən Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində
Talış kəndi ətrafındakı yüksəkliklər,
Seysulan məntəqəsi,
Fizuli rayonu istiqamətində yerləşən
Lələtəpə yüksəkliyi,
ətraf təpələr
döyüş əməliyyatları
zamanı işğaldan
azad olundu, həmin istiqamətlərdə
və yüksəkliklərdə
mövqeyimiz möhkəmləndirildi,
burada üçrəngli
Bayrağımız əbədi
varlığımızı, düşmən üzərindəki
üstünlüyümüzü təsdiqlədi.
Erməni
silahlı qüvvələri
bu döyüşlərdə
böyük itkilərə
məruz qalmaqla, 100-ə
yaxın əsgərini
itirdi, 500-ə yaxın
düşmən yaralandı.
Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarıldı.
Hadisələrə obyektiv qiymət verən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, münaqişənin
sülh yolu ilə həllində maraqlı olan Azərbaycanın düşmənin
həmlələrinə layiqli
cavab verməyə haqqı və gücü çatır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin
« Əgər erməni
əsgəri ölmək
istəmirsə, Azərbaycan
torpağından rədd
olsun.Təkcə Lələtəpə əməliyyatı
sübut etdi ki, Azərbaycan əsgəri Ermənistanın hər cür təxribatlarına
nəinki cavab vermək qüdrətindədir,
işğal altında
qalan torpaqlarımızı
belə qısa müddətdə azad etməyə qadirdir. «Lələtəpə əməliyyatı
bizim qəhrəmanlıq
rəmzimizdir. Lələtəpə
tarixə düşdü.
Əgər erməni silahlı qüvvələri
Aprel döyüşlərindən
düzgün nəticə
çıxarmasalar, gələcəkdə
Lələtəpə əməliyyatı
kimi bir çox uğurlu əməliyyatlar olacaqdır»
sözləri 2020-ci ildə
44 gün davam edən Vətən müharibəsində qazandığımız
Qələbə ilə
reallaşdı. 2023-cü il sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatı
Azərbaycan Silahlı
Qüvvələrinin döyüş
hazırlığının, məharətinin, gücünün,
qüdrətinin daha geniş miqyasda təsdiqi oldu.
30 ilə yaxın davam edən, artıq tarixin zibilliyində çürüyən «Dağlıq Qarabağ münaqişəsi»nin həllinə əngəl törədənlər belə 44 günlük müharibənin bu qədər operativ və səmərəli olacağını” gözləmirdilər. Milli Ordumuz Vətən müharibəsindəki Qələbəsi ilə beynəlxalq ictimaiyyəti maraqlandıran bütün sualları «əla» qiymətlə cavablandırdı. Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın etdi. Qalib dövlət olaraq Ermənistana kapitulyasiya aktını imzalatdırdı. Birlik və həmrəyliyi ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən xalqımız özünə inamsızlıq səddini yıxdı. Sonda «Biz Qalib gəlməyi bacardıq!» sözünü 50 milyonluq xalq olaraq qürurla səsləndirdik.
Şanlı Qələbəmizə aparan yolun başlanğıcı olan Aprel döyüşləri, Lələtəpə əməliyyatı göstərdi ki, elə bir hərbi hədəf yoxdur ki,
Azərbaycan əsgəri onu keçə bilməsin. 2018-ci ildə aparılan hərbi əməliyyat nəticəsində dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli ərazisinin, İrəvanı Ermənistanın cənubu və eləcə də Qarabağla birləşdirən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi magistral yolunun mühüm bir hissəsinə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordu bölmələrinin nəzarət etməsi mühüm hərbi üstünlüyümüz kimi tarixə yazıldı. 2021-ci ilin sonlarından başlayaraq Hadrutda, Kəlbəcərdə, Füzulidə xususi təyinatlılardan ibarət yaradılan Azərbaycan Komando briqadaları ən yüksək müasir döyüş texnikaları, hərbi sursat və avadanlıqlarla təmin olundular.
«Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır» söyləyən Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edən hərbçilərimizin şücaətini Vətənə sədaqət duyğuları adlandırdı: «Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.»
Dövlət başçımız onu da vurğulayır ki, əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş məharəti, hazırlığı dünyanın ən tanınmış ali hərbi məktəblərində öyrənilir. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir silah, texnika alınır. Respublikamızda istehsal olunan müasir silahlar eyni zamanda, xarici mənbələrdən alınan avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir, güclü artilleriya qurğularına, dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə, raket sistemlərinə malik ordumuzun döyüş qabiliyyəti də yüksəkdir. Döyüş və nəqliyyat helikopterləri, təyyarələri, zirehli texnika, tanklardan istifadə etməklə təmas xəttində gedən döyüşlərdə üstünlük qazanan Azərbaycan hərbçilərinin, torpaq, Vətən uğrunda canından keçməyə hazır olduğunu təsdiqləyən əsgərlərimizin mənəvi-psixoloji durumu daha yüksəkdir.
«Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir» söyləyən cənab İlham Əliyev bildirir ki, tarixi torpaqlarımıza qayıtmaq azərbaycanlıların siyasi və strateji hədəfidir və tədricən bu hədəfə yaxınlaşmalıyıq.
Daxili və xarici siyasətini «Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq» strategiyası əsasında inkişaf etdirən Prezident İlham Əliyevin bölgədə yaratdığı geosiyasi reallıqlar xalqımıza daha böyük uğurlar qazandıracaq. Bu günlərdə Ermənistanın havadarlarına arxalanaraq şərti sərhədə döyüş texnikası, artilleriya qurğuları yığması da hayların məhvi ilə nəticələnək
Xuraman İsmayılqızı
İki sahil.- 2024.- 3 aprel, ¹57.- S.5.