Qəhrəman Mikayılın son baharı...

 

Bəzi şeirlərində bir qızı tərənnüm edən Mikayıl o qızın adını heç kimə bildirmədi, özü ilə əbədiyyətə apardı

 

Qədim Cavanşir yurdu öz hökmdarları, sərkərdələri, qəhrəmanları , alimləri, jurnalistləri, şair yazıçıları ilə tanınır. Bu yerin adamları yüz illər boyu yadelli işğalçılara qarşı əzmlə mübarizə aparıblar, Vətənin azadlığı uğrunda şəhid olmağı böyük şərəf hesab ediblər.

O vaxtlardan üzü bu yana şəhid ünvanı müqəddəs sayılıb. Belə müqəddəs ünvanlardan biri İsmayıllı rayonunun Maçaxı kəndində Rumiyyə Yaqub Vahabzadələrin ocağıdır. Bu ocaqda iki oğul böyüyüb-Mikayıl   Rüfət. Ailənin böyük övladı  Mikayıl uşaqlıqdan çox qoçaq çalışqan idi. Kəndlərində orta məktəb olmadığı üçün ibtidai təhsilini başa vurandan sonra qonşu Tircan kənd orta məktəbində oxudu. O, həmin məktəbi yaxşı əla qiymətlərlə bitirərək sənədlərini Sumqayıt Dövlət Universitetinin Fizika elektroenergetika fakültəsinə verdi yüksək qiymətlərlə ora qəbul olundu. Ali məktəb illərində Mikayıl Vahabzadənin bütün gözəl keyfiyyətləri özünü parlaqlığı ilə büruzə verdi. Hamı ilə xoş ünsiyyət qurmağı bacardı, fəal ictimaiyyətçi oldu, həm müəllim kollektivinin, həm fakültə yoldaşlarının dərin hörmətini qazandı. Orta məktəbdə olduğu kimi, universitetdə müəllimlər onu ağlına, biliyinə, nümunəvi tərbiyəsinə görə öz övladları qədər sevdilər, gələcəyinə böyük ümidlər bəslədilər. Əlaçı tələbə gələcəyin bilikli bacarıqlı energetik-mühəndisi kimi yetişdi. Bütün bu keyfiyyətləri ilə hər yerdə ata-anasının başını daha da ucaltdı, onların ümidlərini doğrultdu.

Mikayıl ədəbiyyatı çox sevər, özü hərdən şeirlər yazardı. Doğrudur, o şeirlər peşəkar tərzdə yazılmasa da lakin billur kimi təmiz qəlbli bir gənc tərəfindən qələmə alındığı üçün fikirlər səmimi yapışıqlı idi. Bəzi şeirlərində bir qıza məhəbbətini tərənnüm edən Mikayıl o qızın adını heç kəsə bildirmədi, axıradək ürəyində saxladı özü ilə əbədiyyətə apardı... Onun Vətən sevgisi bütün sevgilərin fövqündə dururdu. İşğal edilmiş torpaqlarımızın azadlığı onu həmişə düşündürürdü. Dədə-baba yurdlarımızda ermənilərin at oynatmasını sinirə bilmirdi. Ailədə təhsil aldığı məktəblərdə belə tərbiyə olunmuşdu. Şeirlərinin birində isə yazmışdı:

 

Şəhid qanı bulaşıbdı üzünə,

Qan içində boğulmusan, qərənfil!

 

Xəyalına belə gəlməzdi ki, özü bir zaman şəhid olar, məzarının üstünü həmin qərənfillər bəzəyər. Çünki həyatsevər idi, aurası həmişə xoş olardı, ətrafındaklara da əbədi həyat təlqin edərdi.

Özü bəzən xeyirxah müəllimlərini xatırlayır, Ramiz müəllimin, Xədicə müəllimin Əmirxan müəllimim verdikləri öyüd-nəsihətlər, məsləhətlər, tapşırıqlar barədə şirin-şirin danışardı. Bir-birini əvəz edən illər beləcə tez keçdi. Nəhayət, gün o gün oldu ki, Mikayıl universiteti fərqlənmə diplomu ilə bitirdi. Onu hərbi xidmətə çağırdılar. 2015-ci ildə böyük arzu həvəslə Vətənin müdafiəsinə yollandı. Ordu sıralarında özünü qorxmaz döyüşçü kimi tanıtdı, komandirlərinin əmr tapşırıqlarını sözsüz dəqiq yerinə yetirdi. Təhsil illərində olduğu kimi hərbi xidmətdə yoldaşlarının hörmət məhəbbətini qazandı. Onu deyək ki, Mikayılın xidmət etdiyi hərbi hissə ilə ermənilərin səngərləri arasında cəmi bir neçə yüz metr məsafə vardı, yəni, güllə mənzilində yerləşirdi.

2016-cı ilin yazı gəldi...Bu yaz Mikayılın sonuncu baharı oldu...Mart ayının əvvəlindən düşmən tərəfdə hərəkətlilik vardı. Hiss olunurdu ki, erməni quldurları yeni hücuma hazırlaşırlar. Xüsusilə canlı qüvvənin zirehli texnikanın daha çox daşınıb gətirilməsi bunu açıq sübut edirdi. Buna görə hərbi hissələrimiz daha da gücləndirilir, növbəti hücumun qarşısının alınması üçün müdafiə qabiliyyəti artırılırdı. Aprelin 1-də düşmən topları, minaatanları iriçaplı pulemyotları atəşkəsi pozaraq gecənin sükutunu pozdular. Ermənistan ordusu qarşısında sarsılmaz qalaya çevrilmiş Tərtəri onun kəndlərini sıx atəşə məruz qoydu. Döyüşçü Mikayıl Vahabzadənin xidmət etdiyi hərbi hissənin əsgər zabitləri panikaya düşməyərək düşmənə zərbələr vurmağa başladılar.  Əsgərlərlə bərabər rayonun mülki əhalisi möhkəm dayanıb hazır vəziyyətdə gözlədilər. Əhali qərara almışdı ki, lazım gəlsə döyüşçülərə köməyə gələcək, silah götürüb onlarla bərabər vuruşacaq. Vətənpərvər tərtərlilərin bu fikri döyüşçülərimizin əzmini birə on qat artırdı.

Ancaq meydanda Mikayıl kimi qorxmaz oğullar vardı, onlar son nəfəsə qədər vuruşacaqlarına, bir addım da geri çəkilməyəcəklərinə and içmişdilər. Bəli, Azərbaycanın igid oğulları ən şiddətli döyüşlərdə belə nəinki geri çəkildilər, hətta iki kəndi azad etdilər.

Döyüşlərin əsas ağırlığı Cəbrayıl rayonundakı Lələtəpə istiqamətinə düşsə , ancaq Tərtərdə amansız döyüşlər gedirdi. Ermənilər Tərtərlə bağlı xüsusi haqq-hesabları olduğunu dəfələrlə demişdilər. Ona görə ki, 1988-ci ildən bu yana ermənilər burada dəfələrlə ağır məğlubiyyətə uğradılmışdılar, minlərlə quldur məhv edilmişdi. Onların arasında Suriyadan, Livandan gəlmiş muzdlu zənci qatilləri vardı.

2016-cı il aprelin 2-nə keçən gecə, yəni döyüşlərin birinci günündə Mikayılın da daxil olduğu bir dəstə döyüşçü ermənilərin möhkəmləndikləri Seysulan-Qapanlı kəndləri istiqamətində çox irəli getdikləri üçün əsas qüvvələrdən aralanıb mühasirəyə düşdülər. Mikayıl yoldaşları geri çəkilməyib sonuncu patrona qədər vuruşdular. O döyüş 18 nəfər əsgərimiz üçün son döyüş oldu... Namərd düşmən gülləsi Mikayılı düzənlik yerdə haqlamışdı. Cansız cəsədi bir neçə gün neytral zonda qaldı. Çünki oraya düşmən od yağdırırdı, cəsədləri çıxarmağa imkan vermirdi. Beləcə ürəyi daim Vətən eşqiylə döyünən, arzularla dolu olan bir ürək susduruldu. Bir həftədən sonra döyüş dostları onun cənazəsini Maçaxıya gətirdilər. Rayon ictimaiyyətinin nümayəndələri, bütün kənd camaatı sonsuz ehtiram, kədər göz yaşları ilə öz qəhrəman övladını təntənəli surətdə son mənzilə yola saldı. “İgid ölər, adı qalar”, deyiblər. Ancaq Mikayıl ölmədi, əbədiyyət qazandı, şəhidlik zirvəsinə yüksəldi. O yaşayır, qəlbimizdə, yaddaşımızda, tariximizdə əbədi yaşayacaqdır...Çünki şəhidlər ölməz, onlar hər vaxt diridir,-deyib bizim ulu babalarımız...Mikayılın igidliyi nəsillərə nümunə olacaqdır...

 

Vəli İlyasov

 

İki sahil.- 2024.- 4 aprel, ¹58.- S.4.