Şərəf və ləyaqət
rəmzi olan Zərifə xanım kimyaçıların da hamisi idi
Akademik Zərifə
xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab İnsan, Azərbaycan qadınının
şərəf və
ləyaqət rəmzi
kimi qalmışdır.
Bu qənaəti istər tələbə və ya aspirant
olduğum illərdə
apardığım elmi-tədqiqat
işlərinin nəticələrinin
sınağı zamanı,
istərsə də tələbələrin tədris-istehsalat
təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod Zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki
Məmulatlar Zavodunda və "Azərelektroizolit"
Zavodunda Zərifə
xanımın müayinə
etdiyi mühəndis-texniki
işçilərdən onun
haqqında eşitdiyim
xoş xatirələr
daha da gücləndirmişdir.
Zərifə xanım Əliyeva görkəmli elmi-tədqiqatçı
olmaqla yanaşı, həm də çox böyük praktiki işlər görürdü. O, zərərli
sənaye müəssisələrində
çalışan insanların
oftalmoloji müayinədən
keçmələrini təşkil
etmiş, peşə ilə əlaqədar əmələ gələn
göz xəstəliklərinin
yayılma qanunauyğunluqlarını
aşkarlamaq üçün
çoxlu müayinələr
aparmış və görmə orqanlarına mənfi təsir göstərən amilləri
diqqətlə araşdırmış,
zərərli peşələrin
törətdiyi göz
xəstəliklərini elmi
surətdə əsaslandırmış,
onların qarşısını
almaq üçün
əməli təkliflər
vermişdir. Eyni zamanda, zərərli amillərin, məsələn,
Bakı Şin Zavodunda və Mingəçevir Rezin-Texniki
Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, tiuramın, tiazolların, ksantogenatların,
plastifikatorların və
digər onlarla zəhərli inqredientlərin,
Mingəçevir “Azərelektroizolit”
Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üzvü Sintez İstehsal Birliyində diafraqma və civə üsulu ilə natrium hidroksid, xlorid turşusu, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı,
Gəncə gil-torpaq zavodunda metal tozlarının, o cümlədən
boksit şlamının
təkcə görmə
orqanına deyil, bütövlükdə orqanizmə
və onun ayrı-ayrı orqanlarına
göstərdiyi təsirləri
də öyrənmişdir.
Zərifə xanım
Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə
orqanının zədələnməsinin
kompleks əlamətlərini
də tədqiq etmişdir. Tədqiqatlarının
nəticələri göstərmişdir
ki, yodla uzun müddət təmasda olan işçilərin görmə
qabiliyyəti zəifləyir,
gözün işığa
qarşı həssaslığı
pisləşir və göz təzyiqi artır. Görkəmli alim sanki bu
istehsal sahələrində
həyəcan təbili
çalmışdı. Yuxarıda
göstərilən istehsal
sahələrində yenidənqurma
işlərinin aparıldığı
bir vaxtda Zərifə xanımın
dəyərli elmi-tədqiqat
işlərinin nəticələri
yeni yaradılan bütün zəhərli
istehsal sahələrində
bu gündə nəzərə alınmalı
və sənaye ekologiyasına xüsusi diqqət yetirilməlidir.
Alimin elmi-tədqiqat
işlərinin nəticələri
“Şin istehsalında
gözün peşə
patologiyası”, “Xroniki
yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”
kimi monoqrafiyalarda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb işçiləri üçün yox, eyni zamanda göstərilən
istehsal sahələrində
çalışan insanlar
üçün də
çox lazımlı
əsərlərdir. Zərifə
xanımın apardığı
elmi-tədqiqat işlərinin
nəticələri “Azərbaycanın
kimya sənayesinin bir sıra müəssisələrində
işçilərdə görmə
orqanının vəziyyəti"
mövzusunda dissertasiya
işində öz əksini tapmışdır.
O, bu mövzuya həsr olunmuş doktorluq dissertasiyasını
böyük müvəffəqiyyətlə
müdafiə etmiş
və tibb elmləri doktoru elmi dərəcəsinə
layiq görülmüşdür.
Zərifə xanım üçün elm məqsəd və ya diplom
xatirinə olmamışdır,
onun elmdə seçdiyi yol bunu təsdiqləyir. Xalqına, Vətəninə
xidmət etmək sevinci onu bu
istiqamətdə tədqiqat
işləri aparmağa
sövq etmişdir. Vətəndaşlıq mövqeyi,
elitar ziyalılıq,
parlaq zəka, geniş erudisiya, təvazökarlıq və
sadəlik onun elmi fəaliyyətinin səciyyəvi xüsusiyyətləri
idi. O, Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə
tanıtmışdır. Dünyanın
tanınmış oftalmoloqları
Zərifə xanımın
elmi tədqiqatları
haqqında yüksək
fikirlər söyləmişlər.
Akademik Zərifə xanım Əliyeva ilk azərbaycanlı qadındır ki, beynəlxalq aləmdə tanınmış bir mükafata - akademik Mixail Averbax adına mükafata layiq görülmüşdür.
İnsanların sağlamlığının qeydinə
qalan, həyatının
ən mənalı dövrünü bu xeyirxah işə sərf edən alicənab ziyalı, görkəmli alim, Azərbaycan qadınının
şərəf və
ləyaqət rəmzi
akademik Zərifə xanım Əliyeva nəcib əməlləri
ilə xalqımızın
qəlbində özünə
möhtəşəm bir
abidə ucaltmışdır.
Keçmişə nəzər salmaq lazımdır, çünki
dünən bu günün bünövrəsidir.
Tarixən Azərbaycan
qadınları həm
ağıllı, həm
də güclü olublar və bununla Azərbaycan qadınları öz sələfləri ilə
fəxr edib. Bu gün Azərbaycan
qadını Zərifə
xanım kimi görkəmli alim - ləyaqətli qadınla
fəxr edir. Bu, günkü gənc qızlarımız,
qadınlarımız Zərifə
xanımdan nümunə
götürməli və
gələcək nəsillərin
yad etməsi üçün iz qoymalıdır. Zərifə
xanım daim Azərbaycan xalqının
yaddaşında həm
görkəmli alim kimi, həm də ləyaqətli qadın kimi yaşayacaqdır, çünki
o, vətənpərvər, insanpərvər, sadə,
milli dəyərlərimizi
qoruyan, təbliğ edən bu şəxsiyyət
idi.
Tamilla Naibova,
Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin dosenti, k.ü.f.d.
İki sahil.
- 2024.- 27 aprel, ¹73.- S.4.