Zərifə Əliyeva - Böyük alim, Böyük insan
Xətai rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə
həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Aprelin 26-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatının və
Respublika Neyrocərrahiyyə
Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.
Respublika Neyrocərrahiyyə
Xəstəxanasında keçirilən
tədbirdə Dövlət
Himni səsləndirilib.
Müasir müstəqil
Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı
uğrunda canlarından
keçən Vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zərifə
xanım Əliyevanın
həyat və elmi fəaliyyətini əks etdirən videoçarx
nümayiş etdirilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Rafiq Quluyev bildirib ki, Azərbaycanın
görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi
üzvü Zərifə xanım Əliyeva respublikamızda
tibb elminin inkişafına mühüm
töhfələr verərək,
oftalmologiyanın aktual
problemlərinə dair
sanballı tədqiqatları
ilə böyük şöhrət qazanmışdır. O, fədakar həkim kimi bir sıra göz
xəstəliklərinin müalicəsində,
o cümlədən Azərbaycanda
traxomanın kökünün
kəsilməsində böyük
əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və
müalicə metodlarının
axtarılması yollarında
dəyərli elmi-tədqiqatlar
aparmışdır. Onun
elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə
və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü
təsir göstərmişdir.
Rafiq Quluyev
qeyd edib ki, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri
o qədər zəngindir
ki, onları bir çıxışda
əhatə etmək qeyri-mümkündür. Onun mənalı ömrü, keçdiyi şərəfli
həyat yolu hər bir Azərbaycan
vətəndaşı, hər
bir alim və həkim üçün məktəbdir.
Zərifə xanım
Əliyevanın elmi fəaliyyəti
haqqında çoxsaylı
məqalələr yazılıb,
kitablar dərc edilib. Azərbaycanda oftalmologiya məktəbinin
ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü
ilə yaradılmışdır.
O, respublikada yüksəkixtisaslı
kadrların hazırlanması
işinə gərgin
əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük
bir nəslini formalaşdırmışdır.
Konfransda
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış
edərək bildirib ki, Zərifə xanım Əliyeva uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində
genişmiqyaslı elmi-tədqiqat
işləri aparmışdır.
Görmə orqanının
peşə patologiyası
sahəsində apardığı
elmi-tədqiqat işlərinin
uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində
ən mötəbər
mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax
adına mükafatına
layiq görülmüşdür.
İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya
elminin inkişafındakı
xidmətləri əvəzsizdir.
Azərbaycanda traxomanın
sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Alimin oftalmologiyanın aktual məsələlərinə dair
uzunmüddətli araşdırmalarının
uğurlu nəticəsi
olan sanballı əsərləri həmişə
elmi dairələrdə
təqdirlə qarşılanmış
və yüksək qiymətə layiq görülmüşdür. Zərifə
xanım milli oftalmologiyanın inkişafını
müasir tələblərə
cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz
ixtiralarını, kəşflərini
beynəlxalq arenaya çıxara bilən yüksəkixtisaslı kadrların
hazırlanmasında, dünya
oftalmologiya elminə inteqrasiyada görürdü.
Bütün mənalı
həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən
yiyələnmək üçün səylərini
artıran, daim yeniliyə maraq göstərən Zərifə
xanımın
həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti,
səmimiliyi və qayğıkeşliyi, insanlara
və onların problemlərinə göstərdiyi
diqqət, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və
xəstələrinin dərin
hörmətini qazandırmışdır.
Elm və
Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış
traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası
və müalicəsi,
habelə oftalmologiyanın
problemlərinə dair
bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə
Əliyeva 150-yə yaxın
elmi işin, 12 monoqrafiyanın, 1 ixtira və 12 səmərələşdirici
təklifin müəllifidir.
Görkəmli alim yüksəkixtisaslı səhiyyə
kadrlarının hazırlanmasına
da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində
ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının
akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Onun həyat ideyaları və şəxsiyyəti
bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.
Respublika Neyrocərrahiyyə
Xəstəxanasının baş həkimi Elçin İbrahimov vurğulayıb ki, Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə
çoxşaxəli elmi-tədqiqat
işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı
gənc alim kadrların yetişdirilməsinə
və oftalmoloq-həkimlərin
ixtisaslarının artırılması
işinə də xüsusi diqqət yetirmişdir. Zərifə
xanım Əliyevanın
rəhbərliyi ilə
gənc alimlərin
və həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir.
Onun mənalı ömür
yolunun xalqa, Vətənə xidmətlə
zəngin olan silinməz izləri, həyat təcrübəsi
tələbələrinin hərtərəfli inkişaf
etmiş mütəxəssis
kimi yetişməsində,
Azərbaycan səhiyyəsinin
inkişafına töhfələr
verməsində öz
sözünü deyir.
Mərkəzi Neftçilər Xəstəxanasının
həkimi Validə Vəliyeva, M.Ə.Əfəndiyev
adına Xətai Tibb Mərkəzinin həkimi Tofiq Şıxəliyev və Respublika Neyrocərrahiyyə
Xəstəxanasının həkimi Rafael Bayramov çıxış edərək
bildiriblər ki, mərhəmət,
xeyirxahlıq və vətənpərvərlik kimi
insani keyfiyyətləri
fəaliyyətində ümumiləşdirən
Zərifə xanım
Əliyeva sağlığında
əfsanəyə çevrilən
şəxsiyyətlərdəndir. Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif
sahələri üzrə
apardığı tədqiqatlar
Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil
edir.
Çıxışlarda bu mühüm məqam da xüsusi
qeyd edilib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün
yoldaşı, Azərbaycanı
tarixi Zəfərinə
qovuşduran, adını
çoxəsrlik tariximizə
qalib Sərkərdə
kimi qızıl hərflərlə yazdıran
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin anasıdır.
Zərifə xanım
Əliyevanın ən
böyük mükafatı
xalqın sevgisidir. Onun nəsillərə
nümunə olan ömür yolunu vərəqlədikcə hər
bir addımın arxasında Vətən, xalq sevgisini görürük. Dövlətimizin
başçısı İlham
Əliyev görkəmli
oftalmoloq-alim Zərifə
xanım Əliyeva haqqında danışarkən
“Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”
söyləyərək bu
fikirləri də xüsusi qeyd edir: “Onun
bütün fəaliyyəti,
gördüyü bütün
işlər insan amilinə dayanırdı.
Çünki o, həm
peşəkar həkim,
eyni zamanda, çox xeyirxah insan idi və
hər bir həkimdə bu iki amil birləşməlidir.
Çünki həkim
peşəkar olmalıdır,
insanlara xidmət göstərməlidir. Eyni
zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə
xanımın bu məsələlərlə bağlı
da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də
hər bir həkim üçün əsas olmalıdır.” Zərifə xanım Əliyeva böyük
həkim, böyük
alim, böyük insan idi. Onun
əziz xatirəsi daim
qəlbimizdə yaşayacaq.
İki sahil. - 2024.- 27 aprel, ¹73.- S.5.