ZAMANA
SIĞMAYAN LİDER:
Heydər Əliyevin
idarəçilik və
varislik fəlsəfəsi
Almaniya Təbiət Elmləri Akademiyasının akademiki,
MTU XPİ Elmi Parkının
direktoru, fizika-riyaziyyat
elmləri doktoru,
professor, həyerlimiz Eldar
Vəliyev Milli Məclisin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun
“ZAMANA SIĞMAYAN LİDER: Heydər Əliyevin idarəçilik
və varislik fəlsəfəsi” adlı
kitabı haqda yazıb.
“Bu gün Azərbaycan sürətli inkişaf mərhələsindədir. Dünya
dövlətlərinin uzun
illər boyu həll edə bilmədikləri problemləri
özü həll etdi. Bütün bunları, təbii ki, sıradan bir hadisə kimi qiymətləndirmək olmaz.
Bunu dəqiq düşünülmüş və hesablanmış siyasət və strategiyanın, həmrəyliyin,
güclü iqtisadiyyatın
və digər faktorların son nəticəsi
kimi qiymətləndirilmək
lazımdır.
Mən bir azərbaycanlı kimi deyə bilərəm ki, Heydər
Əliyev dünya siyasətinə təsir göstərməyə qadir
şəxsiyyət kimi
Azərbaycan xalqı və dövlətçiliyi
üçün çox
böyük işlər
görmüşdür. Heydər
Əliyev Azərbaycan
xalqının və dövlətinin taleyüklü
problemlərini həll
edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan
şəxsiyyətdir.
Heydər
Əliyevi tədqiq etmək, onun siyasətinin fəlsəfi
mahiyyətini açıb
göstərmək olduqca
vacib və əhəmiyyətlidir. Belə
ki, Heydər Əliyevin
siyasi strategiya və metodologiya problemləri, dövlətçilik
və milli ideologiya ilə bağlı baxışları, dünya
ictimai-fəlsəfi və
siyasi fikrinin inkişafına təsir edən və xüsusi mərhələ
təşkil edən istiqamətləndirici və
çox dəyərli
düşüncə dünyasıdır.
Hörmətli Prezident
cənab İlham Əliyevin
böyük ehtiramla söylədiyi və diqqət çəkən
bu qiymətli sözləri daim öz yüksək dəyərini saxlayacaqdır:
“Heydər Əliyevin düşündüyü ideyalar
indi də yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirləri müasir Azərbaycanımızın qüdrətlənməsi
proqramının əsas
istiqamətlərini göstərməkdədir.”
Sovetlər dövründə Azərbaycanda
müstəqil dövlət
olmasa da dövlətçiliyin
müəyyən atributları
saxlanılmışdı. Bunların saxlanılması
Heydər Əliyevin şəxsi təşəbbüsləri
ilə olmuşdur. Məsələn, Azərbaycan
dilinin saxlanması, orduda milli kadrların hazırlanması və.s.
Təbii ki, mənin yaşım icazə verir ki, bunların hamısını sizə
çatdırım. Amma şəxsiyyətinə
dərin hörmət
bəslədiyim dos. Sadiq Qurbanovun
“ZAMANA SIĞMAYAN LİDER: Heydər Əliyevin idarəçilik
və varislik fəlsəfəsi“ adlı elmi
monoqrafiyası bu sahədə gözəl tədqiqat işidir. Bir akademik olaraq bu kitabı çox maraqla oxumuşdum. Azərbaycan
internet saytlarından dövlət
mükafatına təqdim
olunan kitablar arasında bu kitabın da olduğunu oxudum, hesab edirəm
ki, mən də bir xaricdə yaşayan azərbaycanlı
alim kimi öz fikrimi bildirməliyəm.
Kitab çox sanballı yazılıb və vətəndaş olmasam
da, bir akademik kimi dəstəyimi ifadə edirəm. Dostum
Sadiq Qurbanova isə
yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.
İki sahil.
- 2024.- 27 aprel, ¹73.- S.5.