Vətən sizə əmanətdir!
Dövlət Sərhəd Xidməti-105
Sərhədlərimizin toxunulmazlığı keşiyində
ayıq-sayıq dayanan,
«yaşıl papaqlı»
cəsur sərhədçilərimiz
onlara əmanət edilən torpaqlarımızı
qanları, canları bahasına qoruyurlar
…Məktəb illərində eşitdiymiz
«Vətən sərhəddən
başlayır!» aforizmi
ilə şüurumuzda
formalaşan torpağa,
yurd yerinə bağlılıq kimi müqəddəs hisslər
gənclik dövründə
püxtələşərək vətənpərvərlik duyğuları,
vətəndaşlıq məsuliyyəti
ilə zənginləşir.
Yaşadığı evin
çəpərindən, ayaq
basdığı torpaqdan
başlanan «uşaqlıq
sərhəd»in məskuşlaşdığı
kəndin, şəhərin
hüdudlarını aşması
ilə Vətəninin
böyüklüyünü, torpağının toxunulmazlığını,
yurd yerinin müqəddəsliyini dərk
edən, şəxsiyyət
kimi formalaşan gənclərimiz arasında
sərhədçi peşəsini
sevənlərin sayının
artması təsadüfi
deyil. Vətənimizi,
torpağımızı sərhədlərimizi
göz bəbəyi kimi qoruyan «yaşıl
papaqlı» igidlərimiz
«Vətən gözdür,
biz kirpik, gözümüzü qoruyaq»
kəlamına uyğun
cəsarətlə sərhədlərimizin
keşiyində ayıq-sayıq
dayanırlar. Ölkəmizin
ən ucqar yerlərində, keçilməz
cığırlarında izləri
qalan sərhədçilərimiz
vəzifə borclarını
layiqincə yerinə yetirirlər.
…18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
ölkənin sərhədlərinin
mühafizəsi haqqında
qanun qəbul edib. Qanuna əsasən,
Azərbaycan Xalq Cümhuriyyəti Hərbi
Nazirliyinin tərkibində
Azərbaycanın ilk Sərhəd Qoşunları
dəstəsi yaradılıb.
1919-cu ildə milli hökumətin qərarı
ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən
Sərhəd Qoşunları
fəaliyyətə başlayır.
Sovet İttifaqı dövründə Sərhəd
Xidməti Dövlət
Təhlükəsizlik Komitəsinin
bir strukturu kimi fəaliyyət göstərib. Həmin illərdə dövlət
sərhədinin mühafizəsi,
əsasən şəxsi
heyətin fiziki imkanları və SSRİ dövründən qalmış,
fiziki və mənəvi cəhətdən
köhnəlmiş mühəndis-texniki
qurğular və texniki vasitələr hesabına həyata keçirilib. Xidmətin ilk illərində sərhəd məntəqələri
vaqonlarda, çadırlarda
və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Bütün çətinliklərə
baxmayaraq Vətənin
hər qarışını
qanı, canı bahasına qoryan sərhədçilərimiz yadellilərin
torpağımıza ayaq
basmasına imkan verməyib. 1991-ci ilin 18 oktyabrında «Müstəqillik
haqqında Konstitusiya Aktı»nı qəbul etdikdən sonra milli dövlət
quruculuğunun bərpası
işlərinə uyğun
olaraq bu sahədə də yeniliklər həyata keçirildi. Dahi Öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı Fərmanla
18 avqust sərhədçilərin
peşə bayramı
günü kimi təsbit olunmuşdur. Bununla da Azərbaycanda
dövlətçilik ənənələrinin
dərin köklərə
söykəndiyi və
bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri
üçün deyil,
xalqımız və dövlətçilik tariximiz
üçün də
mühüm olduğu
təsdiqlənmişdir.
…Məlum səbəblərə
görə 1990-cı ildə
Moskvadan Azərbaycana qayıdan, Kremlin göstərişləri ilə
idarə olunan respublikanın o zamankı
iqtidarının ədalətsiz
davranışından narahat
olan fərdi pensiyaçı Heydər
Əliyev doğulub, boya-başa çatdığı
Naxçıvana üz
tutur. Burada hörmətlə qarşılanan,
sonradan Naxçıvan
Ali Məclisinin Sədri kimi həyati əhəmiyətli
islahatlar aparan, muxtar respublikanı Ermənistanın təcavüzündən
qoruyan Ulu Öndərin daha çox diqqət göstərdiyi sahə ata yurdunun müdafiəsi
idi.
Naxçıvan MR Ali Məclisinin 25 iyul 1992-ci idə keçirilən sesiyasında
Rusiyanın Müdafiə
Nazirliyi, Zaqafqaziya hərbi dairəsinin Naxçıvanda yerləşən
75-ci motoatıcı diviziyasının
ləğvi və hərbi hissənin bütün silah-sursatının,
texnika və avadanlığının, təsərrüfat
əmlakının muxtar
respublikada saxlanılması
ilə bağlı məsələ müzakirə
olundu. Sessiyada qəbul olunan qərara əsasən həmin diviziyanın əsgər və zabitlərinin son dəstəsi muxtar respublikanı tərk etdi. Eyni qayda
muxtar respublikada fəaliyyət göstərən,
SSRİ-nin cənub sərhədini qoruyan 41-ci
sərhəd qoşunlarına
da tətbiq edildi. Sovet İttifaqının
mövcud olduğu məqamda bu cür qərarların qəbulu təbii ki, böyük cəsarət, uzaqgörənlik
tələb edirdi. Respublikaya ilk rəhbərliyi dövründə
hərbi sahədə
milli kadrların hazırlanması üçün
Cəmşid Naxçıvanski
adına hərbi məktəbi yaradan, uzaqgörən siyasətini
illərdən sonra Naxçıvanda davam etdirən Ulu Öndər Heydər Əliyev hələ o illərdə İkinci Qarabağ müharibəsində
fədakarlıq göstərən
əsgər və zabit heyətinin formalaşdırılımasını təmin etdi. Beləliklə, Azərbaycan
Respublikası ilə qonşu İran və Türkiyə arasındakı
215 km məsafədəki
dövlət sərhədi
Azərbaycanın I Sərhəd
Dəstəsinə tapşırıldı.
21 oktyabr 1992-ci ildə Naxçıvandakı
Birinci Sərhəd Dəstəsinin yerləşdiyi
şəhərcikdə keçirilən
andiçmə mərasimində
çıxış edərək
əsgərlərə xeyir-dua
verən Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyev bu tarixi hadisəni müqəddəs gün adlandırdı: « Siz indi müstəqil Azərbaycan
dövlətinə sədaqətlə
xidmət etmək andı içdiniz. Bu and müqəddəs
anddır. Azərbaycan
xalqının son 70 ildə hərbi xidmətə gedən oğulları daim Sovet ordusuna, Sovet dövlətinə, Sovet silahlı qüvvələrinə sədaqətlə
xidmət edəcəklərinə
and içərdilər.
Bu ,
o dövrün xarakterik
cəhəti idi. İndi isə bizim üçün ən fərəhli, ən xoşbəxt məqam ondan ibarətdir ki, Azərbaycan müstəqil
dövlət olub. Azərbaycan xalqı öz milli azadlığına
nail olub və indi müstəqil
dövlətin atributlarını
yaratmaq işi ilə məşğuldur.
Bu baxımdan ən mühüm sahə olan sərhəd qoşunlarının
yaradılması prosesi
gedir.Biz bu gün çoox
böyük məmnuniyyt
hissi ilə müstəqil Azərbaycan
dövlətindəsərhəd qoşunlarının yaradılması
məhz buradan, Naxçıvandan, Azərbaycanın
bu qədim diyarından başlandığını
qeyd edirik.»
Xatırladaq ki, 1989-cu ildə Naxçıvanda başlanan
«sərhəd hərakatı»nda iştirak
edən naxçıvanlıları
«bir qrup ekstremist», «cinayətkar ünsür» kimi təqdim edən SSRİ-nin və Azərbaycanın
kommunist rəhbərliyinin
qara yaxdığı
həmin gənclərə
« yenilməz, qırımızı
ulduzlu Sovet sərhədçilər»inin vəzifələrini
davam etdirmək vəzifəsi həvalə
olundu. 2000-ci ildən etibarən avqustun 18-i tarixinin sərhədçilərin
peşə bayramı
kimi rəsmiləşdirilməsi
də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Üçrəngli Bayrağımızın
Silahlı Qüvvələrdə
ilk dəfə Naxçıvanda I Sərhəd
Dəstəsində qaldırılmasından,
sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından
tutmuş Dövlət
Sərhəd Xidmətinin
(DSX) təşkilinə qədər
bütün proseslər
Ulu Öndərin adı ilə bağlıdır.
2002-ci ildə Dövlət Sərhəd
Xidmətinin yaradılması
və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub. Bu, həm də Azərbaycan dövləti
üçün sərhədlərin
etibarlı mühafizəsinin
xüsusi əhəmiyyət
kəsb etməsinin göstəricisi idi.
Prezident, Ali
Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində
DSX-nin maddi-texniki bazası gücləndirilib,
yeni sərhəd dəstələri və zastavaları yaradılıb.
Azərbaycan sərhədlərinin
havada, suda və quruda etibarlı şəkildə
qorunması tam təmin olunub. Dövlət sərhədinin
mühafizəsində müasir
texniki vasitələrin
tətbiqi sürətləndirilib,
dəniz sərhədlərinin
mühafizəsi sisteminin
və sərhəd aviasiyasının təşkilinə
diqqət artırılıb.
Şəxsi heyətin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün zəruri
tədbirlər görülüb.
Son illər yeni sərhəd infrastrukturlarının yaradılması,
sərhədçilərin xidməti-döyüş şəraitinin
yaxşılaşdırılması, hərbçilərin peşə
bacarıqlarının, səfərbərlik
və döyüş
qabiliyyətlərinin artırılması,
yeni texnika, avadanlıq və vasitələrlə təminatı
sahəsində də
mühüm addımlar
atılıb. Prezident
İlham Əliyevin Sərəncamına əsasən,
Dövlət Sərhəd
Xidmətinin Akademiyasının
yaradılması Vətənimizin
sərhəd mühafizəsi
sisteminin təkmilləşdirilməsində
mühüm rol oynayıb. Xidmətin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin
həyata keçirilməsi,
ən müasir texniki vasitələrin tətbiqi ilə quru, su və
hava sərhədlərimiz
ən etibarlı səviyyədə qorunur.
Yeni zastavaların yaradılması ilə mühafizə
infrastrukturu gücləndirilir,
idarəetmə sistemi
təkmilləşdirilir, müasir
radiorabitə və telekommunikasiya sistemlərinin
tətbiqi genişləndirilir.
44 gün davam
edən İkinci Qarabağ müharibəsinin
Zəfərlə başa
çatmasında önəmli
xidmətləri olan sərhədçilərimizin fədakarlığı
xüsusilə qeyd olunmalıdır. Azərbaycan-İran
dövlət sərhədinin
132 kilometrlik hissəsinin,
Füzuli, Cəbrayıl,
Zəngilan və Qubadlı rayonlarının,
Hadrut qəsəbəsinin
və Şuşa şəhərinin azad olunmasında şücaət
və qəhrəmanlıq
göstərən sərhədçilərimiz
Vətənə sədaqətlərini,
döyüş qabiliyyətləri
ilə təsdiqlədilər.
Vəzifə məsuliyyətlrini
yüksək səviyyəli
döyüş hazırlıqları
ilə yerinə yetirən sərhədçilərimizin
strateji yüksəkliklərdə
qaldırdıqları Azərbaycan
bayraqları, Ali Baş Komandan İlham Əliyevə verdikləri raportlar Vətənə sədaqət
andı idi.
DSX tərəfindən «Harop», «Quzğun» və «Hermes» pilotsuz uçuş aparatlarının
peşəkarcasına tətbiqi
nəticəsində düşmənin
strateji əhəmiyyətli
döyüş texnikaları,
raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları
və digər texnikası, komanda idarəetmə məntəqələri
və çoxsaylı
canlı qüvvəsi
zərərsizləşdirildi, ümumilikdə 290 düşmən
hədəfi məhv edildi. Döyüş əməliyyatlarına daxil
edilən «Tufan» və «Şahdağ» tipli sərhəd gözətçi gəmiləri
mürəkkəb şəraitdə
sürətli üzmə
qabiliyyətinə malik
olmaqla mükəmməl
naviqasiya və rabitə-radiotexnika avadanlıqları
ilə təmin olunub. Müasir silahlar, o cümlədən
raketlər və raket silahlarına qarşı komplekslər,
gecə-gündüz görmə
müşahidə sistemləri
və hidroakustik qurğu ilə təchiz edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın
sərhəd mühafizəsinin
potensialını nəzərə
alaraq, Qazax-Ağstafa rayonları ərazisində
Azərbaycan-Ermənistan dövlət
sərhədinin mühafizəsini
də sərhədçilərə
həvalə etdi.
Prezident, Ali
Baş Komandan İlham Əliyevin qətiyyətinin nümunəsi
olan Laçın sərhəd-buraxılış məntəqəsinin açılması
ilə Azərbaycanın
bölgədə söz
sahibi olması təsdiqləndi. Xankəndi-
Xəlfəli- Turşsu
yolu ilə separatçılara Fransadan,
İrandan silah- sursat daşıyanlara öldürücü zərbə
oldu. Laçın sərhəd buraxılış
– keçid məntəqəsinin
yaradılmasını «humanitar
fəlakət» kimi təqdim edənlərə,
Üçrəncli Bayrağımıza
qarşı hörmətsizlik
göstərən separatçıların
təxribatlarına, təhlükəsizliyi
qoruyan əsgərimizə
qarşı silahlı
müdaxiləyə layiqincə
cavab verən sərhədçilərimiz xalqımıza
xas humanist rəftarları ilə də düşmənə
insanlıq dərsi verdilər. Xankəndinin təcili yardıma ehtiyacı olan erməni əsilli Azərbaycan vətəndaşının
azərbaycanlı həkim
tərəfindən müalicə
edilməsi də xalqımıza xas xeyirxahlığın nümunəsi
idi. Bu tarixi
hadisəyə ən layiqli dəyər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən
verildi. 2023-cü il avqust ayının 26-da «Laçın Şəhəri
Günü» bayram tədbirində çıxış
edən Prezident İlham Əliyevin «Bir daha iradə,
cəsarət, öz gücünə əminlik
nümayiş etdirərək
biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də
davam edir, bu gün də
müxtəlif beynəlxalq
təşkilatlar çərçivəsində
Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif
fitnələr ortaya atırlar. Heç bir şey bizi
yolumuzdan döndərə
bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış
məntəqəsinin qurulması
ərazi bütövlüyümüzün
tam bərpası deməkdir və bunu biz beynəlxalq
hüquq çərçivəsində
etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq
və qoruyacağıq»
sözləri sərhədçi
peşəsinə verilən
yüksək dəyər
idi.
Azərbaycanın ərazi bütövlüyünü
təmin etməsi Qarabağdakı separatçı
qüvvələr, revanşistlər
üçün də
təhlükəsiz ötüşmədi.
Artıq tarixin arxivinə qovuşmuş
«Dağlıq Qarabağ
respublikası»nın keçmiş «dövlət
naziri» Ruben Vardanyan, Xocalıda insanlıq əleyhinə ağır cinayətlər
törətmiş digər
separatçılar da
cəsur sərhədçilərimiz
tərəfindən zərərsizləşdirildi.
«Laçın» dövlət
sərhəd- buraxılış
məntəqəsində saxlanılaraq
cinayət məsuliyyətinə
cəlb edildilər.
Ötən ilin
sentyabrında Qarabağda
aparılan lokal xarakterli anttiterror tədbirlərindən sonra
Xankəndini könüllü
tərk edən ermənilərə tibbi yardım göstərən
sərhədçilərimiz onları daha çox ehtiyac duyulan ərzaq, tibbi lavazimatlarla da təmin etdilər.
Beləliklə , Prezident İlham
Əliyevin «Biz sərhədlərin delimitasiyası
haqqında danışırıqsa,
nəzarət-buraxılış məntəqələri olmadan
bu, mümkün deyil. Biz kommunikasiyaların
açılması haqqında
danışırıqsa, əlbəttə
ki, həm Zəngəzur dəhlizinin
hər iki başında, eyni zamanda Laçın yolu ilə Ermənistan
arasındakı sərhəddə
nəzarət-buraxılış məntəqələri yaradılmalıdır»
sözləri haylara cavab oldu.
Hayastanın sərsəm rəhbərliyi
kimi, Fransanın siyasətdən bixəbər
Prezidenti Emmanuel Makrona bir daha
xatırladıldı ki,
siyasi, hərbi, iqtisadi sahədə bütün istəklərinə
nail olan Azərbaycan qarşısına
qoyduğu tələblərin
yerinə yetirməsində
israrlıdır.
Bu ilin may ayında Ermənistanın işğalından
azad edilən Qazax rayonunun Baqanis Ayrım, Aşağı Əskipara,
Xeyrimli və Qızılhacılı kəndlərində
ucaldılan Azərbaycan
Bayrağı ilə qoşa dayanan sərhədçilərimizin qətiyyəti
düşmənə göz
dağı oldu. Bu bayraqlar Vətən
müharibəsində şəhid
olan DSX-nin 47 hərbi qulluqçusunun ruhunun əbədiləşdirilməsidir.
Sərhədçi rəşadəti daim yüksək qiymətləndirilir.
Dövlət başçımızın
imzaladığı sərəncamlarla
ölkəmizin dövlət
sərhədinin mühafizəsinin
təmin edilməsində,
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
və sərhəd mühafizə orqanları
qarşısında qoyulmuş
tapşırıqları yerinə
yetirərkən fərqləndiklərinə
görə DSX-nin əməkdaşlarının ali
rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti
vəzifələrini peşəkarlıqla
yerinə yetirmələrinə
və vətənpərvərliyinə
verilmiş diqqət və qayğının növbəti təzahürüdür.
Qazilərin müalicəsinə,
onlara müharibə veteranı adının verilməsinə diqqətlə
yanaşılır. Şəhid
olmuş sərhədçilərin
övladlarının DSX-nin
Xüsusi Məktəbində
təhsil almalarına
tam şərait yaradılıb.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin «İstənilən
ölkənin təhlükəsizliyi
onun sərhədlərinin
təhlükəsizliyi ilə
təmin olunur. Sərhədlər nə qədər etibarlı qorunarsa, o qədər də vətəndaşlarımız
sülh və əmin-amanlıq şəraitində
yaşayacaqdır. Buna
görə biz Azərbaycanda sərhəd
xidmətinin inkişafına
böyük diqqət
yetirmişik və yetirəcəyik» sözləri
sərhədçi fədakarlığına
verilən ən layiqli qiymətdir.
Biz də
torpağımızı, yurd
yerlərimizi göz bəbəyi kimi qoruyan sərhədçilərimizi
yubileyləri münasibətilə
təbrik edirik və deyirik: «Vətən sizə, Siz isə Allaha
əmanətsiniz Tanrı
sizi qorusun!»
Xuraman İsmayılqızı
İki sahil.- 2024.- 17 avqust, ¹148.- S.5.