Heydər Əliyev yolu Azərbaycanı

möhtəşəm Zəfər zirvəsinə yüksəltdi

 

Müsahibimiz Milli Məclisin deputatı, “İki sahilqəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadədir

 

- Vüqar müəllim, 12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anım günüdür. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir. Ulu Öndərin dövlətimiz xalqımız qarşısındakı xidmətlərini necə şərh edərdiniz?

- Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndər  Heydər Əliyevin adı titanik fəaliyyəti ilə bağlıdır. Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər böyükdür ki, fəaliyyətinin hər bir sahəsi haqqında saatlarla , günlərlə danışmaq olar. Əbəs yerə deyilmir ki, Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrildi. Onun hakimiyyətinin hər iki dövrü Vətənə, dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək mühüm addımlar atdı. Həmin illərdə yaradılan möhkəm təməlin bugünkü uğurlarda rolu böyükdür. Azərbaycançılıq ideologiyasının əsası qoyuldu.  Ulu Öndər Heydər Əliyevin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Azadlıq müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.  Dahi şəxsiyyət  1969-1982-ci illərdə   sosial-iqtisadi böhran keçirən Azərbaycanı  keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə yüksəltdi.  Müstəqil Azərbaycanın sənaye iqtisadi potensialı məhz o illərdə formalaşdı.  Həmin dövrdə  yetişmiş kadrlar  bu gün müasir  müstəqil Azərbaycanın davamlı uğurlarına öz töhfələrini verirlər. Ümummilli Lider Azərbaycan gənclərinin təhsil almaq üçün keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsini qarşıya əsas hədəf kimi qoymuşdu. O dövrün reallıqları sırasında hərbi kadrların yetişdirilməsi  məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını da xüsusi qeyd etməliyik. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Vətənini, xalqını canından artıq sevən Ulu Öndər Heydər Əliyev Azərbaycanı hər zaman qüdrətli, zəngin görmək istəyib buna nail olmaq üçün bütün zəruri addımları atıb. Prezident İlham Əliyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən, xidmətlərindən bəhs edərkən bu reallığı xüsusi qeyd edir ki, Azərbaycan xalqının faciələri  Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladı. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı Azərbaycan xalqının faciələri o gündən başladı. “Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü”.

   - Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir...

    - 1991-ci ilin 18 oktyabr tarixində  dövlət müstəqilliyini bərpa edən Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində faciələrlə, təhlükələrlə üz-üzə qaldı. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanın üzləşdiyi vəziyyət müstəqillik tariximizin  faciəli səhifələri sırasında yer alır. Ermənistanın təcavüzü, xarici təzyiqlər daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın  çətin günlərində xalqımız üzünü xilaskarına- Ümummilli Lider Heydər Əliyevə tutdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər  doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin, anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.  Ümummilli Lider düşünülmüş məqsədyönlü siyasəti nəticəsində  Azərbaycanın  müstəqilliyini əbədi dönməz etdi. Yeni qurulan Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətçiliyin əsasları yaradıldı. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan  vəzifələr  dahi şəxsiyyət Heydər Əliyevin hələ 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini  ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında öz əksini tapmışdır. Daxili sabitliyin təmin edilməsi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın  azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, həmrəyliyi əsas  hədəflərdən biri kimi qarşıya qoyuldu. Zəngin idarəçilik təcrübəsi, liderlik keyfiyyətləri Ulu Öndər Heydər Əliyevin xidmətlərində özünün aydın ifadəsini tapır. Ümummilli Liderin böyük inamla bəyan etdiyiAzərbaycan dünyaya Günəş kimi doğacaqhədəfinin reallığa çevrilməsi istiqamətində atılan addımların uğurlu nəticələri bugünümüzün reallıqları fonunda indiki gələcək nəsillərə çatdırılır. Dahi şəxsiyyət Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində bildirildi ki, yeganə amal torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan Bayrağının həmin ərazilərdə ucaldılmasıdır. Prezident İlham Əliyevin ötən ilHeydər Əliyev iliçərçivəsində Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə xalqa təbrikini məhz Şuşadan çatdırması səbəbsiz deyildi. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, “bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, bu gün burada, Şuşada, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir. Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri  Şuşanın azad olunması ilə bağlı raport verdilər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırıldı Şuşanın azad olunması  tarixi Zəfərimizin əsas hissəsi idi”.

- Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycan xalqı dövləti üçün mühüm dönüş nöqtələrindən biri oldu

  - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası Ulu Öndərin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm reallığıdır. Bu, o dövr idi ki, Azərbaycan özünün ən çətin günlərini yaşayırdı. Xalqın istəyinin, zamanın tələbinin nəticəsi olaraq yaradılan  Yeni Azərbaycan Partiyası ilk gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etdi. “Yeni Azərbaycan uğrundadevizini bu günQalib ölkənin qalib Lideriçağırışının əvəzləməsi keçilən yolun uğurlarının, hər bir hədəfə doğru inamlı addımların atılmasının təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin  YAP-ın tarixi Zəfərimizin reallıqları fonunda  keçirilən VII qurultayındakı çıxışında qeyd etdiyi kimi, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik.  Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları  kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki,  əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

“91-lər”in müraciəti, Ulu Öndər Heydər Əliyevin müraciətə cavabı Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. “91-lər”in müraciətindən ötən 32 il onun bugünümüz gələcəyimiz üçün əhəmiyyətini daha aydın şəkildə  göz önünə gətirir. Partiyanın yaradılmasında məqsəd, təbii ki, demokratik yolla hakimiyyətə gəlib ölkəni düşdüyü ağır vəziyyətdən  xilas etmək idi. Bütün Azərbaycan xalqı həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanı çətinliklərdən necə xilas etdiyini görürdü.  Blokada şəraitində olan  muxtar respublikada  insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə  xalqımız Ulu Öndər  Heydər Əliyevi çox sevirdi Azərbaycanın xilasını Onun hakimiyyətə qayıdışında görürdü.  Çünki Ulu Öndər daim bildirirdi ki, Onun üçün hər şeydən əziz xalqıdır, Vətənidir, torpağıdır. Həyatı  fəaliyyəti yalnız yalnız  Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına,  ölkəmizin ağır vəziyyətdən xilasına həsr edilib. Bununla bərabər bu çağırışı da edirdi ki,  bunu xalqla, xalqın dəyərli insanları, hörmətli adamları, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilər. “91-lər” çox mühüm missiyanı həyata keçirdi. Yeni Azərbaycan Partiyasının yaradılması ilə xalqda sabaha ümid yaranmağa başladı. Partiyanın yaranmasından çox keçmədi ki,  Ümummilli Lider  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.  1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın böyük faciələrlə, təhlükələrlə üz-üzə qaldığı  bir vaxtda xalq özünün ölkənin gələcəyini Ulu Öndər  Heydər Əliyevə etibar etdi. Azərbaycan xalqı dahi şəxsiyyətin  əvəzsiz xidmətlərini heç vaxt unutmur.

- Vüqar müəllim, müasir dövlətçilik tariximizin mühüm reallıqları sırasında siyasi varisliyin təmin edilməsi Azərbaycanın Zəfərinə yol açan müstəsna hadisə kimi xüsusi yer tutur. Bu barədə deyə bilərsiniz?

- Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verdi. İllər keçdikcə bu seçimin əhəmiyyəti, xalqımızın  yanılmadığı reallıqların əsasında təsdiq edilir. Ümummilli Lider həmin müraciətində bildirmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları  cənab İlham Əliyev xalqın Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra catdıra biləcək. Bu inam Azərbaycanın tarixi Zəfərə qovuşmasına, ərazi bütövlüyünü suverenliyini tam bərpa etməsinə gətirib çıxardı. Ulu Öndərin dediyi kimi,  Azərbaycan çətin günlərini arxada qoydu, dünyaya Günəş kimi doğdu, dünya azərbaycanlıları bir araya gələrək Azərbaycanın davamlı uğurlarına, xaricdə varlığının təsdiqlənməsinə öz töhfələrini verdilər. Bu gün Azərbaycanın mənafeyi naminə elə bir sahə yoxdur ki, onun inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi həyata keçirdi. Milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Məhz bu möhkəm təmələ əsaslanaraq dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən 2020-ci ilin sentyabr ayınadək olan dövrü Qələbəyə hazırlıq mərhələsi kimi dəyərləndirir. Həmin müddətdə bütün sahələrdə əldə olunan uğurlar davamlı xarakter aldı. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bütün sahələrdə yenilikləri, təkmilləşməni şərtləndirdi. Azərbaycan böyük investisiyalar məkanına çevrilməklə investisiya cəlbediciliyini qorudu. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi xarakterizə edildi. İqtisadi tərəqqi, ordu quruculuğu sahəsində mühüm addımları təmin etdi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Ordumuz gücünü, qüdrətini 2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsinə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin  sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi 1993-cü ildən başlanan yolun uğurlarının ümumiləşdirilmiş ifadəsidir.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi Ümummilli Liderə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı zəfərlərə aparacağıq. 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində söylədiyiMən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri Müzəffər Ali Baş Komandanın verdiyi vədlərin yerinə yetirilməsindən keçirdiyi qürur hissinin nümayişi oldu. Möhtərəm Prezident ötən ilin sentyabrında suverenliyimizin bərpasından sonra oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə Xocavənddə Azərbaycan Bayrağını ucaltdıqdan sonra Xankəndidən xalqa müraciətində  vurğuladı ki, verdiyi bütün vədlərin yerinə yetirilməsindən çox şaddır.

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib bütövləşən Azərbaycan yeni dövrün yeni hədəflərinin icrası istiqamətində mühüm addımlar atır. Qarabağımız Şərqi Zəngəzurumuz sürətlə dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ruhu şaddır. Artıq vaxtiləGün gələcək Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımız dalğalanacaq. O gün uzaqda deyilçağırışınıBu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıqfikirləri tamamlayır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bu xoşbəxtliyi bizə yaşadan Heydər Əliyevin əbədiyaşar ideyalarıdır.

 

İki sahil.- 2024.- 12 dekabr, ¹229.- S.4.