Bugünkü uğurlarımızın bünörəsində

Ulu Öndərin titanik fəaliyyəti dayanır

 

Ulu Öndər Heydər Əliyevin fiziki yoxluğundan 21 il ötməsinə baxmayaraq Azərbaycan xalqı öz xilaskarını bir an belə unutmur, daim Onun xatirəsini ehtiramla yad edir. Təkcə 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək dahi rəhbərin məzarını ziyarət edir, xatirəsini ehtiramla anırlar. Ulu Öndərin əbədiləşən həyat yolunu gbz önünə gətirəndə belə qənaətə gəlmək olur ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlər heç zaman unudula bilməz.

Ulu Öndərin xalqımız qarşısında böyük xidmətlərindən söhbət açanda əvvəlcə 1969-1982-ci illərə, onun Sovet İttifaqı dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara da nəzər yetirmək lazım gəlir. Həmin illərin şahidi olmuş dövlət adamları, ədəbiyyat incəsənət xadimləri, zəhmətkeşlər, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirirlər. Qeyd edirlər ki, Onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş mərhələsidir. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta İttifaq miqyasında o qədər tanınmırdı. İttifaqda adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz Azərbaycan KP MK-nın 1969-cu ilin 14 iyul tarixli plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Qısa vaxt ərzində Onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri inşa edilib, təsərrüfat, elm təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.

 Həmçinin Sovet dövründə Ulu Öndərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərdiyi çoxsaylı tələbələr müdavimlər sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında Azərbaycanın ictimai-siyasi həyatında hərtərəfli xidmətləri ilə yadda qaldılar. Ümummilli Lider özünün çoxillik yorulmaz titanik fəaliyyəti ilə həm Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun müdrik rəhbərliyi ilə Azərbaycan dili dövlətimizin rəsmi dilinə çevrilmişdir.

Ulu Öndərin Azərbaycan dövlətinin xalqının inkişafındakı digər önəmli qətiyyətli siyasi fəaliyyəti isə ölkəmizin yenicə müstəqillik qazanması dövrünə düşdü. Belə ki, 1993-cü ilin iyununda ölkəmizdə taleyüklü hadisələr baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən ölkənin parçalanmaq təhlükəsi qarşısında qaldığını görən Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində milli ordumuzun formalaşdırılması döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı.

1994-cü ilin qışında ordumuzun Horadiz istiqamətindəki sürətli hücumları 20-dən artıq kəndin işğaldan azad edilməsi Ermənistanı atəşkəsə məcbur etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı uzaqgörənliyi sayəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı. Ulu Öndərin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün mükəmməl xarici siyasət yürütməsi ölkəmizə çoxsaylı tərəfdaş qazandırdı. Dövlət başçıları nümayəndə heyətləri ilə ikitərəfli eləcə çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in Zirvə toplantılarında , Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm hissəsini təşkil edirdi.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, bu quruma daxil olan 53 dövlət tərəfindən qəbul edildi, tanındı müdafiə olundu. Qeyd etmək lazımdır ki, 1993-2000-ci illərdə Ümummilli Lider Heydər Əliyev ATƏT rəhbərliyi Minsk qrupunun həmsədrləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın qədər sıx intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yarandı o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayırdı. Bu, Azərbaycan Ermənistan prezidentlərinin birbaşa dialoqu idi. Heydər Əliyevin Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın Ermənistanla sərhədində çoxsaylı görüşləri olmuşdur. Ermənistan prezidenti ilə danışıqlar zamanı Ulu Öndər Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə edilən razılaşmanı yenə xaincəsinə pozdu.

Bu, bir həqiqətdir ki, bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Xüsusilə 2003-cü ildən sonrakı dövrün əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik» fikirləri artıq reallıqdır.

Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür onun siyasətini qətiyyətlə dəstəkləyir. Təsadüfi deyil ki, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi nəzərdə tutub demişdi: « İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm

Məhz Azərbaycanın qüdrətlənməsi, işğaldakı torpaqlarımızın azad edilməsi kimi əhəmiyyətli işləri ləyaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin etimadını doğruldaraq xalqımızın adını tarixin qürurverici səhifələrinə həkk etdi. İndi fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan dövləti nəinki regionun, hətta Avropanın ən güvənilə biləcək tərəfdaşına çevrilib.

Məhz Azərbaycanın qüdrətlənməsi, işğaldakı torpaqlarımızın azad edilməsi kimi əhəmiyyətli işləri ləyaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin etimadını doğruldaraq xalqımızın adını tarixin qürurverici səhifələrinə həkk etdi. İndi fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan dövləti nəinki regionun, hətta Avropanın ən güvənilə biləcək tərəfdaşına çevrilib.

Bəli, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideyalar Azərbaycanda reallaşdı. Ona görə Ulu Öndər qüdrətli, inkişaf edən Azərbaycandan həmişə qürur duyaraq demişdir: «Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam

 

Elçin Zaman

 

İki sahil.- 2024.- 12 dekabr, ¹229.- S.2.