Liderliyin Zəfər formulu:
xalqa şərəfli xidmət nümunəsi
Dekabrın 23-də
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi
Aparatının və
Nəsimi rayon təşkilatının birgə
təşkilatçılığı ilə “Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda tədbir keçirilib.
“İki sahil”
xəbər verir ki, tədbirdə
əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, zəngin idarəçilik təcrübəsinə,
dönməz əqidəyə,
xalqın birmənalı
dəstəyinə - yüksək
etimadına malik lideri olan dövlətlər
möhtəşəm nailiyyətlərə
imza ataraq adlarını tarixə əbədi həkk etdiriblər. Onun sözlərinə görə,
Şərqdə ilk demokratik respublika yaratmış və 33 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın təcrübəsi
də bu baxımdan əlamətdardır:
“Çağdaş Azərbaycan
reallığı xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları
ilə bağlıdır.
Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən
siyasəti ilə Azərbaycanın müstəqilliyinin
daimiliyi, dönməzliyi
və əbədiliyini
təmin etməklə
xalqımıza çoxsaylı
uğurlar qazandırmışdır.
Bu gün iftixarla qeyd edirik ki, hər
birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti
Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi
mirasıdır”.
Tahir Budaqov
qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
cənab İlham Əliyevin Ulu Öndərin tükənməz
dövlətçilik irsini
müasir çağırışlara
uyğun zənginləşdirərək
həyata keçirdiyi
məqsədyönlü siyasət
nəticəsində misilsiz
nailiyyətlər əldə
edilmiş, xalq-iqtidar birliyi daha da
möhkəmlənmiş, Azərbaycan
regionda lider dövlətə çevrilmiş,
dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: “Ən
əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran,
beynəlxalq mövqeyini
möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü
və suverenliyini bərpa etməklə Zəfər zirvəsinə
yüksəlmişdir. Ata
vəsiyyətini və
xalqa verdiyi bütün vədləri
şərəflə yerinə
yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək
istədiyi qalib və qüdrətli dövlətə çevirməklə
bərabər, strateji
hədəfləri ardıcıl
olaraq gerçəkləşdirərək
nəinki ölkəmiz,
bütövlükdə regionumuz
üçün yeni perspektivlər yaratmışdır”.
YAP Sədrinin müavini deyib ki, qazanılan tarixi nailiyyətlərlə
yanaşı, qarşımızda
gələcəyə yönəlik
çox önəmli
vəzifələr durur:
“Dünyada qlobal kataklizmlərlə müşayiət
olunan gərgin geosiyasi proseslərin baş verdiyi, yeni çağırışların
meydana çıxdığı
bir dönəmdə Azərbaycan Prezidentinin müstəqil və qətiyyətli siyasəti
ölkəmizdə ictimai-siyasi
sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi
inkişafın davam etməsinə, əhalinin
rifahının daha da yaxşılaşmasına,
Qarabağ və Şərqi Zəngəzura
Böyük Qayıdışın
uğurla həyata keçirilməsinə və
nəhayət, bölgədə
sülh, təhlükəsizlik
və çoxşaxəli
əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir. Azərbaycanın
bugünlərdə D-8 təşkilatına
yekdilliklə üzv seçilməsi də bunun növbəti bariz təzahürüdür.
Şübhə yoxdur
ki, öz Müzəffər Liderinin
ətrafında sıx
birləşən xalqımız
bundan sonra da milli məqsədlərə
nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə
imza atacaqdır”.
“Tariximizin bu
şanlı dövründə
yaşayıb yaratmaq hər bir azərbaycanlı
üçün hədsiz
xoşbəxtliklə bərabər,
həm də böyük məsuliyyətdir.
Hər birinizə dövlətimiz və xalqımızın firavan
gələcəyi naminə
möhtərəm Prezidentimiz,
Müzəffər Ali
Baş Komandanımız,
partiyamızın Sədri
cənab İlham Əliyevin rəhbərliyi
ilə müqəddəs
amallara doğru bu şərəfli yolda inam və
əzmlə addımlamağı
arzulayır, fürsətdən
istifadə edərək
qarşıdan gələn
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il bayramı münasibətilə hər
birinizi səmimi-qəlbdən
təbrik edir, möhkəm cansağlığı
və fəaliyyətinizdə
yeni nailiyyətlər
arzulayıram. Yaşasın
müstəqil və qalib Azərbaycan! Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə!”, -
deyə YAP Mərkəzi
Aparatının rəhbəri
vurğulayıb.
YAP Veteranlar Şurasının
üzvü, Azərbaycan
Respublikası Auditorlar
Palatasının sədri
Vahid Novruzov çıxışında bildirib
ki, dövlət idarəçiliyində sözlə
əməlin vəhdəti
uğurlu inkişafın
əsası olmaqla bərabər, həm də sosial sabitliyin möhkəmləndirilməsi,
davamlı yüksəlişin
təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar
olması sahəsində
mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız
qədər dəyərlidir"
fikri Onun verdiyi vədlərin əməli fəaliyyətində
öz əksini tapdığını göstərir.
Dövlətimizin başçısının
xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan
azad olunması və üçrəngli
bayrağımızın bütün
ərazilərimizdə ucaldılmasıdır”.
“Hər bir
azərbaycanlının Prezidenti
olacağını vəd
edən və ötən müddət ərzində sözünün
sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti
ilə sübuta yetirən cənab İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb.
Dövlət başçısının
Azərbaycanın milli
maraqlarını daim və hər yerdə uca tutması xalqımızı
Onun ətrafında sıx birləşdirib. Zəfər seçkisində
cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi bunun bariz nümunəsidir,
- deyə YAP Veteranlar Şurasının üzvü
əlavə edib.
V.Novruzov qeyd
edib ki, Prezident İlham Əliyevin söz ilə əməlin vəhdətinə verdiyi önəm ölkənin inkişafında, eləcə
də milli maraqların qorunmasında
öz əksini tapır: “Bu yanaşma Azərbaycanın
beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsinə
və xalqın rifahının yüksəlməsinə
xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə
iqtisadi, siyasi və sosial dividendlər qazandırmış
daxili və xarici siyasəti qloballaşma dövründə
xüsusi önəm kəsb edir. Dövlət başçısının
siyasəti Azərbaycanı
dünyada sabitlik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə,
qlobal tədbir və görüşlərin
keçirildiyi təhlükəsiz
məkana çevirib”.
“Əminliklə demək olar ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən ardıcıl
və məqsədyönlü
tədbirlər Azərbaycanın
daha da güclənməsinə
xidmət edəcək.
Yeni Azərbaycan Partiyasının hər bir üzvü də bu amal
uğrunda fəal rol oynamalıdır”, - deyə YAP Veteranlar Şurasının üzvü
vurğulayıb.
Çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib ki, tarixi şəxsiyyətlər
öz əməlləri
ilə xalqların taleyində müstəsna
rol oynayırlar: “Belə şəxsiyyətlərdən
biri dünya şöhrətli siyasətçi,
xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin siyasi varisi – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.
Onun sözlərinə
görə, uzun illər beynəlxalq təşkilatların, xüsusilə
də BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
yerinə yetirilmədiyi
bir şəraitdə
Azərbaycan böyük
iradə və qətiyyət nümayiş
etdirdi: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti
və prinsipial mövqeyi nəticəsində
Azərbaycan təkcə
hərb cəbhəsində
deyil, eyni zamanda, diplomatik müstəvidə də tarixi qələbə qazandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
“Dəmir yumruq” əməliyyatı uzun illər işğalda qalan torpaqlarımızın
azad olunmasını təmin etdi. Bu, nəinki Azərbaycanın ərazi
bütövlüyünün bərpası, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi oldu”.
G.Gəraybəyli qeyd edib ki,
bu gün Azərbaycan hər bir istiqamətdə, o cümlədən təhsil,
səhiyyə və gənclərin inkişafı
sahəsində davamlı
olaraq irəliləyişlər
əldə edir: “Ölkəmizdə sağlam,
savadlı və milli dəyərlərə
sadiq gənclər yetişir ki, bu da cəmiyyətimizin
üstün göstəricilərindən
biridir. Gənclərin
sağlam həyat tərzi keçirmələri,
onların fiziki və psixoloji cəhətdən sağlam
yetişmələri üçün
zəruri addımlar atılmaqdadır”.
Çıxış edən YAP Gənclər
Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün
Azərbaycan düşünülmüş
siyasət sayəsində
mühüm nailiyyətlərə
imza atır: “Dünyada gedən proseslər və mürəkkəb geosiyasi
vəziyyət fonunda əldə edilmiş nəticələr deməyə
əsas verir ki, Azərbaycan uğurla inkişaf edir. Ən önəmli
amillərdən biri olan ictimai-siyasi sabitlik qətiyyətlə
qorunur”.
Onun sözlərinə
görə, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz
xidmətlərindən biri
30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın
düşmən tapdağından
azad edilməsidir: “Azərbaycan torpaqlarını
öz gücü hesabına azad etdi. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən
əvvəl hər fürsətdə biz dünya ictimaiyyətini işğal faktı, ədalətsizlik, beynəlxalq
hüququn pozulması,
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əməl
olunmaması barədə
məlumatlandırmışdıq, lakin onlar təcavüzkarı
cəzalandırmaq əvəzinə,
ikili standartlara davam etmək yolunu seçdilər. Bütün bunlara rəğmən, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində sonda ədalət zəfər çaldı”.
Ölkəmizdə həyata keçirilən
dövlət gənclər
siyasətindən bəhs
edən S.Xasayeva qeyd edib ki,
1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə
gəlməsindən sonra
diqqət yetirilən əsas məsələlərdən
biri də məhz gənclər siyasəti idi. Onun sözlərinə görə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
gənclər siyasəti
hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir: “Cəmiyyətin dinamik qüvvələrinin, o cümlədən
gənclərin enerjisinin
ümummilli məqsədlərə
yönləndirilməsi üçün
sistemli fəaliyyət
aparılır. Bu gün ölkəmizdə
həyata keçirilən
siyasətin mühüm
istiqamətlərindən biri
gənclərin cəmiyyətin
müxtəlif sahələrində
yüksək fəallığının
təmin olunması və onların milli-mənəvi dəyərlər
əsasında, vətənpərvərlik
ruhunda tərbiyə edilməsidir. Dövlət
başçısı tərəfindən
gənclərə göstərilən
bu yüksək diqqət Azərbaycanın
parlaq gələcəyini
inşa edir”.
“Bu gün
hər birimiz ölkəmizin ərazi bütövlüyü ilə
yanaşı, həm də milli qürurumuzu
bərpa edən Liderimiz - Prezident İlham Əliyevə minnətdarıq və bundan sonrakı mərhələdə daha
böyük uğurlara
çatacağımıza inanırıq”, - deyə S.Xasayeva vurğulayıb.
Tədbir Yeni
Azərbaycan Partiyasının
Himninin səsləndirilməsi
ilə başa çatıb.
İki
sahil.- 2024.- 24 dekabr, ¹237.- S.5.