Müdrik Lider, qalib
Sərkərdə
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. İyirmi bir il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə ilk dəfə səs verdi.
Ötən hər
il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir.
Yeni əsrin yeni Lideri İlham
Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli,
dünyada sözü
keçən dövlətə
çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə
son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik
Azərbaycan tarixində
buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Ötən 21 il göstərdi ki, Prezident İlham
Əliyev qurucu, birləşdirici, Azərbaycan
xalqının bütün
istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan
dövlətinin və
xalqının maraqlarını
ən ali məqsəd kimi görən və bütün qüvvəsini
bu istiqamətdə səfərbər edən,
xalqın birmənalı
şəkildə dəstəklədiyi,
etimad göstərdiyi
və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan
islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib,
zamanın hər bir çağırışına
anında cavab verib. Bu illər
ərzində regionda reallaşdırılan bütün
beynəlxalq, irimiqyaslı
layihələr Azərbaycanın
iştirakı, onun milli maraqları nəzərə alınmaqla
həyata keçirilib.
Ulu Öndərin “İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində
ötən 20 ərzində
misilsiz uğurlara imza atılıb.
1994-cü ildə imzalanan
“Əsrin müqaviləsi”
ilə əsası qoyulan neft strategiyası
sonrakı illərdə
də davam etdirilib. Azərbaycanın
qazandığı nailiyyətlərin
təməlində məhz
bu strategiya dayanır. 2006-cı ildə
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri,
2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr
reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində
böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib
hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış
mərasimləri keçirilib.
TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Həmçinin “Əsrin
müqaviləsi” 2050-ci ilə
qədər uzadılıb.
Eyni zamanda, dövlətimizin başçısının
təşəbbüsü ilə Şərq-Qərb
və Şimal-Cənub
beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılması
istiqamətində böyük
işlər görülüb,
Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə
qədər yeni magistral avtomobil yolları tikilib.
Prezident İlham
Əliyev bu və digər təşəbbüsləri ilə
regionda mühüm əməkdaşlıq platforması
yaradıb ki, bu da beynəlxalq
ekspertlər tərəfindən
bölgənin inkişafında
və təhlükəsizliyində
mühüm amil kimi qiymətləndirilir. Bu gün Azərbaycan
həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya
peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini
müşahidə edən
“Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya
peyki - “Azerspace-2” orbitə
çıxarılıb. Beləliklə,
dövlətimizin başçısı
Azərbaycanda güclü
əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu
da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən
biridir. Təbii ki, məhz Prezident
İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində
Azərbaycanın malik
olduğu imkanlar Vətən müharibəsində
qələbənin qazanılmasında
da əsas amillərdən oldu.
Prezident İlham
Əliyevin bütün
səfərlərində, keçirdiyi
görüşlərində, mötəbər tribunalarda
etdiyi çıxışlarda
Ermənistanın və
havadarlarının uydurduqları
qondarma “Qarabağ münaqişəsi” əsas
mövzu oldu. Bununla yanaşı, dövlətimizin başçısı
müvafiq qurumların,
diplomatik missiyaların
qarşısında bu
məsələ ilə
bağlı müvafiq
tapşırıqlar qoydu
və əməli addımlar atdı. Beləliklə, dünya Azərbaycanın ədalətə
söykənən mövqeyi
barədə məlumatlandırıldı.
Həmçinin Azərbaycan
Prezidentinin səyləri
nəticəsində münaqişənin
həlli üçün
hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik
Şurasının məlum
qətnamələri ilə
yanaşı, BMT Baş
Assambleyasının, Qoşulmama
Hərəkatının, İslam
Əməkdaşlıq Təşkilatının,
Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların
sənədlərində Azərbaycanın
ərazi bütövlüyünün
təmini ilə bağlı müddəalar
yer aldı ki, bu sənədlər
Vətən müharibəsində
haqlı mövqeyimizi
daha da gücləndirmiş
oldu. İllər ötdükcə Azərbaycanın
artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin
istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi.
Müxtəlif ölkələrlə
hərbi əməkdaşlığa
dair sənədlər
imzalandı, hərbi qulluqçularımızın xarici
dövlətlərdə müxtəlif
təcrübə proqramlarında,
kurslarda iştirakı
təmin edildi. Beynəlxalq reytinqlərə
görə, Azərbaycanın
Silahlı Qüvvələri
bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər
Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin
aprelində həm düşmənə, həm
də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən
biri kimi daxil olmuş Aprel döyüşlərində
qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin
bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan
təmizləyərək böyük
bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının
11 min hektardan çox ərazisi, o cümlədən Şərur
rayonunun Günnüt kəndi düşməndən
azad edildi, dövlət sərhədi
boyunca əlverişli
yüksəkliklər ələ
keçirildi, İrəvan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə
də 2020-ci ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində
törətdiyi təxribatdan
sonra başlayan hərbi əməliyyatlar
zamanı işğalçı
ölkənin ordusuna ağır zərbələr
endirildi.
2020-ci il sentyabrın
27-də düşmən növbəti
genişmiqyaslı təxribat
törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı
əks-hücum əməliyyatı
işğal altındakı
torpaqlarımızın azad
edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi.
“Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın
30 illik Vətən həsrətinə son qoydu. “Bu gün
beynəlxalq münasibətlərdə
“kim güclüdür,
o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz
çıxışlarında, bəyanatlarında dəfələrlə
vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata
keçirməklə iqtisadi,
siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç
gücün vəhdəti
Qarabağ münaqişəsini
tarixə qovuşdurdu,
bölgədə yeni
reallıqlar yaratdı.
Prezident, Ali Baş Komandan İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə
həm də informasiya cəbhəsində
xalqının, ölkəsinin
maraqlarını qətiyyətlə
müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində
praqmatik siyasətçi,
hadisələri, prosesləri
dəqiq qiymətləndirən,
öz mövqeyini təkzibolunmaz arqumentlərlə
əsaslandırmağı bacaran lider olduğunu
nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə
yetirdi, xalqına, məcburi köçkünlərə
verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın
ərazi bütövlüyünü
bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı,
44 günlük Vətən
müharibəsinin əsl
qəhrəmanına çevrildi.
Hadisələrin sonrakı
gedişi bir daha təsdiqlədi ki, Prezident İlham
Əliyev nəyi nə vaxt etmək
lazım gəldiyini yaxşı bilir.
2023-cü il aprelin
23-də Ermənistanla sərhəddə,
Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış
məntəqəsi quruldu.
Sentyabrın 19-da rəşadətli
ordumuzun Qarabağda başlatdığı lokal
xarakterli antiterror tədbirlərinin qısa
müddətdə öz
müsbət nəticəsini
verməsi, qarşıya
qoyulan hədəflərə
cəmi 24 saatdan da az vaxtda
nail olunması hərb tariximizə növbəti möhtəşəm
Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident
İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin
başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş
xalqımızın daha
bir tarixi Zəfəri oldu.
Dörd ildir
ki, postmüharibə dövrünü yaşayırıq
və bu dövrün də öz hədəfləri var. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini
Azərbaycan Lideri diktə edir. Beynəlxalq güclər,
dünyanın böyük
dövlətləri regionda
yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar.
Prezidentimizin cəsarətli,
təmkinli addımları,
taleyüklü məqamlarda
nümayiş etdirdiyi
qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə
aparır. Qarabağ münaqişəsi tarixə
qovuşub, bölgədə
yeni reallıqlar yaranıb. Azərbaycan dövlətinin gücü
sayəsində bu yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə
olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş
etdirir. İşğaldan
azad edilmiş ərazilərdə zəruri
infrastruktur obyektləri
ilə paralel olaraq yaşayış kompleksləri, məktəb
binaları tikilib istifadəyə verilir, yenilərinin təməli
qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş
perspektivindən xəbər
verir. İndiyədək
yüzlərlə ailə
doğma yurda qayıdıb, azad olunmuş ərazilərə
yaxın üç ildə 140 min insanın köçürülməsi
nəzərdə tutulur.
Sevinc Azadi
İki sahil.- 2024.- 24 dekabr, ¹237.- S.8.