Gənclər ölkənin
həm bu günü, həm də sabahıdır
Ulu Öndər Heydər Əliyevin bu fikri
indi də aktual səslənir və gəncləri Azərbaycanın
sabahı naminə səfərbər edir
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-mədəni və digər sahələrində fəal çalışırlar. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir.
Bu diqqəti simvolizə edən 2 fevral- Azərbaycan
Gəncləri Günü xüsusi təntənə ilə
qeyd olunur. Prezident İlham Əliyev gənclərə malik
olduqları qabiliyyət və intellektual imkanlar müqabilində
geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə
daim böyük diqqət və qayğı göstərir. Bu
gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra
hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik
korpuslarda, xaricdə fəaliyyət göstərən
transmilli şirkətlərdə fəaliyyət göstərir.
Artıq gənclərdə könüllülük institutu
formalaşmağa başlamışdır. Bu da mühüm əlamətdir.
Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi
beynəlxalq səviyyəli tədbirlər dövlətimizin,
müvafiq nazirliklərimizin əməyi ilə yanaşı,
könüllülük qrupunun dəstəyi ilə də ərsəyə
gəlir. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi
münasibətilə ölkə gənclərinin bir qrupu ilə
görüşündə Prezident İlham Əliyev bildirdi
ki, gənclər cəmiyyətimizin
fəal üzvləri kimi ölkəmizin güclənməsində
əsas rol oynayırlar: "Mən gənclərin fəaliyyətini
yüksək qiymətləndirirəm. Həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində mən
görürəm ki, bu gün böyüyən gənclər
xalqa, dövlətə bağlıdırlar. Bu, çox
önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə
alsınlar."
"Bugünkü gənc sabah ölkəmizi
idarə edəcəkdir» deyən
Prezident İlham Əliyev gənclərin potensialından
ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun
təmin edilməsi və dövlət idarəçiliyi
sistemində iştirakının gerçəkləşdirilməsi
məqsədilə kompleks tədbirlər həyata
keçirib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi
də gənclərə dövlət qayğısının
ən böyük təcəssümü idi.
Gənclər siyasətinin ən vacib istiqamətlərindən
biri də elm və təhsillə bağlıdır. Son illərdə
respublikamızın əksər regionlarında müasir
standartlara tam cavab verən məktəblər tikilib istifadəyə
verilib, orta və ali təhsil ocaqları müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər
il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək
nəticə göstərən tələbələr
Prezident təqaüdü ilə
mükafatlandırılır. Ölkə
başçısının Fərmanı ilə təsdiqlənən
"Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)"
gənclərin xaricdə təhsili üçün geniş
imkanlar açdı. Bu da Azərbaycanda intellekt
kapitalının inkişafına xidmətin ən
mühüm amillərindəndir. Elmi müəssisələrin,
məktəblərin kompüterləşdirilməsi, gənc
vətəndaşlarımızın virtual dünyaya
çıxışının təmin edilməsi,
onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnmələri üçün atılan məqsədyönlü
addımlar Azərbaycanda insan kapitalının inkişafı
baxımından böyük əhəmiyyət
daşıyır. Gənclər təşkilatlarının fəaliyyətinə
verilən dövlət dəstəyi özünün yeni mərhələsinə
qədəm qoyub. Ölkəmizdə gənclər təşkilatlarına,
ictimai birliklərin fəaliyyətinə yaradılmış əlverişli
mühit müxtəlif layihələri həyata keçirməyə
təkan verir. Respublikanın 55 şəhər və rayonunda
fəaliyyət göstərən Gənclərin
İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin
noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun
nəzdində fəaliyyətə başlayıb. Prezident
İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına
əsasən, şəhər və rayonlarda yaşayan gənc
vətəndaşların dövlət gənclər siyasətinin
tələblərinə, Ümummilli Lider Heydər Əliyevin
dövlətçilik fəlsəfəsi və azərbaycançılıq
məfkurəsinə uyğun şəkildə hərtərəfli
inkişafının təmin olunması məqsədilə
ölkənin şəhər və rayonlarındakı Heydər
Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin
yaradılması və fəaliyyətinin təmin edilməsi
qərara alınıb.
Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası" da dövlət gənclər
siyasətinin yeni mərhələyə qədəm
qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi
2015-2025-ci illərdə Azərbaycan gəncliyinin
potensialını müasir dövrün tələblərinə
uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan
Respublikasının mənafeləri naminə istifadə etmək,
yeni nəsildə fəal vətəndaşlıq mövqeyi
formalaşdırmaqdır. Məhz bu hədəfin
reallaşdırılması məqsədilə son illər
görülən işlər öz müsbət nəticələrini
verir.
Azərbaycan gəncləri üçün ən
həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də
başlayan və noyabrın 9-dək davam edən Vətən
müharibəsi oldu. Vətən müharibəsində gənclərin
rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli
Azərbaycanın uğurlu sabahı naminə səfərbər
edən siyasətinin nəticəsi idi. Rəşadətli Azərbaycan Ordusunun
sıralarında Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə
yazdılar. Məhz onların rəşadəti sayəsində
əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan
ərazi bütövlüyünü bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarımıza qovuşdu. Həmrəylik, milli birlik, vahid
amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri
döyüş meydanında Ermənistanın «güclü, məğlubedilməz»
ordu mifini birdəfəlik darmadağın etdi.
İşğalçı düşmənə qalib gəlmək
arzusu ilə yaşayan gənclər Vətənə sadiq
olduqlarını təsdiq etdilər.
“Hər bir xalqın, hər bir millətin, hər
bir ölkənin gəncləri onun həm bu
günüdür, həm də sabahıdır, ümididir.” -
Ulu Öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir
və gəncləri Azərbaycanın sabahı naminə səfərbər
edir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2024.- 1 fevral, ¹19.- S.5.