Naxçıvanın Zəngəzurin faciəli
taleyini yaşamasının qarşısını nə
aldı?
Naxçıvan
MSSR necə meydana gəldi? Naxçıvan
MSSR-dən əvvəl
qısa tarixi ekskursiya əsasında qeyd edək ki, Naxçıvan MSSR ilə Naxçıvan
SSR-i bir-birindən ayıra
bilmək lazımdır.
Belə ki, Naxçıvan SSR 1920-ci ilin
28 iyulunda, Naxçıvan
MSSR isə 1924-cü ilin
18 yanvarında elan olunmuşdur
Rusiyanın Azərbaycan, eləcə də Naxçıvan ərazisini işğal etməsi nəticəsində öncə Naxçıvan SSR, daha sonra isə Naxçıvan MSSR meydana çıxmışdır. Əslində mövcud olan ərazidə hakimiyyət dəyişikliyi nəticəsində ad dəyişikliyi terminoloji tarixi qaynaqlara daxil olmuş, dövləti qurumlar sovet idarəçiliyinin tələblərinə uyğunlaşdırılmışdır. Muxtariyyət məsələsinin meydana çıxması da təbiidir ki, Naxçıvanda mövcud tarixi reallıqda müxtəlif prizmaların toqquşmasında gerçəkləşmişdir. Y.Mahmudov, K.Şükürov yazır ki, Naxçıvan SSR-in muxtar diyar kimi təşkil olunması nəticəsində Naxçıvanın əvvəlki siyasi hüquqları məhdudlaşdırılırdı. Respublikadan təcrid olunmuş şəraitdə yaşayan Naxçıvan üçün bunu qənaətbəxş hesab etmək olmazdı. Ona görə də 1923-cü ilin sonunda Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi məsələsi irəli sürüldü. Azərbaycan MİK 1923-cü il dekabrın 31-də bu barədə qərar qəbul etdi. Zaqafqaziya MİK-in 1924-cü il yanvarın 8-də keçirilən birinci plenumu Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqqında qərar qəbul etdi. Naxçıvanın Muxtar Respublikaya çevrilməsi üçün Zaqafqaziya MİK səlahiyyətləri daxilində qərar ondan irəli gəlirdi ki, hələ 1922-ci ilin dekabrında Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR ZSFSR-də birləşdi. Dekabrın 30-da hər üç respublika ZSFSR tərkibində SSRİ-yə daxil olmuşdu.
Bu kontekstdə
bir daha aydın olur ki, Naxçıvan Muxtar Respublikasının,
yəni Naxçıvan
MSSR-nin meydana çıxması zəruri
tarixi şəraitdən
doğmuşdu. Əks
təqdirdə irəli
tarixi dövrlərdə
diyar kimi mövcud olan Naxçıvan yenidən
Ermənistana ilhaq edilmək istəyi ilə gündəmə çıxa bilərdi. Çünki bir Respublikaya mübahisəli
ərazi olan Diyar ərazisini qatmaq normal sayılardı,
ancaq unitar Respublikanı Respublikaya ilhaq etmək mümkünsüz idi. Yalnız federativ
respublika quruluşu burada istisna təşkil edir ki, Ermənistan da federativ respublika quruluşuna malik deyildi. Bu baxımdan Naxçıvan muxtariyyətinin
bu kimi hüquqi
statusda meydana çıxması çox
vacib idi. Məhz Azərbaycanın taleyini düşünən
görkəmli şəxsiyyətlər
bu vacib siyasi gedişatı həyata keçirməyə
çalışırdılar və nəticə etibarilə də buna nail
ola bildilər. Elə
buna görə də
Naxçıvan da Zəngəzur
kimi eyni faciəli taleyi yaşayıb Ermənistana
ilhaq olunmadı .
Belə
bir təhlükəli
dövrdə qədim
yurd yerimiz olan Naxçıvanın Azərbaycanın tərkibində
qalması az qala çox çətin manevrlərin
hesabına başa gəlirdi ki, bu taktiki addımların yüksək çevikliyi
nəticəsində Naxçıvan
MSSR meydana çıxdı.
Eyni zamanda tarixi şəraitin Azərbaycanın əleyhinə
olması Naxçıvan
MSSR-in yaradılmasını şərtləndirdi. Əks
təqdirdə Naxçıvan
ərazisini də böyük fəlakət
gözləyirdi. Sovet
rəhbərliyinin aqressiv
tələbləri nəticəsində
Zəngəzurun sovetləşən
Ermənistana verilməsi
növbədə Naxçıvanın
olmasını aydın
göstərirdi. Həmçinin
Zəngəzurun Ermənistana
öncə ilhaq edilməsi aydındır
ki, Naxçıvan ərazisinin
Azərbaycandan ayrı
salınmasına xidmət
edirdi. F.Səfərli
qeyd edir ki,tarixi Azərbaycan torpağının hesabına
Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində Zəngəzur
qəzası yaradıldı.
Beləliklə, Zəngəzurun
Ermənistana verilməsi
ilə Naxçıvan
bölgəsi süni
surətdə Azərbaycanın
əsas hissəsindən
ayrı salındı.
Göründüyü kimi Sovet rəhbərliyinin məkrli niyyətləri buradan aydın olur ki, Naxçıvan ilkin mərhələdə
Zəngəzurun Ermənistana
verilməsi ilə Azərbaycandan ayrı salınır, daha sonrakı dövrdə isə Ermənistana verilmə planları həyata keçirilməyə
başlanır. Bu dövrdə
Naxçıvan MSSR ideyası
meydana çıxmasaydı
doğrudan da Naxçıvan
ərazisinin gələcəyi
sual altına düşə bilərdi.
Əlbəttə, bu ideoloji məfkurə, siyasi status məsələsi
Zəngəzurun Ermənistanın
tərkibinə verilməsindən
daha əvvəl meydana çıxmışdı.
Bu avantürist siyasətin
qarşısının alınması
üçün iki cəbhədə ciddi addımlar atıldı. Birincisi, Naxçıvan əhalisinin inadlı mübarizəsi, ikincisi isə Azərbaycanın əhəmiyyətli səlahiyyətə
malik olan siyasi xadimlərinin qətiyyəti
nəticəsində müsbət
sonuc əldə oluna bildi.
Azərbaycan rəhbərliyinin Hərbi
İnqilab Komitəsinin üzvü,
Ədliyyə komissarı
Behbud ağa Şahtaxtinskini dekabrın
15-də Naxçıvana göndərməsi
isə siyasi taktika ilə Naxçıvanın Azərbaycanın
tərkibində qalmasına
səbəb olmuşdu.
Eyni zamanda Behbud Ağa Şahtaxtinskinin bu istiqamətdə əvəzsiz
xidmətləri vardı,
xalq sevgisini qazanmış şəxsiyyət
idi və onun sözü silaha bərabər hesab oluna bilirdi.
Onun hələ Azərbaycanın Moskvadakı
səlahiyyətli nümayəndəsi
olaraq V.İ.Leninə
göndərdiyi məktubda
bu ərazidə soyqırım aparılması
və bundan çıxış yollarını
göstərməsi də
o dövr üçün
çox cəsarətli
addım idi.
B.A.Şahtaxtinkski açıq-aydın
sovet rəhbərliyinin
Naxçıvanı satdığını
Naxçıvan əhalisinə
bildirmiş və yeganə yol olaraq Naxçıvanın
Türkiyəyə birləşməsini
məsləhət görmüşdü.
Məhz Naxçıvanın
Türkiyə ilə birləşəcəyindən ehtiyat edən və ikili cəbhələrdə
müharibə vəziyyətində
olan Sovet rəhbərliyi Naxçıvanın
Ermənistana verilməsindən
imtina etdi. Əslində isə bu kimi qətiyyətli
addımlar və Naxçıvan əhalisinin
cəsarətli etirazları
olmasaydı Naxçıvan
Ermənistan ərazisi
elan olunacaqdı.
B.A.Şahtaxtiniskinin milli mövqeyinin
və Naxçıvan
əhalisinin qətiyyətinin
nəticəsində qeyd
etdiyimiz kimi, Sovet rəhbərliyi Naxçıvanın Azərbaycan
Respublikasının tərkibində
Muxtar Respublika kimi qalmasına razılıq verdi. Bu tarixi situasiyadan sonra 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təəssübü
ilə keçirilmiş
rəy sorğusunda Naxçıvan əhalisinin
90 %-dən çoxu Naxçıvan mahalının
muxtariyyət statusunda
Azərbaycan SSR tərkibində
qalmasına səs verdi. Naxçıvanın
Azərbaycanın himayəsi
altında muxtar ərazi statusu RSFSR-lə Türkiyə arasında bağlanmış
Moskva müqaviləsində Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan
və Türkiyə arasında imzalanmış
Qars müqaviləsində
(1921) təsbit olundu.
Biz Moskva və Qars müqaviləsi
haqqında əhəmiyyətlilik
baxımından daha sonra geniş bəhs açacağımız
üçün bu kontekstdə bu müqavilələrin Naxçıvan
Muxtar Mahalının yaranmasında oynadığı
roldan qismən bəhs edirik. Məhz bu geniş
siyasi çeviklik nəticəsində Naxçıvan
Muxtar Mahalı yaradıldı və daha sonra yaradılacaq
Naxçıvan MSSR üçün
etap rolunda çıxış etdi.
Naxçıvan Muxtar Mahalının
Naxçıvan Muxtar
Respublikasına (MSSR) keçidi
isə 1924-cü ilin fevralında baş tutdu. Əslində Naxçıvan Muxtar Mahalının yaradılması
hüquqi statusun təsbiti idi. Ancaq buna baxmayaraq bu prosesi Sovet
rəhbərliyinin erməni
himayədarlığı və
öz siyasi ambisiyaları səbəbindən
yenidən dəyişmək
cəhdi nəticəsində
Naxçıvan Muxtar
Respublikasının bir
neçə il ləngidilib
daha sonra Azərbaycanın tərkibində
hüquqi baxımdan tanınması mümkün
oldu .
Halbuki hələ 1922-ci ilin 12 dekabrında Zaqafqaziya sovetlərinin I qurultayında
Naxçıvan Azərbaycanın
muxtar vahid olaraq tərkib hissəsi kimi tanınmışdı . Ermənilərin bütün
Türk torpaqlarına
olduğu kimi, Azərbaycana və onun tərkib hissəsi olan Naxçıvana təcavüz
və iddiaları hər zaman davam etmişdir. Hətta MSSR dövründə də Naxçıvanın bir qism torpaqları erməni təcavüzkarları
tərəfindən ələ
keçirilmişdir.
Naxçıvan MSSR-in Ermənistana hədiyyə
edilən əraziləri
daha dəqiq olaraq nəzərdən keçirildikdə aydın
olur ki, Zaqafqaziya
MİK Naxçıvan MSSR-in ərazi problemlərinə
məhəl qoymadan,
Moskva və Qars müqavilələrinin şərtlərini
kobud surətdə pozaraq 1929-cu il fevralın
18-də qərar qəbul
etdi. Həmin qərara görə Naxçıvan MSSR-in 10 kənddən
ibarət 657 kv. km ərazisi – Şərur qəzasının Qurdqulaq,
Xaçik, Horadiz, Naxçıvan qəzasının
Şahbuz nahiyyəsinin
Oğbin, Ağxəç,
Almalı, İtqıran,
Sultanbəy kəndləri,
Ordubad qəzasının Qorçevan
kəndi, Kilid kəndi torpaqlarının
bir hissəsi Ermənistana verildi. 1930-cu
ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış
məntəqələri Ermənistana
verilmiş və həmin ərazidə
Mehri rayonu yaradılmışdır .
Hətta
1938-ci ildə Kərki
kəndinin torpağının
bir hissəsi, 1969-cu ilin may ayında yenə Kərki kəndinin başqa bir sahəsi Ermənistana verilmişdi.
1990-cı il yanvarın 18-19-da Kərki kəndi ermənilər tərəfindən
işğal edildi, sonrakı illərdə Naxçıvanın başqa
ərazilərini tutmağa
cəhd göstərilsə
də buna yol verilmədi .
Bu baxımdan ensiklopedik qaynaqda göstərilir ki,
Naxçıvan MSSR-in hüquqi
ərazi statusunun möhkəmləndirilməsi 1926, 1937, 1978-ci illərdə qəbul olunmuş Naxçıvan
MSSR-in Sovetlər Qurultaylarında
qəbul olunmuş
I-II-III Konstitusiyalarının mühüm rolu olmuşdur.
Təqdim
etdiyimiz aspektdən yanaşdıqda Naxçıvan
MSSR-in nə qədər
böyük tarixi nailiyyətin nəticəsi
olaraq meydana çıxması bir daha təsdiqini tapmış olur.
Yeganə Məmmədova,
Tarix üzrə fəlsəfə
doktoru,
AMEA Naxçıvan Bölməsinin
doktorantı
İki sahil.- 2024.- 3 fevral, №21.- S.7.