İmzası “bənna” olan böyük memar və kamil
sənətkar:
Əcəmi Əbubəkr
oğlu Naxçıvani
MEMAR ƏCƏMİ NAXÇIVANİNİN
900 İLLİK YUBİLEYİ UNESCO
SƏVİYYƏSİNDƏ QEYD OLUNACAQ
Məlum olduğu kimi, UNESCO-nun Baş Konfransının
7-22 noyabr 2023-cü ildə keçirilən
42-ci sessiyasında görkəmli
Azərbaycan memarı
Əcəmi Naxçıvaninin
900 illik yubileyi
2024-2025-ci illər ərzində
UNESCO çərçivəsində qeyd olunacaq yubileylər
siyahısına daxil edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani Orta əsr Azərbaycan memarlığının ən
möhtəşəm qollarından
biri olan Naxçıvan memarlıq
məktəbinin çox
görkəmli nümayəndələrindən
biridir. Ancaq zəmanəmizə qədər
gəlib çatmış
Orta əsr qaynaqlarında bu görkəmli memar haqqında əsaslı bir məlumat yoxdur. Ona görə
də onun haqqında məlumatı biz özünün yaratdığı möhtəşəm
abidələr və onların üzərindəki
kitabələrdən alırıq.
Tarixin ən
mötəbər qaynaqlarından
sayılan epiqrafik abidələr – kitabələr
Orta əsrlər zamanı Naxçıvan bölgəsində yaşayıb
yaratmış bir sıra görkəmli şəxsiyyətlərin adlarını
zəmanəmizədək gətirib
çıxarmışdır. Bu şəxsiyyətlər
içərisində sənətkarların,
o cümlədən memarların
özünəməxsus yeri
vardır. Bu memarların adları əsasən özlərinin
yaratdığı möhtəşəm
abidələr üzərindəki
kitabələr vasitəsilə
bizə qədər gəlib çatmışdır.
Belə memarlardan biri də Əcəmi
Əbubəkr oğlu
Naxçıvanidir.
Bir sıra
yerlərdə çoxlu
memarlıq abidələri
inşa etsə də Əcəmi Naxçıvaninin yaratdığı
abidələrdən zəmanəmizədək
ancaq Naxçıvan şəhərində iki
abidə – Yusif Kuseyir oğlu və Möminə xatın türbələri
gəlib çatmışdır.
Memarlıq ədəbiyyatı
materiallarından aydın
olur ki, Naxçıvan şəhərində
XIX yüzilliyə qədər
qalıqları qalan başqa abidələr də, o cümlədən
Atabəylər memarlıq
kompleksinə daxil olan Qoşa minarəli baştağ və Came məscidi
də bu görkəmli memarın yaradıcılığının məhsulu olmuşdur. XII əsrdə Naxçıvan
şəhərində yaradılan
Atabəylər memarlıq
kompleksinə daxil olan Eldənizlər sarayı (Dar ül-Mülk), Xanəgah və s. kimi inzibati və mülki binalar da XII əsrdə Əcəmi Naxçıvani
tərəfindən inşa
edilmişdir. Hətta
elmdə 1979-cu ildə
Ordubad rayonundakı Orta əsr Xaraba
Gilan yaşayış
yerində təsadüfən
aşkar olunan türbənin də Əcəmi Naxçıvani
tərəfindən XII yüzilliyin
80-ci illərində inşa
edilməsi haqqında
fikir vardır. Naxçıvan şəhərinin
cənub tərəfində,
Möminə xatın
türbəsindən təxminən
400-500 metr aşağıda
yerləşən Nuh
peyğəmbərin qəbirüstü
türbəsinin ətrafından
aşkar olunan kitabə fraqmentlərinin, abidələrin
inşasında istifadə
îlunan inşaat materiallarının, yan üzlərin bəzədilməsində
tətbiq edilən îrnament-naxışların, kaşı
nümunələrinin çox
oxşar olduqlarına
əsasən ehtimal etmək olar ki, bu türbə
də, Naxçıvan
memarlıq məktəbinə
məxsusdur və bu məktəbin çiçəklənmə dövrü
keçirdiyi XII yüzilliyin
îrtalarında Əcəmi
Əbubəkr oğlu
Naxçıvani tərəfindən
Yusif Küseyir oğlu türbəsindən
az sonra inşa olunmuşdur.
Əcəmi Naxçıvaninin Naxçıvan
şəhərində inşa
etdiyi abidələrdən
bir neçəsinin,
o cümlədən Yusif
Kuseyr oğlu və Möminə xatın türbələrinin
və qoşa minarəli baştağın
kitabələri XIX yüzilliyin
ortalarından etibarən
tədqiq edilmişdir.
Bu tədqiqatların nəticəsi olaraq həmin abidələrin təyinatı, sifarişçisi,
inşa tarixi və memarı haqqında məlumatlar elmi dövriyyəyə daxil edilmişdir. Beləliklə, bu kitabələrin təqdim
etdiyi məlumatlar əsasında görkəmli
Azərbaycan memarı
Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin
adı elmi ictimaiyyətə məlum
olmuşdur.
Əcəmi Əbubəkr oğlu Naxçıvani yaratdığı
dünya şöhrətli
abidələrdən Yusif
Küseyir oğlu türbəsinin üzərində
imzasını “Bənna
Əcəmi Əbubəkr
oğlu Nəşəvinin
əməlidir”, Möminə
xatın türbəsinin
üzərində isə
“Bənna Əcəmi
Əbubəkr oğlu
Naxçıvaninin əməlidir”
şəklində təqdim
etmişdir. Kitabəsindən
göründüyü kimi,
memar Əcəmi Əbubəkr oğlu Naxçıvani ilk yaradıcılıq məhsulu
olan Yusif Küseyir oğlu türbəsinin üzərində
özünü “Nəşəvi”
nisbəsi (doğulduğu
və ya yaşadığı yerin
adı) ilə təqdim etmişdir. Nəşəva, Nəşəvi
orta əsrlər zamanı Naxçıvan şəhərinin adlarından
biri olmuşdur. Orta əsr ərəb
coğrafiyaşünası Yaqut əl-Həməvi Yusif Küseyir oğlu türbəsinin inşasından az bir müddət sonra, XIII əsrin əvvəllərində qələmə
aldığı “Mücəm
əl-Buldən” (“Ölkələrin
əlifba sırası
ilə sıralanması”)
əsərində Naxçıvan
şəhəri haqqında
iki dəfə bəhs edir. O, Naxçıvan şəhərinin
adını birinci dəfə Naxcuvan, Nakcuvan, ikinci dəfə isə Nəşəva kimi qeyd etmişdir. Yaqut əl-Həməvi şəhər haqqında
birinci dəfə yazır: “Naxcuvan və yaxud bəzilərinin
dediyi kimi Nakcuvan Azərbaycanda şəhərdir, hansı
ki, biz onun
haqqında yenə danışacağıq”. Müəllif
ikinci dəfə isə şəhər haqqında belə yazır: “Nəşəva
Azərbaycanda şəhərdir.
...Xalq arasında Naxcuvan, yaxud Nakcuvan kimi məşhurdur”.
Müəllifin fikrindən
aydın olur ki, şəhər XIII əsrin əvvəllərində
Nəşəva adlansa
da, xalq arasında Naxcuvan, yaxud da Nakcuvan
kimi məhşur olmuşdur. XII əsrdə
olduğu kimi şəhər XIII əsrin
əvvəllərində də
Nəşəva adlanmış,
bununla belə həm də Naxcuvan, Nakcuvan kimi də adlanmışdır.
Məhz bu səbəbdəndir ki, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Yusif Küseyir oğlu türbəsindən 24 il sonra, 1186-cı ildə inşasını başa
çatdırdığı Möminə xatın türbəsinin kitabəsində
özünü “Naxçıvani”
nisbəsi ilə təqdim etmişdir.
Daşıdığı
“Nəşəvi” və
“Naxçıvani” nisbələri
birmənalı şəkildə
təsdiq edir ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani XII yüzillikdə
Naxçıvan şəhərində
anadan olmuş, orada
yaşayıb fəaliyyət
göstərmişdir. Orta
əsr mənbələrindən
məlumdur ki, Naxçıvan şəhəri
XII əsrdə yüksək
inkişaf səviyyəsində
olmuş, anonim “Əcaib əd-dünya” əsərinin məlumatına
görə, Eldənizin
dövründə yüksək
tərəqqiyə çatmış,
intibah dövrünü
yaşamış. Şəhər
Azərbaycanın mühüm
elm, təhsil və mədəniyyət
mərkəzlərindən biri kimi, 1136-cı ildə tarix səhnəsinə çıxan
Azərbaycan Atabəyləri
dövlətinin paytaxtlarından
birinə çevrilmişdi.
Əcəmi Naxçıvani
belə bir mühitdə Naxçıvan
şəhərində doğulmuşdur.
Ancaq, təəssüf
ki, bu görkəmli
memarın anadan olduğu və vəfat etdiyi tarix dəqiq məlum deyildir. Orta əsr qaynaqlarında
da bu haqda
elə bir məlumat yoxdur. Bu səbəbdən də, memarın doğum və ölüm tarixi haqqında ancaq, onun yaratdığı abidələr əsasında
müəyyən mülahizələr
yürütmək, bu
tarixləri təxmini
də olsa müəyyən etmək
olar.
Qeyd olunduğu
kimi, Əcəmi Naxçıvaninin zəmanəmizədək
gəlib çatan abidələinrdən Yusif
Kuseyir oğlu türbəsinin inşası
1162-ci ildə, Möminə
xatın türbəsinin
inşası isə
1186-cı ildə başa
çatmışdır. Əzəməti,
möhtəşəmliyi, naxışlarının
və kitabələrinin
mükəmməlliyi ilə
Möminə xatın
türbəsi Yusif Kuseyir oğlu türbəsini geridə qoyur. Bu da
təbii bir haldır. Çünki, inşa tarixlərindən
də göründüyü
kimi Yusif Kuseyir oğlu türbəsini memar nisbətən gənc və ya cavan
yaşlarında inşa
etmişdir. Möminə
xatın türbəsini
isə ondan bir neçə il sonra, yaşının
və sənətinin
kamillik çağında
ucaltmışdır. Fikrimizcə,
Yusif Kuseyir oğlu türbəsini inşa edərkən memar 30-35 yaşlarında,
Möminə xatın
türbəsini tamamlayarkən
isə, 55-60 yaşlarında
olmuşdur. Bu iki türbənin inşa tarixlərini əsas götürərək
Əcəmi Naxçıvaninin
doğum tarixini təxminən XII yüzilliyin
20-ci illərinə aid
etmək olar. Görünür, UNESCO-nun
Baş Konfransının
42-ci sessiyasında Əcəmi
Naxçıvaninin 900 illik
yubileyinin UNESCO çərçivəsində
2024-2025-ci illər ərzində
qeyd olunacaq yubileylər siyahısına
daxil edilməsi haqqında qərar qəbul edilərkən də, bu cəhət
əsas götürülmüşdür.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin təvəllüd
tarixi kimi, vəfat tarixi də dəqiq bilinmir. Fikrimizcə,
1186-cı ildə Möminə
xatın türbəsini,
bundan az sonra onun yaxınlığında
Came məscidi kimi daha möhtəşəm
bir abidəni inşa edən Əcəmi Naxçıvani
qeyd olunduğu kimi, həmin vaxt sənətinin və yaşının kamillik dövrünü yaşamışdır. İnsanın,
xüsusi ilə kişilərin orta ömrünün 70-75 il olduğunu nəzərə
alaraq böyük memarın XII yüzilliyin sonlarında vəfat etdiyini ehtimal etmək olar.
Dünyasını dəyişdikdən sonrakı
dövrlərdə Əcəmi
Naxçıvani yaradıcılığının
və onun yaratdığı məktəbin
təsiri ilə çox geniş bir ərazidə möhtəşəm memarlıq
abidələri yaradılmışdır.
Bu memarlıq məktəbinin təsiri elə Naxçıvan bölgəsində indiyədək
qalan, bəlkə də Əcəmi Naxçıvaninin özü
tərəfindən inşa
edilmiş Gülüstan
türbəsində (XII-XIII əsr), Qarabağlar memarlıq kompleksində
(XII-XIV yüzillik), Naxçıvan
memarlıq məktəbinin
görkəmli nümayəndəsi
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfinndən
inşa edilmiş Bərdə türbəsində
(1322-ci il), Cənubi Azərbaycanın Marağa
şəhərindəki Göy
günbəzdə (1196-cı il), Səlmas türbəsində (XIV əsr)
və digər abidələrdə aydın
şəkildə izlənir.
Ümumiyyətlə, Naxçıvan memarlıq
məktəbinin təsir
coğrafiyası çox
genişdir. Azərbaycan
hüdudlarını aşıb
keçən bu coğrafiya Yaxın və Orta Şərq
ölkələrini də
əhatə etmişdir.
Bu ölkələrdə
yetişən bir sıra görkəmli memarlar öz yaradıcılıqlarında Azərbaycan
memarlığının Naxçıvan
məktəbində Əcəmi
Əbubəkr oğlu
Naxçıvani tərəfindən
tətbiq olunan bir sıra memarlıq
ünsürlərindən geniş
şəkildə istifadə
etmişlər. Orta Asiyada, xüsusilə Səmərqənd şəhərində
inşa edilən memarlıq nümunələrində
də Əcəmi Naxçıvani sənətkarlığının
izlərinə rast gəlinir. Çünki, bilindiyi kimi, Orta Asiya fatehi
Əmir Teymur tutduğu ərazilərdə
fəaliyyət göstərən
görkəmli sənətkarların
hamısını əsir
götürərək paytaxt
Səmərqəndə aparırdı.
Həmin sənətkarlardan Səmərqənddə
möhtəşəm memarlıq
abidələrinin inşasında
istifadə olunurdu.
1387-ci ildə Naxçıvanı
tutduqdan sonra buradan da yerli
sənətkarlar, o cümlədən
memarlar Səmərqəndə
köçürülmüş və onlar paytaxtın
abadlaşdırılmasında iştirak etmişlər. Ona görə də, bu abidələrdə
Naxçıvan memarlıq
məktəbinə məxsus
xüsusiyyətlər öz
əksini tapmışdır.
Uzun müddət
Səfəvilər dövlətinin
paytaxtı olmuş İsfahan şəhərinin
memarlıq abidələrində,
XVI yüzillikdə yaşamış
məşhur türk memarı Sinanın İstanbulda inşa etdiyi abidələrdə də Əcəmi Naxçıvani yaradıcılığının
təsiri özünü
aydın şəkildə
göstərir. Bunu türk tədqiqatçıları
da öz əsərlərində təsdiq
edirlər. Görkəmli
türk sənətşünas
alimi Oqtay Aslanapa “Türk sənəti” adlı dəyərli əsərində
qeyd edir ki, Anadoludakı Səlcuqlu dövrü memarlıq abidələrinin
bəzək motivləri,
Cənubi Azərbaycanın
Qəzvin məscidlərindəki
eyni motivlər Naxçıvan abidələri
vasitəsi ilə Anadoluya gəlib çıxmışdır. Müəllif
hətta Sivasdakı nümunədən bəhs
edərkən qeyd edir ki, “burada
daş portalın üst kənarında bir-birini kəsən altıbucaqlıda Naxçıvan
günbəzlərindəki motivlərin yenidən dəyərləndirildiyi görünməkdədir.
Türk alimi Dalokay Vedat da
bu cəhətə toxunmuş, Sinanın İstanbulda inşa etdiyi Xosrov paşa
türbəsi haqqında
danışarkən qeyd
etmişdir ki, “burada Atabəylərdən
qalma günbəzlərdən
bir nəfəs gəlir”.
Sinan yaradıcılığında
Əcəmi Naxçıvani
yaradıcılığının belə qabarıq şəkildə əks olunması isə heç də təsadüfi deyildir. Memar Sinan gənclik
vaxtlarında mühəndis
kimi Osmanlı ordusunda xidmət edərkən Sultan Süleyman Qanuninin 1535-ci ildə Azərbaycana yürüşü zamanı
ordu ilə birlikdə Naxçıvana
gəlmiş, Naxçıvan
şəhərində Əcəmi
Naxçıvani yadigarlarını
görmüşdür. Memar
Sinan Naxçıvanda
olarkən Əcəmi
Naxçıvani yadigarlarından
indiyədək qalan Yusif Küseyir oğlu və Möminə xatın türbələri ilə
yanaşı həmin
vaxt salamat vəziyyətdə olan qoşa minarəli baştağı, Came məscidi və digər abidələri də seyr etmişdir. Bu abidələr onun yaddaşında böyük
təsir buraxmışdı.
Həmin təsir bütün yaradıcılığı
boyu görkəmli memarı izləmiş, yaratdığı abidələrə
özünü göstərmişdir.
Əcəmi Naxçıvani dövrünün
çox böyük memarı, kamil sənətkarı olmuş,
sənətinin incəliklərinə
yiyələnmiş, zirvəsinə
yüksəlmişdir. Onun
yaradıcılığını təhlil edərkən belə bir qəti
qənaətə gəlmək
olur ki, o dövrünün görkəmli
memarı olmaqla bərabər, həm də zəmanəsinin bir sıra elmi
biliklərinə, xüsusilə
həndəsə, riyaziyyat,
astronomiya və s. dünyəvi və dini elmlərinə dərindən yiyələnmiş,
hərtərəfli inkişaf
etmiş şəxsiyyət,
böyük bir filosof olmuşdur. Təsadüfü deyildir ki, başqa həmkarlarından daha çox üstünlüklərə
və elmi biliklərə malik olduğu üçün
Əcəmi Naxçıvani
müasirləri tərəfindən
“Şeyxül-Mühəndisin” (“Mühəndislərin başçısı”,
“Mühəndislərin şeyxi”)
kimi dəyərləndirilmişdir.
Əcəmi Əbubəkr oğlu Naxçıvani inşa etdiyi abidələr üzərində yazdığı
kitabələrdə özünü
“bənna” kimi təqdim etmişdir.
XI-XIII əsrlərdə Azərbaycan
memarlığında, xüsusilə
onun Naxçıvan məktəbində “bənna”
titulu daha üstün və məna tutumuna görə, daha geniş miqyaslı olmuşdur. Bu səbəbdən də, həmin vaxt öz sənətinin zirvəsinə yüksəlmiş,
çox möhtəşəm
abidələr yaratmış
Əcəmi Əbubəkr
oğlu Naxçıvani
“bənna” titulu daşımış, ucaltdığı
abidələr üzərində
imzasını “bənna”
kimi təqdim etmişdir.
Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən
yaradılmış Azərbaycan
memarlığının şah
əsərlərindən olan
Yusif Kuseyr oğlu və Möminə xatın türbələri yüzillikləri
adlayaraq insanlara yüksək estetik zövq verməklə memarın yaradıcı dühasını bu gün bizə əyani olaraq nümayiş etdirir. Bu əsərlər Əcəmi irsinin, memarlıq
sənətinin ölməz
əsərləri sırasına
daxil olduğunu göstərir. Bu memarlıq irsi Əcəmi Əbubəkr
oğlu Naxçıvaninin
öz dövrünün
– XII əsrin misli-bərabəri
olmayan memarı olduğunu inamla söyləməyə əsas
verir. Qərbdə memarlıq yaradıcılığı
imzasız olduğu bir vaxtda Əcəmi
memarlığın bir
sıra şah əsərlərinin müəllifi
kimi bizim gözlərimiz önündə
parlaq, təkraredilməz
yaradıcılıq siması
olan bir sənətkar, bədii və mühəndis düşüncəsinin nəhəng
siması kimi canlanır. Tədqiqatçıların
da qeyd etdiyi kimi XII əsrin memarlıq tarixi onunla yanaşı
dayana biləcək digər bir layiqli memar tanımır.
Yaratdğı möhtəşəm
memarlıq nümunələrinə
əsasən mübaliğəsiz
demək olar ki, müsəlman intibahı dövründə
- XII əsrdə Gəncə şəhərində Nizami,
Naxçıvan şəhərində
isə Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlər yetişmiş,
yaşamış və
fəaliyyət göstərmişdir.
Fikrimizcə, Nizami Gəncəvi ədəbiyyatda
hansı zirvəyə
yüksəlmişsə, Əcəmi
Naxçıvani memarlıqda
həmin zirvəni fəth etmişdir.
Hər hansı
bir tarix-mədəniyyət
abidəsi, o cümlədən
türbə, məscid,
xanəgah, körpü,
karvansara, hamam, qala, istehkam, qəbirüstü xatirə
abidəsi və s. hər bir xalqın
torpağa vurduğu möhürdür. Dünyaya
gələn hər bir sənətkar ömrünü başa vurduqdan sonra dünyasını dəyişir.
Ancaq, onun yaratdığı əsər
uzun müddət yaşayır, gələcək
nəsillərə öz
mənsubiyyəti, onu
yaradan sənətkar,
tikildiyi tarix və s. haqqında dəyərli məlumatlar
çatdırır, beləliklə,
öz yaradıcısının
tarixdə yaşamasına
səbəb olur. Görkəmli memar Əcəmi Naxçıvani
də sanki bütün bunları nəzərə alaraq özünün şah əsəri olan Möminə xatın türbəsinin üzərində
belə bir beyt yazmışdır:
“Biz gedirik,
ancaq, qalır ruzigar, Biz ölürük,
əsər qalır yadigar”.
Həqiqətən dünya memarlıq xəzinəsinə Möminə
xatın türbəsi
kimi möhtəşəm
bir nümunə bəxş edən Əcəmi Naxçıvani
öz ömrünü
çoxdan başa vursa da, hətta
qəbrinin yeri belə unudulsa da, yaratdığı bu nadir memarlıq
abidəsi 1186-cı ildən
bəri, 838 ildir ki, Naxçıvan şəhərinin mərkəzində
əzəmətlə ucalır,
seyr edənləri öz gözəlliyi ilə heyran edir, müəllifinə rəhmət oxutdurur. Azərbaycan qadınının
xatirəsinə ucaldılan
və Haçadağla
birlikdə Naxçıvanın
simvoluna çevrilən
bu abidə
1632-1653-cü illərdə Hindistanda Mümtaz Mahalın şərəfinə
inşa edilmiş Tac Mahal məqbərəsi
ilə birlikdə dünyada qadına, anaya ucaldılan ən möhtəşəm
abidə kimi diqqəti cəlb edir və əzəməti
ilə heyrət doğurur. Çox maraqlıdır ki, Əcəmi Naxçıvani
özü də yaratdığı abidənin
gözəlliyini qiymətləndirmiş,
hətta onun üzərində fars dilində kufi xətti ilə “İlahi, bəd nəzərdən uzaq elə!” sözlərini yazmışdır.
Orta əsrlər
zamanı Əcəmi
Əbubəkr oğlu
Naxçıvani də
daxil olmaqla bütün sənətkarlar
xalq kütlələri
içərisindən çıxmış
adamlar idi. Ona görə də, onlar hakim sinfin tələblərinə
uyğun olaraq çox vaxt yaratdıqları abidələrin
üzərində öz
imzalarını qoya bilmirdilər. Başqa sözlə desək, abidələr anonim tukilirdi. Yaratdığı
möhtəşəm memarlıq
nümunələrinin, hətta
Naxçıvan şəhərinin
rəisi Yusif Kuseyir oğlunun türbəsi, yaxud da Atabəylər dövlətinin banisi Şimsəddin Eldənizin
arvadı və dövlətin ən qüdrətli hökmdarlarından
olan Atabəy Məhəmməd Cahan Pəhləvanın və
Qızıl Arslanın
anası Möminə
xatının qəbirüstü
xatitə abidəsi üzərində öz imzasını qeyd etməsi, onun yaşadığı dövrdə
çox yüksək
elm, hörmət və nüfuz sahibi olmasından irəli gəlmişdir.
Hacıfəxrəddin
Səfərli,
AMEA-nın müxbir üzvü, Naxçıvan
Dövlət Universitetinin professoru
İki
sahil.- 2024.- 6 fevral, ¹22.- S.7.