Mahnı mədəniyyətimizin

inkişafında Ramiz Mirişlinin rolu

 

Azərbaycan musiqisi Azərbaycan mədəniyyətinin bir qolu olub çox qədim zəngin tarixə malikdir. Azərbaycanın xalq professional musiqisinin inkişafında Naxçıvan mədəniyyəti Naxçıvan bəstəkarlarının xüsusi yeri rolu vardır.

Naxçıvanlı bəstəkarlar içərisində ürəkləri fəth edən mahnılar bəstələyən, Azərbaycanın nəğməkar bəstəkarı Ramiz Mirişlinin xüsusi yeri var. Azərbaycan mahnı mədəniyyətində Ramiz Mirişli məktəbi yaradan bəstəkarınDalğalar”, “Sənsən ürəyim”, “Bir könül sındırmışam”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu tar”, “Səadət digər dillər əzbəri olan mahnılarını eşitməyən, ona dəfələrlə, təkrar-təkrar qulaq asmayan yoxdur.

1934-cü il aprelin 16-da Naxçıvan şəhərində dünyaya göz açan Ramiz Mirişlinin doğulub boya-başa çatdığı ailə mühiti onun gələcək taleyində mühüm rol oynamış, orta məktəb illərindən musiqiyə böyük maraq göstərmişdir. Ailəsi onun musiqiyə həvəsini musiqi duyumunu dəyərləndirərək bu sahə üzrə təhsil almasına dayaq olmuşdur. Gələcəyin görkəmli bəstəkarı Naxçıvan şəhərindəki orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1952-1954-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alıb. Bu illərdə öz bacarıq istedadı ilə texnikumun pedaqoji heyətinin diqqətini cəlb edib. Həmin misiqi təhsili ocağını bitirdikdən sonra təhsilini davam etdirmək qərarına gələn Ramiz Mirişli 1956-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub. Konservatoriya mühiti onun bəstəkar kimi yetişməsinə köməkliyini göstərib. Əmək fəaliyyətinə 1954-cü ildən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor baş redaktor vəzifələrində çalışmışdır. O, bütün bu vəzifələrdə göstərilən etimadı doğrultmaqla yanaşı, bəstəkarlıq fəaliyyətini davam etdirmiş, Azərbaycan mahnı mədəniyyətinin inkişafına töhfələrini vermişdir. Bunlarla yanaşı, 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuş, 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Naxçıvanda musiqi mədəniyyətinin inkişafı, gənc istedadlı musiqiçilərin, o cümlədən bəstəkarların üzə çıxarılması, onlara düzgün istiqamət verilməsi üçün Ramiz Mirişli səy bacarığını əsirgəməmişdir. Buna görə o vaxt Ramiz Mirişli qayğısını görən musiqiçilər bu sənət fədaisini bu gün minnətdarlıqla xatırlayırlar. Görkəmli bəstəkarın Naxçıvanda təşkil edilən dövlət tədbirlərinə gəncləri cəlb etməsi onun musiqimizin gələcəyinə qayğısı idi illərdir ki, bu qayğı öz bəhrəsini verir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın böyük bəstəkarı adlandırdığı, yaradıcılığına yüksək qiymət verdiyi Ramiz Mirişlinin əsərləri ilə Azərbaycan musiqisi daha da zənginləşib, yeni çalarlar qazanıb. Bəstəkarın yaratdığı əsərlər rəngarəngliyi, bənzərsizliyi ilə seçilir. Ramiz Mirişli ən müxtəlif janrlarda əsərlər yaratmışdır. 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 3 kantata, 4 simfonik suita, fortepiano üçün 12 suita miniatür, 40-dan artıq teatr tamaşaları filmlərə yazdığı musiqilər bu gün öz dəyərini saxlamaqdadır. Bəstəkar bütün janrlara müraciət etsə , onu xalqa daha çox sevdirən mahnıları olub. Onun mahnıları xalqın ruhuna, ürəyinə xitab edirdi, ona görə bu gün hamı tərəfindən sevilir. Bəstəkar deyirdi: “Mən sevməsəm, heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır”. Bəli, Ramiz Mirişli Vətənini, xalqını sevirdi, digər tərəfdən ürəyində olan sevgi hisslərini bəstələrlə ifadə etməyə çalışır buna nail olurdu. Ramiz Mirişlinin ilk professional mahnısı 50 ildən çox yaşı olanDalğalarmahnısıdır. Mahnı gözəl şairimiz İslam Səfərlinin şeirinə bəstələnib ilk ifaçısı Şövkət Ələkbərova olmuşdur. Üç görkəmli sənət korifeyinin gücü ilə bu mahnı insan qəlbini ehtizaza gətirən bir musiqi əsəridir. Bəstəkarın digər mahnıları olanOxu tar” “Salam, Kür çayımahnıları ona daha da şöhrət qazandırıb.

Bəstəkarın yaradıcılığında doğma yurdu Naxçıvan da xüsusi yer tutub. Onun Azərbaycan Respublikasının Xalq şairi Məmməd Arazın sözlərinə bəstələdiyiDoğma diyarmahnısını sevməyən tapılmaz. Ramiz Mirişli xalq çalğı alətləri orkestri üçünNaxçıvan lövhələri”ni bəstələmiş, bir sıraŞərur yallısı”nı nota almışdır.

Görkəmli bəstəkar 2015-ci il aprelin 17-də vəfat edib. O, Xalq artisti, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, “ŞöhrətŞərəfordenləri ilə təltif edilmişdir.

 

Lətafət Həsənova,

Naxçıvan Dövlət Universitetinin

İncəsənət fakültəsinin III kurs tələbəsi

 

İki sahil.- 2024.- 20 fevral, ¹32.- S.8.