2 iyul Azərbaycan Polisi Günüdür
Şərəfli və keşməkeşli yol keçən asayiş keşikçiləri
İyulun
2-də Azərbaycan Polisi
yaranmasının 106-cı ildönümünü qeyd
edir. Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin 1998-ci
ildə imzaladığı
Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Daxili İşlər Nazirliyi və onun təşkilati
strukturu olan polis orqanları 1918-1920-ci illəri
əhatə edən fəaliyyəti dövründə
ilk müstəqil dövlətimizin
milli maraqlarının müdafiəsində
böyük vətənpərvərliklə
mühüm rol oynayıb. Cümhuriyyətin
süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində
olduğu 70 il ərzində
daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək
nəticələr və
zəngin təcrübə
qazanıb. Xüsusilə
ulu öndər Heydər
Əliyevin rəhbərliyi
ilə respublikamızın
iqtisadi, sosial və digər sahələrdə böyük
uğurlar qazandığı
1970-1980-ci illər Daxili
İşlər Nazirliyinin
tarixinə ən mühüm mərhələ
kimi həkk olub.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük
uzaqgörənliklə daxili
işlər orqanlarının
təşkilati və
ideoloji cəhətdən
möhkəmlənməsi, sıralarının saflaşdırılması,
peşəkar kadrların
irəli çəkilməsi
ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi
idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünü ilk olaraq
rəşadətlə dəf
edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və
hərbi qulluqçu şəhidlik zirvəsinə
ucaldı, 1710 nəfər
isə yaralandı. Göstərdikləri şücaət
və igidliklərə
görə 67 nəfər
Azərbaycanın Milli Qəhrəmanı
adına, 1143 nəfər
orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının
fəaliyyəti müstəqilliyimizin
sonrakı illərində
də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı
mübarizədə, ictimai
qaydanın qorunması
və ictimai təhlükəsizliyin təmin
edilməsi vəzifələrini
yerinə yetirərkən
99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
2003-cü
ilin oktyabrında cənab İlham Əliyevin
Azərbaycan Respublikasının
Prezidenti seçilməsi
ilə ölkəmiz inkişafının yeni mərhələsinə
qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək
uğurlara və yüksəlişə doğru
inamla irəliləyən
müstəqil dövlətimizin
rəmzinə çevrildi.
Dövlətimizin başçısının
həyata keçirdiyi
hərtərəfli islahatlar
çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi
üçün bütün
lazımi tədbirlər
görülüb. Ötən
illər ərzində
xidməti fəaliyyətin
cəmiyyətin maraqlarına
tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun
qurulması məqsədilə
müxtəlif Fərman
və sərəncamlar
imzalanıb. O cümlədən
nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi,
maddi-texniki təchizatının
yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin
rolu haqqında məlumatlandırma işinin
gücləndirilməsi üzrə
Azərbaycan Prezidentinin
təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm
əhəmiyyət kəsb
edən tədbirlər
görülüb.
Bu gün müasirləşmə
tendensiyası Daxili İşlər Nazirliyinin
bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq
standartlara uyğunlaşdırılması,
maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb,
onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin
“ASAN xidmət” mərkəzlərində
fəaliyyəti təşkil
olunub. Vətəndaş
məmnunluğunu təmin
edən bu və digər innovativ təşəbbüslər
orqan və hissələrdə qanunçuluğun
qorunmasının effektivliyini,
xidmətin səmərəsini
və operativliyi
qat-qat artırıb.
Azərbaycan Polisi güclü
maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan
vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanıdır.
Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində
davam edən bu inkişaf və modernləşmə
vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı
müdafiə etməyə,
cinayətkarlığa, onun
transmilli mütəşəkkil
növlərinə qarşı
mübarizədə adekvat
cavab tədbirləri görməyə tam imkan verir.
Xüsusi
vurğulamaq lazımdır
ki, ötən ilin əvvəlindən dünyada
geniş yayılmış
koronavirus pandemiyası
ilə mübarizə
dönəmində də
Azərbaycan Polisi üzərinə düşən
öhdəlikləri ən
yüksək səviyyədə
yerinə yetirir. Bu mühüm məsuliyyəti
dərindən dərk
edən Azərbaycan polisi xidməti vəzifələrini ən
yüksək səviyyədə
həyata keçirir.
Azərbaycan polisi bu gün də
pandemiya ilə mübarizədə ön
sırada dayanır və vətəndaşımızın
sağlamlığının qorunması üçün
gecə-gündüz fasiləsiz
xidmət aparır.
Azərbaycan Polisinin xidmətləri
Prezident İlham Əliyev
tərəfindən yüksək
qiymətləndirilir. Dövlətimizin
başçısı polis əməkdaşlarının pandemiya
dövründə nümunəvi
fəaliyyətini yüksək
qiymətləndirərək deyib: “Bizim polis əməkdaşları, Daxili
Qoşunların əməkdaşları
gecə-gündüz küçələrdədir,
həyatlarını risk altına
atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq.
Nəyə görə
kimsə özü üçün hansısa
xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya
bütün dünyaya
göstərdi ki, bu xəstəlik qarşısında
hamı bərabərdir.
Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək.
Bu, bizim siyasətimizin
əsas hissəsindən
biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.
Prezident,
Ali Baş Komandan
İlham Əliyev ordu
quruculuğuna, o cümlədən
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin
təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin
daha da yaxşılaşdırılmasına,
xidməti vəzifələrini
layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına
xüsusi diqqət yetirir.
Azərbaycan daxili işlər
orqanlarının əməkdaşları
öz vətənpərvərliklərini
və şücaətlərini
şanlı Vətən
müharibəsində də
nümayiş etdirdi. Azərbaycanın tarixinə
qızıl hərflərlə
yazılan 44 günlük
Vətən müharibəsində
Daxili Qoşunların
şəxsi heyətindən
66 nəfər şəhid
olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına
döyüşmüş Daxili
Qoşunların əməkdaşlarından
1690 nəfər Prezident,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
sərəncamları ilə
müxtəlif orden və medallara, o cümlədən 4 nəfər
Vətən Müharibəsi
Qəhrəmanı adına
layiq görülüb.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin
başçısının Fərmanı ilə Azərbaycan Respublikasının
inzibati ərazi bölgüsünə müvafiq
olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata
keçirən müvəqqəti
komendantlıqların fəaliyyətinin
təşkilinin Daxili
İşlər Nazirliyinə
həvalə edilməsi
Azərbaycan Polisinə
göstərilən yüksək
etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində,
o cümlədən işğaldan
azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin
öhdəsindən layiqincə
gələn daxili işlər orqanlarının
əməkdaşları göstərilən
etimadı doğrultmaq
üçün gecə-gündüz
uğurla xidmət aparırlar.
Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq
şəkildə görməyə
bilərik. Amma hər
bir Azərbaycan vətəndaşı anlamalıdır
ki, hazırkı təhlükəsizlik
mühiti həm də polisin gözəgörünməz, önləyici
fəaliyyətinin nəticəsidir.
Bu gün ölkəmizdə
ictimai asayişin və ictimai qaydanın keşiyində
ayıq-sayıq dayanan
Azərbaycan Polisi istənilən təxribatın
qarşısının operativ
şəkildə alınmasında
yüksək peşəkarlığa
malikdir.
Son vaxtlar müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə
daim təxribatçı
mövqe tutan, daxildə iğtişaşlar
törətmək, ictimai-siyasi
sabitliyi pozmaq üçün səylər
göstərirlər. Azərbaycan
Polisi silahlı yolla mütəşəkkil
cinayətkar qrupların
Azərbaycanın konstitusion
quruluşuna çıxanlara
qarşı qətiyyətlə
mübarizə aparır.
Belə ki, polis əməkdaşlarımız
bir neçə səsli-küylü cinayətlərin,
o cümlədən Milli Məclisin
deputatı Fazil Mustafanın həyatına
sui-qəsd cinayəti
törədənlərin saxlanılmasını
təmin ediblər. Bu
gün biz Azərbaycanın
gənc nəslini narkotik vasitələrlə
zəhərləməyə çalışılmasının və ifrat düşmənçilik
tendensiyaların şahidi
oluruq. İmanını,
dinini itirən bəzi şəxslərin
Azərbaycana gətirməyə
çalışdığı “ağ ölüm”lə
mübarizə istiqamətində
Azərbaycan Polisinin mühüm rolu var.
Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında
Azərbaycan Polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları
aksiya iştirakçılarının
təhlükəsizliyini və
mühafizəsini yüksək
səviyyədə təmin
etdi.
İyunun
24-də Xəzər rayonu
Şüvəlan qəsəbəsində
əvvəllər dəfələrlə
məhkum olunmuş, axtarışda olan Allahverdiyev Rövşən
Oqtay oğlu saxlanılarkən ailə
üzvlərinin arxasında
gizlənərək silahlı
müqavimət göstərdiyi
zaman polislərimizin davranışı
da məhz həmin mərhəmətin, fədakarlığın,
humanizmin nümunəsidir.
Onlar – polis kapitanı
Eldəniz Məmmədov,
polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov öz canları bahasına başa gəlsə belə, R.Allahverdiyevin
ailə üzvləri
zərər çəkməsin,
günahsız qadın,
uşaqlar təhlükədən
uzaq olsunlar deyə atəş açmadılar. Sonda cinayətkar, təbii ki, zərərsizləşdirildi. Ancaq
Azərbaycan polisləri
göstərdilər ki, onlar
məsumları yaşatmaq
üçün həyatlarından
keçməyi bacaran
qəhrəman asayiş
keşikçiləridilər.
Statistika
da göstərir ki, Azərbaycan
Polisi peşəkarlığına
görə yalnız regionun deyil, bir sıra aparıcı
Avropa ölkələrinin
təhlükəsizlik orqanlarını
da üstələyir. Belə
ki, ölkəmizin kriminal
indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı
ölkələrindən daha
aşağıdır.
Bu gün ölkəmizdə
hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız
milli maraqları, dövlətçilik
mənafelərini daim
uca tutan daxili işlər orqanlarının Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin
ölkəmizin davamlı
inkişafı naminə
həyata keçirdiyi
mühüm tədbirlərə,
vətəndaşlarımızın təhlükəsiz həyatının,
asayişinin qorunması
işinə bundan sonra da layiqli töhfələr verəcəyinə
ürəkdən inanır.
Yaqut Ağaşahqızı
İki sahil.
- 2024.- 2 iyul, ¹113.- S.6.