"Yaşıl enerji": Sağlam gələcəyin
təminatı...
Ölkəmizin təbii
sərvətlərindən səmərəli istifadə
enerji diplomatiyamızın
əsas prinsiplərindəndir
Azərbaycanın hərtərəfli
inkişafına dair
strateji hədəfləri, ölkə iqtisadiyyatının qarşıdakı illər üçün prioritetlərini
zamanın tələbləri
əsasında
müəyyənləşdirən Prezident İlham Əliyevin
: «Biz nefti, qazı kənara qoymalıyıq,
ümumiyyətlə, unutmalıyıq.
Gün gələcək
neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq.
Çünki sənaye,
kənd təsərrüfatı,
turizm, informasiya-kommunikasiya
texnologiyaları - Azərbaycanda
bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf
etməlidir”» sözləri bu günün reallıqlarını
əks etdirir.
İnkişafını yeni sənaye inqilabının tələbləri
əsasında təkmilləşdirən
Azərbaycanın əsas
hədəfləri arasında
ön sıralarda dayanan alternativ enerji ilə təchizata diqqət getdikcə artırılır.
Düşünülmüş siyasət sayəsində enerji idxalçısından ixracatçısına
çevrilən Azərbaycanın
enerji diplomatiyasının
uğurları daha böyük coğrafiyanı birləşdirir.
Prezident İlham Əliyevin
bəyan etdiyi kimi, ölkəmiz
bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacaq. Bərpaolunan enerji növlərindən
səmərəli istifadə
üçün yaranan
imkanlar, həyata keçirlən islahatlar müsbət nəticəsini
verməkdədir. «Yaşıl enerji» və qazıntı yanacağının
birləşməsi ilə
bağlı fikirlərini «Biz artıq investorlarımızla birlikdə
yaşıl enerji layihələrinə investisiyalarımıza
başlamışıq. Keçən
ilin oktyabrında biz
240 meqavat gücündə
ilk günəş elektrik
stansiyasının açılışını
etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və
hətta ondan da artıq edəcək.
Lakin bu, sadəcə,
başlanğıcdır. Çünki
bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya
su elektrik stansiyalarını da əlavə
etsək, - sadəcə,
Qarabağda və Şərqi Zəngəzurda
son 3 ildə su elektrik stansiyalarının
gücü 170 meqavata
yaxın olub və bu, yalnız
başlanğıcdır, - beləliklə, biz elektrik
enerjisi istehsalı üçün istifadə
etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə
əvəz edəcəyik»
sözləri ilə ifadə edən Prezident İlham Əliyev ölkəmizin təbii resuraslarının bölgədə
sabitliyin təminatına,
dövlətlərarası əlaqələrin möhkəmlənməsinə,
şaxələndirmə formatının
genişləndirilməsinə əlavə stimul yaratdığını
da qürurla
qeyd edir. Xəzər dənizindən
Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsi- Gürcüstanın
Qara dəniz sahilindən Rumıniyanın
Qara dəniz sahilinədək uzanan layihəyə artan maraq Azərbaycanın ixrac marşrutunun dostluğa , əməkdaşlığa xidmət
etdiyini göstərir. Enerji layihələrini siyasətdən
ayrı davam etdirən Azərbaycanın
qarşılıqlı əməkdaşlıq
münasibətlərini genişləndirməkdə
hədəfi iştirakçı
tərəflərin maraqlarına
hörmətlə yanaşmaq, enerji diplomatiyasından sülh naminə istifadə etməkdir. Dünyanın
tanınmış neft
şirkətləri ilə
əlaqələrini bu
prinsip əsasında təkmilləşdirən Azərbaycanın
məqsədi
ölkə iqtisadiyyatının
əsas sahələrindən
olan «yaşıl gündəliyi» inkişaf etdirməkdir.
Dünya dövlətlərinin maraq
göstərdikləri bərpaolunan
enerji növlərindən
istifadə sahəsində zəngin təcrübəyə malik ölkəmizdə bu məsələyə xüsusi
diqqət yetirilməsi
təsadüfi deyil. Çünki bərpaolunan
enerji sektorunun inkişafı üçün
ölkəmizdə əlverişli
şərait mövcuddur.
Bu növ enerjinin yaradılmasının əsas
mənbəyi günəş
və küləkdir.
İşğaldan azad
edilmiş relyefi, külək, günəş,
su ehtiyatları baxımında daha zəngin olan Qarabağ və Şərqi Zəngəzurun
bərpasında bu sahəyə daha çox
diqqət göstərilməsi
təsadüfi deyil. Təbii potensialı hesabına
bərpaolunan və «yaşıl enerji»” zonasının yaradılması ilə bağlı nəhəng layihələrin
hazırlanması, Birləşmiş
Ərəb Əmirliklərinin
məhşur «Masdar» və
«ACWA Power» şirkətləri ilə əlaqələrin gücləndirilməsi ölkəmizin
enerji təchizatı üçün təbii resurslardan istifadədə xüsusi əhəmiyyətə malikdir. «Masdar»” şirkətinin
iştirakı ilə 230 meqavat gücündə günəş
elektrik stansiyasının
istifadəyə verilməsi,
hazırda daha 1 qiqavat enerji həcminin əlavə edilməsi son hədd deyil. Qeyd etdi
ki, işğaldan azad edilən bölgələrdə 270 meqavat həcmində su elektrik stansiyaları istifadəyə verilib. Qarşıdakı 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə,
bərpaolunan enerjinin
1 qiqavat həcmi yarım
milyard kubmetr qaza qənaətə imkan yaradacaq ki, dünya bazarında təbii qaza ehtiyac ödənilsin. «Bizim tərəfdaşlarımız
qlobal səviyyədə
aparıcı şirkətlərdir
və dediyim kimi, «Masdar”» yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir» sözləri ilə birgə əməkdaşlığa
böyük önəm
verdiyini bildirən dövlət başçımızın vurğuladığı
kimi,
BƏƏ-dən bir
il sonra Azərbaycanın
COP29-a ev sahibliyi etməsi də etibarlı əməkdaşlığın,
varisliyin dəyərli mirasıdır.
Ötən ay paytaxtımızda Bakı
Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz – «Caspian Oil&Gas»” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian
Power» sərgilərinin açılışı
ilə dünya ictimaiyyətinin diqqəti
yenidən Azərbaycana
çevrilir. Bərpaolunan
enerji mənbələrindən
maksimum istifadə, ekoloji təmiz, səmərəli innovativ
texnologiyaların tətbiqi
ilə Qarabağ
və Şərqi Zəngəzurun Yaşıl
Enerji Zonası”na çevrilməsi,
2024-cü ilin ölkəmizdə
«Yaşıl dünya
naminə həmrəylik
ili» elan olunması
COP29-a ev sahibliyi edəcək Azərbaycanda yaşıl enerji istehsalına göstərilən
diqqətin ifadəsidir. Ermənistanın işğalından
azad edilən Laçında yaşıl enerji strategiyasına uyğun 9 su elektrik stansiyaları yaradılıb və layihələr davam etdirilir. Beləki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə «Mişni»”,
8 meqavat gücündə
«Güləbird”», 6 meqavat gücündə
«Alxaslı”» su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə
«Sus” Su Elektrik Stansiyası» bərpa edilib. Nəticədə rayonda istismara verilən su elektrik stansiyalarında
77 milyon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Bu il Laçında
daha 5 su elektrik stansiyasının
da istismara verilməsi
planlaşdırılır.
Məlum olduğu kimi, Qarabağ
və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat
külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş
enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin
dağlıq ərazilərində
daha çox müşahidə olunur. Hər iki bölgədə
mövcud olan Tərtərçay, Bazarçay,
Həkəriçay kimi
əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına
malikdir.2030-cu ilədək ölkəmizin enerji istehsalında «yaşıl enerji»”nin payının 30 faizə çatdırılması
nəzərdə tutulur.
470 meqavatlıq külək
və günəş
elektrik stansiyalarının
təməlinin qoyulması
və 240 MVt gücündə daha bir günəş elektrik stansiyası layihəsinin reallaşdırılması
üçün müqavilələr
imzalanıb. Regionlarda həyata
keçirilən bərpaolunan
enerji mənbələrindən
istifadə, enerji səmərəliliyi, ekoloji
təmiz texnologiyalar,
o cümlədən nəqliyyat
vasitələrinin tətbiqi
və digər məsələləri əhatə
edəcək «yaşıl
zona»”, yaxud «yaşıl
məkan»” konsepsiyasına
uyğun layihələr
Prezident İlham Əliyevin
imzaladığı «Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərində «yaşıl
enerji»” zonasının
yaradılması ilə
bağlı tədbirlər
haqqında» Sərəncamına
uyğun, planlı olaraq həyata keçirilir.
Ölkəmizin enerji sistemi tarixində ilk dəfə
Qarabağ və Şərqi Zəngəzur
regionlarının elektrik
enerjisinə tələbatı
100 faiz «yaşıl enerji»” hesabına təmin edilir və ehtiyacdan artıq
qalan həcm ölkəmizin enerji sisteminə ötürülür. Bölgənin
2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu reallıq 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun
tam olaraq «yaşıl
enerji»” ilə təmin ediləcəyi deməkdir.
Naxçıvan Muxtar Respublikası
isə əlverişli
günəş radiasiyasına
və yüksək bərpaolunan enerji potensialına malikdir. «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023–2027-ci illər üçün
Dövlət Proqramı”»na əsasən, Naxçıvanda «yaşıl enerji» zonası”nın yaradılması
nəzərdə tutulub.
Eyni zamanda muxtar respublikada külək
və günəş
enerjisi üzrə
1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun, təqribən, 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı
qərara alınıb.
Göründüyü
kimi, ölkəmiz beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü
kimi iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə
öz töhfəsini
verir. Azərbaycanın
2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa
dair beş milli prioritetindən biri «Təmiz
ətraf mühit və yaşıl artım ölkəsi»” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası
və artırılması,
su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır. Azərbaycan
1990 illə müqayisədə
2030-cu ilə qədər
istilik effekti yaradan qazların emissiyalarının 35 faiz,
2050-ci ilə qədər
isə 40 faiz azaldılmasını əsas
hədəf
kimi nəzərdə
tutur. İşğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də Naxçıvan Muxtar Respublikası «yaşıl
enerji»” zonası elan olunub.
«Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023–2027-ci illər üçün
Dövlət Proqramı»na
uyğun olaraq ətraf mühitin mühafizəsi gücləndirilir.
Bu məqsədlə muxtar
respublikada ümumi gücü 39 MVt olan günəş
elektrik stansiyaları istismar edilir. Bundan başqa, Naxçıvanda
«yaşıl enerji»” istehsalının inkişaf etdirilməsi məqsədilə Energetika
Nazirliyi və «Total
Energies”» şirkəti arasında
«250 MVt gücündə
quruda külək, 250
MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin
qiymətləndirilməsi və
həyata keçirilməsi
fəaliyyəti üzrə
əməkdaşlığa dair» Anlaşma Memorandumu” imzalanıb. Nazirliklə «Nobel Energy Management” Məhdud Məsuliyyətli
Cəmiyyəti arasında
«Naxçıvan Muxtar
Respublikasında 400 MVt
gücündə günəş
elektrik stansiyasının
tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına
ixracı üzrə əməkdaşlığa dair»
imzalanan Anlaşma
Memorandumu”nun həlli ilə Azərbaycanın «yaşıl
enerji gündəliyi»nin
coğrafiyası
daha da genişlənir.
Xuraman İsmayılqızı
İki sahil.
- 2024.- 3 iyul, ¹115.- S.5.