Bir qıza təhsil verməklə...

 

Hicran Hüseynova: Məktəb ailə sıx əməkdaşlıq etməlidir

 

Müsahibimiz professor Hicran Hüseynovadır.

- Təhsilin qızların həyatındakı önəmini necə ifadə edərdiniz?

 - Ümumiyyətlə, təhsil hər bir şəxsin həyatında mühüm rol oynayır. Təhsil təkcə hər hansı bir elmi öyrənmək, peşəyə, ixtisasa yiyələnmək deyil. Təhsil həm insanın şəxsiyyət kimi formalaşmasına, dünyagörüşünün müəyyən edilməsinə,  sosial mühitin öyrənilməsinə onun bir parçasına çevrilməsinə  xüsusi təsir göstərir. Bu baxımdan təhsil hər bir insanın həyatında, xüsusi ilə qızların həyatında həlledici əhəmiyyət kəsb edir. Öz dövrünün görkəmli pedaqoqu, publisisti, ictimai-siyasi xadimi Şəfiqə Əfəndizadə yazırdı: “Bir millətin tərəqqisinin göstəricisi, o millətin qadınıdır, buna görə qadınlar təhsil almalı, maariflənməlidirlər”. Vaxtı ilə böyük xeyriyyəçi, Azərbaycanda təhsilin inkişafında mühüm rolu olan Hacı Zeynalabdin Tağıyev deyirdi: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız". Ümummilli Lider Heydər Əliyev isə deyirdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar uşaqlar arasında bədən tərbiyəsi idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”.  Bu misalların sayını artırmaq olar onların hər birində vacib bir mesaj var: Qadın təhsilli olmalı, özünü ailədə cəmiyyətdə təsdiq etməli, həyatın bütün sahələrində aktiv iştirak etməli, rəqabətədayanıqlı olmalıdır. üçün? Çünki, qadınların təhsilinə investisiya qoymaq çox yüksək nəticələr doğurur: yaşayış yaxşılaşır, uşaq ana sağlamlığı inkişaf edir qızların təhsilə çıxışı artır. Beləliklə savadlı, bilikli peşəkar qadınlar bütün inkişaf faktorlarına müsbət təsir göstərir. Hazırda biz  müasir, lakin son dərəcə dinamik bir dünyada yaşayırıq. Həyatımızın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya   kommunikasiya texnologiyalarına, yeni elmi ixtiralara onların yaradıcılarına ciddi ehtiyac yaranıb. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik texnologiyaların istehsalı, yayılması tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Cənab Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki, yeni elmi texnologiyanın inkişafına xüsusi diqqət verilməlidir, çünki gələcək elmi-texnoloji inkişafla bağlıdır: “Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır”. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Bunun üçün hazırlıqlı kadr potensialı olmalı bu istiqamətdə  işlər görülməlidir.  Gündən-günə  əldə edilən tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Əlbəttə ki, bu prosesdə qadınların da öz payı var.

- Qızların təhsildən kənarlaşdırılmasının fərdlər bütövlükdə cəmiyyət üçün nəticələri nələrdir?

- Mən qızların təhsilinin vacibliyini qeyd etdim. Sürətlə dəyişən dünyamızda qızların təhsili onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Təhsil, elm gender bərabərliyiDayanıqlı İnkişaf - 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinə nail olmaq prosesinin tərkib elementləridir. Son 15 ildə dünya birliyi qadınların qızların elmə cəlb edilməsində mühüm irəliləyişlərə nail olmuşdur. 2021-ci ildə ICESCO tərəfindən elan olunanQadınlar iliçərçivəsindəQadınlar qızlar elmdəBeynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında  keçirilən tədbirdə çıxış edən Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə qadınların qızların təhsil elmdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm dünya ölkələrinin  diqqətinə önəmli mesajlar çatdırmışdı. Belə ki, Mehriban xanım Əliyeva öz çıxışında qeyd edirdi: “Bu gün ən vacib məsələ qızlar gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi elm sahəsində gender boşluğunun doldurulmasıdır”. Bu gün biz çox fəxrlə deyə bilərik ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. 2022/2023-cü tədris ilinin əvvəlində dövlət qeyri-dövlət ali təhsil müəssisələrində qadınların xüsusi çəkisi 50 faiz olmuşdur. Azərbaycanlı qızlarımız təkcə ölkədə deyil, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyurlar. Digər mühüm bir amil isə qızlarımızın elm, texnologiya, maliyyə bank sektoru, mühəndislik fənnlərinə, ixtisaslarına daha çox maraq göstərmələridir.

Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Qızlara məsələn, müəllim ya həkim peşələri daha uyğun hesab edilirdi. Bu gün artıq biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, o sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır. Eyni zamanda, gender stereotiplərinin aradan qaldırılması peşə seqreqasiyasının düzgün tənzimlənməsi çox vacibdir. Birmənalı olaraq bilmək lazımdır ki, peşə seçimi insan cinsindən deyil, bacarıq biliklərindən asılıdır. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun təlabatına  uyğun seçilməsi mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə insanların işlə təmin olunmasına müsbət təsir göstərəcəkdir. Dünyada elm, texnologiya, mühəndislik riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. İki nümunə çəkmək istərdim: Keçən il, Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı dünyanın bir nömrəli universiteti olan Massachusetts Texnologiya Universitetinə qəbul olub. Dəniz Səttarlı bununla yanaşı daha iki universitetə - dünya reytinqində 12-ci yerdə olan Naynang Texnologiyaları Universitetinə (Sinqapur) dünya reytinqində 100-cü yerdə olan Çapel-Hill Şimali Karolina Universitetinə (Amerika) qəbul olub.  Bu il Gəncə Fizika, riyaziyyat informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub. Bu qızlar orta təhsillərini paytaxta deyil, Azərbaycanın müxtəlif şəhər kəndlərində alıblar. Demək, məsələ sənin şəhərdə ya kənddə təhsil almağından getmir. Əsas məsələ budur ki, sənə savadlı müəllimlər dərs deyir, məktəb mühitin əlverişlidir, ailən sənə dəstək olur. Ancaq bununla yanaşı, hələ   təhsildən kənarda qalan uşaqlarımız, o cümlədən qızlarımız var. Bunun da müxtəlif səbəbləri var. Onların bir çoxu nikaha məcbur edilir, erkən yaşda işləmək məcburiyyətində olan uşaqlar var, ailə münaqişələrin fonunda uşaqlar nəzarətsiz qalır s. Bunun isə çox ağır fəsadları var.  İlk növbədə həmin uşağın, fərq etməz qız ya oğlan olsun, inkişafına,  onun  bir şəxsiyyət kimi formalaşmasına, cəmiyyətdə iştirakçılığına mənfi təsir göstərir.

- Bölgələrdə qızların məktəbə qəbulu, məktəbi tərk etmə nisbətləri təhsil səviyyəsinə dair mövcud məlumatlar statistikalarla bağlı vəziyyət necədir?

- Təhsil almaq hər bir vətəndaşımızın konstitusion hüququdur. Müvafiq olaraq, uşaqlarımız  məktəbə qəbul olunurlar.  Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan elmi-statistik təhlilin tərkib hissələri kimiQəbul buraxılış imtahanlarının gender aspektləriadlı kitabça  hazırlanır. Biz orada görürük ki, aşağı siniflərdə təhsil alanların faiz nisbətləri, 9-cu 11-ci siniflər üzrə təhsil alanların  faiz nisbətləri ilə fərqli olur. Bir çox hallarda oğlanların xeyrinə. Bəzi regionlarımızda yuxarı siniflərdə təhsil alan qızların xüsusi çəkisi azalır.  Bunun da bir çox səbəbləri var.  Əfsuslar olsun ki, qızların təhsil almasına davam etdirməsinə bir çox maneələr var. Buna görə   mütləq gender kontekstində qiymətləndirilmələr aparmaq lazımdır ki, müəyyənləşdirək ki,  gender bərabərliyi hansı səviyyədə tətbiq olunur? Mövcud stereotiplər aradan qaldırılıb, yoxsa, əksinə daha da möhkəmlənib?  Hansı maneələr var? Hansı bölgədə daha çoxdur? Biz bunları araşdırandan sonra, hədəfləri müəyyən edib, uyğun işlər görürük. Məsələn, elə götürək təhsil sahəsini. Bu gün gənclərin arasnda kifayət qədər təhsilli, bacarıqlı, müasir tələblərə cavab verən peşələri bilən qızlarımız var. Ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik   dövlət tərəfindən belə gənclərə böyük  diqqət yetirilir. Amma eyni zamanda, təhsildən kənarda qalan qızlarımız da var. Onların valideynləri ilə ciddi şəkildə aparmaq lazımdır. Bu baxımdan  erkən nikahların, qızların təhsildən yayınmasının qarşısının alınması  sahəsində ixtisaslaşmış yardımın göstərilməsinə ehtiyac yaranır. Eyni zamanda, motivasiya məsələləri vacibdir. Niyə valideynlər hesab edirlər ki, uşaqların təhsil alması vacib deyil? Niyə bəzi hallarda uşaqları təhsildən ayırır, onları başqa istiqamətə yönəldirlər? Deməli, biz bu gənc qızların valideynlərini, ailəsini maarifləndirməliyik. Qeyd edim ki, müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti bu sahədə sistemli tədbirlər keçirirlər. Müsbət nəticələr var. Biz çox sayda qızları öz istəyinə uyğun təhsil almasına, hansısa bir sahədə özünü təsdiq etməsinə dəstək oluruq. Əgər bir rayonda, ya kənddə gənc bir qadın hansısa uğur əldə edirsə, digər ailələr öz qızlarını belə görmək istəyirlər. Bizə müraciət edirlər, halbuki, bu dəstək ilk növbədə ailədən gəlməlidir. Valideynlər hər zaman qızlarına, ümumiyyətlə, övladlarına, onların biliyinə inanmalı, arzularına hörmətlə yanaşmalıdırlar.

- Təhsildə gender fərqini effektiv şəkildə aradan qaldırmaq üçün hansı siyasət dəyişiklikləri ya hüquqi tədbirlər həyata keçirilə bilər?

- İlk növbədə  pedaqoji heyətin hazırlıq səviyyəsinin artırılması, onlara gender həssas yanaşma davranışının  aşılanması çox mühümdür. Müvafiq olaraq bu sahədə dövlət siyasəti həyata keçirilir. Məktəb ailə -bu iki sosial institut sıx əməkdaşlıq etməlidirlər. Təhsildə yeni çağırışlar, yeni tələb reallıqlar təhlil olunmalı, maarifləndirmə işləri  daha da gücləndirilməlidir.  Ayrı-ayrı  kənd, qəsəbə, rayon şəhərlərə görə hədəf qrupları boşluqlar düzgün təyin olunmalı bu sahədə işlər aparılmalıdır. Təhsillə bağlı qanunvericilik bazası formalaşmışdır. Lakin proses dayanmır davamlı olaraq təkmilləşdirilir.

 

Orxan Vahidoğlu

İki sahil. - 2024.- 4 iyul, ¹116.- S.7.