Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır
XXI əsrin ən ağır problemləri sırasında qalmaqda olan dünyanın bütün
dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması,
narkotik vasitələrin
dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi
tərəfindən Fərman
və Qanunlar verilmiş, dövlətimiz
beynəlxalq miqyasda qəbul olunmuş konvensiya və sazişlərə qoşulmuşdur.
Narkomanlıq insan cəmiyyətinin
mənəvi və
əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına
böyük
təhlükə yaradan, həmçinin cinayətkarlığın
artmasına
səbəb olan
əsas amillərdən biridir.
Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa
və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı tədbirlər
haqqında” 1996-cı il 26 avqust
tarixli Fərmanı,
“Narkotik vasitələrin,
psixotrop maddələrin
və onların
prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək
“Ümummilli Proqram” və digər Qanunlar, Fərmanlar, normativ-hüquqi
aktlar narkotiklərlə mübarizənin
əsas strateji xəttini müəyyənləşdirmişdir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə
üzrə
normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
hüquq-mühafizə orqanlarının fəaliyyətinin
daha da genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın
əhatə dairəsinin
daha da artırılması
dövlət başçısının,
daim diqqət mərkəzindədir.
Narkomanlığa qarşı mübarizədə
səmərəliliyə nail olmaq üçün
aidiyyəti
dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi
məqsədi ilə yaradılmış
Dövlət Komissiyası və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı
mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Cənab
İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı
ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Narkotik
vasitələrin, psixotrop
maddələrin və
onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu narkotiklərlə
mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr
qoymuş və bu istiqamətdə
fəaliyyətin
hüquqi bazasını təşkil etmişdir.
Yasamal
Rayon İcra Hakimiyyəti
Başçısının müvafiq Sərəncamı
ilə yaradılmış
Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı
Mübarizə üzrə Komissiyası Azərbaycan Respublikası
Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə
dair Proqram”ının
(2019-2024-cü illər üçün) təsdiq edilməsi barədə Sərəncamını
rəhbər tutaraq illik fəaliyyət planı hazırlanmış
aidiyyəti dövlət
orqanları, ictimaiyyət,
QHT ilə birlikdə profilaktik tədbirlər həyata keçirmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi,
narkomanlığın yayılmasının
qarşısının alınması
işlərinin, maarifləndirmənin
gücləndirilməsi məqsədilə
Komissiya və Rayon
Polis İdarəsinin birgə
təşkilatçılığı ilə Rayon Prokurorluğu,
Narkoloji Dispanserin əməkdaşlarının, Rayon Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı ilə rayonun tam orta məktəblərinin şagirdləri
arasında “Narkomaniyaya
yox deyək”, “Narkomaniya ümumbəşəri
bəladır” mövzusunda
dəyirmi masalar,
seminar-müşavirələr keçirilmişdir. Tədbirlərdə
narkomaniyaya aid videoçarxlar
nümayiş etdirilmiş,
şagirdlərə bukletlər
paylanmış, iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır. İcra Hakimiyyətinin akt zalında “Narkomaniya ilə mübarizə həftəsi”
çərçivəsində “Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır”
mövzusunda hüquq-mühafizə
orqanlarının rəhbərlərinin,
Milli Məclisin deputatlarının
iştirakı ilə
müşavirə keçirilmişdir.
Tədbirdən öncə
rayon gənclərinin “Narkomaniyaya
yox!” mövzusunda çəkdikləri rəsm
işlərindən ibarət
sərgi nümayiş
edilmişdir.
Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli
təşkili, onların
idmana cəlb edilməsi, xoşagəlməz
vərdişlərdən qorunması
üçün qabaqlayıcı
tədbirlər olaraq
Rayon İcra Hakimiyyəti
tərəfindən, “İDEA” İctimai Birliyi tərəfindən “Abad həyət”
layihəsi çərçivəsində
abadlaşdırılmış nümunəvi məhəllələrdə
idman, mini futbol meydançaları, müxtəlif
idman qurğuları quraşdırılmışdır. Belə abadlaşdırılmış
məhəllələrdən biri bir neçə
gün öncə
Yeni Yasamal -1 yaşayış
massivində sakinlərin
istifadəsinə verilmişdir.
Bu işlər mərhələli
şəkildə davam
etməkdədir.
Yasamal
Rayon Gənclər və
İdman İdarəsinin
təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin dəstəyi
və iştirakı ilə “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomaniyaya yox deyək” devizi altında ali və orta ixtisas
təhsil müəssisələrində
komandalar arasında basketbol, mini-futbol, dama üzrə rayon turnirləri, “Sağlam həyat naminə narkotikə yox deyək!” devizi altında rəsm və inşa yazı müsabiqəsi keçirilmişdir.
26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi
və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə
Günü” ərəfəsində
rayon ərazisində insanların
sıx yaşadıqları
yerlərdə binaların
girişlərində narkomaniya,
narkotik vasitələr
və onların fəsadları barədə
xüsusi hazırlanmış
plakatlar yerləşdirilmiş,
yeniyetmələrə və
gənclərə bukletlər
paylanmışdır.
Şəhər narkoloji dispanserin
Yasamal rayonu üzrə bölməsinin
əməkdaşları fəaliyyətlərini
əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər.
Müsadirə edilmiş
narkotik
vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhvetmə üzrə
rayon komissiyası Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə
dair daxil olmuş məhkəmə
hökmləri və icra vərəqələrinə əsasən
maddi sübut kimi tanınmış az miqdarda narkotik vasitələr,
psixotrop maddələr və onların prekursorlarını məhv
etməsi tədbirləri
qanunveriliciliyə uyğun
həyata keçirilmişdir.
Yasamal
Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin
qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən işlər
görülmüşdür. 2024-cü ilin 5 ayı ərzində RPİ-nin əməkdaşları tərəfindən
narkotik vasitələrin
qanunsuz dövriyyəsi
ilə bağlı
171 fakt aşkarlanmışdır
ki, bunlardan 26 fakt satış məqsədilə
olmuşdur. Qanunsuz dövriyyədən çıxarılmış
narkotik maddələrdən
6 kq 203.93 qram heroin, 8 kq 317.72 qram marixuana, 1 kq 221.67 qram metamfetamin,
965.543 qram tiryək
olmuşdur. Narkomaniya ilə bağlı hüquq pozmalara meyilli olan yeniyetmələr
və gənclər arasında mütəmadi olaraq profilaktik işlər həyata keçirilir.
Yasamal
Rayon İcra Hakimiyyətinin
müvafiq komissiyası
rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin
səmərəliliyinin artırılması
və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə işində Azərbaycan Respublikası
Prezidenti
İlham Əliyevin təsdiq etdiyi məlum Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli, praktiki tədbirlər
davam etdirilməkdədir.
Hüseyn Əfəndiyev
İki sahil.
- 2024.- 6 iyul, ¹118.- S.7.