Dünya əmindir
ki…
Hazırda insanlar tərəfindən
illik olaraq atmosferə təqribən
54 milyard ton karbon dioksid ekvivalenti istixana qazları atılır və bunlar da qlobal istiləşməyə
səbəb olur. Elə bu kimi
səbəblərdən Yer
kürəsinin temperaturu 1,5 dərəcəyə
qədər artıb.
Nəticədə son
illər isti külək, qasırğa,
yağıntılar güclənib,
eyni zamanda, sel, daşqın hadisələri çoxalıb.
Ekstremal iqlim səbəbindən kənd
təsərrüfatı bitkilərinin
istehsalı da xeyli azalıb. Ekspertlərin ehtimallarına
görə, əgər
Yer kürəsində
temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə,
2100-cü ilə qədər
isə 6 dərəcəyə
qədər yüksələ
bilər.
Bu mənada bu gün planetimizin
üzləşdiyi ən
böyük problemlərdən
biri iqlim dəyişmələri nəticəsində
baş verən qlobal istiləşmə və onun yaratdığı
böyük fəsadlardır.
Azərbaycan iqlim dəyişmələri ilə
mübarizə məsələlərinə
böyük diqqət
ayırır, onun mənfi fəsadlarının
azaldılması üçün
birgə fəaliyyətin
təmin olunması istiqamətində səylər
göstərir. Təsadüfi
deyil ki, dünyada ən mötəbər beynəlxalq
tədbirlərdən biri
olan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) 200-ə yaxın ölkənin
yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcək. Şübhəsiz,
ölkəmizin COP29-a ev
sahibliyi etməsi üçün seçilməsi
Prezident İlham Əliyevin növbəti siyasi qələbəsi və uğurudur. Qeyd edək ki, miqyasına görə COP dünyada gerçəkləşən ən
böyük tədbir
sayılır. Hətta
siyasətçilərin və
iqtisadçıların sözlərinə
görə, dünya siyasətinə və iqtisadiyyatına daha çox təsir edən ikinci belə tədbir yoxdur. COP29-a liderlik edən ölkə olaraq Azərbaycan bu mürəkkəb, amma qaçılmaz bir şəkildə xoşagəlməz nəticəyə
doğru irəliləyən
prosesin fəsadlarını
azaltmaq məqsədi ilə müəyyən addımlar atmaq niyyətindədir. Əminliklə
demək olar ki, ölkəmiz buna nail olacaq.
Buna dünya ölkələri də əmindirlər.
Dövlətimizin başçısı iyulun
4-də Qazaxıstanın paytaxtı
Astana şəhərində
“ŞƏT plyus” formatında
keçirilən görüşdə
bu vacib nüansla bağlı aşağıdakı fikirləri
deyib: “Biz Bakıda keçiriləcək
COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
körpü yaratmaq üçün səylərimizi
əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə
alacaq razılaşmanın
əldə edilməsinə
çalışacağıq”. Dövlətimizin başçısı,
həmçinin dünyada
ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə
hazırlıq istiqamətində
Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) ilə işi davam etdirəcəyini də vurğulayıb. Yeri gəlmişkən,
ŞƏT-in Astanada keçirilən Zirvə toplantısı çərçivəsində
iyulun 3-də “Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında
Birgə Bəyannamə”də
belə bir əminlik əksini tapıb.
İyulun
6-da Şuşada keçirilən
Türk Dövlətləri
Təşkilatının Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə bir
daha bu məsələdən
söz açan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında
4 il sədrliyi dövründə əldə
etdiyi təcrübədən
istifadə edərək
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
həmrəyliyin gücləndirilməsi,
konsensusa nail olunması üçün
səylərini əsirgəməyəcək.
Hətta Qırğız
Respublikasının Prezidenti
Sadır Japarov bununla bağlı aşağıdakı sözləri
deyib: “Əminəm ki, Azərbaycanın
COP29-a sədrliyi qarşıdan
gələn konfransın
gündəliyində duran
məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli
dərəcədə irəliyə
apara biləcək”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ilin
noyabrında Bakıda
keçiriləcək COP29-un bütün ölkələrimiz
üçün böyük
tarixi hadisə olduğunu vurğulayıb:
“Biz bu nüfuzlu
tədbirə fəal
şəkildə qatılmağa
və bu məsələdə Azərbaycana
mümkün olan hər cür yardımı göstərməyə
hazırıq”. Bütün
bunlar bir daha təsdiq edir ki, bu
tədbirə hazırlaşan
tədbir dünyanın
diqqəti böyükdür.
Ölkəmiz də bu tədbirin daha yüksək səviyyədə təşkilinə,
həmçinin dünyanı
qane edəcək qərarların qəbul edilməsinə çalışır.
Bütün bunlar bir daha sübut
edir ki, Azərbaycan COP29-un ev sahibi kimi bütün
dünya üçün
nümunə olmağı
bacaracaq.
Xatırladaq ki, hazırda ölkəmiz qlobal miqyasda maraqla qarşılanan yaşıl
enerji dəhlizlərinin
qurulmasında ön səflərdə yer almaqdadır və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə,
metan emissiyalarının
azaldılması üçün
bütün cəhdləri
göstərir.
2027-ci ilə qədər enerji şirkətləri ilə
tərəfdaşlığın birinci mərhələsində
2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmaq planlaşdırılır
ki, bu da
bərpaolunan enerji mənbələrinin payını
33 faizə çatdıracaq.
2030-cu ilə qədər
isə 8 qiqvatdan çox “yaşıl enerji” güclərinin reallaşdırılması hədəflənib.
Bu da ölkəmizə
bərpaolunan enerji potensialının 2027-ci ildə 2, 2030-cu
isə 4 dəfədən
çox artımını
vəd edir. Şübhəsiz, bütün
bunlar iqlim dəyişmələrinin qarşısının
alınması istiqamətində
önəmli addımlardır.
Qvami Məhəbbətoğlu
İki sahil. - 2024.- 9 iyul, ¹119.- S.5.