QƏRBİ AZƏRBAYCAN TOPONİMLƏRİ TARİXİ HƏQİQƏTLƏRİN GÜZGÜSÜDÜR

 

Onomastik vahidlər xalqın, aid olduğu bölgənin tarixi haqqında hər şeyi deyir. Xalqın formalaşma tarixinin bütün dövrlərində iştirak edən bu xüsusi adlar aid olduğu yerin sanki pasportudur. Eyni zamanda bölgənin tarixini günümüzə daşıyan, keçmişlə gələcək arasında körpu yaradan bir vasitədir. Xalqın dünyagörüşünü, adət-ənənələrini, milli xüsusiyyətlərini özündə əks etdirir. Onlar həmin ərazinin kimlərə aid olduğunun, tarixən o ərazilərdə yaşayanlar haqqında əsas məlumatların daşıyıcılarıdır. Ona görə onomastik vahidlərin öyrənilməsinin həm ideoloji əhəmiyyəti var. Yer-yurd adları onomastikanın ən qədim sahələrindəndir. Azərbaycan toponimləri qədim mənbələrdə öz əksini tapmışdır. Onlara həsr olunmuş çoxlu sayda qədim müasir əsərlər vardır.   

Belə əsərlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunmuşHəqiqətin onomastikasıkitabıdır. Bu kitab xalqımızın qədim yaşayış yeri olan Qərbi Azərbaycanın yer-yurd adlarına həsr olunub. Əsər ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında hazırlanıb. Belə ki, Ali Baş Komandan İlham Əliyev 3 iyun 2020-ci ildə Tərtər Olimpiya İdman Kompleksinin açılışında demişdir: “Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər”. Məhz ölkə başçısının bu tövsiyəsinə əsasənHəqiqətin onomastikasıkitabı işıq üzü görüb. Əsərin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər filologiya elmləri doktoru, professor İbrahim Bayramov tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır. Əsər artıq Azərbaycan, rus ingilis dillərində çap olunub. Bu da Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, Azərbaycanın haqq səsinin daha çox eşidilməsinə imkan verəcək. Həmçinin gələcəkdə dünyanın bir çox başqa dillərində tərcüməsi nəzərdə tutulur.

Kitabda Qərbi Azərbaycanın 499 ləğv edilmiş ya dağıdılmış kəndi, 704 adları dəyişdirilmiş yaşayış məntəqəsi, 231 adları dəyişdirilmiş oronim, 116 adları dəyişdirilmiş hidronim, 137 adları dəyişdirilmiş yaylaq qışlaq haqqında əhatəli məlumat verilib. Məlum olduğu kimi bu ərazinin əhalisi tarixən bir neçə dəfə soyqırıma deportasiyaya məruz qalıb. 1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə planlı şəkildə, hissə-hissə əhali buradan köçürülüb. Lakin ermənilər vətəndaşlarımızı öz ata-baba yurdundan didərgin salsalar da, buranın yer adlarında yaşayan yaddaşı məhv edə bilməyiblər. Bölgənin onomastik sistemi buranın əsas sakinlərinin kim olduğunu aydın şəkildə nümayiş etdirir. Buradakı onomastik vahidlərin əksəriyyəti həmin ərazilərdə yaşamış türk tayfalarının adları əsasında formalaşıb. Kimmerilər (Gümrü), saklar (Sisian), quqarlar (Göyçə gölü Pəmbək ətrafında Quqark toponimi, şiraklar (Şirak əyaləti, Şörəyel toponimi), şadılılar (Vedibasarda Şidli kəndi), zəngilər (Zəngi çayı, Zəngibasar) ərazinin onomastik vahidlərinin yaranmasında mənbə rolunu oynayıblar. “Kitabi-Dədə Qorquddastanında da buraya məxsus bir çox yer adlarının (Bayındır, Altuntaxt, Gökcə dəngiz, Şirokuz) adı çəkilir.

Həqiqətin onomastikasıkitabında müəlliflər tarixi faktlara, qədim mənbələrə istinad edərək göstərirlər ki, bu ərazinin toponimlərini özündə əks etdirən siyahılarda – 1590-cı ildə Çuxur Səəd  bəylərbəyliyində tərtib edilmişİrəvan əyalətinin müfəssəl dəftəri 1728-ci ildə hazırlanmışİrəvan əyalətinin icmal dəftəri”nə buradakı türkmənşəli yer adları əks olunub. Hətta erməni müəlliflər öz əsərlərində bu adların bir çoxunu qeyd ediblər. 1763-1782-ci illərdə Eçmiədzin katalikosu Simeon YerevanskininCambrəsərində bu coğrafi adlardan geniş danışılır.

1828-ci ildə Türkmənçay müqaviləsindən sonra İrəvan Naxçıvan xanlıqlarının birləşdiyi ərazidə Erməni vilayəti yaradıldı. Bu vilayətin ərazisindəki 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi. 1828-1830-cu illərdə əraziyə İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülüb. Ümumilikdə buraya müxtəlif dövrlərdə rəsmi qeyri-rəsmi 200 min erməni yerləşdirilib. Bu da etnik balansı məqsədli şəkildə ermənilərin xeyrinə dəyişib. Erməni müəllif Zaven Qorqodyanın “1831-1931 illərdə sovet Ermənistanının əhalisikitabında 2310 yaşayış məntəqəsi qeydə alınıb ki, onlardan 2000-nin adı türkmənşəlidir. XIX əsrin 90-cı illərində Türkiyədə baş verən erməni üsyanlarının yatırılması nəticəsində 300 min erməni buraya köç edib. 1905-1906-cı illərdə onlar azərbaycanlıların yaşadığı ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başlayıblar. Həmin illərdə indiki Ermənistan ərazisində dağıntılara məruz qoyulan yaşayış məntəqələrimizin bir qismi xarabalığa çevrilib. Sırf ermənilərdən ibarət anklavlar da məhz o zaman yaranıb. Nəhayət 1918-ci il mayın 28-də burada ilk erməni dövlətiErmənistan Respublikası yaradıldı.

Kitabın müəllifləri Qərbi Azərbaycanda coğrafi adların dəyişdirilməsinin bir neçə istiqamət üzrə həyata keçirildiyi göstərirlər. İlk növbədə türklərin soykökü ilə bağlı adlar dəyişdirilərək erməni adları ilə əvəz olunub: Aşağı Türkmənli-Lisaqyuğ, Qorçulu-Mrqaşad, Sərdarabad-Hoktember, Bayandur-Vağadur, Şirvancıq-Lernakert.

Bir çox yaşayış məskəninin adı kalka yolu ilə hərfi tərcümə edilib: Armudlu-Tandzut, Daşqala-Karaberd, Dərəçiçək-Tsaxkadzor.

Bəzilərini beynəlmiləlçilik pərdəsi altında dəyişiblər: Qaraqışlaq-Dostluq, Sultanabad-Şurabad, Cücəkənd-Qızılşəfəq, Çanaxçı-Sovetakert.

Bir qismi cüzi dəyişdirilərək oxşar ermənicə sözlərlə əvəz olunub: Dərəbaş-Darbas, Ələyəz-Araqats, Gabud-Kapuyt, Çırpılı-Crapi.

Bəzilərinin tərkibindəki aşağı, yuxarı, böyük, kiçik sözlərini ermənicə müvafiq olaraq verin, nerkin, mets, pokr adlandıraraq sanki erməni sözüymüş kimi göstəriblər: Verin Zağalı, Nerkin Zeyvə, Mets Kəpənəkçi, Pokr Şiştəpə.

Ümumiyyətlə, 1920-1980-ci illərdə Ermənistanda 517 türkmənşəli yaşayış məntəqəsinin adı dəyişdirilib. 1991-ci ildə deportasiyadan sonra isə əvvəl 91, sonra 16 yaşayış məntəqəsinin adı dəyişdirildi. Bu siyahıya sonralar da əlavələr olunaraq ümumilikdə 704 Azərbaycan mənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bir çox kənd isə ləğv edilərək adları da siyahıdan silinib. Kitabda bu yerlərin hər birinin qədim adı, onun mənası, etimologiyası, aid olduğu inzibati-ərazi vahidi, tarixi haqqında müfəssəl məlumat verilib. Beləliklə, “Həqiqətin onomastikasıkitabı bölgənin pasportudur desək, yanılmarıq. Burada öz əksini tapmış bir çox onomastik vahidin hətta etimoloji izaha da ehtiyacı yoxdur. Onların azərbaycanlılara məxsusluğu heç bir şübhə doğurmur. Məsələn, kitabdan seçdiyimiz bəzi nümunələrə nəzər salaq: Ağbulaq (içməyə yararlı, keyfiyyətli bulaq), Hamamlı, Ağcaarx, Ağcaqala, Ağcaqışlaq, Ağkilsə (rəng+Alban kilsəsi mənasında), Comərdli (əsasını qoyan Comərd adlı şəxsin adından əmələ gəlib), Gümrü. Bu söz bəzi mənbələrdə Gömrü variantında da keçir. Türkmənşəli qədim kimmer etnonimindən yaranıb. 1837-ci ildə adı dəyişdirilərək Aleksandropol qoyulub. 1924-cü ildə Leninakan, 1991-ci ildə ilk adının erməni dilinə uyğunlaşdırılmış formasında Kumayri, 1992-ci ildə isə Gyümri adlandırılıb. 1988-ci ildə azərbaycanlılar oradan deportasiya ediliblər.

Qərbi Azərbaycan toponimlərinin böyük bir hissəsini birinci tərəfi hacı titulundan ibarət olan şəxs adları əsasında formalaşan sözlər təşkil edir ki, bunların xalqmıza məxsusluğu heç bir şübhə doğurmasa da, müəlliflər onlar haqqında da ətraflı məlumat veriblər: Hacı Bayram, Hacıdur, Hacı Elyaz, Hacı Xəlil, Hacı Qara, Hacılar, Hacı Muxan.

Qərbi Azərbaycanın 1959-cu ildə ləğv edilən Türk Düzkəndi, yaxud Tatar Düzkəndi, 1925-ci ildə ləğv edilən Yellicə (külək tutan yer - çoxaltma şəkilçisinin birləşməsindən yaranmışdır), Tuğut (Meğridə kənd - qıpçaq türk tayfası olan tuq etnoniminə qədim türk dilində cəm şəkilçisi olan -ut artırmaqla düzəlib. “Tuğlara məxsusdeməkdir. Ermənilər bunu dəyişdirərək Teğut variantına salmışlar) kimi bir çox kənd yaşayış məntəqələri siyahısından silinmişdir.

Qərbi Azərbaycandakı toponimlərimizin taleyini bölgəyə məxsus hidronimlər yaşayıb, buradakı su hövzələrinin adları da dəyişdirilib, təhrif olunub. Kitabda Ayğır gölü, Aldərə, Alagöz, Arıqlı (Ərikli), Balıqçay (qədim türk dilində balıqşəhərdeməkdir), Daşbulaq, Göyçə (göy çay sözlərinin birləşməsindən yaranmışdır, suyun təmizliyinə işarədir), Qanlıgöl, Qara göl, Oxçuçay (“Kitabi-Dədə Qorqud”dakı Oxçu şəxs adı ilə bağlıdır), Zod (sadak türk tayfasının adından yaranmışdır, indi ermənilər bunu Sotk şəklinə salmışlar) kimi hidronimlərin taleyi, müasir adı vəziyyəti ətraflı şərh olunmuşdur.

Burada həmçinin xalqımızın qədim təsərrüfat həyatının elementlərini daşıyan adları da milli kimliyimizi əks etdirən, buna görə mənfur qonşularımız tərəfindən dəyişdirilən yaylaq qışlaq adları da əhatəli şəkildə öz əksini tapıb. Müəlliflər göstərirlər ki, Anağızoğlu (Toxlucada qışlaq, “əsas, böyükmənasında ana+ğuz (oğuz) oğlu), Bayatlar qışlağı, Carğan qışlağı (dilimizdəki yarğan sözünün variantıdır), Çataq yaylağı (Hamamlı vilayətində, iki dağın birləşdiyi yer mənasında), Dəvə yatağı yaylağı, Gəzdək qışlağı (dağın təpəsində çökək yer) onomastik vahidlərinin adları dəyişdirilərək uydurma adlarla əvəz olunub.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı iki mindən artıq yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi deportasiya edilməklə, silah gücünə qovulmaqla, soyqırımına məruz qoyulmaqla, yandırılıb xarabaya çevrilməklə s.) siyahıdan silinib, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılıb”. Haqqında danışdığımız kitabda isə bu yaşayış məntəqələrinin adları toplanıb, sistemləşdirilib, geniş hərtərəfli araşdırmaya cəlb olunub. Müəlliflər buradakı qədim yer-yurd adlarımızı tarix, coğrafiya dilçilik kontekstində tədqiq edərək oxuculara onlar haqqında müfəssəl məlumat veriblər. “Həqiqətin onomastikasıkitabı xalqımızın qədim yurd yeri olan Qərbi Azərbaycan bölgəsinin onomastik vahidlərinin tədqiqi təbliği işində çox dəyərli bir mənbədir. Fikrimizcə, bu kitab həmin ərazidən qovulmağın ağrı-acısını canlı şəkildə yaşamış artıq uzun illərdir öz doğma yurduna həsrət qalmış həmvətənlərimizin adlar yaddaşını təzələməklə yanaşı, həm o torpaqları görməyən, ancaq böyüklərin söhbətlərindən tanıyan gənclərin qədim torpaqlarımızla bağlı məlumatlarının artmasına kömək edəcək. Kitabın müəllifləri professor İbrahim Bayramov tarix üzrə fəlsəfə doktoru Nazim Mustafaya bu sahədə gördükləri işlərdə uğur diləyi, fəaliyyətlərinin davamını arzulayırıq.

 

NURAY ƏLİYEVA

İki sahil. - 2024.- 9 iyul, ¹119.- S.6.