Əli Kərimlidən
acı etiraf
Yaxud
AXCP sədrini elə onun özünün müavini Fuad Qəhrəmanlı ifşa
edir
Son illər partiya sədrliyindən bloger səviyyəsinə
düşən, öz
inkarçı fəaliyyəti
ilə cəmiyyətdən
uzaq düşüb marginallaşaraq özünü
cəmiyyətdən təcrid
edən AXCP sədri Əli Kərimli sosial şəbəkələrdəki
siyasi demoqogiyası ilə anti-Azərbaycan fəaliyyətini daha genişləndirib. Birmənalı
demək olar ki, İkinci Qarabağ müharibəsindəki
Zəfərimizin yaratdığı
reallıqlarla barışa
bilməyən bədxahlarımızın
ölkəmizin əleyhinə
olan “yol xəritələri”nə uyğun hərəkət
edən radikal müxalifət düşərgəsinin
bu başabəla “başbiləni” öz dəstəsi ilə antimilli bir gücə
çevrilərək hazırda
hakimiyyətə, iqtidara
deyil dövlətə,
dövlətçiliyə qarşı müxalifətçilik
edir.
Bütün sosial dayaqlarını itirən, yalnız beş-on trolun ümidinə qalan AXCP sədri bir siyasi partiyanın rəhbəri olaraq ölkəmizdə sentyabrın
1-nə təyin olunmuş
parlament seçkilərində
iştirak etmək üçün hazırlıq
işlərinə başlmaq
əvəzinə sosial
şəbəkələr vasitəsilə cəmiyyətdə
süni gərginliyin yaradılması istiqamətində,
necə deyərlər,
“əzmlə” çalışmaqdadır”.
Uzun illərdən bəri antmilli fəaliyyətinə görə
cəmiyyətdən uzaq
düşən Ə.Kərimli
avtoritar idarəçiliyi
ilə, eləcə də korporativ maraqları naminə Ə.Elçibəydən qalma
bir partiyanı iflic etdiyini ört-basdır etmək üçün həmişə
olduğu kimi, yenə də müxtəlif bəhanələrlə,
əsassız iddialarla
növbəti parlament
seçkilərini “boykot”
etmək yolunu seçir. AXCP sədri bu qərarını əsaslandırmaq üçün
guya seçkilərə
hazırlıqsız yaxalandıqlarını
bəhanə edərək
sivil mübarizədən,
intellektual rəqabətdən
qaçmaq istiqamətində
atdığı addımlara
bəraət qazandırmaq
üçün ağ
yalanlar uydurur.
Ə.Kərimli sosial şəbəkələrdəki
çıxışlarında həqiqətləri gizlətməyə
çalışsa da
buna nail ola bilmir, əksinə
təmsil olunduğu dağıdıcı düşərgənin
paxırını açır,
özünü və
“əqidədaşlarını” ifşa edir. Siyasi bioqrafiyası yalanlarla, xəyanətlərlə
dolu olan Ə.Kərimli bir müddət əvvəl xidmət etdiyi anti-Azərbaycan dairələrin
direktivləri əsasında
hərəkət edərək
2024-cü il 7 fevral növbədənkənar prezident
seçkiləri ətrafında
yerli-yersiz hay-küy qaldıraraq, şou düzəldərək gündəmdə
qalmağa çalışırdı.
İctimai rəyi çaşdırmaq məqsədi
güdən yalan və iftiralardan istifadə edən AXCP sədri beynəlxlaq müşahidəçilərə və təşkilatlara seçki prosesi ilə bağlı yanlış məlumatlar ötürərək ölkəmiz
üçün mühüm
əhəmiyyət kəsb
edən bu mühüm siyasi kampaniyalara xələl gətirərək özü
barədə saxta “demokratiya təəssübkeşi”
obrazı yatarmaq üçün gecə-gündüz
tər töksə də, heç nəyə nail ola bilmir.
Əslində bütün bunlar çoxdan sınanılmış
üsullardır. Taleyin
ironiyasına bax. Ə.Kərimlini seçki
kələkbazlığını elə onun özünün
müavini Fuad Qəhrəmanlı ifşa
etmişdi. O zaman F.Qəhrəmanlı belə
demişdi: ...“Reallıq
bundan ibarətdir ki, bu seçki
prosesində hansısa
yeni situasiya yaratmaq imkanımız yoxdur”...İndiki mərhələdə
bizim şansımız
fevralın 7-də olan
seçki ilə bağlı deyil, bizim şansımız sonrakı mərhələ
ilə bağlıdır”.
Sonrakı mərhələ
isə hamımıza
bəllidir.
AXCP-nin boykot
qərarı ilə bağlı daha maraqlı bir məqama diqqət edək. Seçiklərdə
iştirakla bağlı
jurnalistin verdiyi suala Ə.Kərimli etirafedici cavab verir: “Bilirsiz, boykot nəyisə dəyişməkdən ötrü
olmur. Boykot özü bir çarəsizlikdir”...” Acı və
tarixi bir etirafdır, deyilmi?...
Bütün bunların fonunda bütün siyasi kapitalı tükənən, müxalifətçiliyi
dağıdıcılıq, pozuculuq, inkarçılıq
kimi qavrayan, antimilli görüşlərinin,
şəxsi ambisiyalarının
və siyasi hirsinin-hikkəsinin əsirinə
çevrilən, absurd
teatrındakı rolunu
uğursuzcasına oynayan,
marginallaşaraq xalqdan
uzaq düşən Ə.Kərimli və onun kimilər “boykot” deyə-deyə siyasi səhnədən silinərək tarixin tozlu arxivində itib-batacaqlar.
Zahid Rza
İki sahil. - 2024.- 9 iyul, ¹119.- S.7.