Müsavat Partiyası niyə “qara piar”a tuş
gəlir?..
Radikal müxalifət təmsilçilərinin
sosial şəbəkələrdə
sentyabrın 1-də ölkəmizdə
baş tutacaq növbədənkənar parlament
seçkiləri ilə
bağlı mənəviyyatsızcasına
apardıqları “qara
piar” kampaniyasını
ardıcıl izlədikcə
aydın olur ki, bütün bunlar bu marginalların öz ağıllarının
məhsulu deyil. Belə ki, prosesi pərdə arxasından idarə edən güclərin kölgəsi
görünür
Siyasətlə az-çox maraqlananlar
yaxşı bilirlər
ki, siyasi partiyanın əsas vəzifəsi sağlam rəqabətin yeganə legitim vasitəsi
olan seçkilərdə
iştirakdır. Daim demokratiyadan, bu istiqamətdə Qərb təcrübəsindən dəm
vuran olmaqla radikal müxalifət düşərgəsinin təmsilçiləri
özləri də yaxşı bilirlər ki,
sabit vətəndaş
cəmiyyətinin yaradılmasının,
iqtisadi inkişafın
təmin edilməsinin
təməlində xalqın
iradəsini ifadə edən sivil mübarizə-demokratik seçkilər
dayanır.
Özlərini siyasətçi adlandıran
başda AXCP sədri Əli Kərimli olmaqla bu zümrənin
nümayəndələrinə o da məlumdur ki, seçkilər
vətəndaşların cəmiyyətin
ictimai həyatında
fəal iştirakının
təmin edilməsində,
ən əsası isə dövlət işlərində iştirakının
ən kütləvi formasıdır.
Nəzərə alsaq
ki, insanlar dövlətin
idarə edilməsində
iştirak hüquqlarını
əsas etibarilə demokratik seçkilər vasitəsilə reallaşdırırlar,
o zaman əminliklə demək
olar ki, Ə.Kərimli
özünün absurd “boykot”
qərarı ilə partiya üzvlərinin seçkilərdə iştirak
etmək hüquqlarını
pozur.
Bütün bunlar öz yerində. Ancaq iş orasındadır ki,
cəmiyyətimizdə inkarçı,
pozucu qüvvə kimi tanınan “cəbhəçilər”, “milli şuraçılar” hələ
də bir budaqda oturub min budağı silkələmək
mərəzindən əl
çəkə bilmirlər.
Belə ki, bu marginallar ölkəmizdə
sentaybr ayının
1-də baş tutacaq növbədənkənar parlament
seçkilərində iştirak
etməklə bağlı
qərar verən, seçkilərə namizədlərini
açıqlayan Müsavat
Partiyasına qarşı
öz trolları vasitəsilə gizli və açıq şəkildə hücumlar
təşkil edirlər.
Yeri gəlmişkən, Müsavat
Partiyasının növbədənkənar
parlament seçkilərində
iştirakı barədə
qərara partiyanın
Məclisinin sessiyasında
qəbul edilib. Partiyanın Məslisinin sədri Arif Hacılı mətbuata açıqlamasında bildirib
ki, Müsavat demokratik
partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir: “İclasda Məclisin 14 üzvü çıxış
etdi. Seçkilərdə
iştirak edib-etməməklə
bağlı müxtəlif
fikirlər oldu. Partiya Məclisinin sessiyasında 51 üzv seçkilərdə iştirakın
lehinə, 19-u əleyhinə
çıxış edib,
ikisi bitərəf qalıb. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa
namizədlərin irəli
sürülməsi səlahiyyətini
partiyanın Divanına
həvalə etdi”.
Göründüyü
kimi, partiyanın Məclisinin sessiyasında
seçkilərdə iştirakla
bağlı fəal müzakirələr aparılıb.
Belə olan halda bir az
yumşaq desək, könül istərdi ki, sosial şəbəkə
seqmentlərində pafoslu
çıxışları ilə hər kəsə gecə-gündüz
demokratiya dərsi keçən Ə.Kərimli
də sədri olduğu AXCP-nin rəhbər orqanlarının
iclaslarında sentyabrın
1-də ölkəmizdə baş tutacaq növbədənkənar parlament
seçkilərində iştirakla
bağlı qərarın
qəbul edildiyini bəyan etsin. Bax, o zaman hamı onun demokratiya ilə bağlı dediklərində, fikirlərində
səmimi olduğuna inanardı. Əks təqdirdə bütün
bunların xaricdən
gələn sifarişlərlə
AXCP sədrinin qurduğu
çirkin “boykot” oyunu olduğuna heç kimdə şübhə yeri qalmaz.
Bir məsələni də xüsusilə vurğulamaq
istərdik ki, öz gücünə, elektoratına,
resurslarına güvənməyərək
seçkiləri “boykot”
edənlərin bu siyasi prosesdə iştirak etmək qərarı verən digər müxalifət partiyalarını bolşevikcəsinə
ittiham edərək “xain” damğası vurmaq, onlara qarşı gözdənsalma
kampaniyası aparmaq, həmin siyasi təşkilatların ətrafında
şoular düzəltmək
nə mənəviyyata,
nə də siyasi əxlaqa sığmır. Müsavat
Partiyasının, həmçinin
“Milli Şura”adlı antimilli qurumun Koordinasiya Mərkəzinin
üzvü, AXCP sədri
Əli Kərimliyə
yaxınlığı ilə
tanınan Tofiq Yaqublunun bu günlərdə
“Müsavat Partiyasının
Məclisinin parlament seçkilərində iştirak
etmək haqqındakı
qərarını qətiyyətlə
qınayıram. Qərarın
hakimiyyətin oyunlarında
şüurlu şəkildə
iştirakdan başqa bir şey olmadığını
düşünürəm” kimi qərəzli, hətta deyərdik ki, sifarişli açıqlaması
yuxarıda dediklərimizin
əyani təsdiqidir.
Nəhayət, onu da deyək
ki, bu marginal dəstə
üzvlərinin sosial
şəbəkələrdə növbədənkənar parlament
seçkiləri ilə
bağlı mənəviyyatsızcasına
apardıqları qara piar kampaniyasını ardıcıl izlədikcə
aydın olur ki, bütün bunlar onların ağıllarının
məhsulu deyil. Yəni, səhnə arxasından gizli bir rejissor əli
var...
Zahid Rza
İki sahil.
- 2024.- 10 iyul, ¹120.- S.6.