COP29: Dünyanın bu günü gələcəyi naminə

 

Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Azərbaycan regionda bütün dünyada sülhün bərqərar olunmasında planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü işlərin nəticəsi olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi qərara alınıb. COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi iqtisadi əhəmiyyət daşıyır, iqlim dəyişikliyinin azaldılmasına yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayır. Eyni zamanda, ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamətində qərarların qəbulunu şərtləndirəcək.

İştirakçı sayı miqyas baxımından isə COP29 Azərbaycanın evsahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr nəticəsində əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. COP29 zamanı təşkil olunacaq göy yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması, ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadionun ətrafında əlavə qurğular quraşdırılacaq. Artıq COP29-un loqosu da Azərbaycan dünya ictimaiyyətinə yaxşı tanışdır. Loqoda buta motivləri beş fərqli elementi - flora fauna, hava külək, su, enerji kainatı özündə birləşdirir. COP29-un loqosu bəşəriyyət ətraf mühit arasında davamlı əlaqənin, ekoloji cəhətdən həssas davranış nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

Belə bir qlobal əhəmiyyətli konfransa hazırlığın ən vacib istiqamətlərindən biri təbii ki, əhalinin bu sahədə ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb. Mərkəz vətəndaşlar arasında dayanıqlı vərdişlərin nümunəvi davranışların inkişafına xidmət göstərəcək. Belə ki, mərkəz konfransın məqsəd hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını ekoloji biliklərin artırılmasını təmin edəcək. İnnovativ yanaşması ilə seçilən mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları həyat tərzini fəal şəkildə təşviq etməkdir.

Ziyarətçilərin iqlim dəyişmələri COP29 konfransı haqqında interaktiv maraqlı təcrübə keçmələri üçün Məlumat Mərkəzində müxtəlif tematik zonalar yaradılıb. Belə ki, COP zonalarında qonaqlar bu mühüm konfransın xronoloji coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft iqlim şəraitini izləyə bilərlər.

Ekoloji maarifləndirmə iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyası da fəaliyyətə başlayıb.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi sairə kimi yumşaq bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər. Bütün bunlar gənclərimizin peşəkar bacarıqlara yiyələnməsinə, təcrübə toplamasına, məşğulluğuna da mühüm töhfə olacaq.

Yeri gəlmişkən, dünyada, eləcə Azərbaycandayaşıl enerji”yə keçidə indiki kimi önəm verilməsi təsadüfi deyil. Bununla bağlı BMT-nin bir hesablamasını xatırladaq. Bildirilir ki, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq, lazımi təbii resursları gerçəkləşdirmək üçün üç planetin ekvivalentini reallaşdırmaq mühüm vəzifəyə çevriləcək. Başqa sözlə, bu, yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izinin aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksək olması faktından irəli gəlir. Bir sözlə, hazırda beynəlxalq aləmi sağlamlıqla bağlı nəzərə çarpan böhran, çirklənmənin getdikcə geniş miqyas alması ciddi narahat edir. Buna görə yaşıl enerji”nin istehsalına, həmçininyaşıl xidmət”ə, məsələn, elektromobillərin geniş yayılmasına üstünlük verilir.

Bu gün bütün dünya əmindir ki, Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə, eyni zamanda ölkəmizin fəallığı sayəsində iqlim maliyyələşməsi əhəmiyyətli dərəcədə irəliyə aparılacaq.  Prezident İlham Əliyev iyulun 4-də keçirilmişŞanxay Əməkdaşlıq Təşkilatı plyusformatında tədbirdə iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Şuşa Zirvə görüşündə qəbul olunmuşQarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstəkləyiblər.

COP29-a ev sahibliyi edəcək Azərbaycan həm yaşıl enerji”nin inkişafına regionda ən çox töhfə verən ölkələrdən biridir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faiziniyaşıl enerjihesabına ödəmək niyyətindədir. Bu, Azərbaycan üçünyaşıl enerjiixrac imkanları deməkdir. 2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə özyaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerjiixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır

Hazırda regionlarımızda sosial-iqtisadi inkişafın təşviq edilməsi üçün mühüm addımlar atılır. Həmin addımlardan biri Qarabağ Şərqi ZəngəzurunYaşıl Enerji Zonası” elan edilməsidir. Təbii ki, bu da qlobal çağırışlara müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edib.

Qeyd edək ki, Qarabağ Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.

Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdəyaşıl enerjizonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Azərbaycan iqtisadiyyatının olduqca perspektivli bir sahəsi "yaşıl enerji"dir COP29-un ölkəmizdə keçirilməsi bu sahənin uğurla qurulması baxımından çox əhəmiyyətli rol oynayacaq. Azərbaycan qlobal təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində çox təsirli təşəbbüslərlə çıxış edir. Eyni zamanda praktiki addımları ilə ciddi töhfələr verir. COP29-un ölkəmizdə keçirilməsi hər şeydən əvvəl Cənubi Qafqazda iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması məsələsinə daha ciddi maliyyənin ayrılması, diqqətin yetirilməsi baxımından da əhəmiyyətli olacaq.

Azərbaycanın dünyanın bu günü gələcəyi naminə fəal şəkildə iştirak etdiyi təşəbbüslər təkcə bir tədbirlə bitmir, davamlı xarakter daşıyır. Bu, COP29 tədbirindən sonra da belə olacaqdır. Qeyd edək ki, Azərbaycan 2026-cı ildə BMT-nin 5 İyun Ümumdünya Ətraf Mühit Gününə evsahibliyi edəcək.  5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühitlə bağlı əməkdaşlığı məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi naminə reallaşdırılan bütün fəaliyyət tədbirlərdə istər əyani, istərsə onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-cı ildə Azərbaycanın evsahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək. Bütün bunlar Azərbaycanın "yaşıl dünya" naminə həmrəylik təşəbbüslərinin mərkəzində irəliləyən ölkələrdən olduğunu, yaşadığımız planetə mühüm töhfələr verdiyini göstərir.

Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qə¬dəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, “yaşıl dünyailə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləş¬diriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq.

 

Yaqut Ağaşahqızı

İki sahil. - 2024.- 12 iyul, ¹122.- S.7.