Ora Vətəndir, ora Qərbi Azərbaycandır
Azərbaycanın ağrılı problemlərindən
olan Qarabağ məsələsi 2023-cü ilin
sentyabrında keçirilən
antiterror əməliyyatlarından
sonra qəti olaraq həll edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarında vaxtilə yaşamış Azərbaycan
əhalisinin hüquqlarının
bərpa olunmasıdır.
Xalqımız bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına
getmək kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır.
Zorla didərgin salınmış dədə-baba
yurdlarına geri qayıtmaq hər bir soydaşımızın
haqqıdır. Hazırda
isə tarixi Qələbəmizdən sonra
yaranan yeni reallıqda ən mühüm vəzifələrdən
biri Qərbi Azərbaycandan qaçqın
düşmüş vətəndaşlarımızın
öz yurdlarına qayıtması məsələsidir.
Qərbi Azərbaycan İcmasının üzvləri
ilə görüşdə
Prezident İlham Əliyev onların əzəli torpaqlarına
qayıtmalı olduqlarını
qətiyyətlə söyləmişdir:
“Biz hüquqlarımızı
sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün
biz, o cümlədən
beynəlxalq müstəvidə
daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması
olmalıdır, bir portalı olmalıdır.
Orada həm tarixi həqiqətlər,
həm tarixi abidələrimiz, ermənilər
tərəfindən dağıdılan
saraylar, məscidlər,
şəhərlər, Azərbaycan
tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.
Qərbi azərbaycanlıların
öz doğma yurdlarına qayıdışı
tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının
təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində
yaşamaq hüququ var və bu
hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün
artıq bu istiqamətdə hərtərəfli
işlər gedir.
Yeri gəlmişkən
qeyd edək ki, iyulun 8-də Bakıda “Qərbi Azərbaycana qayıdışın
tarixi, mədəni və hüquqi əsasları” mövzusunda
beynəlxalq konfrans keçirilib. “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə keçirilən
konfransda dünyanın
müxtəlif ölkələrindən
tanınmış alimlər,
hüquqşünaslar, mədəniyyət
xadimləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər. Konfransın məqsədi
Qərbi Azərbaycan ərazilərinə tarixi,
mədəni və hüquqi baxışlar əsasında qayıdışın
yollarını müzakirə
etməkdir.
Tədbirdə çıxış edən
“İmza” Sosial İnkişafa Dəstək
İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyyam Əsgərov bildirib ki, Azərbaycan 30 il ərzində erməni separatizminə qarşı mübarizə
aparıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz
44 günlük Vətən
müharibəsində Zəfər
qazanıb, ərazi bütövlüyümüzü bərpa edib. Bu gün Azərbaycan
Qarabağda və Şərqi Zəngəzurda
bərpa-yenidənqurma işləri
həyata keçirir,
keçmiş məcburi
köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar.
Qərbi azərbaycanlı
vətəndaşlarımız da öz dədə-baba
yurdlarına qayıdıb
orada yaşamalıdırlar.
Qərbi Azərbaycan
İcmasının İdarə
Heyətinin sədri Əziz Ələkbərli
çıxışında tədbirin mövzusunun aktuallığına və
əhəmiyyətinə toxunub.
Bildirib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza
qarşı Ermənistan
tərəfindən deportasiya,
soyqırımı siyasəti
həyata keçirilib.
Soydaşlarımız etnik
təmizləməyə məruz
qalıb, ermənilər
hər tarixi fürsətdə onları
doğma yurdlarından
qovub çıxarıblar.
Ə.Ələkbərli əcdadlarımızın həmin
ərazilərdə yaratdığı
mədəni-mənəvi dəyərlərin
də vandalizmə məruz qaldığını
söyləyib. Qeyd edib ki, ermənilər
bu ərazilərə
gəldikdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək
siyasəti yürüdüblər.
Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya
da tamamilə məhv edilib.
Konfransda çıxış
edən Türkiyənin
Azərbaycandakı sabiq
səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç diqqətə
çatdırıb ki,
Qərbi Azərbaycana
yaşayan 380 mindən
çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb,
bütün mülkləri
müsadirə edilib. Bu gün Ermənistanı
müdafiə edənlər
Qarabağdan öz arzuları ilə çıxan ermənilərin
geri dönmələri
üçün təminat
istəyirlər. Bəs
niyə 380 mindən çox Qərbi azərbaycanlının doğma
torpaqlarına qayıtması
üçün təminat
tələb edilmir?
Hulusi Kılıç,
həmçinin deyib ki, ermənilər Azərbaycan torpaqlarındakı
tarixi izləri dəyişdiriblər. Bu gün dünyada heç kim bu barədə danışmır. Bu, azmış kimi, hətta Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimaiyyətin diqqətini
bu məsələyə
yönəltmək istəyirik.
Türkiyə olaraq biz hər zaman
Azərbaycanın haqlı
mübarizəsində yanında
dayanmışıq, bundan
sonra da olacağıq.
Çıxışlar zamanı Qərbi Azərbaycanın qədim
dövrlərdən bəri
xalqımızın doğma
vətəni olduğunu
sübut edən faktlar təqdim edilib. Həmçinin Qərbi Azərbaycan ərazilərində Azərbaycanın
mədəni irsi və bu irsin
qorunması, yenidən
canlandırılması yolları
müzakirə olunub. Beynəlxalq hüququn normalarına əsaslanaraq,
Qərbi Azərbaycan ərazilərinə qayıdışın
hüquqi aspektləri
və bu prosesi həyata keçirmək üçün
hüquqi mexanizmlərə
diqqət çəkilib.
Nigar Orucova
İki sahil.
- 2024.- 13 iyul, ¹123.- S.2.